Məhkəmə qərarları › İş №e-16(3-8)-94/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-94/2026

16.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-94/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, X2 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından X2 Əbdülrəhim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, mübahisə mahiyyəti üzrə həll edilənədək Şabran rayonu Liman kəndi ərazisində yerləşən fermer təsərrüfatının boşaldılması, həmin təsərrüfatın üçüncü şəxslərə verilməsi, habelə ərizəçinin və həmin təsərrüfatda fəaliyyət göstərən şəxslərin heyvandarlıq və sahibkarlıq fəaliyyətinə, o cümlədən kənd təsərrüfatı heyvanlarının saxlanılmasına müdaxilə edilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Maraqlı şəxs və digər şəxslərə qadağan olunmasını barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-156)- **/**** nömrəli qərardadı ilə (hakim Ayaz Məmmədov) müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təmin edilməmişdir. Hazırda ərizəçi Ərizəçi Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- **(*-***)-**/**** saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-156)- **/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinə aşağıda göstərilənlərə əsasən apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənn 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.4-cü maddəsinə əsasən müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumu ödənilir. Hazırki işdən görünür ki, ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə verərkən 10 manat dövlət rüsumu ödəsə də ərizənin təmin edilməməsi barədə qərardaddan şikayət verərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydada 50 manat məbləğində dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyünün yoxlanılması dedikdə, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması, yəni apellyasiya şikayətinin aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə düzgün verilib-verilməməsi, apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən verilib-verilməməsi, imzalanıbimzalanmaması, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilib edilməməsi, apellyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində verilib-verilməməsi daxildir. Məhkəmə kollegiyası həmçinin qedir ki, birinci instansiya məhkəməsi ərizəçi tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən yuxarıda qeyd olunan nöqsanlara diqqət yetirmədən, Mülki Prosessual Məcəlləsinin 361-363-cü maddəsinin tələbinə əməl etməyərək, şikayəti geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in 361-363-cü maddəsinin tələblərinə uyğun olmadığından, bununla da işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏR A RA ALDİ: Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-156)- **/**** nömrəli qərardadından X2 Əbdülrəhim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayəti üzrə Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Şaqbran Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar