Məhkəmə qərarları › İş №e-2(001)-101/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-101/2025

22.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-101/2025 22.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi,Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün onun himayəsinə verilmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə, 05 sentyabr 2015-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikahları Bakı şəhəri 1 saylı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış, “Nikahın bağlanması haqqında Akt qeydləri” kitabında bu barədə xx.xx.2015-ci il tarixində, 2057 sayla qeydiyyat aparılmışdır. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X10 doğulmuşlar. Onu da qeyd edir ki, uşaqlar, xx.xx.2016-cı il təvəllüdlü Milay Ramil qızı, xx.xx.2019 Melisa Ramil qızı anadan olandan, onlara lazımı ana qayğı göstərilmədyindən, onlara ana tərəfindən baxılmadığından daima xəstə olmuşlar. Bununla yanaşı, mütəmadi olaraq, cavabdehin psixoloji durumunda olan problemlərlə məşğul olmuşdur. Elə hallar olmuşdur ki, cavabdeh, uşaqları evdə qoyub, evdən qaçmaq istəmişdir. xx.xx.2017-ci ildən etibarən, cavabdehin tibb ixtisası üzrə ali təhsil alması üçün, valideynlərinin hesabına bütün xərcləri qarşılayaraq Türkiyə Respublikasına köçmüşlər. O, işləməmiş, evdə oturub uşaqlara baxmış, uşaqlarla məşğul olmuşdur. Uşaqlarının Türkiyədə yaşaması, onun valideynlərinin hesabına olmuşdur. Yəni, ailə olduğu üçün, cavabdehin təhsil haqqını da, yaşadığı evin kirayə haqqını da atamsıgil ödəmişlər. Bu müddət ərzində, valideynləri onlara 300.000 manata qədər vəsait xərcləmişlər. xx.xx.2021-ci ildən başlayaraq, evdə problemlər başlamışdır. Cavabdeh artıq özünü “Uzman” hesab edərək dəyişmiş, onu artıq ailə, o cümlədən uşaqların həyatı maraqlandırmamışdır. Vəzifəsi işə getmək, işdən gəlib yatmaq olmuşdur. Bu münasibətlər gərginləşmiş, cavabdehin valideynlərinin onların gənc ailəsinə müdaxiləsi, o cümlədən anasının gəlib Türkiyədə onlarla qalmaq, yaşamaq niyyətində olması, eləcə də gəlib yaşamaq istəməsi, yaşaması, ailələrini dağıtmışdır. Həmin dövrdə, deyərdi ki,cavadehin psixologiyasında daha dərin dəyişikliklər olmuş, cavabdeh uşqalardan və ondan imtina etmişdir. Həmin səhnəni, o, cavabdehin də razılığı ilə videolentə almış, telefonla çəkmişdir. Yəni, cavabdeh bəyan etmişdir ki, nə uşaqları, nə məni istəmir?! Beləliklə, ailə dağılmışdır. Bu qədər xərclərin çəkilməsinə baxmayaraq, psixoloji durumunda onsuz da problemləri olan cavabdeh, guya onun acığına oxuduğu ali təhsil müəssisəni də atıb Azərbaycan Respublikasına gəlmişdir. Cavabdehin psixologiyasında olan dəyişikliklər aradan götürülmədiyindən, daha da dərinləşdiyindən, üstəlik onun valideynlərinin müxtəlif mövzulu söz-söhbətləri onu, valideynlərini son həddə çatdırmış, odur ki, 2022-ci ilin ortalarında Binəqədi Rayon Məhkəməsində nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. Atası da bu ərəfələrdə, qızlarının psixoloji durumunda olan ciddi problemləri ört-basdır etmək üçün, bildirmişdir ki, Türkiyədən gələndən, hələ əsəbləri sakitləşməmişdir, guya, təkcə onun əsəblərini müalicə etdirir. Cavabdeh, bu pozuntuları nəticəsində, xx.xx.2019-cu il təvəllüdlü Melisa Ramil qızının uşaq bağçasına getməsinə, aparılmasına imkan verməmişdir. Melisa Ramil qızı daima, anası tərəfindən baxımsızlığa məruz qalmışdır, bu günə qədər də uşağın bədənində müxtəlif səpkilər mövcuddur, səpkiləri davam edir. Evlərinə gətirib qulluq etmiş, anası uşağa müəyyən qayğı göstərmişdir, bununla da səpkilər aradan getmişdir. Uşaq 2- 3 gün anası ilə qalandan sonra, həmin natəmizliklərin nəticəsi olan səpkilər, yenidən özünü göstərir. X7 2021-ci ildə məktəbəqədər təhsil alması üçün qeydiyyatdan keçirmiş, ancaq, xx.xx.2021-xx.xx.2022-ci il tarixi dövründə, nə cavabdeh, nə onun valideynləri Milayı dərsə aparmamışlar, onu təhsildən yayındırmışlar. xx.xx.2022-ci il tarixində Milay Rəsulovanı 1-ci sinfə, rus bölməsinə qəbul olması üçün imtahana aparmış, anası maraqlanmamışdır, məşğul olmamışdır, məlumatı olmamışdır ki, azyaşlı uşaq hara getdi, haradan gəldi?! Təhsili ilə bağlı uşağı, Milay Rəsulovanı təkbaşına, poliklinikaya aparıb həkim müayinəsindən keçirmiş, cavabdeh uşağın yanında olmamışdır, uşaqla maraqlanmamışdır. Bütün hazırlıqları görüb, məktəbli üçün lazım olan bütün zəruri pal-paltarını, dərs ləvazimatlarını alıb uşağın məktəbə getməsi üçün bütün xərclərini çəkib, uşağı anasına vermiş, arxayın olmuşdur ki, uşağı dərsə aparacaq?! Sonradan məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixində, anası Milayı dərsə, 1-ci sinfə aparmamışdır?! Yəni, bütün bunlar psixoloji pozuntuların təzahürüdür?! Odur ki, uşağı 1-ci dəfə, xx.xx.2022-ci il tarixində dərsə aparmışdır. xx.xx.2021-ci il tarixində uşağı anasının yanından götürərkən aşkar etmişdir ki, uşağın burnu ciddi zədələnmişdir. Aparıb, sınığı olub-olmadığını yoxlatdırmışdır. xx.xx.2022-ci il tarixində Milay Rəsulovanı, dodağında böyük bir çapıq yarası, dişinin birini qırılmış vəziyyətdə qəbul edən xəstəxana, onu tibbi əməliyyat etməyə hazırlaşmış, ona zəng vurub məlumat vermişlər, onu da, valideyn olaraq xəstəxanaya dəvət etmişlər. Gəlib uşağı götürmüş, özü əməliyyat etdirmiş, dodağına 5 tikiş düşmüşdür, 15 gün müalicə etdirib sağaldandan sonra, anasına təhvil vermişdir. O cümlədən, hər dəfə uşaqları analarından alıb aparanda, uşağın qollarında, ayaqlarında sıyrıntıları, zədələri, həmçinin anası Cavabdeh çimdiklərinin qaralmış yerlərini görmüşdür. Həmçinin, xx.xx.2023-cü il tarixində, kiçik qızı Melisanı, anasının yanından götürərkən onun çənəsində böyük bir zədənin olduğunu müşahidə etmişdir. Uşaqlarının çox gözəl saçları olmuşdur, onlar saçlarını çox sevirlər. Dəfələrlə şahidi olmuşdur ki, Cavabdeh, onun anası, ona demədən, icazə almadan, uşaqlarının saçlarını, uşaqları ağlada-ağlada kəsmişlər. Lakin bunu onlara qadağan etmişdr. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin İş № 2(001)-5625/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı “Nikahın pozulması” tələbinə dair iddia tələbi təmin edilmiş, onunla cavabdeh Rəsulova (Babayeva) Günay Firudin qızı arasında, 1 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında Akt qeydləri” kitabında 05 sentyabr 2015-ci il tarixdə, 2057 sayla qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X5 Cavabdeh yanında qalmaları, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin dövrdə işləmədiyindən, hər hansı bir qazanca malik olmadığımdan, sözügedən qətnamənin alimentə dair hissəsindən, şikayət vermək istəmiş, ancaq valideynlərim bildirmişlər ki, onlar, uşaqların saxlanması üçün, onun əvəzindən öz əmək haqqları hesabına aliment verərlər. Beləliklə, valideynləri, digər babası və nənəsi ilə yaşayan azyaşlı uşaqlarının saxlanması üçün, hər ay 386 mana sabit pul məbləğində alimenti Cavabdeh ödəmişlər. Bununla belə, cavabdeh, bu məbləğdə aliment almasına baxmayaraq, uşaqlara lazımı qayğı göstərməmiş, onların əyin-başlarına baxmamışdır. Uşaqlar, səliqəsiz və pinti halda gəzmişlər.Onları hər evinə gətirəndə, onlara pal-paltar, ayaqqabı almışıq, anası onları çimdirmiş, onların çirklərini təmizləmiz, normal uşaq vəziyyətinə salmışdır. 2023-cü ilin fevral ayının əvvəllərində ona məlum olmuşdur ki, hazırkı iş üzrə cavabdeh, Cavabdeh, xx.xx.2023-cü il tarixində, onu xəbərdar etmədən, uşaqları ata və anasının yanında, naməlum, baxımsızlıq şəraitində saxlayaraq ona məlum olmayan səbəbdən, xx.xx.2023-cü il tarixinə qədər, Türkiyə Respublikasına getmişdir. Yəni, demək olar ki, uşaqları özbaşlarına, həyatın sərəncamına ataraq, çıxıb getmişdir. O dövrdə də onun ana və atası ilə əlaqə saxlaya bilmədiyindən uşaqları görə bilməmişdir. Uşaqlar da, anaları olduğu halda baxımsız qaldıqları halda, hazırda da ümumiyyətlə baxımsız qalmışlar? Belə ki, Günayın anası müəllimdir, Bakı şəhəri Nərimanov rayonu 212 saylı orta məktəbdə dərs deyir. Atası da işləyir. Yəni uşaqların kimin himayəsində qalmaları, onlara kimin baxması məlum olmamışdır?! Odur ki, 20 fevral 2023-cü il tarixində Binəqədi rayon İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına ərizə yazaraq, uşaqların hazırkı vəziyyətləri barədə bildirmiş və xahiş etmişdir ki, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü qızı Milay Ramil qızını, xx.xx.2019-cu il təvəllüdlü qızı Melisa Ramil qızını yaşlı, işləyən valideynlərinin himayəsində, ünvan 1 ünvanında yerləşən mənzilərində atıb uzun müddətə başqa ölkəyə getmə əməllərinə qiymət verilməsi üçün müvafiq tədbirlər görsünlər. Son aylarda, uşaqları götürmək üçün gedərkən məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixində nəzarətsiz qalan qız uşaqlarının barmaqları dəmir qapının arasında qalmışdır. Qızlarının saçlarını, uşaları ağladaraq, çox qısa şəkildə, biabırçı bir tərzdə kəsmişdir.Üstəlik, atası Firudin də, uşaqların saçlarının kəsilməsinə dair etirazına cavab olaraq, ona, VatSaap vasitəsilə özünə yaraşan, özünün mədəniyyətinin səviyyəsindən xəbər verən, məntiqsiz, ağısız bir ismarıc yazıb göndərmişdir. Təkcə bu hallar deyildir, bunlarla yanaşı, uşaqların doğum günlərindən başlayaraq, cavabdehin uşaqlara etinasız yanaşması, uşaqlara baxmaması, diqqət, qayğı göstərməməsi, nəzarət etməməsi mübahisə mövzuları olmuşdur, həmişə ona iradlar tutmuşdur ki, ümumiyyətlə uşaqlarla maraqlanmır. Bundan da əlavə, bu günlərdə, ona məlum olmuşdur ki, cavabdeh, köçüb xaricə gedir, özü də, uşaqları özü ilə aparır, məhkəmədə də bununla bağlı, yəni, onun razılığı tələb olunmadan, uşaqların ölkədən aparılmasına dair iddia qaldırmaq niyyətindədir. Yəni göründüyü ki, bu qadının əməl və hərəkətləri psixikası normal olan şəxsin hərəkət və əməllərinə oxşamır. Ana olması səlahiyyətlərindən sui-istifadə edərək, uşaqların həyatı ilə oynayır, onun ümumiyyətlə nəzərə almır, ancaq aliment almaq lazım olanda, yada düşür ki, bu uşaqların atası var, uşaqları saxlamalıdır, Günaya pullar verməlidir, halbuki, həmin pullar uşaqlara xərclənmir, əks halda, uşaqlar qaraçı görkəmində gəzməzlər? Beləliklə, hesab edir ki, uşaqlar normal ailə həyatında yaşamalıdırlar, işləyən baba, işləyən nənə himayəsində, özlərinin uşaqları olan qardaş arvadı himayəsində nəzarətsiz qalmamalıdırlar, onların üstünə atılmamalıdırlar. Üstəlik, psixoloji durumu bu vəziyyətdə olan qadına, uşaqları etibar etmək olmaz. Odur ki, özünün, onun və uşaqlarının, qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatların məzmununa uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, cavabdeh 6 aprel tarixindən ölkədə yoxdur. Hazırda uşaqlar ananın himayəsində olsa da, ana burda yoxdur. Ana Türkiyədə universitetə qəbul olub, işi ilə bağlı mütəmadi və uzunmüddətli gedir, uşaqların atasının isə məlumatı olmur. Uşaqları öyrədirlər ki, ana evdədir. Uşaq baxımsızlıqda xəsarət alır. Valideynlərdən biri yəni, ata ölkədədirsə, nə üçün uşaq nənənin və babanın himayəsində baxımsız qalmalıdı. Uşağın ölkə xaricinə çıxması ilə bağlı apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, hazırda iş üzrə yenidən çıxarılan apellyasiya qətnaməsindən kassasiya şikayəti veriləcək. İddiaçı alimetni ödəyir, hətta himayəsində qalsa da, alimenti ödəməyi düşünür. Axırıncı görüşlərdə uşaqlar ataya göstərilmir, telefonda votsap silinib. Ata uşaqlarla əlaqə saxlaya bilmir. Uşaqla ünsiyyətlə bağlı ata həftədə bir dəfə uşağı gedir götürür. Axırıncı dəfə uşaqların babası iddiaçıya şər atıb ki, onu döyüb. İcra məmurunun təkidi ilə ünsiyyət təmin edilir. Ata uşağı üzgüçülüyə aparmaq istəyir, şərait yaradılmır. Uşaqda öyrədilmə halı açıq-aşkar hiss olunur. Anasının 10 gündür ki, ölkədə olmamasına baxmayaraq, uşaq anasının dünən sənəd düzəltməyə getdiyini bildirir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, uşaqlarını hər həftə görür. Onlarla vaxt keçirdikdən sonra uşaqları geri qaytaranda, anası gah uşaqları babası gilə təhvil verməsini, gah dayısının evinə getmələrini məsləhət görür. Yazışmalarından məlum olur ki, ana axşam saat 22:00, 23:00 olmasına baxmayaraq, evdə deyil. Uşaqlar ondan xəbərsiz nənə və baba ilə 1 ay yarımdan uzun müddət xaricə gediblər. Cavabdeh tərəfindən uşaqlara lazımi diqqət və qayğı göstərilmir. Uşaqları hər dəfə baxımsız halda öz yanına gətirir, onların hər cürə ehtiyacını qarşıladıqdan sonra evlərinə göndərir. Lakin uşaqlar cavabdehin yanında olarkən, baxımsızlıqdan, natəmizlikdən xəstə düşürlər. Onların normal geyimləri olmur, başqalarının köhnələrini qızlarına giyindirirlər. Cavabdehlə 5 il Türkiyədə yaşamışlar. Orada olan zaman münaqişələrini video görüntüyə almış, cavabehin də, həmin çəkilişdə nə uşaqları istəməməsi, nə də onu istəməməsi aydın eşidilir. Ana uşaqları istəmədiyini bir neçə dəfə təkrarlayıb. Bu hal onun əsəbi olmasından qaynaqlanmır. Cavabdehgilin ailəsində ailəlikcə panik-atak xəstəliyi var. Dərmanlarını dəfələrlə özü almışdır. Nikahları heç bir əsas olmadan pozulmuşdur. Nikah pozulan vaxtda uşaqların qız olmalarını anadan ayrılmamalı olduqlarını düşündüyündən, uşaqların öz yanında saxlanmasını tələb etməmişdir. Ama son zamanlarda cavabdehin hərəkətləri onu buna vadar etmişdir. Uşaqların təlim-tərbiyəsi, təhsili, geyimi, istirahəti ilə maraqlanılmır. Uşaqlara dayılarının arvadı baxır. Uşaqlar üçün ödədiyi aliment də, onlara xərclənmir. Yoxsa uşaqlar bu halda olmazdılar. Nikahları 2022-ci ilin oktyabr ayında pozulub. Uşaqların aldıqlar xəsarətlərlə bağlı şəkillərin bir hissəsi nikah pozulmamışdan əvvəlki dövrə aiddir. Uşaqlar faktiki olaraq ananın yanındadırlar. Lakin uşaqlar həftənin bazar ertəsi-cümə günləri saat 17:00-dan 21:00-dək onun yanında olurlar. Bundan başqa hər həftənin cümə günü uşaqları götürür və şənbə günü axşam saatlarında, təxminən 22:00-da iddiaçıya təhvil verir. Bununla bağlı cavabdehlə aralarında barışıq sazişi bağlanmışdır. Cavabdeh mütəmadi olaraq ölkə xaricinə gedir və uşaqlarla maraqlanmır. Hər ay cavabdehə 440 manat məbləğində aliment ödəyir, lakin uşaqlar onun yanında olanda, onların tələbatlarını ayrıca ödəyir. Bundan başqa hazırki iş üzrə cavabdeh Hacıqabul Rayon Məhkəməsinə atanın razılığı olmadan uşaqların ölkə hüdudlarından kənara aparılmasına icazə verilməsi tələbi ilə müraciət etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkil izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçının məhkəmə iclasında şəxsən iştirakını təmin edilməsi üçün zərurət yoxdur. Hazırki iclasda həm uşağın, məktəbin psixoloqunun iştirakı nəhayət ki, təmin edilib. Belə olan halda prosessual qənaət prinsipi baxımından vəsatətin təmin edilməsinə zərurət yoxdur. İddiaçı həmçinin keyfiyyətli hüquqi yardım alır və vəkillə təmsil olnur. Cavabdeh ölkə xaricinə çıxdığını danmır. X6 ilə Hacıqabul Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılır. Yəqin ki, həmin qətnamədən kassasiya veriləcək qarşı tərəfdən. Alimentin artırılmasına iddiaçı etiraz edir ki, yaşayış minimumundan artıq ödəyə bilmir. Lakin təklif edir ki, uşaq onda olsa da, aliment ödəyəcək, idmana aparacaq. Halbuki, maaşından uşağa xərcləməyə 100 manatı qalır. Atanın uşaqlarını əlavə məşğələyə qoyması üçün mütləq məhkəmə qətnaməsi ilə atanın yanında olmaları şərt deyil. İddiaçı dəfələrlə əsassız vəsatətlərlə işin baxılmasını əsassız olaraq yubanmasına səbəb olur, bu artıq hüquqdan sui istifadədədir. Cavabdeh ölkə xaricində olanda uşaqların atada olmasına etiraz etmir. Təbii olaraq ki, icra qaydasında bu belə həyata keçirilir. Keçən məhkəmə iclasında da, iddiaçı özü dedi ki, bu barədə danışıq var. Sadəcə cavabdehin təklifi ilə bağlanan barışıq sazişi ilə bu halı rəsmiləşdiriblər. Razılığa görə cavabdeh Hacıqabul Rayon Məhkməsindəki iddiasından, iddiaçı isə Binəqədi Rayon Məhkəməsindəki iddiasından imtina edir. Lakin bununla əlaqədar son olaraq, aralarında razılıq əldə edilmədi. İddiaçı sırf qətnamə ilə uşaqların öz himayəsində saxlanılmasını istəyir. Bu hallar isə iddiaçının iddiasında səmimi olmadığını göstərir. Bundan başqa uşaqda öyrədilmə halı yoxdur. Anası təhsil üçün ölkə xaricində olan vaxtda, ata uşaqla görüşür, lakin onu nənəsigilə qaytarmır, anası ilə ünsiyyətinə mane olur. Uşaq demək olar ki, bir həftə ana ilə əlaqə saxlaya bilmir. Görünən odur ki, uşaq atası ilə getmək istəmədiyindən, belə bir müdafiə mexanizmi düşünüb.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatına bildirmişdir ki, iddiaçının iddia ərizəsində sadaladığı məqamların hamısı formal mülahizələrdir. Sadalanan məqamlarla bağlı iş materiallarında sübut belə yoxdur. Belə ki, nə cavabdehin psixoloji vəziyyətinin yerində olmaması, nə uşaqlara qayğı göstərilməməsi sübut olunmur. Halbuki, bunları iddiaçı iddia edirsə, sübutetmə yükü ona aiddir. Halhazırda uşaqlar üçün minimum yaşayış həddində təyin olunna alimenti ödəyə bilməyən birinin, uşaq tələb etməsi absurddur. Şəkildə uşaqlarda olan zədələr onların yıxılmalarından da, qaynaqlana bilər.

7. Cavabdehin nümayəndəsi və vəkil iddiaya etirazında göstərmişdir ki, iddiaçı ilə cavabdehin nikahına 2022-ci ildə aralarında yaranan narazılığa görə xitam verilmişdir. Ayrıldıqları vaxtdan etibarən uşaqlar cavabdehin himayəsində yaşayırlar.İddiaçı hazırda heç bir əsaslı səbəb olmadan uşaqların ana himayəsindən çıxarılıb onun himayəsinə verilməsini iddia edərək, məntiqə sığmayan, sübuta yetirilməyən, tamamilə əsassız fikirlər irəli sürmüşdür.İlk öncə qeyd olunmalıdır ki, iddiaçı öz ərizəsində heç bir sübut təqdim etmədən cavabdehin psixoloji vəziyyətində problem olduğunu vurğulamışdır. O, Məhkəməyə cavabdehin psixoloji vəziyyətinin qeyri-normallığı barədə, ümumiyyətlə, şübhə yaradacaq sübut belə təqdim edə bilməmişdir. Bildirmək istəyir ki, psixologiyası qeyri-normal olan bir şəxsin tibb ixtisası üzrə ali təhsil alması və uzmanlıq dərəcəsi ilə ixtisaslaşması ağlabatan deyil. İddiaçının psixologiyası hər zaman sağlam olmuş, o, həm Türkiyədə, həm də Azərbaycanda yaşadıqları dövr ərzində uşaqların həyatı ilə ciddi maraqlanmış, onlardan ana qayğısını və sevgisini heç bir şərt altında əsirgəməmişdir. İddiaçının uşaqlarının cavabdeh tərəfindən sağlamlıqlarının qorunmaması və onların baxımlarının yaxşı olmaması iddiası da tamamən yalandır. Bütün uşaqlarda fəsil dəyişməsi ilə əlaqədar səpkilərin yaranması normal olduğundan bunun cavabdehlə bilavasitə hər hansı əlaqəsinin olduğunu müəyyən etmək mümkün deyil. Cavabdeh uşağın bədənində yaranan səpkilər barəsində bütün tədbirləri görmüş və lazımı tibbi vasitələrdən istifadə etmişdir. Eyni zamanda, bildirmək lazım gəlir ki, uşaqlar daim enerjili, müxtəlif oyunlar oynamağa maraqlı olduğundan iddiaçının onların yıxılmalarını və zədələnmələrini ananın qayğısız olması ilə əlaqələndirməyi tamamilə absurddur. Məlumdur ki, istənilən uşaqda onun sağlam və xoşbəxt mühiti ilə əlaqədar yaranan pozitiv enerjinin qarşısının valideynlər tərəfindən belə alınması mümkünsüzdür İddiaçı hazırda dəlil kimi hər iki uşağın foto-şəkillərini təqdim edir. Şəkillərdən uşaqların tam sağlam, zədəsiz, yarasız, hətta enerjilərinin yüksək, sevincli və məmnun olduqlarının müşahidəsi çətin olmamaqla yanaşı, həm də danılmaz faktdır. Bu səbəbdən, iddiaçının uşaqların heç bir vasitə ilə sübuta yetirilmir. İddiaçının dəlil kimi məhkəməyə təqdim etdiyi Binəqədi rayon İcra Hakimiyyətinin məktubundan da aydın olur ki, cavabdeh diplomunu təsdiq etdirmək məqsədilə Türkiyədə olduğu müddət ərzində onun valideynləri uşaqların qayğısına qalmış, uşaqların baxımsız qalması halı aşkar edilməmiş, onların həyatına və sağlamlığına heç bir ziyan dəyməmişdir. Həmçinin onların təhsilində fasilələr yaranmamış, uşaqlara lazımınca diqqət göstərilmişdir. Habelə, iddiaçı ərizədə guya cavabdehin və onun ailəsinin uşaqların saçlarını ağladaraq kəsməsi, uşaqların təhsilinə laqeyd yanaşması, ödənilən alimentin uşaqlara xərclənməməsi kimi yalan və əsassız fikirlər bildirsə də, bu halların heç biri iş materialları ilə sübut olunmur, eləcə də uşaqlar ananın himayəsində saxlanıldıqdan sonra cavabdeh tərəfindən onların mənafeyinə, təlim-tərbiyəsinə zidd hər hansı hərəkətlərin edilməsi müəyyən olunmur və iş üzrə təsdiqini tapmır. Belə olduğu halda, uşaqların atanın himayəsinə verilməsi üçün əsaslar yoxdur. Eyni zamanda, Cavabdeh alimentin artırılması barədə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2(001)~3832/2023 nömrəli Qətnaməsi ilə iddia qismən təmin edilmiş, hər uşaq üçün (2023-ci il üçün yaşayış minimumu həddində) 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh qızma verilməsi qərara alınmışdır. İddiaçı isə qərarla razılaşmamış, alimentin artırılmasının onun mənafeyinə və maddi vəziyyətinə uyğun olmadığını bildirərək apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş və uşaqlar üçün müəyyən edilmiş 220 manat məbləğində yaşayış minimumunu belə təmin edə bilməyən və ya etmək istəməyən atanın öz himayəsinə verilməsini istədiyi övladlarının qayğısına necə qalacağı, onların həyat şəraitini necə yaxşılaşdıracağı da sual altındadır. Bildirir ki, uşaqlara münasibətdə istər sevgi, istər qayğı baxımından ananın rolunun əvəzsiz olması danılmazdır. Məhkəmə uşaqların öyrəşdiyi şəraitdən, uyğunlaşdığı mühitdən, sevdiyi, bağlı olduqlarının əhatəsindən uzaqlaşdırılaraq atanın himayəsinə verilməsini onların mənafeləri baxımından məqsədəmüvafiq olub-olmamasını nəzərə almalıdır. Uşaqların hansı valideynlə qalmasının onların gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, eləcə də uşaqların yaşı və valideynə şəxsi bağlılığı nəzərə alınaraq hesab edilməlidir ki, valideynlik hüquqları uşaqların mənafeyinə zidd, onun mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirəcək şəkildə həyata keçirilə bilməz. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) nömrəli qətnaməsi ilə elan edilmiş “Uşaq Hüquqları Bəyannaməsi”nin 6-cı prinsipinə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Hazırkı işdə isə ananı və uşaqları bir-birindən ayırmaq üçün müstəsna şərait mövcud deyil.

8. Cavabdehin nümayəndəsi və vəkilinin qəyyumluğun rəyinin əsassızlığı ilə bağlı yazılı etirazı: 28 iyun 2024-cü il tarixində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 17/2024 nömrəli rəyi məhkəməyə təqdim olunmuşdur. İlk olaraq bildirmək istəyir ki, hazırkı rəyin obyektivliyini və uşaqların mənafeyinə uyğun olmasını şübhə altına alan bir sıra hallar mövcuddur. Belə ki, Komissiya rəy verərkən yalnız psixoloqun və uşaqların təhsil aldığı müəssisənin nümayəndələrinin cavab verə və aydınlaşdıra biləcəyi məsələlərə özü izah vermiş, bu iclasa nə psixoloq, nə də uşaqların təhsil aldığı müəssisədən nümayəndə cəlb etməmişdir. Rəy verilməsi prosesində mütəxəssislərin, xüsusilə psixoloq və təhsil müəssisəsi nümayəndələrinin iştirakı vacib olmuşdur. Psixoloq uşaqların atanın himayəsinə verilməsinin, habelə xaricə getməsinin onların emosional, sosial və psixoloji durumuna təsirini obyektiv qiymətləndirə bilərdi. Təhsil müəssisəsi nümayəndələri isə uşaqların akademik və sosial vəziyyətini ən yaxşı bilən şəxslər kimi, onların xaricə getməsinin təsirlərini dəqiq dəyərləndirə bilərdi. Komissiya isə rəyi yalnız öz mühakiməsinə əsasən tərtib etmişdir. Bu hal prosedurun obyektivliyinə şübhə doğurur, çünki uşaqla söhbətin mütəxəssislərin iştirakı olmadan qeyridəqiq və təzyiq altında olması ehtimalı mövcuddur. Komissiya rəy verərkən uşağın fikirlərini və anasının yanında qalmaq istəyini nəzərə almamışdır. Komissiya uşağın dediklərini təhrif edərək onun istəklərini həqiqətə uyğun əks etdirməmişdir. Bu vəziyyət uşağın maraqlarının qorunması baxımından ciddi narahatlıq doğurur. Habelə rəydə qeyd olunmuşdur ki, “Milayın psixoloji təsir altında olmasının əlamətləri müşahidə edildiyi üçün onun fikirləri rəy verilərkən nəzərə alınmamışdır”. Buna baxmayaraq, Komissiya uşağın psixoloji təsir altında olmasını necə, hansı yolla müəyyən etdiyini açıqlamamışdır. Belə mühüm bir arqumentin əsasında mötəbər dəlillərin və mütəxəssis rəylərinin olmağı lazım gəlir. Psixoloji təsir altında olmanın müəyyən edilməsi xüsusi psixoloji bilik və təcrübə tələb edir ki, bu da yalnız ixtisaslı psixoloqlar tərəfindən həyata keçirilə bilər. Komissiyanın bu cür qiymətləndirməni müstəqil psixoloqun iştirakı olmadan aparması, rəyin obyektivliyini və etibarlılığını şübhə altına alır. Bundan əlavə, Komissiya qarşısında uşaqların ölkə hüdudlarından kənara aparılmasına icazə verilməsinin məqsədəuyğunluğuna dair sual qoyulmamışdır. Həmin məsələ başqa bir məhkəmə mübahisəsinin predmetidir. Komissiyanın bu cür bir məsələni hazırkı işdə müzakirə etməsi onun işə nə qədər qeyri-peşəkar yanaşdığının göstəricisidir. Bu, Komissiyanın işin mahiyyətini düzgün qiymətləndirmədiyini göstərir, bu da onun obyektivliyinə və peşəkarlığına ciddi şübhələr yaradır. Komissiya tərəfindən verilmiş rəydə uşaqların Türkiyə Respublikasına getdikləri halda sosiallaşa bilməyəcəkləri və mühitə alışa bilməyəcəkləri qeyd edilmişdir. Lakin bu iddia heç bir elmi əsaslandırma və sübutla dəstəklənməmişdir. Uşaqların sosiallaşma qabiliyyəti və yeni mühitə adaptasiya olmaları fərdi xüsusiyyətlərə, yaşlarına, əvvəlki təcrübələrinə və yeni mühitdə onlara göstəriləcək dəstəyə bağlıdır. Türkiyə Respublikası ilə Azərbaycanın mədəni və dil yaxınlığı, uşaqların orada daha rahat adaptasiya olmasına şərait yarada bilər. Komissiyanın bu mövzuda heç bir elmi dəlil və ya qiymətləndirmə təqdim etmədən sadəcə subyektiv fikirlərə əsaslanaraq belə bir nəticəyə gəlməsi əsassızdır və obyektivlikdən uzaqdır. Bundan əlavə, Komissiyanın iddiaçı tərəfindən bildirilən bir sıra halları mübahisəedilməz, mütləq həqiqət kimi qəbul etməsi hazırkı rəyin obyektivliyə və şəffaflığına şübhə doğurur. Belə ki, iddiaçı uşaqların cavabdeh tərəfindən zorakılığa məruz qalması, lazımi qayğını görməməsi, cavabdehin uşaqlara laqeyd davranması və onlara vaxt ayırmaması, hətta “öz valideynlərini belə təhqir etməsi” kimi ciddi və ağır iddialar irəli sürmüşdür. Lakin bu iddiaların hər biri ağlasığmaz və əsassız olub, onların təsdiqi üçün heç bir konkret sübut təqdim edilməmişdir. İddiaçının bu cür ciddi ittihamlar irəli sürməsi və Komissiyanın bu yalan ittihamlara əsaslanması rəyin obyektivliyinə və ədalətliliyinə kölgə salır. Bildirmək lazım gəlir ki, uşaqlar daim enerjili, müxtəlif oyunlar oynamağa maraqlı olduğundan iddiaçının onların yıxılmalarını və zədələnmələrini ananın qayğısız olması ilə əlaqələndirməyi tamamilə absurddur. Məlumdur ki, istənilən uşaqda onun sağlam və xoşbəxt mühiti ilə əlaqədar yaranan pozitiv enerjinin qarşısının valideynlər tərəfindən belə alınması mümkünsüzdür. İddiaçının bu “dəlilləri” uşaqların yaralarının məhz ananın yanında olduqları vaxtda yaranmasını sübut etmir. Uşaqların normal, enerjili və aktiv davranışları təbii bir haldır və bu cür mülahizələrin mötəbər dəlil kimi qəbul olunması mümkün deyil. Uşaqların anadan alınması və atanın himayəsinə verilməsi kimi mühüm bir qərar üçün daha əsaslı və keçərli səbəblər tələb olunur. Belə bir qərar, uşaqların rifahını və gələcəyini ciddi şəkildə təsir edə biləcəyi üçün obyektiv və əsaslı dəlillərə əsaslanmalıdır. İlk növbədə, uşaqların anadan alınması üçün ciddi və sübut edilmiş səbəblər – uşaqların fiziki və ya emosional təhlükəsizliklərinin təhdid altında olması, ananın uşaqların qayğısına qalmaqda ciddi nöqsanlarının olması və ya uşaqların inkişafına mənfi təsir göstərən davranışlarının olması kimi hallar yer almalıdır. Buna baxmayaraq, hazırda belə halları sübuta yetirən konkret və mötəbər dəlillər mövcud deyil. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) nömrəli qətnaməsi ilə elan edilmiş “Uşaq Hüquqları Bəyannaməsi”nin 6-cı prinsipinə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Hazırkı işdə isə ananı və uşaqları bir-birindən ayırmaq üçün müstəsna şərait mövcud deyil. Belə vəziyyətdə yalnız əsassız mülahizələrə əsaslanaraq verilmiş bir rəyin Məhkəmə tərəfindən mötəbər hesab olunması uşaqların və cavabdehin hüquqlarının pozulmasına səbəb ola bilər. Uşaqların rifahı və maraqlarının qorunması üçün hər hansı bir rəyin, qərarın əsaslı, konkret sübutlara və obyektiv qiymətləndirmələrə əsaslanması vacibdir. Bu baxımdan, belə bir rəy mötəbər hesab edilməməlidir. Nəticə etibarilə, iş üzrə məhkəmə-psixoloji ekspertizasının təyin edilməsi zərurəti yaranır.

9. Əvvəlki məhkəmə iclasında iştirka edən cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. O valideynlərinin istəyi ilə ailə qurmuşdur. Belə ki, atası ilə iddiaçının atası dostdurlar. Artıq 2 ilə yaxındır ki, məhkəmə mübahisələri davam edir. O, iki il ərzində davamlı olaraq Türkiyə Respublikasında yaşamamışdır. Sadəcə olaraq 1 dəfə 2023-cü ilin fevral ayında ingilis dili fənnindən imtahan vermək üçün Türkiyə Respublikasına getmişdir. Onlar evli olan zaman Türkiyədə yaşamışlar, o da orada təhsil almışdır. xx.xx.2021-ci il tarixində özü Azərbaycan Respublikasına qayıtsa da, iddiaçı orada qalmışdır. İddiaçının xasiyyətinə bələd olduğundan onunla qayıtmaq istəmişdir. İstanbuldan qayıdan da öz valideynlərinin yanına gəlmişdir. Çünki iddiaçının valideynləri onu qarşılamamışdılar. Halbuki hər dəfə onlar ölkəyə gələndə, hər iki tərəfin valideynləri onları qarşılayırdı. Daha sonra iddiaçı da İstanbuldan qayıtmış, ondan özünün və uşaqlarının əşyalarını istəyəndə, qaytarmamışdır. O, uşağın özəl məktəbdə təhsil almasını, hətta illik ödənişlərin yarısının tərəfindən ödənilməsini təklif etsə də, iddiaçı bununla razılaşmamışdır. İddiaçıya Türkiyə Respublikasında olduğu müddətdə uşaqların onun yanında qalmasını, bu müddət ərzində aliment tələb etməməsini bildirmişdir. Lakin iddiaçı məhkəmə qətnaməsi ilə uşaqları tələb edir. O, uşaqlarına yaxşı baxır. Uşağın çənəsinin altında olan çapıq iddiaçının yanında olan zaman olmuşdur. İddiaçı öz uşaqların geyimini, saçını dağıdaraq, şəkil çəkmişdir. Özü Türkiyədə uzmanlığı qazanıb, ora gedən də, uşaqları da, özü ilə aparmaq istəyir. Daimi olaraq Türkiyəyə getmək fikri yoxdur. 4 il orada işlədikdən sonra qayıdacaq.

10. Məhkəmə iclasında fikri dinlənilən xx.xx.2016-cı il təvəllüdlü X13 bildirmişdir ki, 8 yaşı var 30 №-li məktəbdə oxuyur. Atası keçən həftə onu götürməyə gəlmədiyindən onunla görüşə bilməyib. Votsap proqramı telefonunda var, atasını bloka atmayıb. Onunla hər gün danışır. Hazırda anasının yanında qalır. Anası sənəd düzəltməyə gedib, yaxında gələcək. Anası gələnə qədər nənəsinin yanında qalmaq istəyir. Atasının yanında qalmaq istəmir. Atası ilə olanda anasını ona pisləyir. Atası deyir ki, “ana bizi atacaq, ana bizi sevmir”. Ata nənəsini də istəmir. Çünki o istəmədən ona məcbur edib ki, atasına onu çox istədiyini dediyi bir səs atsın. Atası ilə qalmaq, onunla görüşmək istəmir. Atası ona bir dəfə top alıb, topu evə aparmağa qomayıb, deyib ki, “topu özünlə aparsan, daha ona heçnə almayacaq”. Özü Türkiyəyə getmək istəyir. Orada oxuyanda türk dilini bilirdi. İndi də, rus, türk və azərbaycan dillərini bilir. Əgər Türkiyəyə getsə, atasının onunla gəlməsini istəmir.

11. Məhkəmə iclasında iştirak edən 30 nömrəli məktəbin psixoloqu X11 izahatında bildirmişdir ki, özü məktəbdə mütəmadi olaraq risk qrupuna daxil olan uşaqlarla görüşür. Valideynin icazəsi ilə onlarla fərdi qaydada görüşlər təşkil edir. Milayla valideyninin icazə isə fərdi qaydada ünsiyyətdə olmuş və müəyyən etmişdir ki, uşaq olduqca emosional uşaqdır. Görünən odur ki, ailədaxili məsələlər ona təsir edir. Keçirdiyi art terapiya zamanı o, Türkiyəni təsvir etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

12. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda göstərilir: Sizin keçmiş arvadınız Cavabdeh övladlarınız xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X3 məlumat vermədən öz valideynlərinin himayəsində saxlayaraq, Türkiyə Respublikasına getdiyi üçün onun əməlinə qiymət verilməsi barədə xx.xx.2023-cü il tarixli, 5-10/1-R-8-099/2023 saylı müraciətinizə Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqların müdafiəsi üzrə komissiya tərəfindən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılmışdır. Sözügedən müraciətinizdə və Komissiyada olarkən qeyd etdiniz ki, cari ilin fevral ayında keçmiş arvadınız Cavabdeh sizə məlumat vermədən övladlarınız xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X8 öz valideynlərinin himayəsində qoyaraq, Türkiyə Respublikasına getmişdir. Uşaqların babası və nənəsi işləyir, onlar işdə olduğu zaman uşaqlara kim tərəfindən nəzarət edilməsi ona məlum deyil, buna görə də övladlarınızın həyatı və təhlükəsizliyi ilə bağlı çox narahatlıq keçirirsiniz. Bu səbəbdən hazırki, müraciətlə Komissiyadan, Cavabdeh övladlarınızın həyatı və təhlükəsizliyi ilə bağlı məsuliyyətsiz davranışına hüquqi qiymət verilməsini xahiş edirsiniz. Müraciətə baxılması ilə əlaqədar olaraq vətəndaş Rəsulova X4 olarkən bildirmişdir ki, hal-hazırda valideynləri və qardaşının ailəsi ilə birlikdə eyni ünvanda yaşayır, ailə üzvləri ona və övladlarına daim dəstək olur. Türkiyədə tibb təhsili alıb, diplomunu təstiqlətmək üçün ora getməsinə zərurət yaranıb, bu səbəbdən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə ölkədə olmayıb. Övladlarını valideynlərinə və qardaşına tapşırıb gedib, onlar da, uşaqlara lazımınca baxıb, uşaqların həyatına və sağlamlığına heç bir zərər dəyməyib. İddiaçı övladları ilə ünsiyyətdə olması barədə məhkəmə qərarı mövcudur, təyin edilmiş vaxtda onun uşaqlarla görüşməsinə şərait yaradılır. X18 Bakı şəhəri 212 saylı məktəbdə təhsil alır, digər qızı Melisa Rəsulova isə uşaq bağçasında təhsil alır. İddiaçı müraciəti ilə bağlı bildirir ki, övladlarına qarşı hər zaman məsuliyyətli olmuşdur, ölkədə olmadığı müddətdə valideynləri də uşaqlara lazımınca diqqət göstərmişdir, onların həyatı və sağlamlığına heç bir zərər dəyməmişdir.Müraciətinizə baxılması ilə əlaqədar olaraq bildiririk ki, vətəndaş Cavabdeh Türkiyə Respublikasında olduğu müddətdə övladlarınız X13 və X10 baba və nənəsinin himayəsində yaşamışlar. Onların həyat və sağlamlığına qarşı təhlükənin yaranması, habelə baxımsız qalması halı aşkar edilməmiş, Cavabdeh hal-hazırda ölkədədir və övladlarını öz himayəsində saxlayır.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5625/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə cavabdeh Rəsulova (Babayeva) Günay Firudin qızı arasında bağlanmış və 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 sentyabr 2015-ci il tarixində 2057 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X5 Cavabdeh yanında qalması və s. qət edilmişdir.

14. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 436722 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikaha Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il tarixində xitam verilmişdir.

15. Birinci tərəf İddiaçı ilə İkinci tərəf Cavabdeh arasında mediasiya mərhələsində bağlanan uşaqla ünsiyyət barəsində xx.xx.2023-cü il tarixli BŞB/13/2023-01604 saylı barışıq sazişinə görə: Tərəflər razılaşır ki, İddiaçı övladları 28 avqust 2016-cı il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X10 ilə həftədə 2 dəfə olmaqla (cümə və şənbə) ünsiyyətdə olacaq. Tərəflə razılaşır ki, İddiaçı 2-ci tərəf Cavabdeh razılığı ilə övladları 28 avqust 2016-cı il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X10 ilə həftəarası, dərs saatları xaric, məhdudiyyət olmadan, saat 17:00-21:00 arası (uşağın təhsil, tərbiyə, idman, inkişaf və s. maraqları nəzərə alınmaqla) ünsiyyətdə olacaq.

16. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-856/2024 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında “barışıq sazişinin uşaqla ünsiyyətinin təsdiq edilməsinə” dair mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT013/2023/-01604 saylı barışıq sazişinin uşaqla ünsiyyətinin təsdiq edilməsi, barışıq sazşinə əsasən İddiaçı övladları 28 avqust 2016-cı il təvəllüdlü X13 və xx.xx.2019cu il təvəllüdlü X10 ilə həftədə 2 dəfə olmaqla (cümə və şənbə) ünsiyyətdə olması, İddiaçı 2-ci tərəf Cavabdeh razılığı ilə övladları 28 avqust 2016-cı il təvəllüdlü X13 və xx.xx.2019cu il təvəllüdlü X10 ilə həftəarası, dərs saatları xaric, məhdudiyyət olmadan, saat 17:00- 21:00 arası (uşağın təhsil, tərbiyə, idman, inkişaf və s. maraqları nəzərə alınmaqla) ünsiyyətdə olması qət edilmişdir.

17. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli icra sənədi üzrə ünsiyyətin uşağın mənafeyinə uyğunluğu barədə rəyində göstərilir: borclu Cavabdeh suallara cavab olaraq bildirdi ki, tələbkar uşaqlara aldığı oyuncaqları, velosipedi öz evində saxladığı üçün, uşaqla həmin əşyaları özləri ilə aparmalarına icazə vermədiyi üçün uşaqlar onunla görüşmək istəmədilər. Əvvəllər də tələbkar oyuncaqları verməmişdir. Zamanla uşaqların qəlbi qırılmışdır. Həmçinin tələbkar Milayın oxuduğu məktəbə uşağı götürmək üçün gedən uşaq onunla görüşmək, getmək istəmədi. O, uşaqla söhbət etmişdir ki, atası ilə görüşsün, lakin o razılaşmamışdır. Atası ilə tələbkar arasında məktəbin qarşısında dava düşmüş uşaq da buna şahid olmuşdur. O, həmçinin suallara cavab olaraq bildirdi ki, icra məmu onu cəmi bir dəfə icra şöbəsinə dəvət etmiş o, da uşaqları özü ilə aparmış və uşaq tələbkarla görüşməkdən imtina etmişlər. Tərəflərin birgə nikahından anadan olan xx.xx.2016-cı il təvəllüdlü X13 ilə maraqlı şəxslərin iştirakı olmadan, təklikdə uşaqlar üçün nəzərdə tutulan guşədə söhbət aparıldı. Milay təhsil aldığı orta məktəblə, dostları ilə bağlı sualları rahat şəkildə, emosional gərginlik keçirmədən ətraflı cavablandırdı. Daha sonra evdə kiminlə bərabər yaşamı barədə suala cavab olaraq anası, nənəsi, bacısı və babası ilə birlikdə yaşadığını bildirdi. Milay atası ilə əvvəllər bacısı ilə birlikdə görüşdüklərini təsdiq etdikdən sonra komissiya üzvünün görüşlərin necə keçməsi barədə sualına cavab olaraq bildirdi (narahatlıq, gərginlik hissləri keçirərək) "pis keçirdi, mən atamı sevmədiyim üçün hər görüş pis keçirdi, bacım da deyir ki, atanı sevmir". Komissiya üzvü tərəfindən Milaya atası görüşləri barədə videogörüntülərin olması, həmin videogörüntülərdə onların məmn göründükləri bildirilən zaman o, cavab verməmiş və həmin görüntülərə baxmaq istəmədiyini bildirmişdir. O, atası ilə görüşmək istəyirsən sualına "xeyr, ata anama qədər pisliklər eləmişdi, mən balaca olanda. Həm də məktəbdən çıxanda atama dedim mən səninlə yox ana babamla getmək istəyirəm, o dedi ki, sən mənlə getməlisən. Mən babanın yanına qaçdım, sumkam atada qaldı. Ata hirslənmişdi. Məktəbin yanında ata babasına, o boyda kişiyə əl qaldırdı. Bundan əvvəl atası ilə görüşürdu, 5-ci günlər da dərsdən götürürdü". Həmin vaxt dərsdən çıxanda niyə atası ilə getmək istəməməsi barədə suala Milay emosional gərginlik keçirərək, xeyli fikirləşəndən sonra "atam həmiş mamanı vururdu, mən balacaydım" deyə cavab vermiş və suallardan yayınmaqdan ötri ard-arda bir neçə dəfə su içmək istədivini bildirmişdir. O, uşaq olanda atasının anasın vurmasını anası ona devibdir. Daha sonra komissiya üzvü atasının o, uşaq olanda anasını vurmasına görə atasın çox istəməməsi və buna görə də onunla görüşməkdən imtina etməsini dediyini qeyd edərək, belə olan halda nəyə görə uzun müddətdir ki, bacısı ilə bərabər atası il görüşdüklərinin səbəbini soruşmuşdur. Uşaq narahatlıq hissləri keçirərək otaqdı gəzişməyə başladı və təfərrüatı ilə bacısı ilə analarının yanında yaşadıqlarını, həftədə günün olduğunu, ataları ilə iki gün qaldıqlarını, atalarının şənbə günü onları ger qaytardığını bildirdikdən sonra yenə eyni fikirləri təkrarladı. O, daha sonra atasının dərsdən əlavə idmana və s. yazdırmaq istədiyini və onlara ikinci və dördüncü günlər də onunla qalacaqlarını dediyini, həftədə 7 günün olduğunu, 4 gün atasının yanında 3 gür isə anasının yanında keçirdiklərini dedi. O, söhbətini həmin qaydada davam etdirərək "sonra 2-ci və 4-cü günləri ləğv etdik, sonra isə mən atamla görüşmək istəmədim v. mama dedi ki..." bir az düşündükdən sonra "və elə də biz beşinci və altıncı günlər getmədik". Anan nə dedi sualına o, gülərək "heçnə demədi. sadəcə çaşdım elə dedim deyə bildirdi. Beləliklə də, uşaq komissiya üzvünün ona verdiyi sualı cavablandırmaqdan yayınmışdır.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 21 oktyabr 2024-cü il tarixli, 11/498 saylı ekspert rəyindən görünür: xx.xx.2016-cı il təvəllüdlü X7 anası Cavabdeh və atası İddiaçı bağlılığı müəyyən olunmaqla, anası Cavabdeh bağlılığı daha çoxdur. Valideynlər arasında qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik X2 emosional-iradi sferasına və atası İddiaçı qarşı olan münasibətinə neqativ təsir göstərmişdir. X13 əqli və psixi inkişafına, yaş və fərdipsixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və iradəsinə uyğun sərbəst ifadə etmək qabiliyyətinə malik deyildir. X7 psixikasında və davranışında hansı valideynin himayəsində yaşamağı seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. X2 normal psixi inkişafı baxımından hər iki valideyni ilə görüşlərinin və ünsiyyətinin təmin olunmas olunması psixoloji cəhətdən məqsədəmüvafiqdir.

19. Rəyin tədqiqat hissəsində göstərilir: xx.xx.2016-cı il təvəllüdlü X13 onunla aparılmış psixoloji söhbət- müsahibə zamanı ekspertin suallarına cavablar verərək bildirir ki, "...3-cü sinifə keçmişəm. 8 yaşım var. Riyaziyyat dərsini sevirəm. Həkim olacam. Anam və bacımla birlikdə yaşayıram. Atam bizimlə yaşamır. Atamla anam bir-birini sevmirlər və dalaşırdılar. Bizi çox istəyirdilər. Atam ayrılmaq istədi, biz də anamla getdik. Biz əvvəl Türkiyədə yaşayırdıq anamla. Atam telefon vermişdi, danışırdım onunla. İndi telefonu qırmışam. 5-ci və 6-cı günü görüşürük atamla, amma mən keçən beşinci gün getmək istəmədim. Anamın yanı daha maraqlıdır. Atamla anam barışmaq istəmirlər" (psixoloji söhbət-müsahibə xx.xx.2024-cü il) Azyaşlı M.Rəsulova “Ailə sosioqramı” metodikasını icra edərkən dairənin içərisində atasını qeyd etmək istəmir. "Rene Jilin film-test metodikasını yerinə yetirərkən ona təqdim olunan, ailə üzvlərinin təsvir olunduğu şəkillərdə anasına yaxın yerləri seçir. Aparılmış psixoloji tədqiqatın nəticələri göstərir ki, müayinə olunan M.Rəsulova psixi cəhətdən normal inkişaf etmişdir. Onun əqli inkişafı yaşına və onu əhatə edən sosial mikromühitə uyğundur. M.Rəsulovanın ətrafda baş verən hadisələrə reaksiyaları adekvat olmaqla, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur (Raven testi, Nə çatmır). M.Rəsulova yaşına və əqli inkişafına uyğun olaraq kifayət qədər lüğət ehtiyatına malik olmaqla, öz fikirlərini başqalarına çatdıra bilir (müşahidə və müsahibə metodu, "Hekayə fikirləş" metodikası). M.Rəsulovanın sensor-perseptiv (duyğu və qavrayış) proseslərinin inkişafı normal səviyyədədir (Uşaq apperseptiv testi). M.Rəsulovanın hafizəsi, ilk növbədə ixtiyarı yaddasaxlaması normaldır (Obraza görə hafizə, On söz). M.Rəsulovanın idrak proseslərində normadan kənaraçıxma halları müəyyən olunmur (Nə çatmır). O, davranışında, başqaları ilə ünsiyyətində verbal və qeyri-verbal formalardan istifadə etməyi bacarır. Eksperimental müayinə nəticələrinin təhlili göstərir ki, X2 anası Cavabdeh və atası İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, anası Cavabdeh bağlılığı daha çoxdur Aparılmış psixoloji tədqiqat əsasında belə qənaətə gəlmək olur ki, valideynlər arasında qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik X2 emosional-iradi sferasına və atası İddiaçı qarşı olan münasibətinə neqativ təsir göstərmişdir. X13 əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və iradəsinə uyğun sərbəst ifadə etmək qabiliyyətinə malik deyildir. X7 psixikasında və davranışında hansı valideynin himayəsində yaşamağı seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur (müşahidə, psixoloji söhbət- müsahibə, Rene Jil film-testi, Bizim ailə, Ailənin sosioqramı metodikaları). X2 normal psixi inkişafı baxımından hər iki valideyni ilə görüşlərinin və ünsiyyətinin təmin olunması psixoloji cəhətdən məqsədəmüvafiqdir.

20. Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının 27 may 2024-cü il tarixli rəyində göstərilir: komissiya yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci, 58-ci, və 60-cı maddələrini nəzərə alaraq, uşaqların mənafeyinin üstünlüyü baxımından 0xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X5 ataları-İddiaçı himayəsində qalmalarını məqsədəmüvafiq hesab edir. Tərəfələrin birgə nikahından anadan olan xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X5 valideynlərinin ayrılması ilə bağlı onlarda müşahidə edilən mənəvi-psixoloji sarsıntının aradan qaldırılması, habelə psixoloji təsirlərdən azad olunmaları baxımından psixoloji yardım almaları tövsiyyə olunur.

21. Rəydən göstərilir: Komissiya iclasında iştirak edən mülki iş üzrə iddiaçı Cavabdeh suallara cavab olaraq bildirmişdir ki, xx.xx.1993-cü il təvəllüdlüdür, ali təhsillidir (tibbi), Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində övladları ilə birlikdə yaşayır, "xxxx" ASC-də kiçik mütəxəssis vəzifəsində işləyir. İddiaçı ilə 5 il Türkiyədə yaşamışlar. Əxlaqi keyfiyyətləri ilə bağlı heç bir problem yoxdur, yoxlanıla bilər. Karantin vaxtı uşaqlara birgə baxmışlar, daha çox öz anası uşaqlara baxıbdır. Bir dəfə mart ayının 09-dan 31-kimi iddiaçı tək baxıbdır uşaqlara. O, 2020-ci ilin aprelin 1-dən oktyabr ayına qədər analıq məzuniyyətində olmuş, işə cıxmaq istəyəndə iddiaçı kobud reaksiya vermişdir. İşə çıxmamağı üçün mübahisə yaratmışdır. Qayınanası 2021-ci ilin iyun ayında gəldi, kiçik məsələlərə görə, yeməyə, uşaqların geyimlərinə görə mübahisə yaratdı. Bundan sonra münasibətləri kəskinləşdi. Söz-söhbətlə bağlı orada yaşayan qohumlarıgilə getməyi qərara aldı. Evdən çıxdığı gün əsəbi olduğu üçün demişdir ki, uşaqları da istəmir. İddiaçı bunun videoçəkilişini edibdir. O, işdən çıxdı. Azərbaycana qayıdanda dedilər evin yoxdur, atasıgilə getdi. Böyük övladı 30 saylı orta məktəbin 3-cü sinif şagirdidir, kiçik övladı uşaq bağçasına gedir. İddiaçı alimenti ödəyir, əlavə pul verməyibdir. O, övladlarını ölkə xaricinə özü ilə aparmaqdan ötrü məhkəməyə iddia ərizəsi verdikdən sonra iddiaçı uşaqları tələb etməyə başlamışdır. Cavabdehlə birgə nikahdan anadan olan azyaşlı övladları ilə birlikdə Türkiyə Respublikasına getmək istəyir. Orada dörd il müddətində təhsil almaq, daha yüksək maaş ala biləcək deyə həkim kimi işləmək niyyətindədir, böyük şəhərlərin birində mənzil kirayələyib yaşayacaqdır Böyük övladı Milay 30 nömrəli məktəbdə 2-ci sinifdə rus bölməsində təhsil alır, Melisa uşaq bağçasına gedir. İş rejimi əvvəllər Türkiyə Respublikasında yaşayanda 36 saat iş, 12 saat istirahət günü idi, bir dəfə ardıcıl 5 gün növbədə olmuşdur. Hazırda isə 24 saat növbədə olacaqdır. Orada yaşayanda işdə olduğu vaxtda anası uşaqlara baxacaqdır. O, izahatının sonunda cavabdehin razılığı olmadan uşaqların onunla birlikdə ölkə xaricinə çıxarılmasına razılıq verilməsini Komissiyadan xahiş etmişdir.

22. Tərəflərin birgə nikahından anadan olan övladları xx.xx.2016-cı il təvəllüdlü X13 ilə maraqlı şəxslərin iştirakı olmadan ayrı-ayrı vaxtlarda iki dəfə söhbət aparılmışdır. Birinci söhbət zamanı o, suallara cavab olaraq bildirmişdir ki, 7 yaşı var, 30 saylı orta məktəbdə 2-ci sinifdə oxuyur. Ona bu barədə sual verilmədiyi halda anası ilə yaşamaq, atası ilə görüşmək istədiyini bildirdi. Ailəsi atası, anası, bacısından ibarətdir, hamısını çox istəyir. Saçlarını anası darayır, dırnaqlarını özü kəsir, bazar günü çimir. Artıq səhərlər yemək yeyir, babası gəlib onu məktəbə aparır-gətirir. Əvvəllər səhər yeməyini yeməyi çatdırmırdı. Bacısı "hayasızdır" arada onunla dalaşırlar. Evdə (xidməti otağın qapısına tərəf boylanaraq) onu heç kim döymür. Tez-tez bədənində olan yaralar, sıyrıqlar özü yıxılanda, dayısı uşaqları ilə eyni evdə yaşayanda olmuşdur. Növbəti görüş zamanı Milay Rəsulova ilk əvvəl hansı məktəbdə oxuması, maraqları barədə sualları sərbəst şəkildə, emosional gərginlik keçirmədən cavablandırdı. Ona bu barədə sual verilmədiyi halda anasının himayəsində yaşamaq və onunla birgə Türkiyəyə getmək istədiyini bildirdi. Onun qidalanması, təmizliyi və böyüdülməsi ilə bağlı digər məsələlərdə valideynlərinin iştirakı barədə suallar verilərkən o, narahatlıq hissləri keçirmiş, kövrələrək ağlamağa başlamışdır. Milayın psixoloji təsir altında omasının əlamətləri müşahidə edildiyi üçün, onun fikirləri rəy verilərkən nəzərə alınmamışdır.

23. Komissiya hesab edir ki, iddiaçının uşaqlara münasibətdə valideynlik vəzifələrini yerinə yetirməsi vəziyyəti ilə bağlı müəyyən (ananın, həmçinin onun yaxın qohumlarının uşaqlara lazımınca baxmaması) edilən hallar, tərəflərin həyat şəraitlərinin müayinə edilməsinin nəticələri, cavabdehin uşaqları xarici ölkəyə yaşamağa aparacağı təqdirdə onların orada layiqli şəkildə (yaşayış təminatı, ananın iş rejimi, gəlirləri, uşaqların qayğısına qalmaq imkanının olması) böyüdülməsinin yalnız sözlərlə ifadə olunması, qeyd olunanların konkret sübutlarla öz təsdiqini tapmaması, bununla yanaşı, uşaqların rus dilində təhsil almaları, yeni mühitə adaptasiyada problemlərin ola bilməsi ehtimalı, habelə uşaqların ataları ilə həftədə 4 dəfə görüşdükləri halda, bundan məhrum olmaları uşaqların iddiaçı ilə birlikdə atanın razılığı olmadan ölkə xaricinə çıxarılmasına razılıq verilməməsinə və uşaqların atanın himayəsində yaşamasına əsas verir. Həmçinin qeyd olunmalıdır ki, uşaqlar valideynləri ilə birlikdə Türkiyə Respublikasında yaşadıqları vaxt, uşaq bağçasına, məktəbə getməmişlər, sosiallaşmaları ölkəyə qayıtdıqdan sonra baş vermiş və onların oradakı mühitə alışması halı istisna olunur.

24. Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli həyat şəraitinin müayinə aktından görünür ki, Cavabdeh Fərman qızının ailə və mənzil-məişət şəraiti yaşayış üçün qənaətbəxşdir.

25. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Yetkinlik yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, İddiaçı valideynləri ilə birlikdə yaşadığı mənzilin şəraiti uşaq böyüdüb, tərbiyə etmək üçün imkan verir.

26. "xxxx" MMC tərəfindən verilən arayışdan görünür ki, İddiaçı həqiqətən "xxxx" MMC-də xx.xx.2022-ci il tarixindən həkim-stomatoloq vəzifəsində işləyir. Bir aylıq əmək haqqı 420 manat təşkil edir.

27. "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən "xxxx" ASC-də işləyir və hal-hazırda kiçik mütəxəssis vəzifəsində sərbəst iş rejimində çalışır. Cavabdeh aylıq əmək haqqı sosial ödənişlər daxil olmaqla, 1380 manat təşkil edir.

28. X12 Tıpdil Sınav nəticələrinə dair çıxarışa görə Günay Rasulova xx.xx.2016cı il tarixində keçirilən imtahandan uğurlu nəticə əldə etmiş, 2018-TUS 2.Dönem Sonuçlarına dair çıxarışa görə Günay Rasulova xx.xx.2018-ci il tarixində keçirilmiş imtahanda uğurlu nəticə əldə etmiş, 2017-STS X14 Dönemi Sonuçlarına dair çıxarışa görə Günay Rasulova xx.xx.2017-ci il tarixində keçirilmiş imtahanda uğurlu nəticə əldə etmiş, X12 Tıpdil Sınav nəticələrinə dair çıxarışa görə Günay Rasulova xx.xx.2023-cü il tarixində keçirilmiş imtahanda uğurlu nəticə əldə etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

29. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5625/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə cavabdeh Rəsulova (Günay Firudin qızı arasında bağlanmış nikahın pozulmuş, tərəflərin birgə nikahlarından doğulan xx.xx.2016cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X5 Cavabdeh yanında qalması və s. qət edilmişdir. İddiaçı uşaqların analarının yanında qalmasına etiraz etməmişdir.

30. Tərəflər nikahda olduqları dövrdə Türkiyə Cümhuriyyətinə köçməklə, orada tibb təhsili almışlar, ölkəyə qayıtdıqdan sonra nikahları pozulmuşdur, cavabdeh isə təhsilini yenə davam etdirərək Türkiyədə uzmanlıq üzrə ixtisasını davam etdirmək hüququ almışdır.

31. İddiaçı isə cavabdehin Cavabdeh ana kimi uşaqlarına biganə yanaşdığını, verdiyi alimentin uşaqlara sərf edilmədiyini, uşaqlarının baxımsız vəziyyətdə olduqlarını, cavabdehin təhsil üçün Türkiyə Cümhuriyyətində olduğu müddətdə uşaqlarına qarşı məsuliyyətsiz yanaşaraq, onları valideyinlərinin himayəsində saxladığını, nəticədə uşaqlarının həyatı və sağlamlığı üçün təhlükə yarandığını, uşaqlarla ünsiyyətinə maneələrin olmasını əsas gətirərək, uşaqların analarının himayəsindən alınaraq, onun himayəsinə verilməsini xahiş edir.

32. Bundan əlavə tərəflər arasında uşaqla ünsiyyət barədə mediasiya mərhələsində xx.xx.2023-cü il tarixli BŞB/13/2023-01604 saylı barışıq sazişi imzalanır, saziş Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-856/2024 saylı qətnaməsi ilə təsdiq edilir. Qətnamə ilə barışıq sazşinə əsasən İddiaçı övladları 28 avqust 2016-cı il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X10 ilə həftədə 2 dəfə olmaqla (cümə və şənbə) ünsiyyətdə olması, İddiaçı 2-ci tərəf Cavabdeh razılığı ilə övladları 28 avqust 2016-cı il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X10 ilə həftəarası, dərs saatları xaric, məhdudiyyət olmadan, saat 17:00-21:00 arası (uşağın təhsil, tərbiyə, idman, inkişaf və s. maraqları nəzərə alınmaqla) ünsiyyətdə olması qət edilmişdir.

33. Cavabdehin nümayəndəsi və vəkili isə, iddiaçının irəli sürüyü arqumentlərə dair əsaslı sübutunun olmadığını, cavabdehin ata ilə uşaqlarının ünsiyyətinə mane olmadığını, iddiaçının mütəmadi olaraq uşaqla ünsiyyətdə olduğunu, atanın uşaqlara olan rəftarına görə uşaqların qəlbinin qırıldığını və atalarına münasibətdə soyuq olduqlarını bildirir.

34. Yaranmış mübahisənin xarakteri və tərəflər arasındakı fikir ayrılıqları, uşaqların yaşları nəzərə alınaraq, mülki iş üzrə həm müvafiq qəyyumluq və himayəçilik orqanından rəy və həyat şəraitinə dair müayinə aktları alınmış, həmdə iş üzrə məhkəməpsixoloji ekspetizası keçirilmişdir.

35. Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası 27 may 2024-cü il tarixli rəyində uşaqların mənafeyinin üstünlüyü baxımından 0xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X5 ataları-İddiaçı himayəsində qalmalarını məqsədəmüvafiq hesab edir. Həmçinin xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X5 valideynlərinin ayrılması ilə bağlı onlarda müşahidə edilən mənəvi-psixoloji sarsıntının aradan qaldırılması, habelə psixoloji təsirlərdən azad olunmaları baxımından psixoloji yardım almaları tövsiyyə olunur.

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 21 oktyabr 2024-cü il tarixli, 11/498 saylı ekspert rəyinə görə xx.xx.2016cı il təvəllüdlü X7 anası Cavabdeh və atası İddiaçı bağlılığı müəyyən olunmaqla, anası Cavabdeh bağlılığının daha çox olduğu, valideynlər arasında qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik X2 emosional-iradi sferasına və atası İddiaçı qarşı olan münasibətinə neqativ təsir göstərdiyi, X7 əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və iradəsinə uyğun sərbəst ifadə etmək qabiliyyətinə malik olmadığı, X7 psixikasında və davranışında hansı valideynin himayəsində yaşamağı seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətlərinin müəyyən olunmadığı müəyyən edilir.

37. Məhkəmə iclasında fikirləri dinlənilən xx.xx.2016-cı il təvəllüdlü X13, anasının yanında qalmaq istədiyini, atasının ona anasını pislədiyini, anası olmadığı vaxtlarda ana nənəsi ilə qalmaq istədiyini bildirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

38. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

39. BMT Baş Məclisinin 1386 (XİV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz.

40. BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların qayğı obyektidir.

41. Avropa İnsan Hüquqları Məhkəməsi “NTS və başqaları Gürcüstana qarşı” iş üzrə xx.xx.2016-cı il tarixli qərarının 28-ci bəndində göstərmişdir ki, uşağın fikirlərinə “onun yaşına və yetkinliyinə əsasən qiymət” verilməlidir. Bu bənd uşağın fikirlərinə müvafiq qiymət verilməsi və ya həmin fikirlərin hansı şəkildə prosesin gedişinə təsir etdiyini öyrənmək üçün ünsiyyət qurularaq uşağın potensialının qiymətləndirilməsinə aiddir. 12-ci maddə uşağın sadəcə dinlənilməsini yetərsiz hesab edir. Uşaq öz fikirlərini ifadə etmək və formalaşdırmaq potensialında olduğu təqdirdə, onun fikirlərinə ciddi nəzər yetirilməlidir.

42. Uşaq Hüquqları Komitəsinin xx.xx.2013-cü il tarixdə dərc olunmuş uşağın maraqlarının üstün tutulması haqqında 14 saylı Ümumi Şərhin 44-cü bəndində göstərilmişdir ki, uşağın üstün maraqlarının qiymətləndirilməsinə uşağın öz fikirlərini azad ifadə etmək hüquqlarına hörmət və uşaqla bağlı bütün məsələlərdə söylənilən fikirlərə verilən qiymət daxil olmalıdır. 12-ci maddənin tələblərinə düzgün riayət edilməmişdirsə, 3cü maddənin 1-ci bəndi düzgün tətbiq edilə bilməz. Uşaq Hüquqları Komitəsinin xx.xx.2009-cu il tarixdə dərc olunmuş uşağın dinlənilmək hüququ ilə bağlı Ümumi Qeydin giriş hissəsində göstərilir ki, bütün uşaqların dinlənilməsi və ciddiyə alınması Konvensiyanın fundamental dəyərlərindən biridir.

43. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

44. 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər;

45. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər;

46. 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar;

47. 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

48. 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar;

49. 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər;

50. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir;

51. 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir;

52. 61.4-ci maddəsinə əsasən məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər.

53. 63.1-ci maddəsinə əsasən valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər.

54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, “Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmələrə izah edilsin ki, qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyrimüəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir”.

55. Bundan əlavə həmin Plenum qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir.

56. İşin faktiki hallarından müəyyən edilir ki, iddia tələbinin hüquqi əsası uşağın yaşayış yerinin məhkəmə qətnaməsi ilə müəyyən olunduqdan sonra yaranan yeni əsaslara görə uşaqların himayəyə verilməsi ilə bağlıdır. İddiaçının istinad etdiyi əsaslar isə belədir ki, cavabdeh Türkiyə Cumhuriyyətində uzmanlıq üzrə təhsil almaq fikrindədir və buna görə uzun müddət həmin ölkədə yaşamaq istəyir. Onun ölkədə olmadığı vaxt, hətta ölkədə olduğu vaxtlarda belə uşaqlara lazımi qayğı və diqqət göstərilmir, aliment uşaqlara xərclənmir, uşaqlar nəzarətsizlikdən xəsarət alır, natəmizlikdən səpkiləri olur, bədənlərində göyərmə (şiddətə dair) izləri olur, aldığı paltarlar geyindirilmir, ana mütəmadi olaraq uşaqları nənəsinin yanında qoyaraq xaricə səfər edir.

57. Əvvəla qeyd edilməlidir ki, ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından bu cür mübahisələr ilk növbədə uşağın hüquq və mənafeyinə uyğun həll edilməli, azyaşlı uşaq bu cür mübahisənin qurbanına çevrilməməlidir. Bu baxımdan uşağın hansı valideynə verilməsi məsələsinə baxılarkən, onun həmin valideynlə qalmasının gələcək inkişaflarına, tərbiyələrinə necə təsir göstərəcəyi, onun uşağa münasibəti, eləcə də uşağın yaşı, kimin yanında qalmaq arzusu və kimə bağlılığı nəzərə alınmalıdır.

58. Məhkəmə mübahisəyə uşaqların mənafeyi baxımından qiymət verərək, komissiyanın rəyi ilə razılaşmayaraq, o qənaətə gəlir ki, iddia əsassızdır.

59. Belə ki, iddiaçının uşaqların aldıqları xəsarətlər və səpkiləri ilə bağlı dəlillərinə, bunun valideynlik vəzifələrinin yerinə yetirilməməsi kimi səciyyələndirilməsinə münasibətdə məhkəmə qeyd edir ki, uşaqların nadinclikdən yıxılmaları, yediyi qidalardan səpkilərinin olmaları onlara lazımi diqqət və qayğı göstərilmədiyinə dəlalət etmir. Bu yaşda uşaqların aktivliyi, şıltaqlıqları məhz onların təbiətindən irəli gəlir və bunun qarşısının tam alınmasının, dolayısı ilə 24 saat uşağa nəzarət edilməsinin qeyri-mümkünlüyü hamıya məlumdur. Yəni uşaqların kimin himayəsində olmasından asılı olmayaraq, onları yıxılmaqdan, əzilməkdən, xəstələnməkdən və.s kimi həyatın təbii axarının üzləşdirdiyi hadisələrdən sığortalamaq qeyri-mümkündür.

60. Bundan əlavə, cavabdehin özünün və uşaqlarının gələcəkdə firavan yaşamaq, rifahını yaxşılaşdırmaq məqsədilə təhsilini inkişaf etdirmək üçün atdığı addımlar əksinə uşaqların mənafeyinə xidmət edir. Halbuki, işin halları ilə müəyyən edilmişdir ki, ananın təhsili ilə bağlı xarici ölkəyə səfər etdiyi vaxt uşaqların nəzarətsiz qalmasından narazı olan və bu əsasla uşaqların onun himayəsinə verilməsini tələb edən iddiaçı məhz özü uşaqların anaları ilə ölkə hüdudlarını tərk etməsinə mane olmuş və hazırda da davam etməkdədir. Eyni zamanda ananın xaricdə olduğu vaxt uşaqlara atanın nəzarət etməsində hər hansı əngəl olmasa da, iddiaçının məhz bunun məhkəmə qətnaməsi ilə təsbit edilməsini tələb etməsi, iddianın məhz cavabdehin uzmanlıq təhsili almaq üçün müvəqqəti olaraq ölkə hüdudlarını tərk etməsi barədə niyyətinin ona məlum olduqdan sonra qaldırılması hüquqdan sui-istifadə kimi dəyərləndirilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, onsuz da tərəflər 4 il Türkiyədə yaşamışlar, uşaqlar isə müvafiq olaraq 2021ci ilədək valideynləri ilə birlikdə Türkiyədə olmuşlar. Məhkəmə iclasında fikri öyrənilən Milay isə türk dilində danışa bildiyini və dil ilə bağlı hər hansı çətinliyinin olmadığını bildirmişdir. Göründüyü kimi Komissiyanın uşaqların xaricdə sosiallaşmasının və oradakı mühitə alışmalarının çətinliyi ilə bağlı mövqeyi də əsassızdır.

61. Eyni zamanda qeyd edilməlidir ki, uşaqları saxlamaq, onların təhsil, tərbiyəsində iştirak etmək, sağlamlığını qorumaq hər iki valideynin borcu olduğundan uşaqların yaşayış yeri barədə məhkəmə qətnaməsinin mövcudluğu uşaqları yanında olmayan valideynin hüquqlarını və vəzifələrini həyata keçirməsinə mane deyildir. Yəni iddiaçının ödənilən alimentin uşaqlara xərclənməsi ilə bağlı (hansı ki, aliment minimal ehtiyac meyarı həddində tutulur) hesabat tələb etmək, uşaqların təhsil və tərbiyəsində yaxından iştirak etmək hüququ vardır və bunun üçün məhkəmə qətnaməsinə, dolayısı ilə uşaqların bir valideyndən digərinə verilməsinə zərurət yoxdur.

62. İddiaçı onunla ünsiyyətdə olmaqdan imtina etməsinin uşağa psixoloji təsir edilməsi ilə əsaslandırsa da, əksinə uşağın məhkəmə iclasında səsləndirdiyi fikirlər onun atasına qarşı sevgisizliyinə deyil, anasını müdafiə etmək məqsədi daşıdığına işarə edir. Hansı ki, keçirilmiş ekspertiza tədqiqatı ilə də iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır.

63. Bundan başqa BMT Baş Məclisinin 1386 (XİV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Lakin işin hallarından uşağın anadan alınmasına əsas verən müstəsna hallar müəyyən edilmir. Bununla yanaşı məhkəmə o qənaətə gəlir ki, 8 və 6 yaşları olan qız uşaqlarının ana ilə sıx ünsiyyəti, ana nəzarəti altında tərbiyə edilmələri onların mənafeyinə daha uyğundur. Digər yandan valideynlərin əmək fəaliyyəti ilə məşğul olduqları və ya təhsil aldıqları müddətdə kənar şəxslərin(dayə, yaxın qohumlar) dəstəyinə ehtiyacın yaranması seçimdən yox, məcburiyyətdən irəli gəlir və bu fakt valideynlik vəzifələrinin həyata keçirilməməsi kimi qiymətləndirilə bilməz. Hansı ki, analoji hallar davam edən ailə münasibətlərində də mövcuddur.

64. Bundan əlavə məhkəmə qeyd edir ki, hər iki valideyn öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə, o cümlədən uşaqlardan ayrı yaşayan valideynin onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Bu səbəbdən tərəflərin nəzərinə çatdırılır ki, uşaqları ilə bağlı istənilən məsələdə valideynlərin hüquqlarının və vəzifələrinin bərabərliyi prinsipi baxımından onların uşaqların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının təmin olunması üçün tədbir görmələrinə hüquqi baxımdan hər hansı maneə yoxdur. Əksinə uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz və uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

65. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi yeni hallar uşağın bir valideyndən alınıb digərinə verilməsi üçün əsas olmadığından iddia təmin edilməməlidir. Tətbiq edilən prosessual normalar

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

67. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

68. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

69. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir;

70. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

71. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

72. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Nəticə:

73. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

74. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar