Məhkəmə qərarları › İş №e-2(001)-1292/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1292/2024

06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1292/2024 06.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı X1 (İddiaçı) Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:

1. İddiaçı X3 (Musfaeva Gulıasar) “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə tələbini dəqiqləşdirməklə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay hər biri üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimetin X5 alıanaraq ona verilməsi və xx.xx.2023-cü il təvəllüdlü X9 3 yaşına çatana qədər qulluq etməyi üçün X5 hər aylıq 100 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə Ucar rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2023-cü il təvəllüdlü X13 adlı övladları dünyaya gəlmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5648/2023 saylı Qətnaməsi ilə onunla Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və Ucar rayon Qeydiyyat Şöbəsində 290 № ilə qeydə alınmış nikah pozulmuş və tərəflərin birgə nikahlarından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X9 anaları Mustafayeva Güləsər (İddiaçı) Əkbər qızının yanında qalmaları müəyyən edilmişdir. O və hər iki övladı Rusiya Federasiyasının vətəndaşıdır. Rusiya Federasiyasının vətəndaşı olaraq Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında yaşayır. Uzun müddətdir ki, cavabdehlə ayrı yaşayırlar və birgə nikahdan dünyaya gəlmiş övladları onun himayəsindədir. Hazırda 3-cü övladına hamilədir. Elçin isə uşaqların saxlanılmasında və onların maddi və mənəvi ehtiyacının qarşılanmasında iştrak etmir. Bu səbəbdəndə məhkəməyə müraciət edir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı hamilədir. Hamiləliklə əlaqədar olaraq hazırda valideynlərinin yanındadır. Hamilə olduğu üçün də, hazırda işsizdir. Cavabdeh uşaqların saxlanmasında iştirak etmir. Bundan başqa nəzərə alınmalıdır ki, 2024-cü il üçün yaşayış minimumu 235 manat olmuşdur. İddiaçının ona dediyinə görə cavabdehin ***-**** manat civarında gəliri olmuşdur. İddiaçıya Rusiyada hər hansı ödəniş edilmir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə ərizə şəklində yazılı izahatını təqdim etmişdir. Ərizəsində göstərir: iddiaçı ilə birgə nikahından iki övladı var. Hər iki övladına aliment ödəməyə hazırdır. Lakin iddiaçı hər uşağa 235 manat olmaqla, 470 manat sabit pul məbləğində alimentin, 100 manat pulun, cəmi 570 manat pul tələb edir. Onun aylıq əməkhaqqı 500 manat təşkil edir. Onun da, həmin alimenti daim ödəyə bilməsi üçün nəsə yeməlidir ki, alimentin ödəyə bilsin. Həmçinin şəkər xəstəsi anası və təqaüdçü atası da, onun himayəsindədir. Belə ağır şəraitdə həm ailəyə baxmaq, həm də, alimentin tələb olunan miqdarda ödəmək onun aldığı məvaciblə mümkünsüzdür. Ona görə də, alimentin qismən təmin edilməsini xahiş edir. Həmçinin yoldaşı və uşaqları Rusiyada yaşayır. Hazırda övladlarını görmək hüququndan məhrum olmuşdur. İddianın tam təmin edilməsi halında qətnamənin icrası gələcəkdə mümkünsüz olacaq. Ödəyə bilməyəcəyi təqdirdə azadlığı məhdudlaşacaq. Əlavə gəlir yeri yoxdur. Ancaq əmək haqqı alır. İcra haqqında qanunun 65.1-ci maddəsinə görə icra sənədi icra edilərkən borclunun əmək haqqında və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Özü printerlərin satışı ilə məşğuldur və aylıq əmək haqqı tutulmalardan sonra 500 manat təşkil edir. İddiaçıya 300 manat aliment ödəyə bilər. İddiaçı onun icazəsi olmadan uşaqları Rusiya Federasiyasına aparmışdır. Hazırda uşaqlarını görə bilmirəm. İddiaçı hazırda üçüncü uşağa hamilədir, Rusiya Federasiyasında birinci uşağa görə 5000 manat birdəfəlik ödəniş almış, ikinci uşağa görə isə 10000 manat birdəfəlik ödəniş almışdır. İddiaçıya eyni zamanda Rusiya Federasiyasında hər ay hər uşağa görə 300 manat ödəniş də olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5648/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Mustafayeva Güləsər (İddiaçı) Əkbər qızı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və Ucar rayon Qeydiyyat Şöbəsində 290 № ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X9 anaları Mustafayeva Güləsər (İddiaçı) Əkbər qızının yanında qalmaları müəyyən edilmişdir.

7. Həmin qətnamənin təsviri hissəsində göstərilir: Novqorod vilayəti Pestovo bələdiyyə rayonu Administrasiyasının VVAQ şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində verilən İ-ДЛ seriyalı, 750434 saylı doğum haqında şəhadətnamənin tərcümə və təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2023-cü il tarixində Rusiya Federasiyası, Novqorod vilayəti, Pestovo rayonu, Pestovo şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X2r.

8. Novqorod vilayəti Pestovski bələdiyyə rayonu Administrasiyasının VVAQ şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixində verilən İ-ДЛ seriyalı, 721246 saylı doğum haqında şəhadətnamənin tərcümə və təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2019-cu il tarixində Rusiya Federasiyası, Novqorod vilayəti, Boroviçi rayonu, Boroviçi şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X2r.

9. “Azemis” Elektron Məhkəmə sistemindən olan çıxarışdan görünür ki, cavabdeh X11 560 manat əmək haqqı almaqla özünə xidmət mağazasında işləyir.

10. "xxxx" QSC-nin 28 May filialından təqdim edilən çıxarışdan görünür ki, X7 504 manat əmək haqqı köçürülür.

11. Ucar Rayon Mərkəzi Xəstəxanasından olan xx.xx.2017-ci il tarixli, 862 saylı arayışdan görünür ki, X6 xx.xx.2017-ci il tarixindən xəstəxananın poliklinikasınının endokrinoloji kabinetində “şəkərli diabet ağır forma 2 tip” diaqnozu ilə dispanser qeydiyyatdadır.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən veriləln xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X4 yaşa görə 327,22 manat məbləğində pensiya alır.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-489/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Mustafayeva Güləsər (İddiaçı) Əkbər qızı ilə Cavabdeh arasında alimentin tutulması ilə bağlı olan mübahisə həll edilənədək xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X9 saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440(dörd yüz qırx) manat sabit pul məbləğində müvəqqəti aliment tutularaq Mustafayeva Güləsər (İddiaçı) Əkbər qızına verilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5648/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Mustafayeva Güləsər (İddiaçı) Əkbər qızı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və Ucar rayon Qeydiyyat Şöbəsində 290 № ilə qeydə alınmış nikah pozulmuş, uşaqlar isə analarının yanında saxlanılmışlar.

15. Hazırda iddiaçı cavabdehdən iddia ərizəsi ilə müraciət edərkən, hər uşaq üçün hər ay 220 manat, daha sonra hər ay hər uşaq üçün 235 manat olmaqla, 470 manat sabit pul məbləğində aliment və xx.xx.2023-cü il təvəllüdlü X10 3 yaşına qədər ona qulluq etməsi üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş edir.

16. Cavabdeh isə iddiaya etirazında uşaq üçün tələb edilən aliment məbləği ilə qismən razı olduğunu bildirmiş, uşaqların saxlanılması üçün cəmi 300 manat aliment ödəyə biləcəyini bildirmişdir. Etirazını isə bunun üçün vəsaitə malik olmaması ilə , anası və atasının himayəsində olması ilə əlaqələndirmişdir.

17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-489/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2023-cü il tarixdən hesablanmaqla, iddiaçı Mustafayeva Güləsər (İddiaçı) Əkbər qızı ilə Cavabdeh arasında alimentin tutulması ilə bağlı olan mübahisə həll edilənədək xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X9 saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440(dörd yüz qırx) manat sabit pul məbləğində müvəqqəti aliment tutularaq Mustafayeva Güləsər (İddiaçı) Əkbər qızına verilməsi qərara alınmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

19. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

20. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

21. 76.1.1-ci maddəsində qeyd edilmişdir ki, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.

22. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

23. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

24. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

25. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

26. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

27. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

28. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

29. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynin borcu olduğundan, cavabdeh valideyn olaraq faktiki olaraq uşaqların saxlanılmasında iştirak etmədiyindən, birgə münasibətlərindən doğulmuş uşaqlar hal-hazırda iddiaçının, yəni ananın himayəsində olduqlarından, iddiaçı cavabdehdən aliment tələb etməkdə haqlıdır.

30. Lakin məhkəmə həmin hissədə iddianı qismən əsaslı hesab edir. Belə ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olması nəzərə alındıqda, iddia ərizəsi məhkəməyə daxil olduğu vaxt(xx.xx.2023-ci il) uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu 220 manat təşkil etmiş, 235 manat isə növbəti ildən müəyyən edilmişdir.

31. Odur ki, məhkəmə valideynlərin uşağını saxlamağa borclu olduğunu, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu haqqında tələbləri, uşaqların mənafelərinin üstünlüyünü, uşağın əvvəlki təminatının səviyyəsinin maksimal saxlanılmalı olmasını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək hər ay, hər uşaq üçün 220 manat, xx.xx.2024-cü il tarixdən isə hər ay, hər uşaq üçün 235 manat alimentin tutulması işin hallarına, tərəflərin və uşaqların mənafeyinə uyğundur.

32. Cavabdehin bu hissədə etirazına münasibətdə isə məhkəmə qeyd edir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

33. İddia tələbinin uşaq 3 yaşına çatanadək keçmiş arvad üçün ödənilməli olan aliment məbləğinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir:

34. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

35. 85.2 və 85.1.1-ci maddələrinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir;

36. 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

37. Məhkəmə əvvəla qeyd edir ki, uşaq 3 yaşına çatanadək arvada ödənilməli olan aliment öhdəliyinin bir sıra xüsusiyyətləri vardır. Birincisi ər zəruri vəsaitə malik olmalıdır, ikincisi ərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır, üçüncüsü tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmalıdır.

38. Odur ki, Ailə Məcəlləsi aralarında nikah pozulmuş keçmiş arvada ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququ versə də, bu hüququn reallaşmasını hüquqi nəticə etibarı ilə keçmiş ərin maddi imkanından, ödəniş qabiliyyətindən, başqa sözlə gəlirlərindən asılı etmişdir. Belə ki, yuxarıda qeyd olunan maddədənin məzmunundan da göründüyü kimi, bu aliment istisnasız və qeyri şərtsiz olaraq yalnız buna zəruri vəsaitə malik olan keçmiş ərdən tələb edilə bilər. Bu baxımdan iddiaçı cavabdehin bu alimenti ödəmək üçün zəruri vəsaitə malik olmasını sübut etməli idi. Lakin işin halları ilə müəyyən edilir ki, cavabdehin əmək haqqı ondan keçmiş arvadın xeyrinə aliment tutulmasına imkan vermir. İddiaçı tərəf isə bunun əksini məhkəmədə sübut edə bilməmişdir.

39. Ailə Məcəlləsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.

40. Bu səbəbdən də məhkəmə hesab edir ki, aliment məbləği xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin aliment məbləği hesablanarkən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-489/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmalıdır.

41. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

42. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsum ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

44. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

45. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

46. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;

47. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

48. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

49. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Nəticə:

50. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü ildən başlayaraq 2024-cü ilin yanvarın 1-dək hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat 2024-cü ilin yanvarın 1-dən isə hər ay, hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X15 (İddiaçı) qızına ödənilməli, iddia qalan hissədə təmin edilməməli, aliment tutularkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-489/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmalıdır.

51. Həmçinin, iddiaçının mediasiyada ödədiyi məbləğ nəzərə alınmaqla, dövlət rüsumunun çatışmayan hissəsində 26,4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü ildən başlayaraq 2024-cü ilin yanvarın 1-dək hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440(dörd yüz qırx) manat, 2024-cü ilin yanvarın 1-dən isə hər ay, hər uşaq üçün 235 manat olmaqla, cəmi 470(dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X15 (İddiaçı) qızına ödənilsin. Aliment hesablanarkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)- 489/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə tutulan alimentin miqdarı nəzərə alınsın. İddia qalan hissədə təmin edilməsiin. Dövlət rüsumunun çatışmayan hissəsində 26,40 (iyirmi altı manat, qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar