Məhkəmə qərarları › İş №e-16(3-8)-96/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-8)-96/2026

23.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-16(3-8)-96/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinə dair iş üzrə Qusar Rayon Məhkəməsinin **(*-***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, *(*-***)-***/**** saylı mülki iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilərək qanuni qüvvəyə minənədək, müvəqqəti təminat tədbiri qismində azyaşlı övladı ##.##.2025-ci il təvəllüdlü X3 ilə ünsiyyət hüququnun müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi, ünsiyyət hüququnun hər həftənin bazar günü saat 12:00-dan 18:00-dək cavabdehin yaşadığı Qusar rayonu ərazisində həyata keçirilməsini, müəyyən edilmiş görüş müddəti başa çatdıqdan sonra uşağın iddiaçı tərəfindən cavabdehə geri təhvil verilməsini, həmçinin görüşlərin keçirilməsi zamanı cavabdeh tərəfin aqressiv və qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə uşağın məhkəmə icra məmurunun iştirakı ilə iddiaçıya təhvil verilməsi və geri qaytarılması barədə müvəqqəti təminat tədbiri haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahdan ##.##.2025-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Hazırda azyaşlı övladı 1 yaş 2 aylıq olmasına baxmayaraq, cavabdeh tərəf qəsdən və qanunsuz maneələr törədərək onu doğulduğu gündən etibarən övladını bircə dəfə də olsun görmək, ona ata qayğısı göstərmək hüququndan tamamilə məhrum etmişdir. Sırf məhkəmə prosesini uzatmaq və ona çətinlik yaratmaq məqsədilə cavabdeh Abşeron rayonundakı mediasiya bildirişini alan kimi dərhal qeydiyyatını Qusar rayonuna dəyişmişdir. Bu fakt Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(1-105)- ****/**** saylı qərardadı ilə rəsmi təsdiqini tapmışdır. Bundan əlavə cavabdeh və onun ailə üzvləri iddiaçını qanuni tələblərindən çəkindirmək üçün polis orqanlarına əsassız şikayətlər edərək şərləməyə cəhd göstərmiş, lakin Qusar RPŞ-nin ##.##.2025-ci il tarixli qərarı ilə hərəkətlərində heç bir hüquq pozuntusu tapılmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Hazırda qarşı tərəfin aqressiv münasibəti, həmçinin məsafənin uzaqlığı nəzərə alınaraq, yekun qətnamə qəbul edilənədək uşağın maraqlarının qorunması məqsədilə müvəqqəti görüş qaydasının qərardad formasında təyin edilməsi mütləqdir. Qusar Rayon Məhkəməsinin **(*-***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Günel Səfərli) ərizə qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin icraatında olan e-**(*-***)-*/**** saylı mülki iş baxılıb yekunlaşanadək ərizəçi Ərizəçi ##.##.2025-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olmasına maneələrin yaradılmasının cavabdeh Cavabdeh qadağan edilməsi, ünsiyyət qaydasının hər həftənin bazar günləri saat 12:00-dan 14:00-dək ananın yaşadığı ərazidə, Qusar rayonunda, ananın iştirakı ilə müəyyən edilməsi, görüş və ünsiyyət hüququnun təmin edilməsi üçün ##.##.2025-ci il təvəllüdlü Rüstəmzadə X2 rayonunda, ananın yaşadığı yerə yaxın ərazidə, hər həftənin şənbə və bazar günü saat 12:00-da Cavabdeh tərəfindən Ərizəçi, həmin günlər saat 14:00-da isə eyni ünvanda Ərizəçi tərəfindən Cavabdeh təhvil verilməsi qərara alınmışdır. Məhkəmə müəyyən etmişdir ki, ərizəçi uşağın atasıdır və uşağın yaşından asılı olmayaraq onunla ata kimi sağlam ünsiyyət bağları qurmaq hüququna malikdir. Eyni zamanda bu ünsiyyətin uşağın sağlam inkişafı baxımından da xüsusi əhəmiyyətinin olduğu nəzərə alınmalıdır. Hazırkı iş üzrə ərizəçiyə aid və uşağın mənafeyinə zidd ola biləcək, onun fiziki, psixoloji sağlamlığına, mənəviyyatına, əxlaqi inkişafına ziyan vura biləcək açıq-aydın hal müəyyən edilməmişdir. Ərizəçinin uşaqla ünsiyyətinin müvəqqəti təminat tədbiri əsasında təmin edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Tərəflərin birgə nikahından doğulmuş uşaq 1 yaş, 2 aylıqdır, körpə uşağın gündəlik qida, yuxu, istirahət rejiminin anaya bağlı olduğu, dolayısı ilə uşağın anadan ayrı qalmasının onun üstün maraqlarına uyğun olmadığı hazırki vəziyyətdə atanın uşaqla müvəqqəti ünsiyyətinin ananın iştirakı ilə baş tutması uşağın mənafeyinə daha uyğundur. Belə ki ananın iştirak etməsi uşağa tam ailədə böyüdüyünü, valideynlərinin hər ikisinin daim onun yanında olduqlarını hiss etməyə şərait yaradacaqdır. Tam ailə tərbiyəsi uşaqların fərdipsixoloji xüsusiyyətlərinin inkişafında, onun şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Ərizəçinin uşaqla müvəqqəti ünsiyyətdə olmağı xahiş etdiyi müddət yuxarıda qeyd edilmiş səbəblərdən azyaşlı uşağın mənafeyinə uyğun olmayacaq dərəcədə hədsiz uzun müddətdir, onun anasından uzun müddət ərzində ayrılması nəticə olaraq uşağın fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Bu səbəbdən məhkəmə görüş vaxtının müddəti ilə razılaşmır və ərizəçinin uşaqla həftənin bazar günləri saat 12:00-dan 14:00-dək görüşməsini məqsədəmüvafiq hesab edir, iddia ərizəsinə baxılıb yekunlaşana qədər bu formada davam edən görüş tərəflərin və uşağın mənafeyinə tam uyğundur. Həmçinin məhkəmə qeyd edir ki, uşaq südəmər olduğundan, ananın iştirakı ilə görüş uşağın mənafeyinə uyğundur. Cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, qərardadın dəyişdirilərək ərizəçi Ərizəçi ilə Miran adlı uşağın ünsiyyət qaydası hər həftənin cümə günləri saat 12:00-dan 13:00-dək özü yaşadığı ərazidə, Qusar rayonunda, özünün iştirakı ilə müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ərizəçi birgə nikahdan anadan olmuş ##.##.2025-ci il təvəllüdlü X3 ilə atası kimi ünsiyyətdə olmaq hüququ olsa da məhkəmə nəzərə almalıdır ki, uşağın bir yaşı olmaqla körpədir və onun xeyli müddət anadan alınaraq ataya verilməsi onun yuxu və qidalanma rejiminin pozulmasına səbəb ola bilər. Bundan başqa, həmin uşaqla ərizəçinin ünsiyyətinin bazar günləri saat 12:00-dan saat 14:00-dək müəyyən edilməsi maraqlı şəxs kimi onun maraqlarına uyğun deyil. Belə ki, onun Ərizəçi ilə münasibətləri tamamilə pozulmuş, onun şikayətçiyə qarşı aqressiyası var, dəfələrlə ona hədə-qorxu gəlmişdir. Bu səbəbdən də ərizəçinin uşaqla ünsiyyəti zamanı şikayətçinin valideynlərinin yanında iştirakı vacibdir. Valideynləri isə hər həftənin şənbə və bazar günləri Bakı şəhərinə gedirlər. Ona görə də uşaqla ünsiyyətin həftənin cümə günləri müəyyən edilməsi şikayətçinin təhlükəsizliyi baxımından zəruridir. Bundan başqa qeyd etdiyi kimi uşaq çox körpədir, 1 yaş 3 aylıqdır, tez-tez xəstələnir və ona görə də onun 2 saat ərzində atasına verilməsi uşağın sağlamlığı baxımından düzgün deyil. Bu səbəbdən də ərizəçinin uşaqla ünsiyyətinin 1 saat müəyyən edilməsi daha məqsədəuyğundur. Bundan başqa qərardadın təsviri əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, məhkəmə ünsiyyət qaydasını hər həftənin bazar günləri saat 12:00-dan 14:00-dək ananın yaşadığı ərazidə, Qusar rayonunda, ananın iştirakı ilə müəyyən etsə də sonradan həmin uşağın hər həftənin şənbə və bazar günləri anadan ataya təhvil verilməsini qeyd etmişdir. Odur ki, həmin uyğunsuzluq da aradan qaldırılmalıdır. Qusar Rayon Məhkəməsinin **(*-***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin **(*-***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı görüş və ünsiyyət hüququnun təmin edilməsi üçün ##.##.2025-ci il təvəllüdlü Rüstəmzadə X2 rayonunda, ananın yaşadığı yerə yaxın ərazidə, hər həftənin şənbə və bazar günü saat 12:00-da Cavabdeh tərəfindən Ərizəçi, həmin günlər saat 14:00-da isə eyni ünvanda Ərizəçi tərəfindən Cavabdeh təhvil verilməsi hissəsində dəyişdirilməli, görüş və ünsiyyət hüququnun təmin edilməsi üçün ##.##.2025-ci il təvəllüdlü Rüstəmzadə X2 rayonunda, ananın yaşadığı yerə yaxın ərazidə, hər həftənin bazar günü saat 12:00da Cavabdeh tərəfindən Ərizəçi, həmin günlər saat 14:00-da isə eyni ünvanda Ərizəçi tərəfindən Cavabdeh təhvil verilməsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin157.1-ci maddəsinə görə maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Həmin Məcəllənin 159.1-ci maddələrinə əsasən müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Həmin Məcəllənin 159.2-ci maddələrinə əsasən hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il ## #######, */**** nömrəli qərarının 2.8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. Şikayətin dəlillərindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qərardadını ərizəçinin övladı ilə ünsiyyətdə olma müddətini və gününü mübahisələndirərək, məhkəmə qərardadı ilə müəyyən edilmiş 2 saat ünsiyyətin 1 saat və ünsiyyətin hər həftənin cümə günü təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin qeyd olunan dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırkı müvəqqəti təminat tədbiri üzrə qarşıda duran məqsəd, uşaqla ünsiyyətə dair iddiaya mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilməsinədək keçən müddət ərzində, ərizəçi ilə övladı arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş müddət ərzində qeyd olunan məqsədə nail olmaq mümkün hesab olunur. Cavabdehin təklif etdiyi 1 saat müddət kifayət qədər qısa olmaqla, uşağın mənafeyi baxımından da yolverilən deyildir. Bundan başqa ünsiyyətin qeyri-iş günü hesab edilən istirahət günlərinin birində təmin edilməsi məqsədəmüvafiq hesab edilir. Həmçinin, şikayətçi ünsiyyət zamanı ərizəçinin ona qarşı olan aqressiyasının ünsiyyət hüququnun təmin edilməsi prossesinə hansı qaydada təsir göstərmə ehtimalını əsaslandırmamış və buna dair hər hansı bir sübut da məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası şikayətin qeyd olunan dəlillərini əsassız hesab etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi ərizəsində həftənin bazar günü ünsiyyət hüququnun təmin edilməsini xahiş etmiş, məhkəmə də ünsiuyyət hüququnun həftənin bazar günü saat 12:00-dan 14:00-dək müəyyən etsə də qərardadın nəticə hissəsininin ikinci abzasında ünsiyyət hüququnun təmin edilməsi üçün uşağın atyaya təhvil verilməsi vaxtını həftənin bazar günü ilə yanaşı şənbə günü kimi də qeyd etmişdir. Buna görə də qərardad həmin hissədə dəyişdirilərək ünsiyyət hüququnun təmin edilməsi üçün ##.##.2025-ci il təvəllüdlü X3 Qusar rayonunda, ananın yaşadığı yerə yaxın ərazidə, hər həftənin bazar günü saat 12:00-da Cavabdeh tərəfindən Ərizəçi, həmin günlər saat 14:00-da isə eyni ünvanda Ərizəçi tərəfindən Cavabdeh təhvil verilməsi qərara alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 157, 158.1.2, 158.1.3, 264 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin **(*-***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı görüş və ünsiyyət hüququnun təmin edilməsi üçün ##.##.2025-ci il təvəllüdlü Rüstəmzadə X2 rayonunda, ananın yaşadığı yerə yaxın ərazidə, hər həftənin şənbə və bazar günü saat 12:00-da Cavabdeh tərəfindən Ərizəçi, həmin günlər saat 14:00-da isə eyni ünvanda Ərizəçi tərəfindən Cavabdeh təhvil verilməsi hissəsində dəyişdirilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün ##.##.2025-ci il təvəllüdlü Rüstəmzadə X2 rayonunda, ananın yaşadığı yerə yaxın ərazidə, hər həftənin bazar günü saat 12:00da Cavabdeh tərəfindən Ərizəçi, həmin gün saat 14:00-da isə eyni ünvanda Ərizəçi tərəfindən Cavabdeh təhvil verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar