Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-16(3-9)-95/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı Ərizəçi cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və istifadəyə maneçilik törədilməsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək cavabdeh1, cavabdeh2 və onun ailə üzvlərinin, iddiaçı və ailə üzvlərinin xüsusi birgə mülkiyyətində olan Hacıqabul rayon Aqrar İslahat Komissiyasının ## #### 2004-cü il tarixli, ** saylı qərarı ilə Hacıqabul rayonunun Muğan qəsəbəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin iddiaçı və ailə üzlərinə təhvil verilməsi, həmin torpaq sahəsindən gələcəkdə onun və ilə üzvlərinin sərbəst istifadəsinə hər hansı bir maneçilik etmələrinin onlara qadağan edilməsi, 800 manat hüquqi yardım üçün ödənilmiş və 19,75 manat etibarnamənin rəsmiləşdirilməsi üçün köçürülmüş pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə barədə ərizə ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək Hacıqabul Rayon Məhkəməsinin icraatında olan e-*(*-***)-***/**** saylı mülki işin baxılıb yekun məhkəmə aktı qanuni qüvvəsini alıb, icra edilənə kimi Hacıqabul rayon Aqrar İslahat Komissiyasının ## #### 2004-cü il tarixli, ** saylı qərarı ilə Ərizəçi və ailə üzvlərinə verilmiş 0.07 ha həyətyanı JN – 673A, KOD ******** nömrəli torpaq sahəsi sənəd üzrə koordinatları yerində müəyyən edilərək, üzərinə həbs qoyulması, həmin sahədə hər hansı bir tikilinin tikilməsi və sair işlərin görülməsi cavabdeh cavabdeh1, cavabdeh2, onların ailə üzvlərinə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə (hakim Orxan Bayramov) ərizə qismən təmin edilmiş, *(*-***)-***/**** saylı mülki iş üzrə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək Hacıqabul rayon Aqrar İslahat Komissiyasının ## #### 2004-cü il tarixli, ** saylı qərarı ilə Ərizəçi və ailə üzvlərinə verilmiş 0.07 ha həyətyanı JN – 673A, KOD ******** nömrəli torpaq sahəsinin özgəninkiləşdirilməsinin cavabdehlər cavabdeh2, cavabdeh1, onların ailə üzvlərinə və digər şəxslərə qadağan edilməsi, qərardadın icrasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Şirvan Ərazi İdarəsinə və Hacıqabul Rayon İcra və Probasiya şöbəsinə həvalə olunması və ərizənin qalan hissədə rədd edilməsi və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Hazırda ərizəçi Ərizəçi həmin qərardaddan şikayət verərək qərardadın qismən ləğv edilməsi, müvəqqəti təminat tədbiri barədə ərizənin tam təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, valideynləri X4 Şirinovanın rəsmi nikahlarından Sona Şirinova, Rəna Şirinova, Nazim Şirinov, Tərlan Şirinov, o - Ərizəçi və cavabdeh1 olmuşdur. X2 1990-cı ildə vəfat etmişdir. Buna qədər atası qardaşları və ona Hacıqabul rayonunun Muğan qəsəbəsində həyətyanı torpaq sahəsi almışdır. Həmin torpaq sahələri Hacıqabul rayon Aqrar İslahat Komissiyasının ## #### 2004-cü il tarixli, ** saylı qərarı ilə rəsmiləşdirilmişdir. X5 özünə məxsus həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş, Tərlan Şirinov özünə məxsus həmin torpaq sahəsini sataraq Hacıqabul şəhərindən fərdi yaşayış evi almışdır. cavabdeh1 isə özünə və ona məxsus 0.07 ha həyətyanı torpaq sahəsini daş hasara alaraq zəbt etməklə mənimsəmişdir. Özünün bildirdiyinə görə həmin torpaq sahəsi onun xüsusi mülkiyyətindədir və onun üzərində fərdi yaşayış evini inşa etmişdir. Halhazırda qardaşı cavabdeh1 Rusiya Federasiyasında yaşadığı üçün iddia etdiyi özünə məxsus torpaq sahəsini və o və ailə üzvlərinin xüsusi mülkiyyətində olan həmin torpaq sahəsini daş hasara alaraq orada inşa etdiyi həmin fərdi yaşayış evini qardaşı - X3 oğlu cavabdeh2 və onun ailə üzvlərinə yaşamaq üçün vermişdir. Hazırda ərizəçi və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan mübahsiə predmeti olan torpaq sahəsində hər hansı bir tikili tikilsə, gələcəkdə iddia tələbinin təmin ediləcəyi təqdirdə qətnamənin icrası mümkün olmayacaqdır. İkincisi ona görə ki, bu ərizə cavabdehlərlə ərizəçi arasında olan məhz mübahisə predmeti olan yaşayış məntəqələrinin torpaq sahəsidir ki, buda cavabdehlərin fakitiki istifadəsində olmaqla, həmin torpaq sahəsində cavabdehlər və digər şəxslər tərəfindən hər hansı bir tikinti tikəcəklərini ərizəçi qeyd edir. Göründüyü kimi - məhkəmə sübutların məhv edilməsi və ya gələcəkdə işin iddia təmin olunduğu təqdirdə iş üçün əhəmiyyəti olmadığı kimi qiymət vermişdir. Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddələrinə əsasən, cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Məhkəmə tərkibi vurğulayır ki, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədi ilə qəbul edilən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Hazırkı iş üzrə ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirlərinin tam tətbiq edilməməsi barədə şikayəti, əsasən, mübahisəli torpaq sahəsində cavabdehlər tərəfindən hər hansı tikinti işlərinin aparılacağı təqdirdə gələcəkdə iddia təmin edilərsə qətnamənin icrasının mümkün olmayacağı, buna görə də torpaq sahəsinin üzərinə həbs qoyulmasının və həmin sahədə hər hansı tikinti və digər işlərin görülməsinin qadağan edilməsinin zəruri olması ilə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi ərizəni rədd etdiyi hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsi üzərində tikinti işlərinin aparılmasının cavabdehlərə qadağa edilməsi və torpaq sahəsinin üzərinə həbs qoyulması hissəsində tələb rədd edilməlidir. Çünki borclunun həmin torpaq sahəsi üzərində tikinti işləri aparması qətnamənin gələcəkdə icrasının çətinləşməsi və ya qeyri-mümkün olması məhkəmə tərəfindən müəyyən edilmir. Tikinti işlərinin aparılacağı təqdirdə sadəcə olaraq cavabdehlərin özləri maddi ziyan itkisi ilə üzləşə bilər. Bundan başqa, tikinti işlərinin aparılması həmin torpaq sahəsindən istifadə hüququ anlayışına aid olduğundan torpaq sahəsi üzərinə həbs qoyulması həmin istifadə hüququnu məhdudlaşdırır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və hesab edir ki, şikayətdə göstərilən dəlillər mübahisə predmeti olan torpaq sahəsində gələcəkdə tikinti işlərinin aparılmasının qətnamənin icrasını əhəmiyyətli dərəcədə çətinləşdirəcəyini və ya qeyri-mümkün edəcəyini təsdiq edən kifayət qədər sübutlarla əsaslandırılmamışdır. Müvəqqəti təminat tədbirinin tətbiqinin məqsədi iddiaçının hüquqlarını əvvəlcədən tam təmin etmək deyil, yalnız gələcək məhkəmə aktının icrasını təmin etmək üçün zəruri və mütənasib tədbirlərin görülməsidir. Hazırkı halda birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsini qadağan etməklə mübahisə predmetinin hüquqi statusunun dəyişdirilməsinin qarşısını almış, bununla da mümkün qətnamənin gələcəkdə icrasını təmin etməyə yönəlmiş düzgün təminat tədbiri seçmişdir. Bundan əlavə, mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılmasının qadağan edilməsi və torpaq sahəsi üzərinə həbs qoyulması cavabdehlərin həmin əmlakdan istifadə hüququnun daha geniş həcmdə məhdudlaşdırılması ilə nəticələnərdi. MPM-in 157.6-cı maddəsinin tələbinə görə isə tətbiq edilən müvəqqəti təminat tədbiri qarşıya qoyulan məqsədə mütənasib olmalı, əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olmamalıdır. Hazırkı iş üzrə özgəninkiləşdirmənin qadağan edilməsi qətnamənin mümkün icrasını təmin etmək üçün kifayət etdiyi halda, əlavə olaraq tikinti işlərinin tam qadağan edilməsi və torpaq sahəsi üzərinə həbs qoyulması artıq və qeyri-mütənasib müdaxilə hesab edilə bilər. Məhkəmə tərkibi onu da nəzərə alır ki, cavabdehlərin mübahisəli torpaq sahəsində hər hansı tikili inşa etmələri belə, iddiaçının iddia etdiyi kimi qətnamənin gələcəkdə icrasını qeyrimümkün edə bilməz. İddia təmin ediləcəyi təqdirdə həmin tikilinin hüquqi nəticələrinə görə risk və mümkün maddi itki məhz onu inşa etmiş şəxsin üzərinə düşəcəkdir. Başqa sözlə, mübahisəli əmlak üzərində mübahisə davam etdiyi halda tikinti aparan şəxs bunu öz riski ilə etmiş hesab olunur və sonradan tikilinin sökülməsi və ya torpaq sahəsinin boşaldılması zərurəti yarandıqda bunun mənfi nəticələrinə də özü qatlaşmalıdır. Odur ki, ehtimal edilən tikinti işləri iddiaçının deyil, ilk növbədə cavabdehin öz hüquqi və maddi maraqları üçün risk yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qərara aldı: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-9)-95/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-9)-95/2026
27.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver