Məhkəmə qərarları › İş №e-16(3-9)-122/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-9)-122/2026

16.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-16(3-9)-122/2026 16.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadından (hakim Zaur Abbasov) ərizəçi tərəfindən verilmiş şikayətə, məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-*-*(*-**)- ****/**** saylı kommersiya işinə baxılıb yekun qərar çıxarılanadək, ünvan 1 ünvanında yerləşən, mülkiyyət üzrə Ərizəçi məxsus olan və cavabdehlə arasında bağlanmış, Hacıqabul rayon notariat ofisinin xüsusi notariusu X2 tərəfindən ##.##.2021-ci il tarixdə təsdiq edilmiş icarə müqaviləsinə əsasən icarəyə verilmiş ümumi sahəsi 77.9 ha olan torpaq sahəsindən istifadənin qadağan olunmasının cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırımışdır ki, cavabdeh “xxxx” MMC-yə qarşı Ərizəçi ilə arasında bağlanmış, Hacıqabul rayon notariat ofisinin xüsusi notariusu X2 tərəfindən ##.##.2021-ci il tarixdə təsdiq edilmiş icarə müqaviləsinə xitam verilməsi, cavabdehdən müqavilə üzrə ödənilməmiş 8062,7 (səkkiz min altımış iki manat yetmiş qəpik) manat torpaq icarə haqqının məcburi qaydada alınaraq bələdiyyə büdcəsinə ödənilməsi və cavabdehə verilmiş torpaq sahəsindən icarə hüquqlarına dair ##.##.2021-ci il qeydiyyat tarixli Daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair kommersiya işi X6 icraatındadır (Iş e-2-2(4-14)-2266/2026). Lakin, cavabdeh helə də təmin torpaq sahəsindən iştifadə edir və bəhrələnir. Cavabdehin yuxarı instansiyalara sadəcə işi yubatmaq məqsədilə müraciət edəcəyi ehtimalı nəzərə alınarsa, onun həmin torpaq sahəsindən ən azı daha bir əkin sezonu istifadə edərək bəhrə götürəcəyi şübhəsizdir. Bununla da, ərizəçinin mülkiyyət hüquqları pozulur. Odur ki, məhkəmənin icraatında olan e-*-*(*-**)-****/**** saylı kommersiya işinə baxılıb yekun qərar çıxarılanadək ünvan 1 ünvanında yerləşən, mülkiyyət üzrə bələdiyyəyə məxsus olan və cavabdehə icarəyə verilmiş ümumi sahəsi 77.9 ha olan torpaq sahəsindən istifadənin qadağan olunmasının müvəqqəti təmin tədbiri formasında cavabdehin üzərinə qoyulması zəruridir. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan ərizəçi şikayət verərək ləğv edilməsi, ərizənin təmin edilıməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e- *-*(*-**)-****/**** nömrəli kommersiya işi üzrə cavabdeh bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini müqavilə şərtlərinə əməl edilmədən istifadə edir. Kommersiya işindəki müqavilə üzrə tələb isə iddia ərizəsi verilənədək cavabdeh tərəfindən ödənilməmiş borcun tələbidir ki, kommersiya işinin gedişatı zamanı iddia təmin olunacağı təqdirdə belə cavabdehin işi yubatmaq məqsədilə yyuxarı insatansiya məhkəmələrinə şikayətlər verməklə yekun məhkəmə aktının qüvvəyə minməsi vaxtını bir ilə yaxın uzada bilər. Həmin dövrdə isə torpağı əldən çıxacağını bildiyi üçün normalara uyğun olmayan vəziyyətdə becərməyə davam edərək torpağın münbitliyinə zərər gətirməklə ərizəçinin vəziyyətini daha da pisləşdirə bilər. Hazırda formalaşmış məhkəmə təcrübəsinə əsasən bu kimi hallarda Müvəqqəti təminat tədbirinin seçilməsi böyük əksəriyyət təşkil edir. Bundan başqa oxşar məsələ ilə bağlı Ərizəçi ərizəsi əsasında Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ## ######## 2017-ci il tarixli *-*(***)- ***/**** nömrəli qərardadı olmuş və icra edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 27 avquat 2026-cı il tarixli e-**(*-**)-***/**** saylı saylı qərardadı ilə şikayət təmin olunmamış və iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə tədqiq edib belə nəticəyə gəlir ki, şikayətin təmini üçün əsaslar yoxdur. Həmi Məcəllənin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə uyğun olaraq, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Ərizəçi ilə cavabdeh “xxxx” MMC arasında ##.##.2021-ci il ildə bağlanaraq Hacıqabul rayon notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş icarə müqaviləsinə əsasən mübahisəli 77.9 ha torpaq sahəsi cavabdehə icarəyə verilmişdir. Cavabdehin icarə haqqı üzrə 8062.7 manat icarə haqqı borcunun yaranması əsası ilə Ərizəçi tərəfindən xxxx” MMC-yə qarşı icarə haqqı üzrə yaranmış borcun tutulması, icarə müqaviləsinin ləğv edilməsi və torpaqdan çıxarma tələbinə dair iddia qaldırılmışdır. Birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəni rədd edərkən gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində barəsində qərar qəbul edilməsini xahiş etdiyi tələblə eyni məzmun və mahiyyətdə olan təminat tədbirinin tətbiq edilməsini xahiş edir. Belə ki, icarə müqaviləsinə xitam verilməsi və cavabdehin (icarəçinin) həmin torpaq sahələrindən (müqavilə üzrə istifadəsində olan) məcburi çıxarılması tələbi, cavabdehin mübahisəli torpaq sahəsindən istifadəsinə son qoyulmasını da ehtiva edir. Bu halda məhkəmə hesab etmişdir ki, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin təmin olunacağı təqdirdə iddia ərizəsində göstərilən eyni tələb faktiki olaraq təmin edilmiş olacaqdır. Bu isə müvəqqəti təminat tədbiri institutunun məqsəd və hüquqi mahiyyətinə zidd olmaqla bərabər, müvəqqəti xarakterli qərarla mübahisə üzrə işin mahiyyətcə həll olunması kimi ciddi prosessual pozuntuya səbəb ola bilər. Bundan başqa, ərizəçinin iddia tələbinin predmetini təşkil edən icarə hüquq münasibətlərinə xitam verilməsi və bunun hüquqi nəticələrinin müəyyən edilməsi işin tam və hərtərəfli araşdırılmasını tələb edən faktiki hallardır. Bu faktiki hallar üzrə tərəflərin həqiqi münasibətlərinin xarakterinin aşkar edilməsi isə işin mahiyyəti üzrə araşdırılmasını tələb edir. Bu baxımdan, müvəqqəti xarakterli tədbirin tətbiqinə dair ərizə əsasında birbaşa carəçinin əsas hüquqlarındın birini təşkil edən icarə obyektindən istifadə hüququna qadağatətbiq olunması qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Kollegiya ərizəyə birinci instansiya məhkəməsi tərəfindən verilən hüquqi qiymətlə razılaşır və hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinin əsasını təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Beləliklə müəyyən olunur ki, prosessual qanunvercilikdə hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid Imanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar