Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-82/2026 03.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X4 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, cavabdeh Cavabdeh İmran oğlunun iştirakı ilə Ərizəçi Ərizəçi İlyas qızının müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh İmran oğlu tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması məsələsinə baxaraq, müəyyən etdi: Ərizəçi Ərizəçi İlyas qızı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədə olan mülki işə baxılıb yekun qərar çıxarılana qədər tərəflərin birgə nikahdan olan uşaqları ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2018-ci il təvəllüdlü X3 üçün cavabdeh Cavabdeh İmran oğlundan hər ay hər uşağa respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,70 misli miqdarında müvəqqəti alimentin tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Elçin Kazımov) ərizə qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan e-*(*-***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək Cavabdeh İmran oğlundan ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay üçün 200 manat olmaqla, ümumilikdə hər ay üçün 400 manat sabit pul məbləğində aliment tutulub ərizəçi Ərizəçi İlyas qızına verilməsi qərara alınmışdır. Cavabdeh Cavabdeh İmran oğlu həmin qərardaddan ##.##.2026-cı il tarixdə şikayət verərək onun ləğv edilməsi və hər ay əmək haqqının 1/3 hissəsi məbləğində alimentin ondan tutularaq tələbkara ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Elçin Kazımov) şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh İmran oğlu şikayətin mümkün hesab edilərək baxılmasını xahiş etdi. Ərizəçi Ərizəçi İlyas qızına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh Cavabdeh İmran oğlunun şikayətini iş materialları ilə birgə yoxlayaraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən hazırki vəziyyətdə şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkündür. Mülki Prosessual Məcəllə: Maddə 108.1.5. və 108.1.6. Mülki məhkəmə icraatında müvəqqəti təminat tədbiri barədə ərizə verildikdə və ya müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə dövlət rüsumu ödənilir. Maddə 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.4. Müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) ödənilməlidir. Maddə 8.5. Müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumu ödənilməlidir. Cavabdeh Cavabdeh İmran oğlu Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından şikayət verdikdə dövlət rüsumu ödəməli olduğu halda, müvafiq dövlət rüsumunu ödəməmişdir. Mülki Prosessual Məcəllə: Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Cavabdeh İmran oğlunun şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin göstərilən tələbinə əməl etməmiş, şikayəti mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən, göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apelaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Ərizəçi İlyas qızının müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh İmran oğlu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-16(3-8)-82/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-82/2026
03.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver