Məhkəmə qərarları › İş №e-16(3-9)-126/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-9)-126/2026

17.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-16(3-9)-126/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı Ərizəçi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Üçüncü şəxs ASC-nin cəlb olunmaqla cavabdeh İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 qarşı İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş ## #### 2026-cı il tarixli və ## #### 2026-cı il tarixli icra qeydlərinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş ## #### 2026-cı il tarixli və ## #### 2026-cı il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasına dair iddia ərizəsi üzrə İmişli Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək İmişli rayon icra və probasiya şöbəsinə borclu Ərizəçi mülkiyyətində olan “Range Rover” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan ərizəçi Ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəfindən müvəqqəti təminat tədbiri haqqında ərizə əsaslandırılmışdır. Belə ki, müvəqqəti təminat tədbirinin iddia ərizəsi ilə birbaşa əlaqəlidir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X1 ## #### 2026-cı il tarixli qərarına əsasən İmişli regional “ASAN Xidmət” mərkəzinin *i-**** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədi üzrə borclu Ərizəçi mülkiyyətində olan “Range Rover” minik markalı, **-BL- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və saxlanılaraq duracağa yerləşdirilməsi qərara alınmışdır. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X1 ## #### 2026-cı il tarixli qərarın verilməsinə səbəb İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən qanunsuz olaraq verilmiş ## #### 2026-cı il tarixli və ## #### 2026-cı il tarixli icra qeydləri olmuşdur. Halbuki bir borc öhdəliyi üzrə iki icra qeydinin verilməsi qanunsuz və əsassızdır. Borclu Ərizəçi Üçüncü şəxs ASC qarşısında kredit öhdəliyi olmuş və həmin öhdəliyin təmin edilməsi üçün ipoteka predmeti olan “Mercedes-Benz AXOR 1840 LS” yük markalı, **-RO-*** dqn, b/i 2007, Şassi №WDB*******L****** və MAN TGX 18480 4X2 BLS yük markalı, **-CE-*** dqn, b/i 2008, Şassi №WMA**XZZ**W****** nəqliyyat vasitələri ipoteka ilə yüklü edilmişdir. Hazırkı vəziyyətdə İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən bir icra qeydi verilməli olduğu halda iki icra qeydi verilmişdir. İki icra qeydinin olması öz növbəsində borclulara məxsus ipoteka predmeti olmayan digər əmlakların üzərinə əsassız olaraq həbs qoyulmasına səbəb olmuşdur. Bundan başqa qeyd edilən icra qeydlərinin ləğv edilməsinə dair iddia ərizəsi İmişli Rayon Məhkəməsinin icraatındadır. Bu müddət ərzində borclu Ərizəçi mülkiyyətində olan “Range Rover” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil cərimə meydançasında saxlanılması həm mülkiyyət hüquqlarının pozulmasıdır, həm də avtomobilin yararsız hala gəlməsinə səbəb olacaqdır. Belə ki, borclu Ərizəçi mülkiyyətində olan “Range Rover” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ətraf mühitin (günəş şüaları, yağış, toz və s.) təsirlərinə məruz qalacaq, bundan başqa nəqliyyat vasitəsi sürülmədikcə təkərləri və digər ehtiyat hissələrinin sıradan çıxmasına səbəb olacaqdır İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər; 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir; 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər; 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir; Hazırkı iş üzrə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ərizəçi İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş ## #### 2026-cı il tarixli və ## #### 2026-cı il tarixli icra qeydlərinin ləğv edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia üzrə məhkəmə araşdırması davam etdiyi halda ərizəçi müvəqqəti təminat tədbiri qismində öz mülkiyyətində olan “Range Rover” markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. İş materiallarından görünür ki, ## #### 2026-cı il tarixli, 8İ-7131 nömrəli icra qeydi Ərizəçi məxsus ipoteka predmeti olan “Mercedes-Benz AXOR 1840 LS” və “MAN TGX 18 480 4X2 BLS” markalı nəqliyyat vasitələrinə tutmanın yönəldilməsi ilə bağlı verilmiş, ## #### 2026-cı il tarixli *i-**** nömrəli icra qeydi isə Ərizəçi və X2 82.616 manat 78 qəpik pul vəsaitinin tutulmasına dair olmuşdur. Sonuncu icra sənədinin icrası ilə əlaqədar icra məmurunun ## #### 2026-cı il tarixli qərarı ilə Ərizəçi mülkiyyətində olan “Range Rover” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və həmin nəqliyyat vasitəsinin saxlanılaraq duracağa yerləşdirilməsi qərara alınmışdır. Beləliklə, ərizəçinin mübahisələndirdiyi icra qeydlərinin qanuniliyi ilə avtomobilə həbs qoyulmasına dair icra məmurunun qərarının qanuniliyi eyni məsələ olmamışdır. Ərizəçinin hazırkı iddiasının predmeti notarius tərəfindən verilmiş icra qeydlərinin ləğv edilməsidir. Halbuki müvəqqəti təminat tədbiri kimi tələb etdiyi həbsin götürülməsi icra məmurunun ayrıca prosessual qərarı ilə bağlıdır. Buna görə də həmin tədbirin tətbiqi üçün onun irəli sürülmüş iddia tələbi ilə bilavasitə prosessual bağlılığı ayrıca əsaslandırılmalıdır. Ərizəçi şikayətində icra qeydlərinin verilməsinin qanunsuz olduğunu, eyni borc öhdəliyi üzrə iki icra qeydi verildiyini və bunun nəticəsində ipoteka predmeti olmayan əmlakın üzərinə həbs qoyulduğunu bildirsə də, həmin dəlillər mahiyyət etibarilə iddianın əsasını təşkil edən hallara və mübahisələndirilən icra qeydlərinin qanuniliyinə aiddir. Digər tərəfdən, ərizəçi avtomobilin duracaqda saxlanılması nəticəsində onun ətraf mühitin təsirlərinə məruz qalacağını, təkərlərin və digər hissələrin sıradan çıxa biləcəyini bildirsə də, bu halların baş verməsinin qaçılmaz olduğunu və ya avtomobilin saxlanılması nəticəsində ona dəyəcəyi iddia olunan zərərin sonradan aradan qaldırılmasının və ya kompensasiya edilməsinin mümkün olmayacağını əsaslandıran konkret və mötəbər sübutlar təqdim etməmişdir. Bununla yanaşı, ərizəçinin mübahisələndirdiyi icra qeydlərindən irəli gələn icra tədbirlərinin qanuniliyinə dair ayrıca hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanı da istisna edilmir. Belə ki, avtomobilə həbs qoyulması barədə ## #### 2026-cı il tarixli qərar icra məmuru tərəfindən qəbul edilmiş ayrıca qərar olmaqla, onun qanuniliyi müvafiq qaydada mübahisələndirilə bilər. Odur ki, həmin qərarın hüquqi nəticələrinin müvəqqəti təminat tədbiri institutu vasitəsilə aradan qaldırılması üçün qanunla nəzərdə tutulan əsasların mövcudluğu ərizəçi tərəfindən əsaslandırılmalıdır. Məhkəmə tərkibi həmçinin nəzərə alır ki, müvəqqəti təminat tədbirinin tətbiqi zamanı tərəflərin mənafeləri arasında ədalətli tarazlıq təmin edilməli, tətbiq olunan tədbir irəli sürülmüş iddianın mümkün nəticələri ilə əlaqəli və həmin məqsədə nail olmaq üçün zəruri və mütənasib olmalıdır. Hazırkı halda isə ərizəçinin məqsədi avtomobilin üzərinə qoyulmuş həbsin və bunun nəticəsində yaranmış məhdudiyyətlərin aradan qaldırılması olsa da, bu nəticəyə müvəqqəti təminat tədbiri institutu çərçivəsində nail olunması üçün qanunla tələb olunan prosessual əsaslar hazırkı iş üzrə müəyyən edilmir. Nəticə etibarilə, ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilmədiyi halda hüquqlarının müdafiəsinin qeyri-mümkün və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyini, habelə tələb etdiyi tədbirin irəli sürülmüş iddia tələbi ilə zəruri hüquqi və faktiki bağlılığını kifayət qədər əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi də məhz bu halları nəzərə alaraq ərizənin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar