Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1218/2023 18.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərclərdə iştiraka cəlbetmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2007 -ci il təvəllüdlü Abbasova Ağgül Anar qızının İX-Xİ siniflər dövrü üçün "xxxx" MMC-də ÖV) EN **********) təhsil alması üçün çəkilən aylıq 200 man xərcin 1⁄2 hissəsinin cavabdeh - Cavabdeh oglundan tutularaq iddiaçı - İddiaçı ödənilməsi, X11 oğlunun Bakı şəhər mədəniyyət baş idarəsinin nəzdində olan «Arif Məlikov adına 11 nömrəli on bir illik musiqi məktəbində» bir illik təhsili üçün ödənilən aylıq 55 manat məbləğində xərcin 1⁄2 hissəsinin cavabdeh - Cavabdeh oglundan tutularaq iddiaçı- İddiaçı ödənilməsi, Abbasova Gülər Anar qızının Epileptiform sinir xəstəliyindən müalicəsi üçün tələb olunan illik 500 manat xərcin 1⁄2 hissəsinin cavabdeh - Cavabdeh oglundan tutularaq iddiaçı - İddiaçı ödənilməsi və hesablamanın başlanğıcının ödəniş aparılmış sentyabr 2022-ci il dövründən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli 2(001)-9767/2014 saylı qətnaməsi ilə birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün hər ay 103 manat, ümumilikdə 206 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-4780/2015 saylı qətnaməsi ilə birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün hər ay 108 manat, əlavə olaraq isə ərin arvadı saxlamaq vəzifəsi ilə əlaqədar hər ay 75 manat sabit pul məbləgində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-4780/2015 saylı qətnaməsi ilə birgə nigahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq alimentin miqdarı artırılmışdır. Belə ki,Cavabdeh oglundan xx.xx.2007-ci il təvəllüdlü Abbasova Ağgül Anar qızının, xx.xx.2010-cu il təvəllüdlü X11 oglunun və xx.xx.2015-ci il təvəllüdlü Abbasova Gülər Anar qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-4780/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış,Cavabdeh oglundan xx.xx.2007-ci il təvəllüdlü Abbasova Ağgül Anar qızının, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü Abbasova Gülər Anar qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6792/2022 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(001)-2873/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, 27 dekabr 2007-ci il təvəllüdlü Abbasova Ağgül Anar qızının, 17 dekabr 2010-cu il təvəllüdlü X11 oğlunun və 23 fevral 2015-ci il təvəllüdlü Abbasova Gülər Anar qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan hər ay hər uşaq üçün 190 manat, cəmi 570 şeb) yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Hal-hazırda Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Aliment uşaqların qidalanmasına heç çatmır, qidalanmadan başqa isə uşaqlara həm də heç olmasa minimal təhsil də vermək lazımdır ki, bunun üçün də kitaba, dəftərə, geyimə, təhsil kurslarına müəyyən dərəcədə ödənişlər tələb olunur ki, bunları da təkbaşına təmin etməyi mümkün deyildir. Buna görə də uşağın saxlanması üçün cavabdehdən məhkəmə qaydasında əlavə xərclərin tutulması zəruridir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir .
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Halhazırda Binəqədi rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlara həm də, heç olmasa minimal təhsil vermək lazımdır ki, bunun üçün də kitaba, dəftərə, geyimə təhsil kurslarına müəyyən dərəcədə ödənişlər tələb olunur. Bundan başqa uşaqlar xəstədirlər. Böyük qızı Ağgül Hədəf kurslarına gedir və buna görə aylıq 200 manat ödəniş edir. Balaca qızım Gülər isə epilepsiya xəstəsidir. 6 aydan bir 250 manat ödəniş etməklə yoxlanışa aparır. Eyni zamanda başında ağrılar var. Bunun üçün də uşağın başın EEG edirlər, bunun da qiyməti 6 aydan bir 90 manat təşkil edir. Uşağın qanı aşağıdır. Arabir talessemiya mərkəzinə aparır. Oğlu Ramala 800 manata diş qoymuşdur. Oğlunun ayağında problem olduğu üçün onu üzgüçülüyə də aparır. Həmçinin, oğlu musiqi məktəbinə də gedir. Bütün bunları tək başına təmin edə bilmir. Bundan başqa özü 274 manat ünvanlı sosial yardım və 132 manat çörək pulu alır. Bütün vaxtını uşaqlarına ayırdığından işləyə bilmir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçıya hər ay 500 manat aliment ödəyir. Özü 28 Mayda dükanda günü 10 manata satıcı işləyir. İmkanı olsa cavabdehə daha artıq məbləğdə aliment ödəyər. 2014-cü ildən işsizliklə bağlı qeydiyyatdadır. Bundan başqa 3 dəfə belindən əməliyyat olunmuşdur. Faktiki olaraq iddiaçıya 2000 manatdan çox aliment borcu var. Hətta borca görə inzibati məsuliyyətə də cəlb olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 218543 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2015-ci il tarixində ləğv edilmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 170 № ilə qeyd edilmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 6792/2022 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(001)-2873/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, 27 dekabr 2007-ci il təvəllüdlü X2, 17 dekabr 2010-cu il təvəllüdlü X4 və 23 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 190 manat, cəmi 570 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.
9. "xxxx" MMC tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 08 saylı arayışdan görünür ki, X7 “Hədəf kurslarında 2022-ci ilin sentyabr ayından etibarən həftənin İİ, İV, Vİ günləri, saat 15:00-dan-18:00 aralığında İX- sinif – V ixtisas qrupu üzrə tədris alır. Hazırlıq üzrə aylıq ödənişi 200 manat təşkil edir.
10. "xxxx" MMC tərəfindən verilən 28869 saylı kassa mədaxil orderindən görünür ki, X1 təhsili üçün xx.xx.2022-ci il tarixində 200 manat, 33942 saylı kassa mədaxil orderinə əsasən isə xx.xx.2022-ci il tarixində 200 manat ödəniş edilmişdir.
11. “Vita Med” Hospitalı tərəfindən verilən 19 may 2021-ci il tarixli elektroensefaloqrafiya kağızının surətindən görünür ki, 2015-ci il təvəllüdlü Gülər Abbasovanın beyin qabığında ləngimə müşahidə olunur və yaşa uyğun deyil. Dinamik müşahidə və klinik ehtiyac olarsa kontrol EEQ tələb olunur. Epileptiform aktivlik davam edir.
12. Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən verilən ƏİÖ/2 № 465194 saylı mədaxil qəbzindən görünür ki, X4 A.Məlikov adına 11 №-li onbir illik MM-də saz sinifində musiqi təhsili alması üçün oktyabr ayı üzrə 55 manat, ƏİÖ/2 № 465194 saylı mədaxil qəbzinə əsasən isə noyabr ayı üzrə 55 manat təhsil haqqı ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
13. Cavabdeh ilə İddiaçı rəsmi nikah münasibətləri məhkəmə qətnaməsi əsasında pozulmuş, nikahdan olan uşaqların-xx.xx.2007-ci il təvəllüdlü Abbasova Ağgül Anar qızının, xx.xx.2010-cu il təvəllüdlü X11 oglunun və xx.xx.2015-ci il təvəllüdlü Abbasova Gülər Anar qızının anaları İddiaçı yanında saxlanılmaları qət edilmişdir.
14. Uşaqlardan 23 fevral 2015-ci il təvəllüdlü X8 epileptirofm aktivliyindən müalicə alır.
15. xx.xx.2007-ci il təvəllüdlü Abbasova Ağgül Anar qızı "xxxx" MMC-də V qrup ixtisası üzrə imtahana hazırlaşmaq üçün təhsil alır və kursun aylıq təhsil haqqı 200 manatdır.
16. xx.xx.2010-cu il təvəllüdlü X11 oglu isə.Məlikov adına 11 №-li onbir illik MMdə saz sinifində musiqi təhsili alır və aylıq olaraq 55 manat təhsil haqqı ödəyir.
17. Sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6792/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(001)-2873/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və 27 dekabr 2007-ci il təvəllüdlü X2, 17 dekabr 2010-cu il təvəllüdlü X4 və 23 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 190 manat, cəmi 570 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.
18. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6792/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin uşağın saxlanılması üçün kifayət etmədiyini, uşaqlarn səhhətində olan problemlərin həlli üçün, təhsil xərcləri üçün cavabdehin əlavə xərclərdə iştirakının təmin edilməsi məqsədilə hər ay əlavə xərclərə görə çəkilən vəsaitin ½ hissəsinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir.
19. Cavabdeh isə iddianı qəbul etmir və etirazını onunla əsaslandırır ki, hər ay 570 manat aliment ödəyir, bununla yanaşı 2000 manat məbləğində aliment borcu vardır. Ona görə də inzibati qaydada həbs edilmiş və daha artıq aliment ödəməyə imkanı yoxdur, çünki 10 manata günəmuzd işləyir, alimentlərini qohumlarının hesabına ödəyir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
20. Məhkəmə ilk olaraq 23 fevral 2015-ci il təvəllüdlü X6 münasibətdə müalicə xərclərinin ½ hissəsinin cavabdehdən tutulmasına münasibətdə qeyd edir:
21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
22. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
23. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
24. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
25. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
26. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 yanvar 2015-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları birbirindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıbgətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.
27. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında “göstərilən kənar xidmət” və “digər hallarda” müddəlarını şərh edərkən yetkinlik yaşına çatmış övladlara münasibətdə hüquqi qiymət verilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan uşaqlar üçün həmin halların şamil edilməsini istisna etməmişdir.
28. Belə ki, AM-nin 81.1-ci maddəsində qeyd edilmişdir ki, Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
29. Göründüyü kimi qanunvericilik aliment tutulması barədə valideynlər arasında sazişin olduğu halda belə, əlavə xərclərin tutulmasını müstəsna hallar olduqda mümkün hesab etmişdir. Burdan o nəticəyə gəlmək olar ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün məhkəmə qaydasında aliment tutulduqda da, məhkəmə müstəsna hallarla bağlı digər valideyni çəkilmiş və gələcəkdə çəkilməli olan əlavə xərclərin ödənilməsinə cəlb edə bilər.
30. Müstəsna hallarla bağlı isə Konstitusiya Məhkəməsinin sözügedən qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun.
31. Bu normanın yetkinlik yaşına çatmayan uşaqlar üçün şamil edilməsi istisna olunmadığından, həmin halların mövcudluğu yetkinlik yaşına çatmayan uşaqlar üçün də müstəsna hal hesab edilə bilər.
32. Eyni zamanda məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağa münasibətdə əlavə xərclərin ödənilməsinin mümkünlüyünün müstəsna halı kimi yalnız uşağın ağır xəstə və şikəst olması ilə məhdudlaşdırılması məntiqsiz olardı. Belə ki, yetkinlik yaşına çatmış və əmək qabiliyyəti olmayan övladlara münasibətdə, qanunvericilik yetkinlik yaşına çatmayan, onsuz da əmək qabiliyyəti olmayan uşaqlara nisbətən daha geniş imkan müəyyən edə bilməz. Bu həm Ailə Məcəlləsinin ümumi prinsiplərinə, həm də humanizm və ədalət prinsiplərinə uyğun deyildir.
33. Bununla yanaşı əlavə xərclərin tutulmasını tələb edən valideyn çəkilən və ya gələcəkdə çəkilməli olan xərclərə dair sübutlar təqdim etməlidir. Lakin iddiaçı himayəsində olan yetkinlik yaşına çatmayan uşağın xəstəliyi ilə bağlı müəyyən sənəd təqdim etsə də, çəkilən və ya mütəmadi olaraq çəkilməli olan xərclər barədə hər hansı sübut təqdim etməmişdir.
34. Belə ki, iddiaçı X3 Epileptiform sinir xəstəliyindən əziyyət çəkdiyini və onun müalicəsi üçün illik 500 manat vəsait tələb edildiyini bildirsə də, xəstənin elektroensefaloqrafiyasının nəticəsini və həkimin tövsiyyə vərəqəsini əlavə etməklə kifayətlənmişdir. Halbuki əlavə xərclərin məbləği və onların mütəmadi vəya daimi xarakter daşıması sübutlara əsasən əsaslandırılmalı və tərəfin mülahizə sərbəstliyindən asılı olmamalıdır.
35. Bundan əlavə qanunvericlik xərclərin miqdarının müəyyən edilməsi zamanı valideynlərin və uşaqların ailə və maddi vəziyyətinin, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqlarının nəzərə alınmalı olmasını təsbit etmişdir. Hansı ki, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh hər ay 570 manat aliment ödəyir, iddiaçı bundan əlavə 400 manat sosial yardım alır.
36. Odur ki, iddiaçı tələbinin əsasını təşkil edən halları sübut edə bilmədiyindən onun tələbi əsassız hesab edilməlidir.
37. İddiaçının digər uşaqlarının təhsil xərclərinin ½ hissəsinin cavabdehdən tutulması hissəsinə münasibətdə isə aşağıdakıları qeyd edir
38. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
39. 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar.
40. 58.5-ci maddəsinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər.
41. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur.
42. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 yanvar 2015-cı il tarixli qərarında göstərilir ki, valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.
43. Odur ki, məhkəmə Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına və işin müəyyən edilmiş hallarına əsasən iddiaçının uşaqların əlavə və peşə təhsili üçün cavabdehdən vəsait tələb etməsini əsassız hesab edir. Tətbiq edilən prosessual normalar:
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
45. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
46. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
47. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;
48. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
49. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əlavə xərclərdə iştiraka cəlbetmə” tələbinə dair iddiası rədd edilməlidir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “əlavə xərclərdə iştiraka cəlbetmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev