Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-16(3-9)-93/2026 09.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin **(*-***)-**/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tam mülkiyyət hüququ əsasında cavabdeh Maraqlı şəxs məxsus olan Salyan rayonu, Qarabağlı kəndində yerləşən, torpaq sahəsinin ölçüsü, 0.12 ha, ümumi sahəsi 1306.5 kv.metr olan qeyri-yaşayış binası, Salyan rayonu, Qarabağlı kəndində yerləşən, torpaq sahəsinin ölçüsü, 0.125 ha, ümumi sahəsi 1005,5 kv.metr olan qeyri-yaşayış binası və Salyan rayonu, Qarabağlı kəndində yerləşən, torpaq sahəsinin ölçüsü, 0.096 ha, ümumi sahəsi 690.4 kv.metr olan qeyri-yaşayış binası üzərində cavabdeh Maraqlı şəxs və iddiaçı Ərizəçi hər birinin 1½ hissədə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi ilə birlikdə ərizəçi Ərizəçi məhkəməyə elektron kabinet vasitəsi ilə ##.##.2026-cı il tarixli ərizə ilə müraciət edərək göstərmişdir ki, tam mülkiyyət hüququ əsasında cavabdeh Maraqlı şəxs məxsus olan: Salyan rayonu, Qarabağlı kəndində yerləşən, torpaq sahəsinin ölçüsü, 0.12 ha, ümumi sahəsi 1306.5 kv.metr olan qeyri-yaşayış binası, Salyan rayonu, Qarabağlı kəndində yerləşən, torpaq sahəsinin ölçüsü, 0.125 ha, ümumi sahəsi 1005,5 kv.metr olan qeyri-yaşayış binası və Salyan rayonu, Qarabağlı kəndində yerləşən, torpaq sahəsinin ölçüsü, 0.096 ha, ümumi sahəsi 690.4 kv.metr olan qeyri-yaşayış binasının özgənikləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə ##.##.2008-ci il tarixində rəsmi nikaha daxil, olaraq ailə həyatı qurmuşlar. Ilk vaxtlar cavabdehlə aralarında münasibətlər yaxşı olsa da, lakin son bir il ərzində cavabdehin xasiyyətində baş vermiş dəyişiklik səbəbindən ailədə hər gün söz söhbətlər yaranmağa başlamışdır. Cavabdeh son vaxtlar ailə münasibətlərinin gərgin olmasını gördükdən sonra birgə nikah dövründə əldə etdikləri Salyan rayonunda yerləşən əmlakları sataraq onu həmin əmlaklardan məhrum etmək istəyir. Artıq aralarında olan ailə münasibətləri bitmişdir. Qeyd etmişdir ki, cavabdehlə birgə nikahda olduğuqları müddət ərzində ümumilikdə 03 əmlak əldə olunmuşdur: 1. Daşınmaz əmlakın dövlət reyesterində, 809013004141-06301 reysteri nömrə ilə qeydiyyata alınaraq tam mülkiyyət hüququ əsasında cavabdeh Maraqlı şəxs məxsus olan Salyan rayonu, Qarabağlı kəndində yerləşən, torpaq sahəsinin ölçüsü, 0.12 ha, ümumi sahəsi 1306.5 kv.metr olan qeyri- yaşayış binası. 2. Daşınmaz əmlakın dövlət reyesterində, ##.##.2010cu il tarixdə, 809013004140-06301 reysteri nömrə ilə qeydiyyata alınaraq tam mülkiyyət hüququ əsasında cavabdeh Maraqlı şəxs məxsus olan Salyan rayonu, Qarabağlı kəndində yerləşən, torpaq sahəsinin ölçüsü, 0.125 ha, ümumi sahəsi 1005,5 kv.metr olan qeyri-yaşayış binası. 3. Daşınmaz əmlakın dövlət reyesterində, ##.##.2010-cu il tarixdə, 809013004142-06301 reysteri nömrə ilə qeydiyyata alınaraq tam mülkiyyət hüququ əsasında cavabdeh Maraqlı şəxs məxsus olan Salyan rayonu, Qarabağlı kəndində yerləşən, torpaq sahəsinin ölçüsü, 0.096 ha, ümumi sahəsi 690.4 kv.metr olan qeyri-yaşayış binası. Artıq cavabdehlə aralarında olan ailə münsibətləri bitdiyi üçün birgə nikah dövründə əldə etdikləri əmlaklar üzərində onun ½ hissədə payının müəyyən olunması üçün müvəqqəti təminat tədbiri ilə eyni vaxtı, ayrıca icraatda iddia ərizəsi ilə Salyan rayon Məhkəməsinə müracət etmişdir. Onda olan məlumata əsasən cavabdeh artıq birgə nikah dövründə əldə etdikləri əmlakları satışa çıxararaq ən qısa müddət ərzində başqa şəxslərin adına özgənikləşdirib, onu əmlaklardan məhrum etmək istəyir. Onun üçün Salyan rayon Məhkəməsinə cavabdehlə birgə nikah dövründə əldə etdikləri əmlakların bölünməsi ilə bağlı iddia tələbi əsasında gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasının təmin edilməsi üçün əmlakların özgənikləşdirilməsi cavabdehə qadağan edilməlidir. Salyan Rayon Məhkəməsinin **(*-***)-**/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə, ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs münasibətdə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin olunmamışdır. Ərizəçi Ərizəçi vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ##.##.2026-cı il tarixli şikayət ünvanlayaraq, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-152)-32/2026 qərardadının ləğv edilməsi ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməsi, əks təqdirdə işin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin **(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə ərizəni rədd edərək hesab etmişdir ki, ərizəçi ərizəsində müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edən halları əsaslandırmamışdır. Bundan başqa məhkəmə qeyd etmişdir ki, ərizəçinin özgənkiləşdirilmə ehtimalının yüksək olduğunu bildirdiyi daşınmaz əmlakların özgənikiləşdirilməsi zamanı şəxsin notarial qaydada razılığının alınması ilə bağlı tələbin olması maraqlı şəxs cavabdehin qeyd olunan əmlakları özgəninkiləşdirilməsini bir növ mümkünsüz etməklə bərabər ərizəçinin müvafiq qətnamə ilə bərpa olunması tələb olunan mülkiyyət hüquqlarının bərpa olunmaz pozulması ilə nəticələnməklə bağlı gümanlarını əsassız edir Məhkəmə kollegiyası şikayətinin dəlilləri ilə iş materiallarını əlaqəli tədqiq edərək müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmayaraq, iş üzrə tərəflərlə arasındakı münasibətlərə uyğun tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməyərək, həmçinin şikayətinin dəlillərinə əsaslı hüquqi qiymət vermədən nəticədə qanuna zidd və ədalətli olmayan qərardad qəbul edilmişdir. Bununla da birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə şikayətinin dəlillərini əsaslı hesab edilməklə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın ləğv edilməsini qanunauyğun hesab edir: Azərbaycan Respublikası Konstitusiyası 129-cu maddəsinin İ bəndinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü tarixli qərarında qeyd edilmişdir ki, Müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarı”). Məhkəmə kollegiyası işin faktiki halı ilə bağlı aparılmış prosessual hərəkətlərdən müəyyən edərək qeyd edir ki, müvəqqəti təminat tədbirlərinin məqsədi cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaqdan ibarətdir. Bu mənada, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı yaxud həmin hüquqların əhəmiyyətli dərəcədə pozulmasının qarşısını almağı qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Lakin bununla belə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə iddia ilə bağlı ilkin zəruri sübutların təqdim edilməsinə və ərizədə cavabdeh kimi qoyulmuş şəxslərə qarşı yönəldilmiş tələblərin ilkin əsaslandırılmasına və bununla bağlı iddianın uğurluluğuna dəlalət edən ilkin dəlillərin təqdim edilməsinə ehtiyac vardır, əks halda, görülmüş belə tədbirlərin cavabdehlərin və ya üçüncü şəxslərin hüquqlarının pozulması halını yaratması mümkündür. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı, eləcə də iddianın uğurluluq ehtimalının nəzərə alınması baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəsinə Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7-ci maddəsinə əsasən Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 160.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Qeyd edilən prosessual hüquq normalarının təhlilindən müəyyən edilir ki, hər bir kəs hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Hər bir şəxs məhkəməyə müraciət edərkən iddia tələbinə mahiyyəti üzrə baxıb müvafiq məhkəmə aktı qəbul edilənə kimi müvafiq risklərdən, itkilərdən azad olunmaq üçün cavabdehə müəyyən hərəkətləri etməkdən çəkinməsi üçün tədbirlər görülməsini xahiş edə bilər. Əgər həmin hərəkətlərin cavabdeh tərəfindən realizə edilməsi müəyyən itkilərin yaranmasının əsas olacaqdırsa iddia tələbi üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə minənədək qadağan edilə bilər. O da nəzərə alınmalıdır ki, müvəqqəti təminat barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, MPM-in göstərilən maddələrinin mənasına görə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi zərurəti yaranır, həmçinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsini zəruri edən əsaslar mövcuddur. Belə ki, müvəqqəti təminat tədbiri məhz cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbiri tətbiq edilir. Müvəqqəti təminat tədbiri müvəqqəti təminat tədbirləri göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Müvəqqəti təminat tədbiri barədə ərizədən görünür ki, Ərizəçi cavabdeh Maraqlı şəxs ilə ##.##.2008-ci il tarixində rəsmi nikaha daxil, olaraq ailə həyatı qurmuşlarCavabdeh son vaxtlar ailə münasibətlərinin gərgin olmasını gördükdən sonra birgə nikah dövründə əldə etdikləri Salyan rayonunda yerləşən əmlakları sataraq onu həmin əmlaklardan məhrum etmək istəyir. Artıq aralarında olan ailə münasibətləri bitmişdir. Qeyd etmişdir ki, cavabdehlə birgə nikahda olduğuqları müddət ərzində ümumilikdə 03 əmlak əldə olunmuşdur:
1. Daşınmaz əmlakın dövlət reyesterində, 809013004141-06301 reysteri nömrə ilə qeydiyyata alınaraq tam mülkiyyət hüququ əsasında cavabdeh Maraqlı şəxs məxsus olan Salyan rayonu, Qarabağlı kəndində yerləşən, torpaq sahəsinin ölçüsü, 0.12 ha, ümumi sahəsi 1306.5 kv.metr olan qeyri- yaşayış binası.
2. Daşınmaz əmlakın dövlət reyesterində, ##.##.2010-cu il tarixdə, 809013004140-06301 reysteri nömrə ilə qeydiyyata alınaraq tam mülkiyyət hüququ əsasında cavabdeh Maraqlı şəxs məxsus olan Salyan rayonu, Qarabağlı kəndində yerləşən, torpaq sahəsinin ölçüsü, 0.125 ha, ümumi sahəsi 1005,5 kv.metr olan qeyri-yaşayış binası.
3. Daşınmaz əmlakın dövlət reyesterində, ##.##.2010-cu il tarixdə, 809013004142-06301 reysteri nömrə ilə qeydiyyata alınaraq tam mülkiyyət hüququ əsasında cavabdeh Maraqlı şəxs məxsus olan Salyan rayonu, Qarabağlı kəndində yerləşən, torpaq sahəsinin ölçüsü, 0.096 ha, ümumi sahəsi 690.4 kv.metr olan qeyri-yaşayış binası. Artıq cavabdehlə aralarında olan ailə münsibətləri bitdiyi üçün birgə nikah dövründə əldə etdikləri əmlaklar üzərində onun ½ hissədə payının müəyyən olunması üçün müvəqqəti təminat tədbiri ilə eyni vaxtı, ayrıca icraatda iddia ərizəsi ilə Salyan rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin birinci instansiya məhkəməsində qaldırdığı iddianın əsasını tərəflərin birgə nikah dövründə əldə edildiyi əmlakların bölünməsi tələb edir və hazırkı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə də məhz həmin əmlakların özgənikləşdirilməsinin qadağan edilməsindən ibarətdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə qeyd edir ki, nikah dövründə əldə olunmuş və ər-arvadın birgə mülkiyyəti hesab edilən əmlakların özgəninkiləşdirilməsi zamanı tərəflərin hər birinin razılığı tələb olunsa da, mövcud təcrübədə həmin əmlakların saxta razılaşmalar əsasında özgəninkiləşdirilməsi hallarına tez-tez rast gəlinir. Bu isə iddialarının uğurluluq ehtimalının yüksək olduğu iddiaçıların mülkiyyət hüquqlarının tanınması yolunda əsassız məhkəmə çəkişməsinə məruz qalmalarına, mülkiyyət hüquqlarının həyata keçirilməsini əvvəllər paylarının tanınması yolu ilə tələb edə biləcəkləri halda, sonradan bağlanmış əqdlərin də mübahisələndirməyə məcbur qalır ki, bu da mülkiyyət hüququna çatımlılığı əhəmiyyətli dərəcədə çətinləşdirir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Salyan Rayon Məhkəməsinin **(*-***)-**/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ləğv edilməli, iş üzrə yeni qərardad qəbul edilməli, müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2- 402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDI: Şikayət təmin edilsin. Salyan Rayon Məhkəməsinin **(*-***)-**/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ləğv edilsin və iş üzrə yeni qərardad qəbul edilsin. Müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilsin. Iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə” tələbinə dair mülki işə baxıb yekunlaşana qədər, Daşınmaz əmlakın dövlət reyesterində, 809013004141-06301 reysteri nömrə ilə qeydiyyata alınaraq tam mülkiyyət hüququ əsasında cavabdeh Maraqlı şəxs məxsus olan Salyan rayonu, Qarabağlı kəndində yerləşən, torpaq sahəsinin ölçüsü, 0.12 ha, ümumi sahəsi 1306.5 kv.metr olan qeyri- yaşayış binasının, Daşınmaz əmlakın dövlət reyesterində, ##.##.2010-cu il tarixdə, 809013004140-06301 reysteri nömrə ilə qeydiyyata alınaraq tam mülkiyyət hüququ əsasında cavabdeh Maraqlı şəxs məxsus olan Salyan rayonu, Qarabağlı kəndində yerləşən, torpaq sahəsinin ölçüsü, 0.125 ha, ümumi sahəsi 1005,5 kv.metr olan qeyri-yaşayış binasının və Daşınmaz əmlakın dövlət reyesterində, ##.##.2010-cu il tarixdə, 809013004142-06301 reysteri nömrə ilə qeydiyyata alınaraq tam mülkiyyət hüququ əsasında cavabdeh Maraqlı şəxs məxsus olan Salyan rayonu, Qarabağlı kəndində yerləşən, torpaq sahəsinin ölçüsü, 0.096 ha, ümumi sahəsi 690.4 kv.metr olan qeyri-yaşayış binasının özgəninkiləşdirilməsi cavabdeh Maraqlı şəxs və digər şəxslərə qadağan edilsin. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Salyan rayon Icra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.