Məhkəmə qərarları › İş №e-16(3-9)-85/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-9)-85/2026

02.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-16(3-9)-85/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X3 ibarət tərkibdə, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadından ərizəçi Ərizəçi İldırım qızı tərəfindən verilmiş şikayətə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, yazılı icraat qaydasında bаxаrаq məhkəmə tərkibi müəyyən etdi: Ərizəçi İldırım qızı müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, aliment tələbinə dair işə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək birgə nikahdan doğulmuş ##.##.2015-ci il təvəllüdlü X1, ##.##.2018-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X4 üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş miniumum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində alimentin cavabdeh Cavabdeh tutulub Ərizəçi İldırım qızına verilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi cavabdehdən faktiki ayrıldığı vaxtdan cavabdeh uşaqların yaşayışı və həyat şəraiti ilə maraqlanmamış, uşaqların saxlanılması üçün maddi yardım göstərməmişdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə (hakim Xaliq İmanov) ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan ərizəçi Ərizəçi İldırım qızı şikayətlə məhkəməyə müraciət edərək Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadının ləğv edilməsini və müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, Ailə Məcəlləsinin 101.1-ci maddəsinin tələbləri pozulmuş və «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarının 6.2-ci bəndinin tələbləri nəzərə alınmamışdır. Məhkəmə müvəqqəti təminat tədbiri tətbiq edərkən nəzərə almamışdır ki, tərəflər uzun müddətdir ki, faktiki ayrı yaşayırlar. Həm iddia ərizəsində, həmdə müvəqqəti təminat tədbiri barədə ərizədə 03 uşağın iddiaçının yanında olması və uşaqların saxlanılması üçün cavabdeh tərəfindən iddiaçıya yardım (pul, ərzaq və s) göstərilməməsi qeyd olunmasına baxmayaraq, məhkəmə tərəfindən 157.5-ci maddəyə istinad edilmiş və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin rədd edilməsi barədə məhkəmə qərardadı əsaslandırılmamışdır. Halbuki müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi uşaqlara müvəqqəti aliment ödənilməsindən ibarətdir. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması və şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli, ərizə qismən təmin edilməlidir. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. MPM-in 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. MPM-in 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. MPM-in 157.6-cı maddəsinə görə müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 101.1-ci maddəsinə görə məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, *-*/**** nömrəli qərarının 6.2-ci bəndində göstərilir ki, nikahın pozulması və aliment tələbinə dair işə baxılması ər-arvada barışıq üçün vaxt verilməsi ilə əlaqədar olaraq təxirə salındıqda məhkəmə cavbadehi uşağın saxlanılmasında iştirak edib-etmədiyini aydınlaşdırmalı və əgər cavbdehin bu vəzifəni yerinə yetirmədiyini müəyyən edərsə Ailə Məcəlləsinin 101ci maddəsinin tələbinə müvafiq olaraq mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılandək alimentin müvəqqəti tutulması barədə qərardad çıxara bilər. Bu qərardad dərhal icra edilir və şikayət verilməsi onun icrasını dayandırmır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.5-ci maddəsində göstərilən hallara cavab vermədiyini bildirərək ərizəni rədd etmiş, həmçinin cavabdehin “uşaqlarla əlaqə saxlaması” və “zəruri hesab etdiyi maddi köməklik göstərməsi” barədə izahatını da əsas götürmüşdür. Lakin məhkəmə həmin köməkliyin məzmununu, məbləğini, mütəmadiliyini və üç azyaşlı uşağın saxlanılması üçün kifayət edib-etmədiyini araşdırmamışdır. Nəzərə alınmalıdır ki, ailə münasibətlərindən irəli gələn mübahisələrdə, xüsusilə azyaşlı uşaqların saxlanılması ilə bağlı məsələlərdə əsas meyar uşağın mənafeyinin üstün tutulmasıdır. Müvəqqəti aliment institutunun məqsədi də məhz aliment tələbinə dair iş yekun həll edilənədək uşaqların zəruri maddi təminatdan məhrum qalmasının qarşısını almaqdır. Odur ki, cavabdehin öz mülahizəsinə əsasən göstərdiyini bildirdiyi qeyri-müəyyən və epizodik maddi yardımlar uşaqların sabit və davamlı təminatını təmin etmir, onların mənafeyinə xidmət etmir və qanunla nəzərdə tutulmuş müvəqqəti aliment institutunu əvəz edə bilməz. Uşağın mənafeyi tələb edir ki, onun gündəlik yaşayış, qidalanma, geyim, təhsil və digər zəruri ehtiyacları valideynin iradəsindən asılı olmayan, hüquqi təminata malik öhdəlik vasitəsilə təmin edilsin. Buna görə də, iş üzrə mübahisə mahiyyəti üzrə həll olunanadək uşaqların mənafeyinin qorunması məqsədilə müvəqqəti alimentin müəyyən edilməsi zəruridir. “Maddi köməklik göstərilməsi” barədə ümumi və qeyri-müəyyən ifadə aliment öhdəliyinin icra olunmasını təsdiq edən sübut hesab edilə bilməz. Buna görə də məhkəmə tərkibi hesab edir ki, MPM-in 157.2-ci maddəsində nəzərdə tutulan risk, yəni mövcud vəziyyət dəyişdiyi halda ərizəçinin və azyaşlı uşaqların hüquqlarının qorunmasının əhəmiyyətli dərəcədə çətinləşməsi halı hazırkı işdə mövcuddur. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və uşaqların maraqları üstün tutulmaqla alimentin müvəqqəti tutulmasına dair yeni qərardad qəbul edilməlidir. Məhkəmə tutulmalı olan müvəqqəti alimentin məbləğinə münasibətdə aşağıdakıları qeyd edir: “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” BMT Konvensiyanın müddəalarına əsasən iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” *-*/**** saylı, ## #### 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qeyd edilməlidir ki, iş materiallarında olan elektron sorğu məlumatından görünür ki, Cavabdeh "İTTNET" MMC-də inşaat/xidmət fəhləsi vəzifəsində işləyir və əmək haqqı məbləği 669.71 (altı yüz altmış doqquz manat yetmiş bir qəpik) AZN təşkil edir. Beləliklə, yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən, o cümlədən tərəflərin rəsmi nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığının təmin edilməsini, cavabdehin uşaqların saxlanması üçün aliment ödəmək öhdəliyini, uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, aliment təyin ediləcəyi təqdirdə bunun uşaqların maddi vəziyyətinə müsbət təsirini, eləcə də aliment verməyə borclu olan cavabdehin (ata) aliment verməsinə dair maddi imkanlarını iddiaçının (ana) uşaqların gündəlik tələbatını qarşılamaqda maddi imkansızlığını (ümumilikdə hər iki valideynin maddi imkanı nəzərə alınmaqla) nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, ərizə qismən təmin edilməli, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək tərəflərin rəsmi nikahından ##.##.2015-ci il təvəllüdlü X1, ##.##.2018-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X4 üçün hər ay cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdən etibarən sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutularaq ərizəçi Ərizəçi İldırım qızının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cu maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*- ***)-**/**** saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli, ərizə qismən təmin edilməlidir. İş üzrə yekun məhkəmə aktı qəbul edilənədək tərəflərin rəsmi nikahından ##.##.2015-ci il təvəllüdlü X1, ##.##.2018-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X4 üçün hər ay cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdən etibarən sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutularaq, ərizəçi Ərizəçi İldırım qızının xeyrinə ödənilməlidir. Ərizə qalan hissədə təmin edilməməli, qərardad dərhal icra olunmalı və qərardadın icrası Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qərara aldı: Ərizəçi Ərizəçi İldırım qızı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Ərizə qismən təmin edilsin. İş üzrə yekun məhkəmə aktı qəbul edilənədək tərəflərin rəsmi nikahından ##.##.2015-ci il təvəllüdlü X1, ##.##.2018-ci il təvəllüdlü X2 və ##.##.2023-cü il təvəllüdlü X4 üçün hər ay cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdən etibarən sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutularaq, Ərizəçi İldırım qızının xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad dərhal icra olunsun. Qərardadın icrası Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar