Məhkəmə qərarları › İş №e-16(3-9)-127/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-9)-127/2026

10.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-16(3-9)-127/2026 10.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X3 və Əsədov Ilham Qoşunəli oğlundan ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin **(*-***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında qaydasında baxaraq; MÜƏYYƏN ETDI: Ərizəçi Ərizəçi Səməndər oğlunun nümayəndəsi və vəkili Vəkil müvəqqəti təminat tədbiri qismində ərizə ilə məhkəməyə müraciət edərək, müvəqqəti təminat tədbiri barədə ərizə təmin olunmaqla iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənədək və ya məhkəmə tərəfindən müəyyən ediləcək müddət ərzində cavabdeh Cavabdeh iştirakı olmadan, ##.##.2020-ci il təvəllüdlü X1 və ##.##.2022-ci il təvəllüdlü X2 ilə həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 18:00-dək, cavabdehin iştirakı olmadan, evində gecə yanında qalmaqla ünsiyyət saxlamasına, məhkəmə azyaşlıların yaşı, mənafeyi və digər halları nəzərə alaraq gecə qalmaqla ünsiyyət formasının hazırkı mərhələdə tətbiqini məqsədəuyğun hesab etmədiyi halda isə, cavabdeh Cavabdeh iştirakı olmadan, ##.##.2020-ci il təvəllüdlü X1 və ##.##.2022-ci il təvəllüdlü X2 ilə həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək yanında və ya uşaqlar üçün münasib digər yerdə sərbəst şəkildə görüşməklə və vaxt keçirməklə ünsiyyət saxlamasına, ##.##.2020-ci il təvəllüdlü X1 və ##.##.2022-ci il təvəllüdlü X2 ilə hər gün saat 17:00-dan 19:00dək telefon (WhatsApp, Telegramvə sair), videogörüntülü və səsli rabitə vasitələri ilə əlaqə saxlamaqla ünsiyyətinə, habelə uşaqların vəziyyəti barədə məlumat əldə etməsinə maneəçilik törədən bütün halların cavabdeh Cavabdeh və digər şəxslərə qadağan edilməsi, cavabdehin uşaqları müəyyən edilmiş görüş vaxtlarında görüşə hazırlaması və onların ata ilə ünsiyyətinə faktiki maneə yaratmaması barədə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin **(*-***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, ərizəçi Ərizəçi Səməndər oğluna valideynlik və ünsiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar övladları-##.##.2020-ci il təvəllüdlü X1 və ##.##.2022-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan 17:00-dək ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi, ##.##.2020-ci il təvəllüdlü X1 və ##.##.2022-ci il təvəllüdlü X2 hər həftənin şənbə günü saat 10.00-da atası X4 təhvil vermək vəzifəsi anası Cavabdeh həvalə edilməsi, ##.##.2020-ci il təvəllüdlü X1 və ##.##.2022-ci il təvəllüdlü X2 hər həftənin şənbə günü saat 17:00da anası Cavabdeh təhvil vermək vəzifəsi atası Ərizəçi Səməndər oğluna həvalə edilməsi qərara alınmışdır. Hazırda cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə məhkəmənin həmin qərardadından şikayət verərək, Şirvan şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)- **/**** saylı qərardadının dəyişdirilərək ərizəçi Ərizəçi Səməndər oğlunun övladları ##.##.2020-ci il təvəllüdlü X1 və ##.##.2022-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 12:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilməsi, görüş yerinin uşaqlarının yaşadığı ərazidə olması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin **(*-***)-**/**** saylı, ## ######## 2026-cı il tarixli (Hakim: Ceyhun Mustafayev) qərardadı ilə, Şirvan Şəhər Məhkəməsinin **(*-***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin faktiki halı ilə bağlı aparılmış prosessual hərəkətlərdən müəyyən qeyd edir ki, müvəqqəti təminat tədbirlərinin məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdan ibarətdir. Bu mənada, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı yaxud həmin hüquqların əhəmiyyətli dərəcədə pozulmasının qarşısını almağı qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Lakin bununla belə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə iddia ilə bağlı ilkin zəruri sübutların təqdim edilməsinə və ərizədə cavabdeh kimi qoyulmuş şəxslərə qarşı yönəldilmiş tələblərin ilkin əsaslandırılmasına və bununla bağlı iddianın uğurluluğuna dəlalət edən ilkin dəlillərin təqdim edilməsinə ehtiyac vardır, əks halda, görülmüş belə tədbirlərin cavabdehlərin və ya üçüncü şəxslərin hüquqlarının pozulması halını yaratması mümkündür. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı, eləcə də iddianın uğurluluq ehtimalının nəzərə alınması baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəsinə Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7-ci maddəsinə əsasən Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 160.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Qeyd edilən prosessual hüquq normalarının təhlilindən müəyyən edilir ki, hər bir kəs hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Hər bir şəxs məhkəməyə müraciət edərkən iddia tələbinə mahiyyəti üzrə baxıb müvafiq məhkəmə aktı qəbul edilənə kimi müvafiq risklərdən, itkilərdən azad olunmaq üçün cavabdehə müəyyən hərəkətləri etməkdən çəkinməsi üçün tədbirlər görülməsini xahiş edə bilər. Əgər həmin hərəkətlərin cavabdeh tərəfindən realizə edilməsi müəyyən itkilərin yaranmasının əsas olacaqdırsa iddia tələbi üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə minənədək qadağan edilə bilər. O da nəzərə alınmalıdır ki, müvəqqəti təminat barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası onu da, qeyd edir ki, “hazırki mübahisənin nəticəsindən asılı olmayaraq, mübahisənin həlli ilə bağlı mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi, habelə mülki işə mahiyyəti üzrə baxılıb aidiyyəti məhkəmə aktının qəbul edilməsi (tərəflər öz aralarında razılığa gəlmədikləri təqdirdə), tərəflərin bu aktdan şikayət vermək hüququnun həyata keçirilməsi müəyyən müddət tələb edəcəkdir”. Bu baxımdan hazırki mərhələdə ərizəçi ilə az yaşlı uşağı arasında münasibətlərin gələcəkdə mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə müvəqqəti tədbir olaraq ərizəçiyə uşaqla ünsiyyətdə olma hüququ verilməsi qənaətinə gəlməkdə həmçinin uşağın yaş həddini, intensiv olaraq qayğısına və nəvazişinə ehtiyacının olması nəzərə almaqla haqlı olmuş və cavabdeh tərəfindən verilmiş şikayət heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin “ərizə qismən təmin edilərək, ərizəçi Ərizəçi Səməndər oğluna valideynlik və ünsiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar övladları - ##.##.2020- ci il təvəllüdlü X1 və ##.##.2022-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan 17:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilməsi, ##.##.2020-ci il təvəllüdlü X1 və ##.##.2022-ci il təvəllüdlü X2 hər həftənin şənbə günü saat 10.00-da atası X4 təhvil vermək vəzifəsi anası Cavabdeh həvalə edilsin, ##.##.2020-ci il təvəllüdlü X1 və ##.##.2022-ci il təvəllüdlü X2 hər həftənin şənbə günü saat 17:00da anası Cavabdeh təhvil vermək vəzifəsi atası Ərizəçi Səməndər oğluna həvalə edilməsi” qənaətinə gəlməsi qanuni və əsaslı olmuşdur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin **(*-***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasənapellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDI: Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin **(*-***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar