Məhkəmə qərarları › İş №e-16(3-9)-71/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-9)-71/2026

21.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-16(3-9)-71/2026 21.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-***)-**/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi ##.##.2026-cı il tarixdə məhkəməyə müvəqqəti təminat tədbiri barədə ərizə təqdim edərək Lənkəran Rayon Məhkəməsinin icraatında olan e-2(5- ***)-****/**** saylı mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək Cavabdeh ##.##.2020-ci il təvəllüdlü X1 və ##.##.2021- ci il təvəllüdlü X2 ötrü hər ay bir uşaq üçün 250 manat (ümumilikdə 500 manat) sabit pul məbləğində alimentin tutularaq Ərizəçi ödənilməsinə dair müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hal-hazırda azyaşlı uşaqları ##.##.2020-ci il təvəllüdlü Uğur və ##.##.2021-ci il təvəllüdlü Dəniz ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayır.Əri Lənkəran rayon sakini Cavabdeh ilə aralarında narazılıqlar olduğundan faktiki olaraq ayrılmışlar. Buna görə sonuncu ona qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə məhkəmənin hazırlıq iclası ##.##.2026-cı il tarixə, saat 12:00-a təyin edilmişdir. Hazırda uşaqlara baxmaqda maddi cəhətdən çətinliklər çəkir və onların maddi cəhətdən tələbatlarını ödəməsi mümkünsüzdür. Cavabdehin isə kifayət qədər qazancı (gəliri) vardır və hesab edir ki, cavabdeh öz uşaqları üçün aliment ödəməlidir. Odur ki, uşaqların üstün mənafeyi baxımından Lənkəran Rayon Məhkəməsinin icraatında olan e- *(*-***)-****/**** saylı mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək hər ay cavabdehdən ##.##.2020-ci il təvəllüdlü X1 və ##.##.2021-ci il təvəllüdlü X2 ötrü Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq alimentin tutulması zəruridir. Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-***)-**/**** saylı qərardadı ilə, ərizənin qismən təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh cavabdeh Ərizəçi qarşı “nikahın pozulması” tələbinə dair e-2(5-144)- ****/**** saylı mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək ##.##.2020- ci il təvəllüdlü X1 və ##.##.2021ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimentin cavabdeh Cavabdeh alınaraq ərizəçi Ərizəçi verilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, müvəqqəti alimentin tutulmasının başlanğıcının ##.##.2026-cı il tarixdən hesablanması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Cavabdeh məhkəmənin ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək qeyd etmişdir ki, həmin qərardadla müəyyən edilmiş aliment məbləğini ödəməyə maddi imkanı yoxdur. Ona görə də şikayətin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-***)- **/**** nömrəli qərardadının dəyişdirilərək alimentin miqdarının hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində (hər uşağa görə ayda 100 manat) sabit pul məbləğində müəyyən edilməsi, əks təqdirdə şikayətin baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli **(*-***)-**/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə ərizənin qismən təmin edilməsini əsaslı olması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü tarixli qərarında qeyd edilmişdir ki, Müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarı”). Məhkəmə kollegiyası işin faktiki halı ilə bağlı aparılmış prosessual hərəkətlərdən müəyyən edərək qeyd edir ki, müvəqqəti təminat tədbirlərinin məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdan ibarətdir. Bu mənada, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı yaxud həmin hüquqların əhəmiyyətli dərəcədə pozulmasının qarşısını almağı qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Lakin bununla belə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə iddia ilə bağlı ilkin zəruri sübutların təqdim edilməsinə və ərizədə cavabdeh kimi qoyulmuş şəxslərə qarşı yönəldilmiş tələblərin ilkin əsaslandırılmasına və bununla bağlı iddianın uğurluluğuna dəlalət edən ilkin dəlillərin təqdim edilməsinə ehtiyac vardır, əks halda, görülmüş belə tədbirlərin cavabdehlərin və ya üçüncü şəxslərin hüquqlarının pozulması halını yaratması mümkündür. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı, eləcə də iddianın uğurluluq ehtimalının nəzərə alınması baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəsinə Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7-ci maddəsinə əsasən Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 160.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Qeyd edilən prosessual hüquq normalarının təhlilindən müəyyən edilir ki, hər bir kəs hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Hər bir şəxs məhkəməyə müraciət edərkən iddia tələbinə mahiyyəti üzrə baxıb müvafiq məhkəmə aktı qəbul edilənə kimi müvafiq risklərdən, itkilərdən azad olunmaq üçün cavabdehə müəyyən hərəkətləri etməkdən çəkinməsi üçün tədbirlər görülməsini xahiş edə bilər. Əgər həmin hərəkətlərin cavabdeh tərəfindən realizə edilməsi müəyyən itkilərin yaranmasının əsas olacaqdırsa iddia tələbi üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə minənədək qadağan edilə bilər. O da nəzərə alınmalıdır ki, müvəqqəti təminat barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş şikayətlə bağlı gəldiyi nəticə prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, MPM-in göstərilən maddələrinin mənasına görə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi zərurəti yaranır, həmçinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsini zəruri edən əsaslar mövcuddur. Ailə Məcəlləsinin 101.1-ci maddəsinə əsasən məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Belə olan halda kollegiya hesab edir ki, uşağın zəruri ehtiyaclarının məhkəmə qətnaməsi qəbul edilənə qədər cavabdehdən müvəqqəti təminat tədbiri əsasında alimentin tutulması əsaslıdır. Birinci instansiya məhkəməsi uşaqların mənafeyini, onların yaşını, saxlanılma xərclərini, habelə müvəqqəti təminat tədbiri kimi alimentin tutulmasında məqsədin uşağın ehtiyaclarının ödənilməsini təmin etmək olmasını nəzərə alaraq ərizəni qismən təmin etmiş, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment müəyyən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2- 402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar