Məhkəmə qərarları › İş №e-2(001)-1174/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1174/2024

14.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1174/2024 14.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 29 il öncə nikaha daxil olmuşdur. Həmin nikah 25 avqust 1994-cü il tarixdə keçmiş Kirov rayonu (hazırki Binəqədi rayonu) VVAQ şöbəsində 565 nömrə ilə qeydə alınmışdır. Onunla cavabdehə xx.xx.1994-cü il tarixdə 055085 nömrəli şəhadətnamə verilmişdir. Birgə nikah dövründə 2 (iki) övladları dünyaya gəlmişdir. Hər iki övladları artıq yetkinlik yaşına çatmış və ailə də qurmuşlar. Onun tərəfindən nikahın pozulması barədə ərizə verilməsinin səbəbi cavabdehlə xasiyyətlərinin tutmaması, cavabdehin evdə tez-tez dava-dalaş salması, birgə yaşamaqlarının mümkün olmamasıdır. Birgə nikah dövründə münasibətləri kəskinləşmiş və xasiyyətlərinin tutmaması səbəbindən, cavabdehin kobud hərəkətləri səbəbindən ailə münasibətləri dağılmışdır. Ailə münasibətlərinin bərpa olunması mümkün deyildir, nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaqları mümkün deyildir. O, Cavabdehla birgə yaşamaq fikrində deyil və boşanmaq qərarına gəlmişdir. Bu qərarı da qətidir. Cavabdehlə olan nikahın pozulması üçün ilk öncə Binəqədi rayon Qeydiyyat şöbəsinə müraciət olunmuş, daha sonra isə Bakı şəhərində yerləşən 8 saylı Mediasiya təşkilatına müraciət olunmuşdur. Buna baxmayaraq məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Cavabdehla olan birgə nikah zamanı əldə etdikləri qazancla cavabdehin adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahəsi və “Mersedes Benz E280” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə edilmişdir. O, cavabdeh tərəfindən birgə nikah dövründə əldə edilmiş ümumi əmlakın bölünməsi, cavabdehin birgə nikah dövründə əldə etdiyi – ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə dair onun, ½ hissəsinə dair isə Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında payının müəyyən edilməsi, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi, cavabdehin birgə nikah dövründə əldə etdiyi – Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin ½ hissəsinə dair onun, ½ hissəsinə dair isə Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında payının müəyyən edilməsi, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi, cavabdehin birgə nikah dövründə əldə etdiyi “Mercedes Benz E280” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə dair onun, ½ hissəsinə dair isə cavabdehin xüsusi mülkiyyət hüququ əsasında payının müəyyən edilməsini də tələb edir. Mediasiya üçün tərəfindən 61 manat rüsum ödənildiyinə görə məhkəmə üçün dövlət rüsumu 40 manat ödənilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdehla xx.xx.1994-cü il tarixdə bağlanmış və 565 nömrə ilə qeyd edilmiş nikahın pozulması, cavabdeh tərəfindən birgə nikah dövründə əldə edilmiş ümumi əmlakın bölünməsi, cavabdehin birgə nikah dövründə əldə etdiyi – Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi 5-ci keçid, 18 A saylı fərdi yaşayış evinin ½ hissəsinə dair onun, yəni İddiaçı, ½ hissəsinə dair isə Cavabdeh Ağamməd oğlunun xüsusi mülkiyyət hüququ əsasında payının müəyyən edilməsi, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi, cavabdehin birgə nikah dövründə əldə etdiyi – Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin ½ hissəsinə dair onun, yəni İddiaçı, ½ hissəsinə dair isə Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında payının müəyyən edilməsi, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi, cavabdehin birgə nikah dövründə əldə etdiyi “Mersedes Benz E280” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissəsinə dair onun, yəni İddiaçı, ½ hissəsinə dair isə Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən birgə nikah dövründə əldə edilmiş – ünvan 4 ünvanında yerləşən A-İ bloku, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 149.00 kv.m olan 3 otaqlı 40 saylı mənzilin ½ hissəsinə dair onun, yəni iddiaçı Cavabdeh, ½ hissəsinə dair isə cavabdeh İddiaçı payının müəyyən edilməsi, bu barədə 15 iyul 2019-cu il tarixli müqaviləyə müvafiq dəyişikliyin edilməsi, cavabdehin birgə nikah dövründə əldə etdiyi – ünvan 4 ünvanında yerləşən C blokunun zirzəmisinin İİ mərtəbəsində yerləşən ümumi sahəsi 29.24 kv.m olan 67 nömrəli qeyri-yaşayış sahəsinin ½ hissəsinə dair onun, yəni iddiaçı Cavabdeh, ½ hissəsinə dair isə cavabdeh İddiaçı payının müəyyən edilməsi, bu barədə 02 iyul 2021-ci il tarixli müqaviləyə müvafiq dəyişikliyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən A-İ bloku, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 149.00 kv.m olan 3 otaqlı 40 saylı mənzil 15 iyul 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İddiaçı adına alınmışdır. Həmin mənzilin qiyməti müqaviləyə əsasən 135.700 manat təşkil etmişdir. "xxxx" MMC tərəfindən verilmiş 15 iyul 2019-cu il tarixli maliyyə arayışına əsasən İddiaçı həmin mənzilə dair maliyyə borcu yoxdur. Bundan başqa, ünvan 4 ünvanında yerləşən C blokunun zirzəmisinin İİ mərtəbəsində yerləşən ümumi sahəsi 29.24 kv.m olan 67 nömrəli qeyriyaşayış sahəsi (qaraj) 02 iyul 2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İddiaçı adına alınmışdır. Həmin qeyri-yaşayış sahəsinin (qarajın) qiyməti müqaviləyə əsasən 20000 manat təşkil etmişdir. "xxxx" MMC tərəfindən verilmiş 02 iyul 2021-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı həmin qeyri-yaşayış sahəsinə dair maliyyə borcu yoxdur. Məhkəmə baxış iclasında ilkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə ərizə təqdim etməklə yanaşı, tərəflər arasında bağlanmış barışıq sazişini məhkəməyə təqdim edərək, istər ilkin iddia tələbi üzrə, istərsə də qarşılıqlı iddia tələbi üzrə əmlak bölgüsü hissəsində barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda nümayəndə ilkin iddia tələbi üzrə nikah pozulması məsələsinə baxılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə ərizə təqdim etməklə yanaşı, tərəflər arasında bağlanmış barışıq sazişini məhkəməyə təqdim edərək, istər ilkin iddia tələbi üzrə, istərsə də qarşılıqlı iddia tələbi üzrə əmlak bölgüsü hissəsində barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda nümayəndə ilkin iddia tələbi üzrə nikah pozulması məsələsinə baxılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 məhkəməyə ərizə təqdim etməklə yanaşı, e-2(001)-1174/2024 saylı mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda qeyd olunan iş üzrə nikahın pozulmasına etiraz etmədiklərini və müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1174/2024 saylı 14 fevral 2024cü il tarixli qərardadına əsasən tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş və ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 055085 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 25 avqust 1994-cü il tarixdə nikah bağlanmış və 565 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 01 noyabr 2023-cü il tarixli məktubun surətindən görünür ki, onun nikahın pozulması barədə müraciətinə şöbə tərəfindən baxılmış və ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 5.4 və 5.5-ci bəndlərinə əsasən ər (arvad) nikahın pozulmasına razı olmadıqda və ya nikahın pozulmasından yayındıqda nikahın məhkəmə qaydasında pozulması bildirilmişdir. İş materiallarında olan İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə tərəfindən verilmiş ərizədən görünür ki, Nümayəndə nikah pozulması məsələsinə baxılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 tərəfindən verilmiş ərizədən görünür ki, Vəkil2 nikahın pozulmasına etiraz etmədiklərini və müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.2-ci maddəsinə əsasən Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər.Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə belə qənaətə gəlir ki, nəzərə alaraq ki, tərəflər artıq uzun müddətdir bir yerdə yaşamır, onların nikahları formal xarakter daşıyır, tərəflər könüllü olaraq nikahın pozulması ilə bağlı iradə ifadələrini açıq nümayiş etdirmişlər, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü təsdiq edildiyi üçün tərəflərin arasında olan nikah pozulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1, 19.2, 20.1 və 20.2-ci maddələrini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 avqust 1994-cü il tarixdə bağlanmış və 565 №-li akt qeydi ilə qeydə alınmış nikah pozulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar