Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1082/2024 25.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılmaqla, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin alınaraq mənə ödənilməsi, xx.xx.2022-ci il təvəllüdlü X1 üç yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 50 manat pul məbləğinin alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı iş üzrə Cavabdeh ilə faktiki nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 doğulub. Cavabdehlə münasibətləri uzun müddətdir ki, pozulmuş vəziyyətdədir. Ailənin qorunub saxlanması mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən xx.xx.2022-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılmaqla, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi, xx.xx.2022-ci il təvəllüdlü X1 üç yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 50 manat pulməbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Hazırki iş materiallarına ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış əlavə edilmişdir. Belə ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, tərəflər toy şənliyi etdikdən sonra 1 ay bir yerdə yaşamış, daha sonra cavabdeh Rusiya Federasiyasına getmişdir. Keçən müddət ərzində cavabdeh gələrək uşağa atalıq vermişdir. İddiaçı hazırda Masallı rayonunda yaşayır.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Rusiyada işlədiyi vaxtlar da, uşaq üçün nə qədər pul göndərsə də, iddiaçı tərəfindən qəbul edilməmişdir. Hazırda atası və anası xəstə olduqlarından onlar üçün Azərbaycana qayıtmışdır. Burada isə işsizdir və valideynlərinin evində onların himayəsində yaşayır. Tələb edilən həcmdə alimenti ödəmək imkanı yoxdur. İddiaçı ilə aralarında səhlənkarlıqlarına görə rəsmi nikah bağlamamışlar. Faktiki nikahlarından doğulan uşağına atalıq vermişdir. Uşaq azyaşlı olsa da, onun anası ilə qalmasını istəmir. Çünki birlikdə yaşadıqları dövrdə onun uşağına münasibətini görmüşdür. Hesab edir ki, psixoloji baxımdan o, uşağa baxmaq iqtidarında deyil. Dedikləri ilə bağlı isə məhkəməyə hər hansı sübut təqdim edə bilmir.
6. Bundan əlavə cavabdeh əvvəlki məhkəmə iclası üçün elektron poçt vasitəsilə iddiaya münasibətini belə bildirmişdir ki, iddianı qəbul etmir, uşağın anasına verilməsinə qəti razı deyil, çünki Elmira ikinci dəfə ailə qurubdu və onun qurduğu ailə barədə məlumatı yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. Masallı regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 453466 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində İddiaçı doğulan X3 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixində 71 № ilə qeyd edilmişdir.
8. Masallı regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı, 841191 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixində Masallı rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır.
9. Masallı Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 05 saylı rəyindən görünür ki, komissiya uşağın yaşı az olduğu üçün ana qayğısına ehtiyacının olmasını və iddiaçının həyat şəraitini nəzərə alaraq xx.xx.2022-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılmasını onun mənafeyinə uyğun hesab etmişdir.
10. 27.02.2024-cü il tarixli həyat şəraitinin müayinə aktından görünür ki, İddiaçı yaşadığı atasının evinə baxış keçirilmiş, ev 2 otaqdan ibarət olmaqla təmirlidir. 1-ci mərtəbə mətbəx və dəhlizdən, ikinci mərtəbə 4 otaqdan ibarətdir. Evdə Sanitar normalara riayət olunmuşdur. Evdə ikisi yetkin olmaqla, altı nəfər yaşayır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
11. Cavabdeh ilə İddiaçı arasında faktiki nikah münasibətləri olmuş və faktiki nikahlarından xx.xx.2022-ci il təvəllüdlü İddiaçı doğulmuşdur. Uşaq hazırda ananın himayəsindədir.
12. Cavabdeh tələb edilən həcmdə aliment məbləğini işsizliyi səbəbindən qəbul etmir. Uşağın isə ananın yanında saxlanılmamasını ananın psixoloji vəziyyəti ilə, ikinci dəfə ailə qurması ilə əsaslandırır. Bununla belə bu barədə hər hansı sübut təqdim etməmişdir.
13. Uşağın yaşayış yeri ilə bağlı mübahisənin həlli üçün iş üzrə Masallı Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasından rəy alınması qərara alınmış, komissiyanın rəyinə əsasən uşağın yaşı az olduğu üçün ana qayğısına ehtiyacının olmasını və iddiaçının həyat şəraitini nəzərə alaraq xx.xx.2022-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılmasını onun mənafeyinə uyğun hesab etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
15. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
16. 61.3-cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.
17. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan uşağın maraqlarını, yaşını, mənafeyini, uşağın faktiki olaraq ananın himayəsində yaşamasını, uşağın anadan alınmasına əsas olmadığını, o cümlədən komissiyanın rəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilməlidir.
18. Bundan əlavə, aliment tələbi ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
20. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
21. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
22. 76.1.1-ci maddəsində qeyd edilmişdir ki, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.
23. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
24. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
25. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
26. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
27. Məhkəmə valideynlərin uşağı saxlamağa borclu olduğunu, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu haqqında tələbləri, uşağın mənafeyinin üstünlüyünü, uşağın əvvəlki təminatının səviyyəsinin maksimal saxlanılmalı olmasını nəzərə alaraq hesab edir ki, uşaq yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməlidir.
28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.
29. Odur ki, uşaqların saxlanılması üçün alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən başlanmalıdır.
30. İddia tələbinin uşaq 3 yaşına çatanadək ana üçün ödənilməli olan aliment məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının həmin tələbi ər-arvadın və ya keçmiş ər-arvadın aliment öhdəlikləri ilə bağlı olan tələbdir. Lakin tərəflər arasında rəsmi nikah olmamışdır və onlar arasında faktiki nikah münasibətləri olmuşdur. Odur ki, iddiaçının bu əsasla cavabdehdən aliment tələb etməsi əsassızdır.
31. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
32. 85.2 və 85.1.1-ci maddələrinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir;
33. 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.
34. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
35. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsum ödənilməlidir. Tətbiq edilən prosessual normalar:
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
37. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
38. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
39. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;
40. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;
41. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
42. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Nəticə:
43. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin faktiki nikahlarından olan yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilməli, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli 28 noyabr 2023-cü il tarixindən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.
44. Həmçinin iddiaçının ödəməkdən azad edildiyi 46,4(220X12=2640- 1000=1640X0.1%+30) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. Tərəflərin faktiki nikah münasibətlərindən olan yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilsin. xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 28 noyabr 2023-cü il tarixindən hesablansın Cavabdeh dövlət rüsumunun əvəzi qismində 46,4 (qırx altı manat, qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev