Məhkəmə qərarları › İş №e-16(3-9)-132/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-9)-132/2026

24.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-16(3-9)-132/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadından cavabdeh Alieva Arzu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Ərizəçi Ərizəçi məhkəməyə müvəqqəti təminat tədbiri barədə elektron ərizə təqdim edərək, cavabdeh Arzu Aliyevaya qarşı "uşaqla ünsiyyətdə olmaq" tələbinə dair məhkəmə icraatında olan iş üzrə yekun məhkəmə aktı qəbul olunub qanuni qüvvəsini alanadək, ## ### 2025-ci il təvəllüdlü övladı X1 ilə maneəsiz ünsiyyət hüququnun verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə (hakim Elvin Ələsgərov) ərizə qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin icraatında olan e-*(*-***)-****/**** nömrəli mülki iş üzrə qəti qərar qəbul olunub qanuni qüvvəsini alanadək, cavabdeh Arzu Aliyevanın (FİN: ******) iştirakı ilə ərizəçi Ərizəçi ## ### 2025-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 15:00-dan 18:00-dək görüş və ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Qərardaddan cavabdeh şikayət verərək qərardadın ləğv edilib ərizəçi Ərizəçi ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə sözügedən məsələyə baxarkən ərizənin təmin olunacağı təqdirdə cavabdehin “guya iddiaçının hüququnun məhdudlaşdırılacağını” nəzərə alır. Lakin həmin məhkəmə nədənsə onun istifadəçi kimi hüquqlarının cavabdeh tərəfindən mütəmadi olaraq pozulduğunu və bunun da qarşısının alınmalı olmasının vacibliyini nəzərə almır və müvafiq tədbirin görülməsində əsassız olaraq qəbul edir. İddiaçı olan Ərizəçi ünsiyyətlə bağlı ilkin mediasiya təşkilatını seçərkən cavabdehin qeydiyyatda olduğu və yaşadığı ünvanın mediasiya təşkilatına deyil özünün yaşadığı mediasiya təşkilatına müraciət etmiş və həmin mediasiya təşkilatından arayış almışdır. Cavabdeh Arzu Əlievaya Bakı şəhəri ** saylı mediasiya təşkilatından bildiriş gəlmiş və onlar bildirişi alan kimi etiraz ərizəsi ilə həmin təşkilata müraciət etmişdir. Həmin etiraz ərizəsini mediasiya təşkilatı alsa da yenədə cavabdehin iştirakını təmin etmədən (cavabdeh Lənkəran rayonu Küvənil kəndində qeydiyyatdadır və yaşayır) azyaşlı uşağı olmağını nəzərə almadan həmin mediasiya arayışını iddiaçıya təqdim etmişdir. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2-ci maddəsinə əsasən iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7-ci maddəsinə əsasən Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 160.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Qeyd edilən prosessual hüquq normalarının təhlilindən müəyyən edilir ki, hər bir kəs hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Hər bir şəxs məhkəməyə müraciət edərkən iddia tələbinə mahiyyəti üzrə baxıb müvafiq məhkəmə aktı qəbul edilənə kimi müvafiq risklərdən, itkilərdən azad olunmaq üçün cavabdehə müəyyən hərəkətləri etməkdən çəkinməsi üçün tədbirlər görülməsini xahiş edə bilər. Əgər həmin hərəkətlərin cavabdeh tərəfindən realizə edilməsi müəyyən itkilərin yaranmasının əsas olacaqdırsa iddia tələbi üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə minənədək qadağan edilə bilər. O da nəzərə alınmalıdır ki, müvəqqəti təminat barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə tərkibi şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş şikayətlə bağlı gəldiyi nəticə prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, MPM-in göstərilən maddələrinin mənasına görə şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi zərurəti yaranır, həmçinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ####### 2011-ci il tarixli qərarına ## ###### 2020-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmələrə izah edilmişdir ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olubolmamasına qiymət verilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, valideynlər uşaqlar barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqdan ayrı yaşayan valideynin uşaqla ünsiyyətdə olmaq, onun tərbiyəsində iştirak etmək və inkişafı ilə maraqlanmaq hüququ qanunla qorunur. Bu hüquq yalnız digər valideynin hüququ deyil, eyni zamanda uşağın da hər iki valideynlə münasibət saxlamaq hüququnun tərkib hissəsidir. Buna görə də valideynlər arasında mövcud olan şəxsi münasibətlər və ya digər mübahisələr uşağın atası ilə ünsiyyət hüququnun əsassız olaraq məhdudlaşdırılmasına səbəb ola bilməz. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, ata ilə azyaşlı uşaq arasında uzun müddət ünsiyyətin olmaması onların emosional bağlılığının zəifləməsinə, ailə münasibətlərinin pozulmasına və gələcəkdə məhkəmənin qəbul edəcəyi yekun qərarın icrasının çətinləşməsinə səbəb ola bilər. Məhz bu risklərin qarşısının alınması məqsədilə müvəqqəti təminat tədbiri institutu nəzərdə tutulmuşdur. Bu tədbirin tətbiqi işin mahiyyəti üzrə qabaqcadan həll edilməsi anlamına gəlmir və yalnız mövcud vəziyyətin qorunmasına xidmət edir. Şikayətin mediasiya prosesinin qanuniliyinə dair dəlillərinə gəldikdə isə məhkəmə tərkibi qeyd edir ki, həmin dəlillər hazırkı müvəqqəti təminat tədbirinin tətbiqinin əsaslılığının qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb etməmişdir. Habelə mediasiya prosesinin keçirilməsinə dair iradların mövcudluğu uşağın ayrı yaşayan valideynlə ünsiyyətinin müvəqqəti olaraq təmin edilməsini istisna edən hal kimi qəbul edilə bilməz. Bundan başqa müvəqqəti təminat tədbirinin tətbiqi ilə cavabdehin hansı konkret hüquq və ya qanuni mənafeyinin lüzumsuz şəkildə məhdudlaşdırıldığı şikayətdə əsaslandırılmamışdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş ünsiyyət qaydası cavabdehin valideynlik hüquqlarının məhdudlaşdırılmasına və ya uşağın onunla yaşamaq hüququnun dəyişdirilməsinə yönəlməmiş, yalnız yekun məhkəmə aktı qəbul edilənədək (qanuni qüvvəsini alanadək) uşağın digər valideyni olan ərizəçi ilə münasibətlərinin və ünsiyyətinin qorunmasına xidmət edir. Eyni zamanda, valideynlərin uşaqla ünsiyyətdə olmaq hüququ qarşılıqlı xarakter daşımaqla, uşağın da hər iki valideyni ilə münasibətlərinin qorunmasını və davam etdirilməsini nəzərdə tutur. Odur ki, müvəqqəti təminat tədbirinin tətbiqi zamanı əsas məsələ cavabdehin hüquqlarının formal olaraq məhdudlaşdırılıbməhdudlaşdırılmaması deyil, müəyyən edilmiş tədbirin uşağın mənafeyinə uyğun olubolmaması, ərizəçinin uşaqla ünsiyyət hüququnun qorunması üçün zəruri olub-olmaması və tərəflərin hüquqları arasında mütənasibliyin təmin edilib-edilməməsidir. Qeyd edilənləri nəzərə alan məhkəmə tərkibi hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-144)-95/2026 tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qərara aldı: Cavabdeh Alieva Arzu tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-144)-95/2026 tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar