Məhkəmə qərarları › İş №e-16(3-8)-93/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-93/2026

24.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-93/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi (cavabdeh Cavabdeh) müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməməsinə dair Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ Ərizəçi Ərizəçi (cavabdeh Cavabdeh) müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına qeydiyyata alınmış köhnə ünvan: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 271.8 kv/m, yaşayış sahəsi 131.7 kv/m, yardımçı sahəsi 140.1 kv/m olan 6 otaqlı bağ evinin üzərinə həbs qoyulmaqla onun özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ona qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, köhnə ünvan: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 271.8 kv/m, yaşayış sahəsi 131.7 kv/m, yardımçı sahəsi 140.1 kv/m olan 6 otaqlı bağ evinin, 0.0840 ha torpaq sahəsinin faktiki istifadəsinə verilməsini, həmçinin 3 aylıq (2000x3=6000) müddətə görə əldən çıxmış 6000 manatın və 100 manat dövlət rüsumunun ona ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. e-*(*-***)-****/**** saylı mülki iş hazırda Abşeron Rayon Məhkəməsinin icraatındadır. Qeyd olunan iddia tələbinə qarşı tərəfindən qarşılıqlı iddia verilməsi nəzərdə tutulur. Belə ki, mübahisə predmeti olan həmin daşınmaz əmlakın alqı-satqısına dair ## ###### 2025-ci il tarixli, AN-İ ******* nömrəli müqavilə onun həqiqi iradəsinə zidd olaraq bağlanmışdır. Etibarnamə əsasında verilmiş səlahiyyətlərdən suiistifadə olunmuş, onun razılığı olmadan və qanunvericiliyin tələbləri pozulmaqla qeyd olunan müqavilə formal qaydada rəsmiləşdirilmişdir. Əslində isə əmlakın real satışı baş verməmiş, müqavilə yalnız zahiri xarakter daşımışdır. Bundan əlavə əmlakı əldə etmiş şəxs vicdanlı alıcı hesab edilə bilməz. Qeyd olunan halları nəzərə alaraq, tərəfindən həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi irəli sürüləcəkdir. Hazırda mübahisəli daşınmaz əmlak cavabdehin adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. Bu hal cavabdehə əmlak üzərində sərəncam vermək, onu üçüncü şəxslərə özgəninkiləşdirmək imkanı yaradır. Mövcud şəraitdə cavabdeh tərəfindən əmlakın satılması, bağışlanması və ya digər üsullarla özgəninkiləşdirilməsi ehtimalı yüksəkdir. Əmlakın özgəninkiləşdirilməsi mövcud vəziyyəti dəyişərək gələcəkdə onun və özgəninkiləşdirilən digər üçüncü şəxslərin hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Sözügedən əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi məqsədəmüvafiq hesab edilməlidir. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadı ilə ərizəçi Ərizəçi (cavabdeh Cavabdeh) müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Ərizəçi Ərizəçi vəkili-nümayəndəsi Həsənova İlhamə Zakir qızı elektron kabinet vasitəsilə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(****)-***/**** saylı qərardadından şikayət verərək, sözügedən qərardadın ləğv edilməsi, ərizənin təmin edilməsinə dair yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh Ərizəçi qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 271.8 kv/m olan 6 otaqlı bağ evinin və 0.0840 ha torpaq sahəsinin faktiki istifadəsinə verilməsi, həmçinin 6000 manat əldən çıxmış gəlirin və 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh Ərizəçi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin daşınmaz əmlakın Cavabdeh satılmasına dair ## ###### 2025-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və ilkin iddianın rədd olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qeyd olunan müqavilə Ərizəçi həqiqi iradəsini əks etdirməmiş, etibarnamə üzrə səlahiyyətlərdən sui-istifadə edilməklə bağlanmışdır. Müqavilə AR-İ ****** saylı etibarnamə əsasında X2 tərəfindən imzalanmışdır. Eyni zamanda, alıcı Cavabdeh X2 yaxın qohumu - kürəkəni olduğu, daşınmaz əmlakı faktiki olaraq görmədiyi, onun xüsusiyyətləri barədə məlumatlı olmadığı göstərilmişdir. Bundan əlavə mübahisəli əmlakın real bazar dəyərinin müqavilədə göstərilən 200000 manat məbləğindən dəfələrlə yüksək olmasına baxmayaraq, əqdin əhəmiyyətli dərəcədə aşağı məbləğə rəsmiləşdirilməsi müqavilənin formal xarakter daşıdığını, tərəflərin həqiqi iradəsini əks etdirmədiyini və etibarnamədən sui-istifadə edilməklə bağlandığını təsdiq edən hallar kimi göstərilmişdir. Hazırda mübahisəli daşınmaz əmlak cavabdehin adına dövlət qeydiyyatına alındığından, onun üçüncü şəxslərə özgəninkiləşdirilməsi təhlükəsinin mövcud olduğu bildirilmişdir. Bu səbəbdən Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsinin qadağan olunmasını xahiş etmişdir. Lakin Abşeron Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi vəkili-nümayəndəsi Həsənova İlhamə Zakir qızı tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə mülki işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı işə ərazi aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsində baxılmalıdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, e-*(*-*)-***/**** nömrəli qərardadı ilə məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, cavabdeh Ərizəçi uzun müddət Abşeron Rayon Məhkəməsində hakim və sədr vəzifəsində fəaliyyət göstərdiyindən, hal-hazırda isə Sumqayıt Şəhər Məhkəməsində hakim kimi öz fəaliyyətini davam etdirdiyindən, ərizədə qeyd olunan dəlillər etiraz üçün əsasdır. Məhkəmə kollegiyası etirazın əsaslarını, habelə etiraz edən şəxsin marağını diqqətlə araşdıraraq hesab etmişdir ki, Ərizəçi əvvəllər Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan Abşeron Rayon Məhkəməsində rəhbər vəzifə tutması, eləcə də hazırda Sumqayıt Şəhər Məhkəməsində hakim vəzifəsində çalışması mülki iş üzrə qəbul ediləcək məhkəmə aktının obyektivliyinə və qərəzsizliyinə dair qarşı tərəfdə şübhələrin yaranması ehtimalını istisna etmir. Odur ki, məhkəmə kollegiyası hesab etmişdir ki, ədalət mühakiməsinin obyektiv və qərəzsiz həyata keçirilməsi, eləcə də gələcəkdə qəbul ediləcək hər hansı bir qərarın şübhə altına alınmaması məqsədilə etiraz təmin edilməli və mülki iş müvafiq birinci instansiya məhkəməsində baxılmasının müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır. Qeyd olunan Məcəllənin 63.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri üzrə bütün qərardadlardan şikayət vermək olar. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2012-ci il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, ərizəçi Ərizəçi (cavabdeh Cavabdeh) müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməməsinə dair Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında əsas işin baxıldığı yer üzrə Bakı Apellyasiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 59.1, 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Ərizəçi (cavabdeh Cavabdeh) müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməməsinə dair Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar