Məhkəmə qərarları › İş №e-16(3-9)-84/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-9)-84/2026

16.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-16(3-9)-84/2026 16.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli e-**(*-***)-**/**** saylı qərardadından cavabdeh İsmayılova Sara Mehman qızı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İsmayılov Tural Fəxrəddin oğlu ərizə ilə məhkəməyə müraciət edərək müvəqqəti təminat tədbiri qismində yekun məhkəmə qətnaməsi çıxarılanadək uşağı ##.##.2024-cü il təvəllüdlü İsmayılov Raul Tural oğlu ilə doğum günü 29 mayda, Yeni il, Novruz, Ramazan, Qurban bayram və həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-ə kimi uşaqla görüş barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə ərizəçi İsmayılov Tural Fəxrəddin oğlunun müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilmiş və *(*-***)-***/**** saylı mülki iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxılıb həll edilənədək İsmayılov Tural Fəxrəddin oğlunun ##.##.2024-cü il tarixdə anadan olmuş İsmayılov Raul Tural oğlu ilə doğum günü 29 mayda, Yeni il, Novruz, Ramazan, Qurban bayram və həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-ə kimi ünsiyyətdə olmaq hüququ təmin olunması, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə Ağcabədi rayonunun Boyat kəndində doğum günü 29 mayda, Yeni il, Novruz, Ramazan, Qurban bayram və həftənin şənbə və bazar günləri saat 10:00-da İsmayılova Sara Mehman qızı tərəfindən İsmayılov Tural Fəxrəddin oğluna, həmin günlər saat 18:00- da isə eyni ünvanda İsmayılov Tural Fəxrəddin oğlu tərəfindən İsmayılova Sara Mehman qızına təhvil verilməsi qərara alınmışdır. Cavabdeh İsmayılova Sara Mehman qızı həmin qərardaddan şikayət verərək Ağcabədi rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadının ləğv edilməsini və İsmayılov Tural Fəxrəddin oğlunun ##.##.2024-cü il tarixdə anadan olmuş İsmayılov Raul Tural oğlu ilə görüşünün yalnız bazar günləri təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağcabədi rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, *(*-***)-***/**** saylı mülki iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxılıb həll edilənədək İsmayılov Tural Fəxrəddin oğlunun ##.##.2024-cü il tarixdə anadan olmuş İsmayılov Raul Tural oğlu ilə doğum günü 29 mayda, Yeni il, Novruz, Ramazan, Qurban bayram və həftənin bazar günləri saat 10:00-dan 15:00-ə kimi ünsiyyətdə olmaq hüququ təmin olunmuş, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə Ağcabədi rayonunun Boyat kəndində doğum günü 29 mayda, Yeni il, Novruz, Ramazan, Qurban bayram və həftənin bazar günləri saat 10:00-da İsmayılova Sara Mehman qızı tərəfindən İsmayılov Tural Fəxrəddin oğluna, həmin günlər saat 15:00-da isə eyni ünvanda İsmayılov Tural Fəxrəddin oğlu tərəfindən İsmayılova Sara Mehman qızına təhvil verilməsi qərara alınmışdır. Cavabdeh İsmayılova Sara Mehman qızı ## ### 2026-cı il tarixdə şikayətlə müraciət edərək, Ağcabədi rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5-106)- **/**** saylı qərardadının ləğv edilməsini və İsmayılov Tural Fəxrəddin oğlunun ##.##.2024-cü il tarixdə anadan olmuş İsmayılov Raul Tural oğlu ilə görüşünün yalnız bazar günləri onun iştirakı ilə təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli **(*-***)-**/**** saylı qərardadı ilə, Ağcabədi rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadının ləğv olunması barədə iş üzrə cavabdeh İsmayılova Sara Mehman qızı tərəfindən verilmiş şikayətin təmin olunmaması, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, qərardaddan verilmiş şikayət apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra şikayətin qəbul edilməsi üçün prosessual əsaslar MPM ilə tənzimlənmədiyindən, Prosessaul Məcəllənin 13.4-cü maddəsini əsas götürərək Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən şikayətə apellyasiya qaydasında baxılması üçün müəyyən olunmuş qaydada qiymət verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 13.4cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Odur ki, kollegiya qərardaddan verilmiş şikayətin prosessual əsaslarını MPM-in 366.1-ci maddəsinə əsasən yoxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli e-**(*-***)-**/**** saylı qərardadından cavabdeh İsmayılova Sara Mehman qızı tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Elektron məhkəmə informasiya sistemindən görünür ki, ərizəçi İsmayılov Tural Fəxrəddin oğlu və cavabdeh İsmayılova Sara Mehman qızı tərəfindən Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli, **(*-***)-**/**** saylı qərardadından şikayət verilmiş, hər iki şikayət iş materiallarına əlavə edilmiş, məhkəmə tərəfindən ## ### 2026-cı il tarixli qərardadla cavabdehin şikayətinə baxılsa da, ərizəçi tərəfindən verilən şikayətə qiymət verilməmişdir. Halbuki MPM-nin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2-ci maddəsinə əsasən Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, birinci instansiya məhkəməsi ərizəçi T.İsmayılov tərəfindən ## ### 2026-ci il tarixli qərardaddan verilən şikayətə hüquqi qiymət verməmiş, nəticədə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə olan halda kollegiya hesab edir ki, Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli e-**(*-***)-**/**** saylı qərardadından cavabdeh İsmayılova Sara Mehman qızı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli, mülki iş materialı Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli e-**(*-***)-**/**** saylı qərardadından ərizəçi İsmayılov Tural Fəxrəddin oğlu tərəfindən verilən şikayətə baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə qaytarılmalı, şikayətə qiymət verildikdən sonra hər iki şikayət baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDI: Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli e-**(*-***)-**/**** saylı qərardadından cavabdeh İsmayılova Sara Mehman qızı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş materialı Ağcabədi Rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli e-**(*-***)-**/**** saylı qərardadından ərizəçi İsmayılov Tural Fəxrəddin oğlu tərəfindən verilən şikayətə baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar