Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-16(3-9)-98/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Ərizəçi Ərizəçi uşaqla ünsiyyət hüququnun təmin edilməsi barədə müvəqqəti təminat tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə (hakim Osman Vəliyev) ərizə qismən təmin edilmiş, Ərizəçi ##.##.2020-ci il təvəllüdlü X6 və ##.##.2022-ci il təvəllüdlü X9 ilə ünsiyyət saxlamaq hüququnun təmin edilməsi, Ərizəçi həmin uşaqlarla görüş vaxtının hər həftənin şənbə günü saat 11:00-dan başlayaraq bazar günü saat 18:00-dək (gecə qalmaq şərti ilə) müəyyən edilməsi, müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarixin ## #### 2026-cı il müəyyən edilməsi, qərardadın dərhal icra edilməsi və qərardadın icrasının Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılması qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsi və Ərizəçi övladları ##.##.2020-ci il təvəllüdlü X6 və ##.##.2022-ci il təvəlüdlü X9 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 13:00-a kimi onun iştirakı ilə müvəqqəti ünsiyyət barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə ##.##.2020-ci il təvəlüdlü X6 və ##.##.2020-ci il təvəlüdlü X9 cavabdeh Əliyeva (Qasımova) Nərgiz Azər qızından alınaraq iddiaçı Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi ilə müəyyən edilmişdir ki, İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti yanınd Qəyyumluq və himayəçilik komissiyası tərəfindən verilmiş ##.##.2026-cı il tarixli rəydən görünür ki, Komissiya tərəfindən ## #### 2020-ci il təvəlüdlü X6 və ## #### 2022- ci il təvəllüdlü X9 atası Cavabdeh yanında qalması məqsədə müvafiq hesab etmişdir. Həmin rəydən görünür ki, komissiyanın iclasına cavabdeh (Ərizəçi) dəvət edilsə də cavabdeh Bakı şəhərində 7 nəfər tələbə qızla kirayədə qaldığını, uşaqlar ona verilərsə ayrıca kirayə ev tutacağını bildirmişdir. Məhkəmənin iclasında iştirak edən şahid Əliyev Azər İspar oğlu bildirmişdir ki, cavabdeh (Ərizəçi) onun qızıdır. Heç bir halda uşaqların onun himayəsinə verilməsinə razı deyil. Cavabdeh bir neçə dəfə evdən xəbərsiz şəkildə qaçıb getmişdir. Narkomanlarla dostluq edir. Sonradan ona məlum olub ki, cavabdeh uşaqlara işgəncə verirmiş, əllərini yandırırmış. Qızından (cavabdehdən) imtina edib. Uşaqlar uzun müddətdir ki, iddiaçının himayəsindədir, iddiaçı uşaqlara normal baxır, qayğısına qalır. Cəlilabad rayon Albalan kənd ümumi orta məktəbinin direktoru tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, X6 2025-2026-cı tədris ilində həmin məktəbdə məktəbəqədər hazırlıq qrupunda təhsil alır, onu məktəbə atası Cavabdeh gətirib aparır və valideyn iclaslarında iştirak edir. Cəlilabad RİH Zopun kənd İƏDÜ nümayəndəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, X3 qeydiyyatda olmasına baxmayaraq hal-hazırda ərazidə yaşamır. Hazırkı iş üzrə ərizəçi Müvəqqəti ünsiyyət barədə ərizəsində yazmışdır ki, yaşadıqları ərazilərin (Zopun və Albalan kəndlərinin) yaxın olmasına baxmayaraq, cavabdehin bu cür aqressiv maneçiliyi heç bir qanuni əsasa söykənmir. Halbuki ərizəçi ərizəsində məhkəməyə yalan söyləmişdi, o, artıq uzun müddətdir ki, Cəlilabad rayonu Zopun kəndində yaşamır və özünün dediyinə görə Bakı şəhərində tələbə qızlarla kirayələrdə qalır. Onun normal yaşamağa yeri yoxdur və uşaqlarına normal baxmağa, onlara bir günlük olsa da qulluq etməyə onun imkanı yoxdur. Belə olduğu təqdirdə, o, hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 18:00-a kimi necə və harada uşaqlarını saxlayacaq. Ərizəçi Bakı şəhərində kirayədə qaldığı halda, şənbə günü uşaqları Bakı şəhərinə necə aparacaq və sabahısı günü necə qaytarıb gətirəcək. Uşaqlar yol yorğunu olacaq və hər həftə uzaq yolda qalmaqla həm əldən düşəcəklər, həm də avtobuslarda, taksilərdə yolarda soyuqda, istidə, şaxtada, qarda qalmaqla sağlamlıqları pozulacaq. Bundan başqa hələ ərizəçi uşaqla ünsiyyətlə bağlı mediasiya təşkilatına müraciət etməyib, məhkəmədə uşaqla ünsiyyətlə bağlı iddia qaldırmamışdır. Hər həftənin şənbə günü saat 11:00-dan, bazar günü saat 18:00-a kimi uşaqla ünsiyyətdə olmaq istəyən şəxsin gərək ev şəraiti olsun, onun yaşadığı yerlə, uşaqların qaldığı yer arasında yaxın məsafə olsun və bu işlər məhkəmədə araşdırılmalı, İcra Hakimiyyətli yanında Qəyyumluq və himayəçilik komissiyasında məsələyə baxılmalı, ərizəçinin yaşayış yeri, həyat şəraiti müayinə olunmalı və yekun rəy veriləndən sonra Məhkəmə qətnaməsi qəbul edilməlidir. Bundan başqa ərizəçi 2025-ci ilin dekabr ayında da müvəqqəti ünsiyyətlə bağlı ərizə vermişdir və Cəlilabad rayonu Məhkəməsinin **(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, İddiaçı Ərizəçi Cavabdeh yanında yaşayan ##.##.2020-ci il təvəlüdlü X6 və ##.##.2022- ci il təvəlüdlü X9 ilə ünsiyyət saxlamaq hüququnin təmin edilməsi və Ərizəçi həmin uşaqlarla ünsiyyət (görüş) vaxtının hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00 dək müəyyən edilməsi;. Müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarixin ## ###### 2026-cı il müəyyən edilməsi qərara alınmışdır. Lakin ərizəçi həmin qərarın icrası, yəni uşaqlarla ünsiyyətdə olmaq üçün cəhd etməmişdir. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-117)-54/2026 tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2-ci maddəsinə əsasən iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7-ci maddəsinə əsasən Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 160.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Qeyd edilən prosessual hüquq normalarının təhlilindən müəyyən edilir ki, hər bir kəs hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Hər bir şəxs məhkəməyə müraciət edərkən iddia tələbinə mahiyyəti üzrə baxıb müvafiq məhkəmə aktı qəbul edilənə kimi müvafiq risklərdən, itkilərdən azad olunmaq üçün cavabdehə müəyyən hərəkətləri etməkdən çəkinməsi üçün tədbirlər görülməsini xahiş edə bilər. Əgər həmin hərəkətlərin cavabdeh tərəfindən realizə edilməsi müəyyən itkilərin yaranmasının əsas olacaqdırsa iddia tələbi üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəyə minənədək qadağan edilə bilər. O da nəzərə alınmalıdır ki, müvəqqəti təminat barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə tərkibi şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş şikayətlə bağlı gəldiyi nəticə prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, MPM-in göstərilən maddələrinin mənasına görə şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və yaəhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi zərurəti yaranır, həmçinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ####### 2011-ci il tarixli qərarına ## ###### 2020-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmələrə izah edilmişdir ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olubolmamasına qiymət verilməlidir. Məhkəmə tərkibi işin faktiki hallarını nəzərə alaraq və yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, cavabdeh əsasən ərizəçinin daimi yaşayış yerinin olmamasına, uşaqları gecələmə ilə yanında saxlamaq üçün lazımi şəraitinin mövcud olmamasına, əvvəlki müvəqqəti ünsiyyət barədə qərardaddan istifadə etməməsinə və uşaqların mənafeyinin pozulacağına istinad etmişdir. Lakin göstərilən hallar müvəqqəti təminat tədbirinin tətbiqini istisna edən əsas kimi qəbul edilə bilməz. Nəzərə alınmalıdır ki, hazırkı mərhələdə məhkəmə tərəfindən uşaqların hansı valideynin yanında daimi yaşaması və ya valideynlik hüquqlarının həyata keçirilməsinə dair yekun hüquqi qiymətləndirmə aparılmır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə əsasən valideynlər uşaqlar barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqdan ayrı yaşayan valideynin uşaqla ünsiyyətdə olmaq, onun tərbiyəsində iştirak etmək və inkişafı ilə maraqlanmaq hüququ qanunla qorunur. Bu hüquq yalnız digər valideynin hüququ deyil, eyni zamanda uşağın da hər iki valideynlə münasibət saxlamaq hüququnun tərkib hissəsidir. Buna görə də valideynlər arasında mövcud olan şəxsi münasibətlər və ya digər mübahisələr uşağın anası ilə ünsiyyət hüququnun əsassız olaraq məhdudlaşdırılmasına səbəb ola bilməz. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, ana ilə azyaşlı uşaqlar arasında uzun müddət ünsiyyətin olmaması onların emosional bağlılığının zəifləməsinə, ailə münasibətlərinin pozulmasına və gələcəkdə məhkəmənin qəbul edəcəyi yekun qərarın icrasının çətinləşməsinə səbəb ola bilər. Məhz bu risklərin qarşısının alınması məqsədilə müvəqqəti təminat tədbiri institutu nəzərdə tutulmuşdur. Bu tədbirin tətbiqi işin mahiyyəti üzrə qabaqcadan həll edilməsi anlamına gəlmir və yalnız mövcud vəziyyətin qorunmasına xidmət edir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müvəqqəti təminat tədbiri qanunvericiliyin tələblərinə tam uyğun olaraq 1 ay müddətinə tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilməzdən əvvəl müvəqqəti təminat tədbiri tətbiq edildikdə, həmin tədbir 1 aydan çox olmayan müddətə müəyyən edilir və qərardadda onun qüvvədən düşəcəyi tarix göstərilməlidir. Hazırkı işdə də məhkəmə həmin normanın tələblərinə əməl edərək müvəqqəti təminat tədbirinin qüvvədə olma müddətini ## #### 2026-cı il tarixədək müəyyən etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, müvəqqəti təminat tədbiri tətbiq edilərkən ərizəçi tərəfindən hələ uşaqla ünsiyyət hüququna dair əsas iddia qaldırılmamışdır. Məhz buna görə də məhkəmə qanunvericiliyin tələb etdiyi müvəqqəti xarakter daşıyan 1 aylıq müddəti müəyyən etmişdir. Bu isə onu göstərir ki, məhkəmə tərəflərin hüquq və mənafeləri arasında balansı qorumuş, müvəqqəti təminat tədbirini iddia tələbinin mahiyyəti üzrə əvvəlcədən həllinə çevirməmişdir. Bundan başqa, hazırda iş materiallarından da göründüyü kimi, həmin qərardadla müəyyən edilmiş müddət artıq başa çatmış və qərardad öz hüquqi qüvvəsini itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-117)-54/2026 tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-117)-54/2026 tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-9)-98/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-9)-98/2026
27.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver