Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-91/2026 18.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X11 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi ilə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirləri barədə ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Ərizəçi cavabdehlər Sumqayıt şəhəri üzrə İcra idarəsinə, cavabdeh2 MMC-yə və cavabdeh1 qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hərrac protokolunun etibarsız hesab edilməsinə dair iddia tələbi üzrə yekun məhkəmə aktı çıxarılana və qanuni qüvvəsini alanadək icra məmurunun mənzilin məcburi qaydada boşaldılması icra tədbirinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ilə (Şəbnəm Həxiyeva) ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtaranadək müvəqqəti təminat tədbiri qismində Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmurunun mənzilin məcburi qaydada boşaldılması barədə icra tədbirinin dayandırılması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Maraqlı şəxs cavabdeh1 həmin qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ilə (Şəbnəm Həxiyeva) şikayət təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsi, ərizəçi Ərizəçi iş üzrə müvəqqəti təminat tədbiri kimi Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmurunun mənzilin məcburi qaydada boşaldılması barədə icra tədbirinin dayandırılması ilə bağlı müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Ərizəçi Ərizəçi ##.##.2026-cı il tarixdə həmin qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsini və ya şikayətin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixli iddia ərizəsində qeyd etdiyi kimi “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə məktubu mövcuddur. Lakin “xxxx” ASC tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış məktub İdarə tərəfindən baxılmamış və iş üzrə icraata xitam verilməmişdir. Vətəndaş Ərizəçi üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, icra məmurunun qanunsuz hərəkətləri nəticəsində iddiaçı Ərizəçi məxsus ünvan 2 ünvanında yerləşən ** saylı mənzil açıq hərracda satılmışdır. Bu səbəbdən hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddiaya mahiyyəti üzrə baxılıb qurtaranadək, şəxs müvəqqəti təminat tədbiri qismində icra məmuru tərəfindən təyin olunmuş məcburi icra tədbirinin, yəni mənzilin məcburi qaydada boşaldılmasına dair hərəkətlərin dayandırılması barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Çünki iddiaçı öz öhdəliklərini tam yerinə yetirmiş və “xxxx” ASC-yə olan borcunu tam həcmdə ödəmiş, lakin icra tədbirləri dayandırmadığına görə mənzili hərracda satılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ilə (Şəbnəm Həxiyeva) şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Maraqlı şəxs cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 şikayətə etiraz ərizəsində qeyd etmişdir ki, iddaçı subyektiv hüquqa malik deyildir. Belə ki, mübahisələndirilən mənzil mülki iş üzrə iddaçıya məxsus olmamış, həmin mənzilin mülkiyyətçisi X2 olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinə əsasən borclu Ərizəçi cəmi 286778,47 (iyirmi səkkiz min altı yüz yetmiş səkkiz manat 47 qəpik) manat məbləğində borcun alınaraq tələbkar “xxxx” ASC-yə ödənilməsi, həmçinin tələbin ipoteka ilə yüklü edilən X3 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68,6 kv.m olan ** saylı mənzilə yönəldilməsi müəyyən edilmişdir. Həmin qətnaməyə əsasən ipoteka perdmetinin ilkin satış qitməti 58000 (əlli səkkiz min) manat məbləğində müəyyən edilmiş, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlər Ərizəçi, X3, X4, X6, X7, X8 və X5 ünvan 1 mənzil 91-dən çıxarılması və mənzilin boşaldılması qərara alınmışdır. Hesab edir ki, mənzilin boşaldılması qeyd olunan məhkəmə qətnaməsi əsasında müəyyən edildiyindən və həmin məhkəmə qətnaməsinin icrasının qərardad əsasında dayandırılması qanunsuz və əsassızdır. Həmçinin ərizəçi ərizədə göstərilən əmlaklara dair hüquqmüəyyənedici sənədləri (çıxarış, və s.) ərizəyə əlavə etməmiş və ərizəsini əsaslandırmamışdır. Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinə əsasən ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən ** nömrəli mənzilə tutma yönəldilməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifariş məktubundan görünür ki, Ərizəçi, “xxxx” ASC və digərlərinə icra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması ilə bağlı sifariş göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 17.1.4-cü maddəsində qeyd olunur ki, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Məhkəmə kollegiyası hesab edir ki, baxılan ərizə tələbi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilən icra sənədi üzrə icraatın dayandırılması barədədir. İcra sənədi üzrə icraatın dayandırılmasının mümkün olduğu hallar isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci və 18-ci maddələrində göstərilmişdir. Göründüyü kimi icra sənədi üzrə icraatın dayandırılması “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda və qaydada həyata keçirilə bilər. Odur ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat təbdirinin tətbiqi barədə mövcud ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395- 396, 398, 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-8)-91/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-91/2026
18.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver