Məhkəmə qərarları › İş №e-2(001)-1424/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1424/2023

21.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1424/2023 21.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, 195,02 manat məbləğində sığorta ödənişinin, 30 manat dövlət rüsumunun və 0.4 manat məbləğində xidmət haqqının, cəmi 225,42 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçı onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 191, 14 nömrəli mənzildən su axıdılması (sızma) nəticəsində "xxxx" ASC-də Əmlakın Yanğın və X7 sığortası üzrə sığortalanmış ünvan 1 ünvanında yerləşən mənzilə maddi zərər dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 195.02 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2020-ci il tarixli, ********** saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, ünvan 1 ünvanıda yerləşən mənzil "xxxx" ASC-də Əmlakın Yanğın və X7 sığortası üzrə sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Binəqədi rayonu 72 saylı MKİS-in xx.xx.2020-ci il tarixli aktdan müəyyən olunur ki, Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 191, 14 nömrəli mənzildən su axıdılması (sızma) nəticəsində ünvan 1 ünvanıda yerləşən mənzilə maddi zərər dəymişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, baş vermiş sığorta hadisəsi nəticəsində ünvan 1 ünvanıda yerləşən mənzilə dəymiş maddi ziyan 278.6 manat məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 198/20 saylı sığorta aktından müəyyən olunur ki, ASC tərəfindən 278.60 manat zərər məbləğinin sığorta şəhadətnaməsinə əsasən sığortalanmış hissəsi olan 70%, yəni 195.02 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində ünvan 3 ünvanıda yerləşən mənzilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən 195.02 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-S-22/1376 saylı Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən 195.02 manat məbləğində ödənilmiş sığorta ödənişinin 5 gün müddətində cavabdehdən tutularaq geri ödənilməsi tələb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş poçt xəbərnaməsinin surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, BS-S-22/1376 saylı geriyə tələb (subroqasiya) məktubu cavabdehin rəsmi qeydiyyat ünvanına çatdırılmışdır. Odur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş X3 iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş: “Əmlak Sığortası Şəhadətnaməsi”nin surətindən müəyyən edilir ki, X2 məxsus ünvan 1 "xxxx" ASC-də ümumi sığorta haqqı 573,30 manat olmaqla sığorta edilmişdir. 72 saylı MKİS-in mühəndisi N.Qarayev, sahə nəzarətçisi E.Qurbanlı və çilingər A.Mansurov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Azadlıq prospekti 191, mənzil 7 ünvanında yaşayan X1 ərizəsinə əsasən mənzilə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, Cavabdeh Aleksandr qızına məxsus 14 saylı mənzilin şaxtasında olan su borusunun zədələnməsi nəticəsində 7 saylı mənzilə su axıntısı olmuşdur. 198/20CM-157/20 nömrəli, xx.xx.2020-ci il tarixli “Sığorta aktı”nın surətindən görünür ki, X2 məxsus ünvan 1 üçün dəymiş zərər 278,60 manat təşkil etmiş və ********** saylı sığorta şəhadətnaməsində razılaşdırılmış dəymiş zərərin sığortalanmış hissəsinin 70%-i, yəni 195,02 manat X1 "xxxx" ASC-nin Azadlıq filialında olan hesabına köçürüləcəkdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 195,02 manat sığorta ödənişi köçürülmüşdür. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, X4 "xxxx" ASC-yə olan sığorta ödənişini etməməsi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, “Subroqasiya hüququ Mülki Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, “Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçı subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.” Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət (nəqliyyat vasitələrindən, mexanizmlərdən və ya istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusunu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 195,02 (bir yüz doxsan beş manat, sıfır iki qəpik) manat məbləğində sığorta ödənişinin, 30 (otuz manat) dövlət rüsumunun və 0,4 (qırx qəpik) məbləğində xidmət haqqının, cəmi 225,42 (iki yüz iyirmi beş manat, 42 qəpik) məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 195,02 (bir yüz doxsan beş manat, iki qəpik) manat məbləğində sığorta ödənişinin, 30 (otuz) manat dövlət rüsumunun və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqının, cəmi 225,42 (iki yüz iyirmi beş manat, 42 qəpik) məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar