Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1151/2023 21.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı nın nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahından olan xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər 2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan xx.xx.2003-cü il təvəllüdlü Bayramov Nihad və xx.xx.2008-ci il təvəllüdlü Bayramov Fuad anadan olmuşdur. Tərəflərin nikahı 2020-ci il tarixdə məhkəmə qərarı ilə pozulmuş və uşaqlar ananın himayəsində saxlanılmışdır. Uşaqlar ananın himayəsində saxlanılsa da, Fuad Bayramov iddiaçının (atasının) yanında qalmış və israrla anasının yanında qalmaq istəmədiyini bildirmişdir. Bu səbəbdən də iddiaçı uşaq tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra tərəflər arasında Barışıq Müqaviləsi imzalandığından iş üzrə icraata xitam verilmiş, xx.xx.2008-ci il təvəllüdlü Fuad Bayramov atası İddiaçı himayəsində saxlanılmışdır. Lakin Barışıq sazişinə əsasən, cavabdeh üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Həmçinin iddiaçı qeyd etmişdir ki, o və oğlu hazırda Türkiyə Respublikasında yaşayır və oğlu orada “X11 Kollecində” təhsil alır. Cavabdeh övladının çəkilməsi zəruri olan xərclərdə könüllü olaraq iştirak etmədiyindən, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia tələbinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini qəbul etmədiklərini, tərəflər arasında barışıq sazişi olduğunu, iddiaçının barışıq sazişinin tələblərini pozaraq məhkəməyə müraciət etdiyini bildirərək, tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli “Barışıq Müqaviləsi”nə və barışıq müqaviləsini təsdiq edən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2398/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından aydın olur ki, Müqavilənin 3.1-ci bəndinə əsasən, tərəflərin birgə nikahından olan xx.xx.2008-ci il təvəllüdlü X6 atası İddiaçı yanında saxlanılmasına anası X4 uşağın mənafeyini nəzərə alaraq razılıq verir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, X4 xx.xx.2008-ci il təvəllüdlü X6 atası İddiaçı ilə yetkinlik yaşına çatanadək istənilən anda Azərbaycan Respublikasından kənara sərbəst surətdə getməsinə icazə verir. Müqavilənin 3.3cü bəndinə əsasən, İddiaçı öhdəsinə götürür ki, uşağın mənafeyi nəzərə alınmaqla himayəsinə verilməsinə razılıq verilən xx.xx.2008-ci il təvəllüdlü X6 anası X4 ilə hər həftənin şənbə günü 10:00-dan 18:00-dək, bazar günü 10:00-dan 15:00-dək sərbəst surətdə görüşməsini təmin edəcək və heç bir maneə törətməyəcək. Müqavilənin 3.4-cü bəndinə əsasən, İddiaçı öhdəsinə götürür ki, xx.xx.2008-ci il təvəllüdlü X6 anası X4 tərəfindən uşağın rifahı üçün zəruri olan müdafiə və qayğızı, tərbiyəsi, təhsili, ağlamlığı, psixi, fiziki, mənəvi inkişafını təmin edəcək və heç bir maneə törətməyəcəkdir. Müqavilənin 3.5-ci bəndinə əsasən, İddiaçı öhdəsinə götürür ki, iş səfərlərində olduğu müddətdə xx.xx.2008-ci il təvəllüdlü X6 anası X1 yanında qalmasını təmin edəcəkdir. - doğum haqqında şəhadətnamənin surətinə əsasən, xx.xx.2008-ci il təvəllüdlü Fuad Bayramovun atası İddiaçı, anası X3r. - “X11 Kolleci” tərəfin verilmiş sənədə (öğrenci kayıt sözleşmesi) əsasən, xx.xx.2008-ci il təvəllüdlü X10 qeyd edilən kollecdə təhsil alır. - ödəniş qəbzlərinə (hesaptan fast) əsasən, İddiaçı tərəfindən “X11 Kolleci”nə ödənişlər edilmişdir. - X9 Xidməti tərəfindən verilmiş şəxsin əmək fəaliyyəti ilə bağlı məlumata dair arayışdan, vəkil sorğusuna verilmiş cavab məktubundan və elektron məhkəmə portalında əldə edilmiş çıxarışdan görünür ki, X4 əsas iş yeri olaraq “X12” MMC-də işləyir və əmək haqqısı 1207,45 manat, əlavə iş yeri olaraq isə "xxxx" QSC-də işləyir və əmək haqqısı 1344 manatdır. Məhkəmə AR Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75, 76 və 78-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında hazırda qüvvədə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2398/2022 saylı, xx.xx.2022-ci il tarixli “Barışıq Müqaviləsi” olduğundan və tərəflərin öhdəlikləri həmin sazişə əsasən müəyyən edildiyindən, iddia tələbi təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqların ananın himayəsində qalması qət edilmişdir. Sonradan İddiaçı uşaq tələbi ilə məhkəməyə müraciət etmiş və tərəflər arasında “Barışıq Müqaviləsi” bağlanmaqla, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2398/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təsdiq edilmişdir. İş materiallarından və cavabdeh tərəfin verdiyi izahatlardan müəyyən edilir ki, nikah pozulduqdan sonra tərəflər arasında alimentə dair, yəni uşaqların saxlanmasına dair heç vaxt tələb və bununla bağlı mübahisə olmamışdır. Belə ki, Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər və daha sonra da təhsili ilə bağlı bütün xərcləri öz öhdəsinə götürməklə ödəmişdir. Həmçinin Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X6 atasına verilənə qədər onun bütün xərclərini özü çəkmiş, “Barışıq Müqaviləsindən” sonra da övladının həyatında mütəmadi olaraq iştirak etmiş, uşağın rifahı üçün zəruri olan müdafiə və qayğısını, təhsilində dəstəyini və s. valideyinlik öhdəliklərini yerinə yetirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı nikah pozulduqdan sonra uşaq tələbi ilə cavabdehə qarşı məhkəməyə müraciət etdikdə belə, yalnız uşaq tələbi ilə müraciət etmişdir və uşağını maddi cəhətdən təmin etmək və saxlamaq qabiliyyətində olduğuna görə aliment tələb etməmişdir (işin bu halı “Barışıq Müqaviləsinin” məzmununda da ehtiva olunur). Odur ki, Cavabdeh bu halları nəzərə alaraq uşağın mənafeyi naminə İddiaçıla barışıq müqaviləsinin bağlanmasına razı olmuşdur. Məhkəmə qeyd edir ki, nə qədər ki, tərəflər arasında xx.xx.2008-ci il təvəllüdlü X8 dair məhkəmə tərəfindən təsdiq edilmiş “Barışıq müqaviləsi” var, hazırda həmin müqavilə üzrə Cavabdeh ona aid öhdəliklərinin icra etməməsinə (maddi cəhətdən övladına yardım etməməsi) dair sübutetmə yükü İddiaçı üzərinə düşür. Odur ki, Ailə Məcəlləsinin 95.4-cü maddəsinə əsasən iddiaçı cavabdehlə aralarında bağlanmış sazişin (müqavilənin )dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi hazırki vəziyyətdə qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-1151/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1151/2023
21.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver