Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1101/2025 04.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: gecikdirilmiş əmək haqqına görə faiz ödənilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçınının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə” qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 2023-cü ilin oktyabr, noyabr və dekabr aylarının əmək haqlarının gecikdirilmiş hər gününə görə 1% miqdarında ödəncin – ümumilikdə 11.986,52 manat pulun iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına, məhkəmə məsrəfləri qismində çəkilmiş 560 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, A17/22 saylı əmək müqaviləsinə əsasən İddiaçı cavabdeh müəssisədə “tikinti texnikası üzrə mexanik” vəzifəsinə qəbul edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq 2023-cü ilin oktyabr, noyabr və dekabr aylarının əmək haqları nə işlədiyi dövrdə, nə də işdən çıxarıldıqdan sonra iddiaçıya ödənilməmişdir. İddiaçının əmək müqaviləsi üzrə əmək haqqı 2042 manat qeyd edilmiş, lakin, 3 ayın əmək haqqı iddiaçıya ödənilməmişdir. İddiaçı işdən çıxarıldıqdan sonra dəfələrlə keçmiş ayların əmək haqlarının ödənilməsi tələbi ilə müraciət etsə də cavabdeh müəssisə keçmiş ayların ödənilməmiş əmək haqlarını ləngitmiş, müxtəlif bəhanələrlə əmək haqqının ödənilməsini həyata keçirəcəyi vədi ilə iddiaçını aldadaraq ödənişləri həyata keçirməmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə gecikdirilmiş aylar üzrə əmək haqqının və hər gecikdirilmiş günə görə 1% dəbbə pulunun cavadehdən tutularaq ona ödənilməsinə dair Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iddia ərizəsi üzrə e-2(001)-4058/2024 saylı mülki iş xx.xx.2024-cü il tarixədək Binəqədi Rayon Məhkəməsinin icraatında olmuşdur. Məhkəmə prosesi gedən dövrdə cavabdeh tərəf 2023-cü il üzrə iddiaçıya ödənilməmiş ayların əmək haqqını xx.xx.2024-cü il tarixdə ödəsə də gecikdirilmiş günlərə görə heç bir dəbbə pulu ödəməmişdir. 4 aylıq məhkəmə prosesi dövründə gecikdirilmiş aylar üzrə dəbbə pulunun ödənilməsi üçün dəfələrlə cavabdehlə danışıqlar aparılsa da xx.xx.2024-cü il tarixədək cavabdeh dəbbə pulunu ödəməkdən imtina etmişdir. Nəhayət xx.xx.2024-cü il tarixdə, yəni iddia ərizəsinin məhkəməyə verilməsinin 4 ayının tamam olmasına bir gün qalmış (hansı ki, həmin gün artıq məhkəmə yekun qətnamə çıxaracaqdı) cavabdehin nümayəndəsi 3 aylıq əmək haqqının gecikdirilməsinə görə 4500 manat məbləğində dəbbə pulunun ödəniləcəyini bildirərək barışıq sazişi bağlamağa razı olduqlarını bildirmişdir. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə verərək iddianın baxılmamış saxlanılmasını xahiş etmişlər. Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 4058/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş baxılmamış saxlanılmışdır. Lakin cavabdeh tərəf xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlayacağını vəd etsə də yenə də müxtəlif bəhanələrlə barışıq sazişi imzalamaqdan yayınmış və bu günədək iddiaçıya gecikdirilmiş əmək haqqına görə heç bir ödəniş etməmişdir. X1 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Eyni zamanda həmin Qərarın 2-ci hissəsində göstərilir ki, 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Hesab edir ki, cavabdehin “barışıq sazişi bağlamaq” adı altında iddiaçını ləngitməsi və iddianın baxılmamış saxlanılmasına çalışmaqda əsas məqsədi 1 illik iddia müddətinin ötürülməsinə nail olmaqdan ibarət olmuşdur. Qeyd etdiyi kimi iddiaçının əmək müqaviləsi üzrə əmək haqqı 2042 manat olmuşdur. 2023-cü ilin oktyabr ayının əmək haqqı xx.xx.2024-cü il tarixədək ödənilməmiş, yəni 226 gün gecikdirilmişdir. Bu isə hər gecikdirilmiş günə görə 1%dən hesablandıqda 4614,92 manat (2042 x 1% x 226 gün) edir. 2023-cü ilin noyabr ayının əmək haqqı xx.xx.2024-cü il tarixədək ödənilməmiş, yəni 196 gün gecikdirilmişdir. Bu isə hər gecikdirilmiş günə görə 1%-dən hesablandıqda 4002,32 manat (2042 x 1% x 196 gün) edir. 2023-cü ilin dekabr ayının əmək haqqı xx.xx.2024-cü il tarixədək ödənilməmiş, yəni 165 gün gecikdirilmişdir. Bu isə hər gecikdirilmiş günə görə 1%-dən hesablandıqda 3369,3 manat (2042 x 1% x 165 gün) edir. Beləliklə də cavabdeh ümumilikdə 2023-cü ilin oktyabr, noyabr və dekabr aylarının əmək haqlarını gecikdirdiyinə görə iddiaçıya 11.986,52 manat pul ödəməlidir. Təkrarən məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehlə gecikdirilmiş ayların əmək haqqına görə xx.xx.2024-cü il tarixdə 4500 manatın ödənilməsi ilə bağlı aralarında razılıq əldə edilsə də cavabdeh müxtəlif bəhanələrlə həmin məbləğin ödənilməsindən də imtina etmişdir. Həmçinin mediasiya prosesindən keçərkən 60 manat mediasiya rüsumu iddiaçı tərəfindən müvafiq mediasiya qurumunun hesabına ödənilmişdir. Eləcə də peşəkar hüquqi yardım almaq üçün vəkillə müqavilə bağlanılmışdır ki, bunun üçün də hüquq müdafiəçisinə 500 manat məbləğində ödəniş etmişdir. Nəticə etibarı ilə iddiaçı 560 manat maddi zərərə məruz qalmışdır. AR Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddianın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, təqdim edilmiş ekspert rəyi ilə tanışdır və rəyə münasibət bildirilməsini məhkəmənin mülahizəsinə buraxır.
4. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Əvvəlki izahatlarında iddaçının nümayəndəsi və vəkili bildirmişdir ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə əlavə edilmiş məlumatdan görünür ki, iddiaçının aylıq əmək haqqı 2042,0 manat olmuş və həmin əmək haqqından aşağıdakı məbləğlərdə tutulmalar həyata keçirilmişdir: Gəlir vergisi – 0,0 manat Məcburi dövlət sosial sığorta haqqı (3%) – 190,2 manat İcbari tibbi sığorta haqqı (2%) - 40,8 manat İşsizlikdən sığorta haqqı (0,5%) – 10,2 manat Həmkarlar İttifaqı təşkilatına üzvlük haqqı – nəzərdə tutulmayıb. Beləliklə iddiaçının ümumi əmək haqqı 2042,0 manat olmuş, həmin məbləğdən 241,2 manat tutulmalar həyata keçirilmiş və 1800,8 manat iddiaçının kart hesabına əmək haqqı köçürülmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli əmək haqqına dair hesabdan çıxarışda da görünür ki, iddiaçının hesabına hər ay 1800,8 manat əmək haqqı köçürülmüşdür. Həmçinin tərəflərindən elektron məhkəmə sisteminə əlavə edilmiş əmək müqaviləsi bildirişindən də görünür ki, iddiaçının aylıq əmək haqqı 2042,0 manat olmuşdur.
6. Cavabdehin nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, nümayəndə dəyişikliyinə görə məhkəmə iclasında iştirakın mümkünsüz olduğunu bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim etməsə də iddiaçı tərəfin vəsatətinə etirazında iddiaya münasibətini aşağıdakı formada bildirmişdir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının gecikdirilməsi hallarında işəgötürən tərəfindən işçiyə hər gecikmiş gün üçün əmək haqqının 1 faizindən az olmayan məbləğdə kompensasiya ödənilməsi nəzərdə tutulur. Lakin bu kompensasiya avtomatik tətbiq edilmir, yalnız işəgötürənin təqsiri və gecikdirmənin hüquqi əsasları sübuta yetirildikdə məhkəmə tərəfindən müəyyən edilə bilər. Bu baxımdan iddiaçının 1% məbləğində kompensasiyanı birbaşa tələblə istəməsi qanuna uyğun deyil və hüquqi əsasdan məhrumdur. Əmək haqqı gecikdiyi dövrdə cavabdeh şirkət tərəfindən iddiaçıya əlavə olaraq 3600 manat birdəfəlik ödəniş edilmiş, eləcə də şəxsi istifadəsi üçün avtomobil təqdim olunmuşdur. Bu faktlar işəgötürənin maddi məsuliyyətini könüllü şəkildə yerinə yetirdiyini və işçinin sosial vəziyyətinin təmin edildiyini təsdiq edir. Belə olan halda 1% kimi süni və qeyri-real hesablanmış faiz tələbi artıq və ədalətsiz hesab olunmalıdır.
Mülki işin materialları:
8. İddiaçı məxsus 054804 saylı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixində A17/22 saylı əmrlə Cavabdeh QSC-də “Tikinti texnikası üzrə mexanik” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixli, K/089 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə (əmək müqaviləsinin müddətinin qutarması) əsasən əmək müqaviləsinə xitam verilmişdir.
9. Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı VÖEN-i ********** saylı işəgötürənlə bağlanmış xx.xx.2022-ci il tarixli, xxxxxxx000704 saylı əmək müqaviləsi üzrə tikinti texnikası üzrə mexanik vəzifəsində işləməklə 2042 manat əmək haqqı alır.
10. "xxxx" ASC tərəfindən təqdim edilən xx.xx.2023-xx.xx.2024-cü ili əhatə edən hesabdan çıxarış məlumatlarından görünür ki, İddiaçı məxsus AZ51AZRT******************** saylı hesaba 1800,80 manat əmək haqqı ödənişi edilmişdir.
11. Cavabdeh QSC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmış, müqavilə müddəti xx.xx.2022-ci il tarixinədək olmaqla, əmək haqqı 1585 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixində yenidən müddətli əmək müqaviləsi bağlanmış, müqavilə müddəti (xx.xx.2022-ci il tarixindən) xx.xx.2023-cü il tarixinədək uzadılmış, əmək haqqı 1700 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin müddəti (xx.xx.2022-ci il tarixindən) xx.xx.2023-cü il tarixinədək uzadılmış, əmək haqqı 2042 manat müəyyən edilmişdir.
12. Məhkəmə Ekspertizası Mərkəzinin 9/2894 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı oktyabr 2023-cü il - dekabr 2023-cü il dövrü üçün nəzərdə tutulan əmək haqqı xx.xx.2024-cü ildə ödənildiyindən ödənilməli olan əmək haqqının gecikdirilməsinə görə 1% miqdarında ödənc məbləğinin 11.268 manat təşkil etdiyi müəyyən olunmuşdur.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4058/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə” qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
14. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin 8-ci bəndinə əsasən dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
15. 154.1-ci maddəsinə əsasən Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
16. 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin“Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
17. 173.1-ci maddəsinə əsasən işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir.
18. 173.3-cü maddəsinə əsasən haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir.
19. 173.4-cü maddəsinə əsasən bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər.
20. 174.1-ci maddəsinə əsasən əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.
21. 174.2-ci maddəsinə əsasən əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.
22. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına görə əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq,Azərbaycan Respublikası Əmək Məcəlləsinin172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.Azərbaycan Respublikası Əmək Məcəlləsinin296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.
Hüquqi dəyərləndirmə nəticəsində məhkəmənin mövqeyi
23. Tələbin mahiyyətindən və iddiaçının dəlillərindən müəyyən edildiyi kimi tərəflər arasında əmək münasibətləri olmuşdur. Belə ki, onlar arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək münasibətləri davam etmişdir. İşçi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində müddətin bitməsi ilə əlaqədar olaraq, AR ƏM-nin 68ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir.
24. İddiaçı ilk dəfə xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2023-cü ilin oktyabr, noyabr, dekabr ayları üçün ödənilməmiş əmək haqqını və gecikdirilmiş müddət üçün hər günə 1% ödəncin ödənilməsini tələb etmişdir. Həmin məhkəmə mübahisəsi dövründə xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş və tələb edilən əmək haqqı məbləği ödənilsə də gecikdirilmiş müddətə görə hesablanmış məbləğ ödənilməmişdir. Müvafiq ödənişin ödənilmiş olmasını iddiaçı özü də iddia ərizəsində etiraf edir. Mübahisə tərəfləri arasında barışıq sazişinin imzalanacağına dair razılıq olduğundan, iddia ərizəsi baxılmamış saxlanılmışdır.
25. Cavabdeh tərəfindən göstərilən hərəkətsizlik nəticəsində iddiaçı yenidən xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı cavabdehdən 2023-cü ilin oktyabr, noyabr, dekabr ayları üçün ödənilməli olan əmək haqqının gecikdirilməklə xx.xx.2024-cü il tarixində ödənildiyini bildirir və hər gecikdirilmiş gün üçün 1 % məbləğində yəni, 11.986,52 manat məbləğində ödənc tələb edir.
26. İş materiallarının tədqiqi ilə müəyyən edildi ki, iddiaçının əmək haqqı 2023-cü ilin oktyabr, dekabr, noyabr ayları üçün vergilər hesablanmamışdan əvvəl əmək haqqı 2042 manat, vergilər hesablanmaqla isə 1800,75 manat olmuşdur. Əmək haqqının gecikdirildiyi dövr üçün ödənilməsi tələb edilən məbləğin dəqiq hesablanması xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və verilən rəyə görə İddiaçı oktyabr 2023-cü il - dekabr 2023-cü il dövrü üçün nəzərdə tutulan əmək haqqı xx.xx.2024-cü ildə ödənildiyindən ödənilməli olan əmək haqqının gecikdirilməsinə görə 1% miqdarında ödənc məbləğinin 11.268 manat təşkil etdiyi müəyyən edilmişdir.
27. Hazırda məhkəmə təqdim edilən ekspert rəyinə mötəbər sübut kimi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə ekspert rəyinə uyğun olaraq, gecikdirilmiş hər gün üçün əmək haqqı məbləğinə 1 % hesablanmaqla, 11.286 manat məbləğində pul vəsaiti tutulmalıdır.
28. Bundan başqa hüquqi yardımla bağlı çəkilmiş xərcləri təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir.
29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
30. 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.
31. 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar.
32. Odur ki, iddiaçının ödəməkdən azad olduğu dövlət rüsumunun əvəzi qismində 123,86 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
33. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
34. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
35. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə” qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən əmək haqqının gecikdirilməsinə görə 11.286 (on bir min iki yüz səksən altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad olduğu dövlət rüsumunun əvəzi qismində 123,86 manat məbləğində pul vəsaiti Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova