Məhkəmə qərarları › İş №e-16(3-9)-92/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-9)-92/2026

23.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-16(3-9)-92/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X3 və Cahid Fehruz oğlu İmanovdan ibarət tərkibdə, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-***)-**/**** nömrəli qərardadından cavabdeh Cavabdeh və vəkili vəkil2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Ərizəçi ilə Cavabdeh 2019-cu ildən nikahda olmuşlar. Bu nikahdan bir uşaq- ##.##.2021ci il təvəllüdlü X2 doğulmuşdur. Hazırda faktiki ayrı yaşayırlar. Ərizəçi cavabdeh Cavabdeh qarşı “Övladından ayrı yaşayan valideynin uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi" barədə e-*(***)-****/**** nömrəli mülki iş İmişli Rayon Məhkəməsinin icraatındadır. Hazırda Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, “Övladından ayrı yaşayan valideynin uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi” barədə e-*(***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər müvəqqəti təminat tədbiri kimi onun- ərizəçi Ərizəçi ##.##.2021-ci il təvəllüdlü X2 ilə hər həftənin çərşənbə axşamı və çərşənbə günü 14.00-dan 21.00-dək, hər həftənin şənbə günü saat 11.00-dan həmin həftənin bazar günü saat 21.00-a qədər, 1 gündən artıq bayram günlərinin ikinci yarısı müddətində saat 21.00-dək, onun- Ərizəçi məzuniyyət vaxtı 15 gün müddətində, müddətin ilk günü saat 10.00-dan, son günü saat 21.00-dək X2 qaldığı ünvandan götürüb qeyd olunan vaxtın sonuna həmin ünvana qaytarmaqla sərbəst surətdə ünsiyyət saxlamağının və hər gün 1 saatdan az olmayaraq, axşam saat 20.00-21.00 arası onun-Ərizəçi R.Dadaşbəyli ilə videogörüntülü danışıq aparmağı müəyyən edilməklə bu qaydada ünsiyyətə maneə yaradılmasının Cavabdeh qadağan edilməsi, cavabdehin Bakı şəhərində həftənin 40 saatını işlədiyi, Nərimanov rayonu ərazisində, Malik Məmmədov 17 blok 2 ünvanda yaşadığı, X8 yerləşən *** nömrəli uşaq bağçasında tərbiyə aldığı nəzərə alınaraq qərardadın icrasının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İcra xidmətinin Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Ərizəçi xahişini aşağıdakı kimi əsaslandırmışdır: cavabdeh Cavabdeh ilə nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsinə dair iddiası ilə əlaqədar müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmiş, İmişli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-**(***)-**/**** nömrəli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək ərizəçinin azyaşlı uşağı ilə hər gün 20 dəqiqədən az olmayaraq, axşam saat 20.00-21.00 arası videogörüntülü danışıq aparmaqla, hər həftənin çərşənbə axşamı günü 17:00-dan 19:00-dək, bazar günü saat 12:00-dan 16:00-dək X2 qaldığı ünvandan götürüb qeyd olunan vaxtın sonuna həmin ünvana qaytarmaqla sərbəst surətdə ünsiyyət saxlaması müəyyən edilmiş, ünsiyyətinə maneə yaradılmasının Cavabdeh qadağan edilmişdi. Keçən 2 ilə yaxın müddətdə cavabdeh tərəfindən yenə də manelər yaradılır. Cavabdehin ünsiyyətə mane olması üçün məhkəmə qərardadının icra yeri 4 dəfə dəyişdirmişdir. 7 aydır ki, övladı ilə ünsiyyətdən məhrum olmuşdur. Belə ki, Şirvan Apellyasiya Məhkəməsi onun müvəqqəti təminat tədbiri kimi uşağı ilə ünsiyyətini ##.##.2025-ci il tarixli **(***)- **/**** nömrəli qərardadla ləğv etmişdir. Bu zaman məhkəmə Nərimanov RİH-nin məktubuna əsaslandığını göstərmişdir. 2026-cı ilin yanvar ayının əvvəllərində, İmişli Rayon İcra Hakimiyyətinin komissiyasında işə baxılmış, İmişli RİH tərəfindən onunla övladı Raulun ünsiyyətinin bərpa edilməsi barədə müsbət rəy verilmişdir. Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə yenidən İmişli Rayon Məhkəməsinə müraciət etmiş, İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-***)- **/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edərək övladı ilə ünsiyyət qaydasını müəyyən etməklə buna mane olmağı cavabdehə qadağan edilmişdir. Cavabdeh tərəfindən yenidən yaradılan maneələrə baxmayaraq o övladı ilə ünsiyyətini bərpa etməyə nail oldu və 7 aydan sonra övladını fiziki görə bildi. Lakin cavabdehin növbəti şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının adlarını yuxarıda qeyd etdiyi hakimləri yenə də qeyrihumanistlik və xüsusi qəddarlıq göstərərək ##.##.2026-cı il tarixli, e-**(*-*)-**/**** nömrəli qərardadla İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-***)-**/**** nömrəli qərardadını ləğv etməklə onun övladı ilə fiziki ünsiyyətinə yenidən son qoydular. Hakimlər bunu onunla əsaslandırdılar ki, onların qərardadı ləğv edilə, xüsusən də yerli məhkəmə tərəfindən ləğv edilə bilməz, onu dəyişdirməyə icazə verilmir. Bununla əlaqədar ## ### 2026-cı il tarixdə artıq Şirvan Apellyasiya Məhkəməsinə şikayət verdi ki, qərardadda dəyişiklik edilərək onun övladı ilə Apellyasiya Məhkəməsinin Aparatının rəhbərinin ##.##.2026-cı il tarixli 3-9/2- D- ****/C-*** nömrəli məktubu ilə verilən cavabda məsələ ilə əlaqədar İmişli Rayon Məhkəməsinə müraciət etmək tövsiyə olundu. Ərizəçi göstərmişdir ki, valideynin uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi barədə e-*(***)-****/**** nömrəli mülki iş nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi barədə e-*(***)-**/**** nömrəli mülki işdən ayrı icraata ayrılmışdır. Uşağı ilə ünsiyyəti həm valideyn kimi, həm də azyaşlının uşaq hüquqlarının təmini kimi vacibdir. Övladı ilə ünsiyyətdə heç vaxt məhkəmə tərəfindən müəyyən edilmiş ünsiyyət qaydalarını pozmamışdır. Onu yalnız cavabdeh və cavabdehin himayədarları pozmuşlar. Ona görə də, e-*(***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər müvəqqəti təminat tədbiri kimi övladı Raulla qanuni, ədalətli ünsiyyət qaydasının müəyyən edilməsi vacibdir. Ərizəçi onu da qeyd etmişdir ki, cavabdeh Bakı şəhəri, Nərimanov rayonu Malik Məmmədov 17 blok 2 ünvanda yaşayır, bununla bağlı hər gün Raulla 20:00-da görüntülü danışıq sübutları var ki, həmin ünvandadır və ən son görüş günlərində də Raulu həmin ünvandan götürmüşdür, həmin ünvana təhvil vermişdir. Cavabdeh Bakı şəhərində yerləşən “İnternational Medical Center” adlı klinikada rəsmi işləyir. X1 rayonundakı *** nömrəli uşaq bağçasında tərbiyə alır. Ordakı tədbirlərdən sübut olaraq videolar var, müraciət var və cavabı var. Bu səbəbdən qərardadın icrası Nərimanov rayon İcra şöbəsinə həvalə edilməlidir. Ərizəyə baxılmış, İmişli Rayon Məhkəməsinin (hakim G. Ağayeva) ## #### 2026-cı il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri haqqında ərizə qismən təmin edilmiş, ərizəçi Ərizəçi ##.##.2021-ci il təvəllüdlü X2 ilə hər həftənin çərşənbə axşamı və çərşənbə günü 14.00-dan 19.00-a qədər, ayda 2 dəfə həftənin II və IV şənbə günü saat 12.00-dan həmin həftənin bazar günü saat 19.00-a qədər, Ərizəçi məzuniyyət vaxtı 7 gün müddətində, müddətin ilk günü saat 12.00-dan son günü saat 19.00-dək X2 qaldığı ünvandan götürüb qeyd olunan vaxtın sonuna həmin ünvana qaytarmaqla sərbəst surətdə ünsiyyət saxlamağı və hər həftənin görüş olmayan, yaxud görüş baş tutmayan günləri 1 saatdan az olmayaraq, axşam saat 20.00-21.00 arası Ərizəçi ##.##.2021-ci il təvəllüdlü X2 ilə videogörüntülü danışıq aparmağı müəyyən edilməklə bu qaydada ünsiyyətə maneə yaradılması Cavabdeh qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın icrasının Bakı şəhəri, Nərimanov Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardaddan maraqlı şəxs Cavabdeh və vəkili vəkil2 şikayət vermişdir. Maraqlı şəxsin şikayəti Maraqlı şəxs şikayətində qərardadın ləğv edilməsini, müvəqqəti təminat tədbiri barədə ərizənin tam rədd edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətçi "Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarına istinadən, qeyd etmişdir ki, qəbul edilmiş qərardad mahiyyətcə MTT deyil, qətnamə kimi ünsiyyəti müəyyən edir. Şikayətə görə, MTT-nin məqsədi yalnız valideynlə uşağın bağlılığının saxlanılması olduğu halda, məhkəmə bunun səbəblərini əsaslandırmadan həddən artıq geniş ünsiyyət müəyyən etmişdir. Şikayətçi həmçinin Ailə Məcəlləsinin 60.2 və 61.2-ci maddələrinə istinad edərək, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İ.Muradovanın ##.##.2025-ci il tarixli məktubunda göstərilən, iddiaçının uşaqla ünsiyyətdə olarkən onun psixi-emosional vəziyyətinə mənfi təsir etdiyi barədə məlumatların məhkəmə tərəfindən qiymətləndirilmədiyini iddia etmişdir. Şikayətçi MPM-in 82.3, 261.0.2 və 13.4-cü maddələrinə istinad edərək bildirmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə artıq ünsiyyət qaydası müəyyən edidiyi halda İmişli Rayon Məhkəməsinin eyni məsələ üzrə təkrarən yeni MTT qərardadı qəbul etməsi qanunsuzdur, iki bir-birinə zidd qərardadın (20 dəqiqəlik və 30 dəqiqəlik videoünsiyyət) eyni vaxtda qüvvədə olması vəziyyəti yaranmışdır. Şikayətçi icra yeri məsələsinə dair qeyd etmişdir ki, Ərizəçi, İmişli şəhərində qeydiyyatda olduğu ünvanda yaşayır; Qərarın icra yeri ilə bağlı Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026cı il tarixli *(*-*)-**/**** saylı qərardadı qüvvədədir. Ona görə də icra sənədinin şikayətçinin qeydiyyat ünvanına (İmişli) uyğun olaraq İmişli Rayon İcra və Probasiya Şöbəsinə göndərilməli olduğunu artıq müəyyən edilmişdir. Lakin ##.##.2026-cı il tarixli qərardadla bu hüquqi mövqeyə əhəmiyyət verilmədən icranın yenidən Nərimanov rayonuna həvalə edildiyini bildirmişdir. Şikayətə birinci instansiya məhkəməsində baxılmış, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu ərizəçiyə bildirilmişdir. Ərizəçinin etirazı Ərizəçi Ərizəçi nümayəndəsi vəkil vəkil1 elektron kabinet vasitəsilə təqdim etdiyi ##.##.2026-cı il tarixli etirazında şikayətin əsassız olduğunu bildirərək, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Ərizəçi etirazını aşağıdakı kimi əsaslandırmişdir: Maraqlı şəxsin şikayəti hər hansı fakta və ya sübuta əsaslanmır. Birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır. Maraqlı şəxs şikayətində qərardadın 12-13-cü vərəqlərində əks olunan məhkəmə mövqeyini nəzərə almamışdır. Ailə Məcəlləsinin 49.2-49.3, 50.2-50.3, 56.1, 58, 61.1 və 61.2-ci maddələrinə, habelə Ali Məhkəmə Plenumunun ##.##.2011-ci il tarixli qərarının 1, 2.2-2.6-cı bəndlərinə əsasən, uşaqla ünsiyyət qaydası müəyyən edilərkən işin bütün halları: uşağın yaşı, sağlamlığı, valideynlərdən hər birinə bağlılığı və digər amillər nəzərə alına bilər və birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardad bu meyarlara tam uyğundur. Ərizəçi etirazında qeyd etmişdir ki, maraqlı şəxs Cavabdeh faktiki olaraq Bakı şəhəri Nərimanov rayonunda yaşayır və işləyir, uşaq da həmin rayonda bağçaya gedir. Maraqlı şəxsin şikayətində İmişlidə qeydiyyatda olmasına istintad etməsi icra yerini formal olaraq dəyişdirmək cəhdidir və icra yeri artıq 4 dəfə maraqlı şəxsin təkidi ilə dəyişdirilmişdir. Nərimanov Rayon İcra Hakimiyyətinin ##.##.2025-ci il tarixli məktubu qanunsuz və əsassız olmuşdur. Bu, Ombudsman aparatının ##.##.2026-cı il tarixli cavabında və İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının araşdırmalarında da təsdiqini tapmışdır. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəni dinləyib, etirazın və şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, müvəqqəti təminat tədbirinin tətbiqi barədə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir. Hazırda ərizəçi uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi barədə mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər müvəqqəti təminat tədbiri olaraq uşağı ilə ünsiyyət qaydasının və vaxtının müəyyən edilməsini xahiş etmişdir. Ərizə ilə bağlı Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 157-ci maddəsinə əsasən: 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. MPM-in 158.1-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbirləri görülə bilər. (MPM-in 158.1.2 və 158.1.3-cü maddələri) MPM-in 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. İşin halları İşin hallarından müəyyən edilir ki, tərəflər arasında başqa məhkəmə mübahisələri də vardır. Tərəflər arasında başqa mülki iş- ərizəçi ilə cavabdeh Cavabdeh ilə nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsinə dair məhkəmə mübahisəsi hazırda məhkəmə icraatındadır. Əvvllər həmin iş üzrə müvəqqəti təminat tədbirinin tətbiq barədə Ərizəçi ərizəsi olmuşdur. Müəyyən edilir ki, nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsinə dair işlə yanaşı, müvəqqəti təminat tədbiri barədə işə də baxılmış, İmişli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-**(***)-**/**** nömrəli qərardadı ilə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmiş, nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsinə dair işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək ərizəçinin azyaşlı uşağı ilə hər gün 20 dəqiqədən az olmayaraq, axşam saat 20.00-21.00 arası videogörüntülü danışıq aparmaqla, hər həftənin çərşənbə axşamı günü 17:00-dan 19:00-dək, bazar günü saat 12:00-dan 16:00-dək X2 qaldığı ünvandan götürüb qeyd olunan vaxtın sonuna həmin ünvana qaytarmaqla sərbəst surətdə ünsiyyət saxlaması müəyyən edilmiş, ünsiyyətə maneə yaradılması Cavabdeh qadağan edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli 16(103)- **/**** nömrəli qərardadı ilə İmişli Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli **(***)-**/**** saylı qərardadı ləğv edilərək iş üzrə yeni qərardad qəbul edilmiş, İmişli Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadı təyin edilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizə təmin edilmiş, ərizəçi Ərizəçi ##.##.2021-ci il təvəllüdlü X2 ilə hər həftənin çərşənbə axşamı günü 17:00- dan 19:00-dək bazar günü saat 12:00-dan 16:00-dək X2 qaldığı ünvandan götürüb qeyd olunan vaxtın sonuna həmin ünvana qaytarmaqla sərbəst surətdə ünsiyyət saxlaması hissəsində ləğv edilərək, həmin hissədə ərizə təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli **(***)-**/**** nömrəli qərardadı qalan hissədə, yəni ərizəçi Ərizəçi ##.##.2021-ci il təvəllüdlü X2 ilə hər gün 20 dəqiqədən az olmayaraq, axşam saat 20.00- 21.00 arası videogörüntülü danışıq aparmaqla ünsiyyət hüququnun təmin edilməsi və ünsiyyətinə maneə yaradılmasının Cavabdeh qadağan edilməsi hissəsində qüvvədə saxlanılmışdır. Nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsinə dair iş üzrə ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə yenidən İmişli Rayon Məhkəməsinə müraciət etmiş, İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-***)-**/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, ərizəçi Ərizəçi ##.##.2021-ci il təvəllüdlü X2 ilə hər həftənin çərşənbə axşamı günü 16.00-dan 21.00-a qədər, hər həftənin şənbə günü saat 11.00dan saat 21.00 a qədər X2 qaldığı ünvandan götürüb qeyd olunan vaxtın sonuna həmin ünvana qaytarmaqla sərbəst surətdə ünsiyyət saxlamağı və hər gün 30 dəqiqədən az olmayaraq, axşam saat 20.00-21.00 arası Ərizəçi ##.##.2021-ci il təvəllüdlü X2 ilə videogörüntülü danışıq aparmağı müəyyən edilməklə bu qaydada ünsiyyətə maneə yaradılmasının Cavabdeh qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-*)-**/**** nömrəli qərardadı ilə Cavabdeh şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ləğv edilərək iş üzrə yeni qərardad qəbul edilmiş, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli 16(103)- **/**** nömrəli qərardadının qüvvədə olmasının nəzərə alınması qərara alınmışdır. Bundan başqa, icra sənədinin icra yeri ilə bağlı da mübahisə olmuşdur. Belə ki, İmişli rayon İcra və Probasiya Şöbəsinin icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında 05 mart 2026-cı il tarixli qərarı ilə İmişli Rayon Məhkəməsinin e-**(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli sənədi icra olunması üçün Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. İmişli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə borclu Cavabdeh Şabanəli qızının İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı üzrə verilmiş icra sənədinin Nərimanov Rayon İcra Şöbəsinə göndərilməsi barədə ##.##.2026-cı il tarixli qərarının qanunsuzluğu barədə şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ## #### 2026-cı il tarixli qərardadı ilə İmişli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ləğv edilmiş, borclu Cavabdeh Şabanəli qızının şikayəti təmin edilmiş, İmişli rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 05 mart 2026-cı il tarixli “İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarı ləğv edilmiş, İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı üzrə verilmiş icra vərəqəsinin İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilməklə icra tədbirləri davam etdirilməsi qərara alınmışdır. Apellyasiya məhkəməsinin mövqeyi Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsinə dair iş üzrə müvəqqəti təminat tədbirinin tətbiq barədə məsələyə baxılması yenidən müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə verilməsini istisna etmir. Hazırda tərəflər arasında övladından ayrı yaşayan valideynin uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi barədə mülki iş İmişli Rayon Məhkəməsinin icraatındadır. Hazırki qərardadla müvəqqəti təminat tədbirinin tətbiq edilməsi belə tədbirin tətbiqi barədə əvvəlki apellyasiya instansiyası məhkəməsinin qərardadını formal mənada ləğv etmir, bununla yanaşı, yeni qərardad qəbul edildiyi andan əvvəlki qərardadla müəyyən edilmiş tədbir dəyişdirilmiş olur. Bu baxımdan İmişli Rayon Məhkəməsinin yeni qərardad qəbul etməsi özlüyündə səlahiyyət pozuntusu deyil. Kollegiya hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin edilməsi özlüyündə mümkündür. Bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən təmin edilən müvəqqəti təminat tədbiri dəyişdirilməlidir. "Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarınında göstərilir: Məhkəmələr nəzərə almalıdır ki, ünsiyyət qaydasının müəyyən edilməsi zamanı işin əhəmiyyətli halları (ünsiyyət tələb edən valideynin yaşayış yerinin şəraiti və uşağın yaşayış yerindən uzaqlığı, uşağın yaşı, sağlamlığı, təhsil rejimi və digər diqqətəlayiq hallar) nəzərə alınmaqla, gecə qalmaqla ünsiyyətin qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin edilməsi imkanı da istisna edilmir. Məhkəmələr ayrı yaşayan valideynin uşağı ilə istirahətinin səmərəli təşkili və digər məqsədlərlə birlikdə ölkə daxili və xarici səfərlər etmə imkanını nəzərə alaraq, verilmiş əsaslandırılmış tələbə uyğun qiymətləndirmə həyata keçirməklə ardıcıl bir neçə gün gecə qalmaqla, ünsiyyət qaydasını müəyyən edə bilərlər. Məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyət forması kimi şəxsi görüşdən əlavə, mümkün olduğu hallarda digər ünsiyyət formalarının (yazışma, telefon danışıqları, videoəlaqə və texnologiyaların imkan verdiyi digər vasitələr) tətbiqini də nəzərdən keçirməlidirlər. (2.5 və 2.6-cı bəndlər). Məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət müvəqqəti təminat tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir.” (bənd 2.8.). İşin hallarından görünür ki, tərəflər arasında uşağın yaşayış yerinin müəyyən edilməsi və ünsiyyət qaydasının əsas (yekun) müəyyən edilməsi tələbinə dair mülki iş hələ mahiyyəti üzrə həll olunmamışdır. Bununla bərabər uşağından faktiki olaraq ayrı yaşayan ərizəçinin uşaqla ünsiyyət qaydasının müəyyən edilməsinə dair işə də hələ baxılmamışdır. Kollegiya hesab edir ki, hazırkı halda faktiki olaraq uşağından ayrı yaşayan ərizəçinin uşaqla ünsiyyətə dair iddiasına baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə qanunda nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin görülməsi mümkündür. Birinci instansiya məhkəməsi ərizəçinin hər həftənin çərşənbə axşamı və çərşənbə günü 14.00-dan 19.00-a qədər, ayda 2 dəfə həftənin II və IV şənbə günü saat 12.00-dan həmin həftənin bazar günü saat 19.00-a qədər, eləcə də ərizəçinin məzuniyyət vaxtı 7 gün müddətində, müddətin ilk günü saat 12.00-dan son günü saat 19.00-dək ünsiyyət vaxtı müəyyən etmişdir. Kollegiya hesab edir ki, ##.##.2021-ci il təvəllüdlü uşağın həftəarası günlərdə bağçaya və ya məktəbə getməsini, dərslərinə hazırlaşmasını nəzərə alaraq hər həftənin çərşənbə axşamı və çərşənbə günlərində ünsiyyət vaxtının müəyyən edilməsi hissədə ərizənin təmin ediməsi məqsədəuyğun deyil. Birinci instansiya məhkəməsi ərizəçinin azyaşlı uşağı ilə müvəqqəti olaraq, ayda 2 dəfəhəftənin II və IV şənbə günü saat 12.00-dan həmin həftənin bazar günü saat 19.00-a qədər ünsiyyət vaxtı da müəyyən etmişdir. Bu zaman məhkəmə həftənin iş günlərində tədrisə, bağçaya cəlb olunan azyaşlının istirahət günlərində yuxu rejiminin sərbəst olmasının təmin edilməsini nəzərə almışdır. Kollegiya qeyd edir ki, ünsiyyət qaydası müəyyən edilərkən uşağın təhsil rejiminə hazırlıq imkanı nəzərə alınmalıdır. Bazar günü saat 19.00-a qədər davam edən ünsiyyət nəticəsində uşağın növbəti təhsil həftəsinə (bağça rejiminə) hazırlaşması, yatma və istirahət rejiminin bərpası üçün kifayət qədər vaxtı qalmır. Kollegiya bazar günü ünsiyyətin axşam vaxtına qədər davam etməməsini daha münasib hesab edir ki, uşağın axşam saatlarında adət etdiyi mühitə qayıdıb yanında qaldığı valideynlə sabit rejimlə növbəti həftəyə hazırlaşmasına imkan olsun. Kollegiya elə bu mülahizələrdən çıxış edərək ərizəçinin azyaşlı uşağı ilə müvəqqəti olaraq, ayda 2 dəfə- həftənin II və IV şənbə günü saat 12.00-dan həmin həftənin bazar günü saat 15.00-a qədər ünsiyyət vaxtının müəyyən edilməsini məqsədəuyğun hesab edir. Bu zaman Kollegiya onu da nəzərə alır ki, bu qayda uşağından ayrı yaşayan valideyinlə uşağın münasibətlərinin soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədi güdməlidir. Ərizəçinin məzuniyyət vaxtı ünsiyyətinin müddətinə gəldikdə, 7 günlük fasiləsiz ünsiyyət müddəti, uşağın öz daimi mühitindən uzun müddət ayrı qalmasına səbəb olmaqla, mahiyyəti üzrə hələ ünsiyyət vaxtının qəti müəyyən edilməməsi halında qabaqcadan həddindən artıq geniş imkanlar yaradan tədbir kimi qiymətləndirilir. Ona görə Kollegiya məzuniyyət dövründəki ünsiyyət müddətinin azaldılaraq 5 gün müəyyən edilməsini, işin hazırkı mərhələsi üçün zəruri minimum həddə uyğun hesab edir. Birinci instansiya məhkəməsi hər həftənin görüş olmayan, yaxud görüş baş tutmayan günlərdə 1 saatdan az olmayaraq, axşam saat 20.00-21.00 arası ərizəçinin azyaşlı uşağı ilə videogörüntülü danışıq aparmaq qaydasını müəyyən etmişdir. Kollegiya nəzərə alır ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025ci il tarixli **(***)-**/**** saylı qərardadı ilə İmişli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli **(***)-**/**** saylı qərardadının həmin qərardadın ərizəçinin azyaşlı oğlu ilə hər gün 20 dəqiqədən az olmayaraq, axşam saat 20.00-21.00 arası videogörüntülü danışıq aparması hissəsi isə ləğv edilmədən qüvvədə saxlanılmışdır. Bu, o deməkdir ki, ərizəçinin azyaşlı uşağı ilə görüş olmayan günlərdə videoünsiyyət saxlaması qaydası artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tənzimlənmişdir. Bu baxımdan, videogörüntü ilə ünsiyyət məsələsinin yenidən və fərqli həcmdə müəyyən edilməsinə zərurət yoxdur. Artıq qüvvədə olan qaydaya əməl olunmalıdır. Ona görə hazırki qərardad, görüş olmayan günlər üçün yenidən və fərqli həcmdə videoünsiyyət qaydasının müəyyən edilməsi hissədə də dəyişdirilməli, ərizəçinin azyaşlı uşağı ilə videogörüntülü danışıq aparmağı ilə bağlı Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadında müəyyən edilmiş qaydanın qüvvədə olması nəzərə alınmalıdır. Ərizəçi müraciətində və şikayətə etirazında borclunun Bakı şəhəri Nərimanov rayonunda yaşadığını və işlədiyini, uşağın da həmin rayonda bağçaya gediyini qeyd etməklə müvafiq icranın Bakı şəhəri, Nərimanov Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsini də xahiş etmişdir. Bu hissədə Kollegiya ərizənin təmin edilməsi üçün əsas görmür Belə ki, icra sənədinin icra yeri ilə bağlı məsələ artıq məhkəmə araşdırmasının predmeti olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun icra sənədinin Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilməsi barədə ## #### 2026-cı il tarixli qərarı ləğv edilmiş, icra vərəqəsinin İmişli Rayon İcra və Probasiya Şöbəsinə göndərilməklə icra tədbirlərinin həmin şöbə tərəfindən davam etdirilməsi qərara alınmışdır. Həmin qərardan da göründüyü kimi, uşağın və anasının hazırda daimi yaşayış yeri İmişli rayonudur. Bu səbəbdən, Kollegiya hazırkı iş üzrə icranın Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsinə zərurət görmür. Beləliklə, Kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad dəyişdirilməli, müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilməli, ərizəçinin ##.##.2021-ci il təvəllüdlü oğlu X2 ilə hər ayın II və IV şənbə günü saat 12.00-dan həmin həftənin bazar günü saat 15.00-a qədər, onun bir illik məzuniyyət vaxtı 5 gün müddətində, müddətin ilk günü saat 12.00-dan son günü saat 19.00-dək ünsiyyət vaxtı müəyyən edilməli, müəyyən edilmiş ünsiyyət vaxtının əvvəlində azyaşlı uşağın yaşayış yeri üzrə onun qaldığı ünvanda Cavabdeh tərəfindən X2, müəyyən edilmiş vaxtın sonuda həmin ünvanda X2 tərəfindən Cavabdeh təhvil verilməsi təmin edilməli, eləcə də ərizəçinin azyaşlı uşağı ilə videogörüntülü danışıq aparmağı ilə bağlı Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadında müəyyən edilmiş qaydanın qüvvədə olması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və MPM-in 397, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-***)-**/**** saylı qərardadı dəyişdirilsin. Müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilsin. Ərizəçi ##.##.2021-ci il təvəllüdlü oğlu X2 ilə hər ayın II və IV şənbə günü saat 12.00-dan həmin həftənin bazar günü saat 15.00-a qədər, Ərizəçi bir illik məzuniyyət vaxtı 5 gün müddətində, müddətin ilk günü saat 12.00-dan son günü saat 19.00-dək ünsiyyət vaxtı müəyyən edilsin. Müəyyən edilmiş ünsiyyət vaxtının əvvəlində azyaşlı uşağın yaşayış yeri üzrə onun qaldığı ünvanda Cavabdeh tərəfindən X2, müəyyən edilmiş vaxtın sonunda həmin ünvanda X2 tərəfindən Cavabdeh təhvil verilməlidir. Ərizəçi azyaşlı uşağı ##.##.2021-ci il təvəllüdlü X2 ilə videogörüntülü danışıq aparmağı ilə bağlı Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadında müəyyən edilmiş qaydanın qüvvədə olması nəzərə alınsın. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad dərhal icra edilsin. Qərardadın icrası İmişli Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar