Məhkəmə qərarları › İş №e-16(3-9)-99/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-9)-99/2026

07.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-16(3-9)-99/2026 07.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçilər ərizəçi2 və ərizəçi1 tərəfindən verilmiş şikayətə, məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçılar ərizəçi2 və ərizəçi1 cavabdeh “xxxx” ASC-yə qarşı “elektrik enerjisinin qanunsuz kəsilməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Komersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ərizəçi1 dəymiş 46122 manat maddi ziyan, 5000 manat mənəvi ziyan, cəmi 51122 manat pul vəsaitinin, iddiaçı ərizəçi2 Hüseynxan qızına dəymiş 70110 manat maddi ziyan, 5000 manat mənəvi ziyan, cəmi 75110 manat pul vəsaitinin, 1025 manat məbləğində hüquqi xərclər, 417 manat dövlət rüsumu olmaqla cəmi 127674 manat pul vəsaitinin X2 tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Eyni zamanda ərizəçi2 və ərizəçi1 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Şivran Inzibati Məhkəməsinin icraatında iddia ərizələrinə mahiyyəti üzrə baxılıb qurtaranadək icarə müqaviləsi əsasında istifadədələrində olan *** saylı “Topuztəpə”adlı qış otlaq sahəsinə və DTE *** saylı “Güllü təpə” adlı qışlaq otlaq sahəsində yerləşən 115 hektar torpaq sahəsinə X1 əməkdaşlarının qanunsuz müdaxiləsinin qarşısının alınması və çoban evlərinə (yataqlara), ərazidə olan artezian quyularına və tikililərə gələn elektrik xəttinin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Şirvan Kommersiya Məhkəməsi ## #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadla iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina etmiş, iddiaçılara aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqlarının olduğunu izah etmişdir. Şirvan Kommersiya Məhkəməsinin digər ## #### 2025-ci il tarixli e-**(*-**)-***/**** saylı qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin də qəbulundan imtina edilmiş, ərizəçilərə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Birinci halda iddia ərizəsinin icraata qəbulundan imtina edərkən məhkəmə MPM-in 153.2.1ci maddəsinə istinadla hesab etmişdir ki, təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyət olduğundan, belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Ikinci halda isə məhkəmə MPM-in 13.4 və 153.2.1-ci maddələrinə istinadla hesab etmişdir ki, nə qədər ki, mübahisənin həllində məhkəmə səlahiyyətli deyildir, həll edə bilməyəcəyi mübahisə üzrə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəyə də baxa bilməz. Birinci instansiya məhkəməsinin hər iki qərardadı iddiaçılar (ərizəçilər) tərəfindən mübahisələndirilmiş, məhkəmənin ## #### 2026-cı il tarixli qərardadları ilə şikayətlər təmin olunmayaraq, iş materialları ilə birlikdə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə tədqiq edib belə nəticəyə gəlir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Iş materiallarından görünür ki, hazırki mübahisə sahibkarlıq subyekti olan iddiaçılarla təbii inhisar subyekti kimi çıxış edən “xxxx” ASC arasında, iddiaçıların öz fəaliyyətlərinin həyata keçirilməsi üçün elektrik enerjisindən istifadədən irəli gələn mübahisədir, daha doğrusu, təbii inhisar subyektinin şəbəkəsinə qoşulmaqla uzun illər ərzində istifadə etdikləri enerjinin kəsilməsi nəticəsində məruz qaldıqları zərərin kompensasiyası ilə bağlıdır. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2026-cı il tarixli *- *(*-*)-***/**** saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilməsinə dair Şirvan Kommersiya Məhkəməsi ## #### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadı ləğv edilmiş, iddiaçılar ərizəçi2 və ərizəçi1 cavabdeh “xxxx” ASC-yə qarşı “elektrik enerjisinin qanunsuz kəsilməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası icraata qəbul olunmuş hesab edilməklə, mübahisənin mahiyyəti üzrə baxılıb həll olunması istiqamətində sonrakı prosessual hərəkətlər yerinə yetirilməsindən ötrü iş Şirvan Kommersiya Məhkəməsinin icraatına qaytarılmışdır. Belə olan halda isə birinci instansiya məhkəməsinin həll edə bilməyəcəyi mübahisə üzrə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəyə də baxa bilməz kimi dəlilləri artıq aradan qalxmış olur. Əsas iddianın kommersiya məhkəməsinin aidiyyətində olduğu müəyyən edildiyindən, müvəqqəti təminat tədbirinin tətbiqi üçün MPM-də nəzərdə tutulmuş əsasların mövcud olubolmaması məsələsinə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Kollegiya hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəyə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.2, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026 -ci il tarixli e-**(*-**)-***/**** saylı saylı qərardadı ləğv edilsin. Ərizəçilər ərizəçi2 və ərizəçi1 müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinə mahiyyəti üzrə baxılıb həll edilməsindən ötrü iş materialları Şirvan Kommersiya Məhkəməsinin icraatına qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar