Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1154/2023 20.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, İddiaçı İsmayılova (Aslanlı) Ayşən Elman qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:
1. İddiaçı İsmayılova (Aslanlı) Ayşən Elman qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(001)-4829/2022 saylı qətnaməsi ilə sabit pul şəklində müəyyən edilmiş alimentin məbləğinin artırılaraq Cavabdeh ilə birgə nikahdan anadan olmuş – 14 noyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 24 iyun 2018-ci il tarixində o, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 14 noyabr 2019-cu il təvəllüdlü X3 adlı oğlu anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(001)-4829/2022 saylı qətnaməsi ilə nikahları pozulmuş və oğlunun onun yanında saxlanılması, azyaşlı övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi qərara alınmışdır. Cavabdehlə faktiki olaraq ayrıldıqdan sonra cavabdeh övladı ilə ünsiyyət saxlamır, onun tərbiyəsində, psixi, fiziki, mənəvi inkişafında iştirak etmir, bir ata kimi valideynlik borcunu yerinə yetirmir. Hazırda övladını özü tərbiyə edir, onun həm maddi, həm mənəvi cəhətdən təkbaşına təmin etməyə çalışıram. Qeyd edim ki, bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh işlədiyi Bakı Ali Neft Məktəbində kifayət qədər yüksək məbləğdə əmək haqqı alır. Odur ki, oğlu 14 noyabr 2019-cu il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqının ¼ hissədə pulun tutularaq ona ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburriyətində qalmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçının nümayəndəsi, vəkil xx.xx.2023-cü il tarixində məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, cavabdeh Bakı Ali Neft Məktəbində Karyera və tələbələrlə iş şöbəsinin rəisi vəzifəsində işləyir və aylıq əməkhaqqı 2620 manat təşkil edir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmələrinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 436542 saylı, xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 498 № ilə qeyd edilmişdir. Nikah pozulandan sonra qadına “İsmayılova” soyadı verilmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 9001)- 4829/2022 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İsmayılova (Aslanlı) Ayşən Elman qızı arasında xx.xx.2018-ci il tarixdə 3 saylı Bakı “ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsində akt qeydləri kitabında 2000 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflər arasında nikah pozulduqdan sonra xx.xx.2019-cu il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və s. qət edilmişdir.
9. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tərəfindən “Kredo” Vəkil Bürosunun direktoru Nümayəndə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixindən Bakı Ali Neft Məktəbində çalışır və xx.xx.2021-ci il tarixindən Kariyera və tələbələrlə iş şöbəsinin rəisidir. Cavabdeh rəsmi əmək haqqı 2620 AZN təşkil edir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. Cavabdeh ilə İddiaçı arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 498 № ilə qeyd edilmişdir. Nikah pozulandan sonra qadına “İsmayılova” soyadı verilmişdir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 9001)- 4829/2022 saylı qətnaməsinə əsasən tərəflər arasında nikah pozulduqdan sonra xx.xx.2019-cu il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılmış və X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
12. İddiaçı cavabdehin əmək haqqından hissəvi alimentin müəyyən edilməsi tələbini irəli sürməklə faktiki olaraq qətnamə ilə sabit pul məbləğində tutulan alimentin artırılmasını tələb edir. Belə ki, cavabdehin əmək haqqı 2620 manat təşkil etdiyinə görə onun ¼ hissəsi sabit pul məbləğində 193 manat müəyyən edilmiş alimentdən çoxdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
14. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
15. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
16. 76.1.1-ci maddəsində qeyd edilmişdir ki, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.
17. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
19. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
20. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
21. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
22. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşaraq, hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit məbləğdə tutulan alimentin məbləği dəyişdirilməli və aliment cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində müəyyən edilməlidir. Belə ki, uşağın böyüdükcə xərclərinin artması sübuta ehtiyacı olmayan faktdır və eyni zamanda mövcud inflyasiya səviyyəsi və bazar iqtisadiyyatının dinamikliyi qiymətlərə təsir edir. Bu səbəbdən də dövlət tərəfindən uşaqların saxlanılması üçün tələb olunan yaşayış minimumu da artırılırmışdır. Bundan əlavə ailə qanunvericiliyi müntəzəm qazanca malik olan valideyndən hissəvi alimentin tutulmasını mümkün hesab edir.
23. Eyni zamanda nəzərə alınmalıdır ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
25. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsum ödənilməlidir. Tətbiq edilən prosessual normalar:
26. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
29. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;
30. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
31. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
32. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Nəticə:
33. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4829/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 14 noyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq iddiaçı İsmayılova (Aslanlı) Ayşən Elman qızına ödənilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
34. Həmçinin iddiaçının ödəməkdən azad edildiyi 75((2620:4- 193)X12=5544X0.1%+30=75) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4829/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 14 noyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼(dörddə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı İsmayılova (Aslanlı) Ayşən Elman qızına ödənilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev