Məhkəmə qərarları › İş №e-16(3-8)-83/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-83/2026

09.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-83/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi e-*(*-***)-****/**** saylı mülki iş üzrə Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi müvəqqəti təminat tədbiri ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə baxılıb yekun məhkəmə aktı qəbul edilənə kimi Sumqayıt şəhəri Yeni Yaşayış massivi 3-cü məhəllə fərdi evdə qalan əmlakları yataq mebeli (taxt), termo, 2 tumba, şifoner 1300 manat, divan kreslo- 1000 manat, taxt dəsti – 100 manat, stol-stul- 150 manat, termo-(taxt, tumba,)-400 manat, dəsmallar – 100 manat, 2 nəfərlik döşək yorğan -2 yastıq dəsti – 200 manat, pakrval dəsti + 2 yastıq üzlü -100 manat, ədyal yun – 50 manat, yay yorğanı 2 nəfərlik – 50 manat, 2 lüstur – 250+200= 250 manat, xalça – 1 ədəd—60 man, pərdə tül günlük və dəstlər –500 manat, 5 ədəd hamam dəsmalı – 100 manat, 3 ədəd tək döşək və yorğan və yastıq (100+100+100) – 300 manat, balaca mələfə -6 dəst –uşaqlar üçün-200 manat, böyük mələfə dəsti – 200 manat, ədyal kiçik ölçülü -40 man, çay dəsmalı dəsti- 50 manat, bıçaq dəsti -30 manat, qaşıq dəsti 6 nəfərlik -40 manat, hamam dəsti – 150 manat, çaynik dəsti dəm çayniki – 100 manat, kasalar-(böyük və balaca) 12 ədəd- 90 manat, çörək bişirən – 150 manat, aspirator-150 manat, paltaryuyan maşın Samsunq markalı-8 kiloluq- 1200 manat, televizor Samsunq markalı -1000 manat, kondisioner-(böyük həcm) 1200 manat, soyuducu – 700 manat, cəmi 9660 manat dəyərində olan əmlaklarının üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə ##.##.2010-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahdan iki övladı vardır. Cavabdeh Cavabdeh ilə xasiyyəti tutmadığından onunla ayrı yaşayır. Cavabdehlə ilk vaxtlar mehriban yaşasalar da sonradan aralarındakı normal ailə münasibətləri pisləşməyə başlamışdır. Onunla normal ailə münasibətlərini bərpa edə bilmədi. Bu səbəbdən Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə bağlanmış nikah pozulmuşdur. Cavabdehdən ayrıldıqdan sonra əmlakları cavabdehə məxsus Sumqayıt şəhəri Yeni Yaşayış massivi 3-cü məhəllə fərdi evdə qalmışdır. Hazırda əmlaklarının sınıb dağılmasından, satılmasından narahat olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sumqayıt Şəhər Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Aynur Behbudova) ərizənin təmin edilməsi, maraqlı tərəf (cavabdeh) Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə məhkəmə aktı qəbul edilənədək, Sumqayıt şəhəri Yeni Yaşayış massivi 3-cü məhəllə fərdi evdə qalan əmlakları yataq mebeli (taxt), termo, 2 tumba, şifoner 1300 manat, divan kreslo- 1000 manat, taxt dəsti – 100 manat, stolstul- 150 manat, termo-(taxt, tumba,)- 400 manat, dəsmallar – 100 manat, 2 nəfərlik döşək yorğan -2 yastıq dəsti – 200 manat, pakrval dəsti + 2 yastıq üzlü -100 manat, ədyal yun – 50 manat, yay yorğanı 2 nəfərlik – 50 manat, 2 lüstur – 250+200= 250 manat, xalça – 1 ədəd—60 man, pərdə tül günlük və dəstlər –500 manat, 5 ədəd hamam dəsmalı – 100 manat, 3 ədəd tək döşək və yorğan və yastıq (100+100+100) – 300 manat, balaca mələfə -6 dəst –uşaqlar üçün-200 manat, böyük mələfə dəsti – 200 manat, ədyal kiçik ölçülü -40 man, çay dəsmalı dəsti- 50 manat, bıçaq dəsti -30 manat, qaşıq dəsti 6 nəfərlik -40 manat, hamam dəsti – 150 manat, çaynik dəsti dəm çayniki – 100 manat, kasalar-(böyük və balaca) 12 ədəd- 90 manat, çörək bişirən – 150 manat, aspirator-150 manat, paltaryuyan maşın Samsunq markalı-8 kiloluq- 1200 manat, televizor Samsunq markalı -1000 manat, kondisioner-(böyük həcm) 1200 manat, soyuducu – 700 manat, cəmi 9660 manat dəyərində olan əmlakların üzərinə həbs qoyulması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, həmin əmlaklar məhkəmənin icraatında olan mülki iş üzrə mübahisə predmetidir və onlar özgəninkiləşdiriləcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunması (təmin və ya bərpa edilməsinin) mümkün olmaya və ya əhəmiyyətli dərəcədə çətinləşə bilər. Cavabdeh Cavabdeh qeyd edilən qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi, ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tələb edilən əşyalar onda deyil, ümumiyyətlə ərizəçi qeyd edilən əşyaların mövcudluğu ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bu hal isə qeyd edilən mülki iş üzrə iddia tələbinin kifayət qədər əsaslı olmadığını göstərir. Sumqayıt Şəhər Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Göründüyü kimi, müvvəqəti təminat tədbirinin təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülən və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olmaqla, müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoya, 158.1.2-ci maddəsinə əsasən isə müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin əmlakı iddia tələbi həddində siyahıya alınır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən maraqlı şəxslər və ya arbitraj mübahisəsində maraqlı şəxslər müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etməyə haqlıdır. Mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağının və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısının alınmasıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, e-*(*-***)-****/**** saylı mülki iş məhkəmənin icraaatına qəbul edilərək, hazırlıq iclasına təyin edilmişdir. Həmin iş üzrə mübahisənin predmeti hazırki ərizədə qeyd edilən əmlaklardır. Hazırkı qərardadın mahiyyəti həmin əşyaların mövcudluğunu və cavabdehin qanunsuz sahibliyində olmasını təsdiq etmək deyil, mövcud olduğu təqdirdə siyahıya alınması, mübahisənin daha tez və obyektiv həll edilməsi, o cümlədən qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarət olmuşdur. Buna görə də şikayətin dəlilləri əsassız olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar