Məhkəmə qərarları › İş №e-2(001)-1451/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1451/2022

01.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1451/2022 01.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri, Binəqədi RİH Qəyyumluq və Himayəçilik Komissiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair kiçik mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşağa görə sabit pul məbləğində 250 manat olmaqla, cəmi 750 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. 26.01.2021-ci il tarixində iddiaçının nümayəndəsi, vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu ildə Ağdam rayon Çəmənli ərazi nümayəndəliyində 06 nömrəsi ilə rəsmiləşən nikahın pozulması, həmin nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 İddiaçı yanında qalması, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X5, Cavabdeh alınaraq İddiaçı verilməsi, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün, azyaşlıların yetkinlik yaşına çatana qədər hər ay hər bir uşağa sabit pul məbləği 250 manat olmaqla, cəmi 750 manat məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1451/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması və bununla bağlı növbəti prosessual hərəkətlərin edilməsi qərara alınmışdır.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh azyaşlı 3108.2008-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X10 oxuduqları məktəbə getməkdən yayındırmış, özü ilə birlikdə Ağdam rayonuna aparmış, orada uşaqları çobanlıq fəaliyyəti ilə məşğul olmağa məcbur etmiş, habelə azyaşlı uşaqların analarının yanına qaytarılmaması ilə bağlı hədə-qorxu gəlmişdir. Hazırda isə cavabehin uşaqlarına laqeyd baxması səbəbindən iki uşaq zəhərlənmiş, vəziyyətləri ağır olduğu üçün xəstəxana onu qəbul etməmişdir. Hesab edir ki, belə olan vəziyyətdə onların ər-arvad kimi yaşamaları və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. Cavabdeh kifayət qədər uşaqlarının qeydinə qalmır, onların normal inkişafı ilə bağlı iddiaçı məşğul olur. Buna görə də, azyaşlı uşaqların analarının himayəsində qalması onların gələcəyi, sağlamlığı və inkişafı üçün daha vacibdir. Cavabdeh azyaşlı oğlanlarını hədə-qorxu ilə anadan alıb, Ağdam rayonuna aparmışdır. Ailə münasibətlərinin pozulmasının səbəblərindən biri də, cavabdehin narkotik vasitələrinin aludəçisi olması, müxtəlif vaxtlarda müalicə alsa da, nəticəsinin olmamasıdır. Uşaqların mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh azyaşlı övladlarının saxlanması xərclərini ödəməlidir. Ölkə üzrə müəyyən edilən yaşayış minimumu, minimal aylı əmək haqqının miqdarı, eləcə də, cavabdehin kifayət qədər yaxşı olan maddi vəziyyətini nəzərə alaraq, cavabehdən öz yetkinlik yaşına çatmayan üç uşağının saxlanması üçün hər ay hər bir uşaq üçün aylıq 250 manat sabit pul məbləği, ümumilikdə 750 manat məbləğində alimentin tutulması əsaslı və qanuni tələbdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.

6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatlarında bildirmişdir ki, cavabdeh iddiaçını döymüşdür. Bu barədə iddiaçı vaxtında polisə müraciət etmiş, həmçinin döyülməsi barədə ekspertizadan müvafiq rəy alınmışdır. Tərəflər faktiki olaraq ayrı yaşayır. Cavabdeh 2 oğlunu Hikmət və Nicatı təhsildən yayındırmış, özü ilə yaşamağa Ağdam rayonuna aparmış və orada onlara hal-hazırda çobanlıq etdirir. Halbuki uşaqlar Binəqədi rayonunda orta məktəbdə təhsil almışlar. Tərəflərin qızı Mələk isə anasının yanındadır. Uşaqlar 2022-ci ilin yanvar ayında zəhərlənmişlər və müalicə almışlar. Yəni onların atalarının yanında saxlanma şəraiti pisdir. Eyni zamanda uşaqlar atalarından qorxduqlarından fikirlərini sərbəst bildirə bilmirlər.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq, atasının vəziyyətinin ağır olması səbəbindən məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

8. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatlarında bildirmişdir ki, oğulları Hikmət və Nicat onunla yaşamaq istədiklərindən onları özü ilə Ağdama aparmışdır. Orada heyvandarlıqla məşğul olur. Həyat yoldaşını heç vaxt döyməmişdir. Döyülmə ilə bağlı verilən ekspertiza rəyləri saxtadır. O, uşaqlarının üçünündə yanında Ağdamda yaşamalarını istəyir. Nikahın pozulmasına razıdır. Uşaqlar yanında saxlandığı təqdirdə iddiaçıdan aliment istəyir. İddiaçı onun narkotikdən istifadə etdiyini iddia edir. Halbuki o, narkotikdən istifadə etmir. Bu barədə məhkəmə tərəfindən yoxlanmağını istəyir. Sonuncu məhkəmə iclasında isə bildirmişdir ki, hazırda Binəqədi rayonunda yaşayır və oğulları onun yanındadırlar. Onlar burada məktəbə gedirlər. Qızı isə anasının yanındadır. Nikahın pozulmasına razı deyil.

9. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Əvvəlki məhkəmə iclasında fikri dinlənilən X11 ifadəsində bildirmişdir ki, atasının yanında Ağdam rayonunda yaşamaq istəyir. Atası onlara çobanlıq etdirmir.

11. Əvvəlki məhkəmə iclasında fikri dinlənilən X13 ifadəsində bildirmişdir ki, atasının yanında Ağdam rayonunda yaşamaq istəyir. Atası onlara çobanlıq etdirmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

12. AZ-T seriyalı, № 020599 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 fevral 2009-cu il tarixində 06 № ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra arvada “Quliyeva” soyadı verilmişdir.

13. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən verilən AZ-T seriyalı, 098397 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2015-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

14. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 740760 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

15. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 753261 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyi tərəfindən verilən 1139 saylı aktdan görünür ki, vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi keçirilmiş, müayinə olunannın deməsinə görə xx.xx.2015-ci il tarixdə saat 13-14 radələrində Ağdam rayonu, Çəmənli kəndində rəsmi həyat yoldaşı Zurab onu qayışla vurmuşdur. Hal-hazırda şikayəti yoxdur. Tibbi yardım üçün tibb müəssisəsinə müraciət etməmişdir. Verilmiş rəydən görünür ki, 1987-ci il təvəllüdlü İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı bədənində müəyyən edilmiş xəsarətlər- başın sağ alın nahiyyəsində, sağ üz nahiyəsində, sağ bel və kürək nahiyyəsinin qançırları, sağ diz qapağının, sağ dirsək çıxıntısı nahiyyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Törənmə müddəti müayinədən 4-5 gün əvvəl yəni zərərçəkənin göstərdiyi xx.xx.2015-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir.

17. 100 №-li məktəbin direktoru tərəfindən verilən arayışdan görünür ki, X13 100 №-li məktəbdə 2021-ci ildə 6-cı sinifin İ yarısında oxuyub. Oxuduğu müddətdə özünü normal aparıb. Amma zəif oxumuşdur.

18. 100 №-li məktəbin direktoru tərəfindən verilən arayışdan görünür ki, X11 100 №-li məktəbdə 2021-ci ildə 7-ci sinifin İ yarısında oxuyub. Oxuduğu müddətdə özünü normal aparıb. Amma zəif oxumuşdur.

19. Bakı şəhəri üzrə Təhsil İdarəsi N.Fərəczadə adına 100 №-li tam orta məktəbin direktoru tərəfindən Vəkillər Kollegiyası “Arbitrium” vəkil bürosunun vəkili Vəkil yazılan cavab məktubundan görünür ki, X11 və X13 2021-ci ilin yanvar ayından məktəbə gəlməmişlər. Sinif rəhbərləri şagirdlərin ailəsi ilə əlaqə saxlamaq istəsələr də, mümkün olmamışdır. Çünki əlaqə tamamilə kəsilmişdir. Onların ana nənələri Həbibova Qönçə ilə əlaqə saxlamışlar. Həbibova Qönçə bildirmişdir ki, ataları Cavabdeh onları Ağdam rayonuna aparıb, uşaqları təhsildən yayındırıb, evdə saxlayıb. Məktəb rəhbərliyi olaraq məcburiyyət qarşısında polisə müraciət etmişlər. Daha sonra uşaqları sinifdə saxlamaqla, təhsildən yayınmış kimi məktəbdən xaric etmişlər.

20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2022-ci il tarixli, 11/132 saylı rəyindən görünür ki, X11 və X13 psixoloji müayinəyə təqdim olunmadığından onlar barəsində ekspert qarşısında qoyulmuş suallara cavab verilməmişdir. xx.xx.2015-ci il təvəllüdlü X7 hazırda anası İddiaçı və atası Cavabdeh bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla anasına bağlılığı daha çoxdur. İddiaçı fərdipsixoloji xüsusiyyətlərində azyaşlı uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. xx.xx.2015-ci il təvəllüdlü X7 normal psixi inkişafı baxımında hər iki valideyni ilə görüşlərinin və ünsiyyətinin təmin olunması psixoloji cəhətdən məqsədə müvafiqdir.

21. Rəyin tədqiqat hissəsində göstərilir: Müayinə olunan xx.xx.2015-ci il tevellüdlü X15 məhkəmə-psixoloji ekspertizası zamanı ekspertle rahat şəkildə ünsiyyətə girir, keçirilən testlərə maraq gösterir. X18 məhkəmə-psixoloji ekspertizası zamanı bildirir ki, "...mən 16 yanvar 2015-ci ildə Bakı şəhərində anadan olmuşam. İndi də Binəqədidə mən, anam, nənəm və dayım birlikdə yaşayırıq. Məktəbə gedirem, 1-ci sinifdə oxuyuram. Yaxşı oxuyuram, böyüyəndə həkim olmaq isteyirəm. İki qardaşım var – Hikmət, bir də Nicat. Qardaşlarımla atam da əvvəl birlikdə yaşayırdıq. Sonra bilmirəm nəyəsə görə atamla anam dalaşdılar. Atam qardaşlarımı da özü ilə Ağdama apardı. İndi onlar Ağdam rayonunda, atamın yanında yaşayırlar. Arada atam gətirir, qardaşlarımla da görüşürəm. İstəyirəm ki, atamla anam barışsınlar, hamımız birlikde yaşayaq. Əgər barışmasalar anamın yanında qalmaq istəyirəm. Anamla qalmaq mənə rahatdı" (psixoloji söhbətmüsahibə - xx.xx.2022-ci il).

22. Aparılan metodikaların nəticələri göstərir ki, müayinə olunan Mələk Quliyeva toplama, Çıxma emellerini yerine yetirə bilir. Yazıb oxumağı bacarır. Rəngləri ayırd edir. Mələk Quliyeva psixi cəhətdən normal inkişaf etmişdir. Onun əqli (intellektual) inkişafı əhatə olunduğu sosial mikromühitə uyğundur. Mələk Quliyevanın əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur (Raven testi). Mələk Quliyevanın sensor-perseptiv (duyğu və qavrayış) proseslərinin inkişafı normal səviyyədədir (Sujetli şəkillər). Eksperimental müayinə nəticələrinin təhlili göstərir ki, Mələk Quliyevanın nitqi aydın olmaqla, kifayət qədər lüğət ehtiyatına malikdir və öz fikirlərini başqalarına çatdıra bilir. Mələk Quliyevanın hafizəsi, ilk növbədə ixtiyarı yaddasaxlaması normaldır (Obraza görə hafize, On söz). X12 idrak proseslərində normadan kənaraçıxma halları müəyyən olunmur (Şəkillərin fərqi, Nə çatmır). O, davranışında, başqaları ilə ünsiyyətində verbal formalardan istifadə etməyi bacarır.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 11/307 saylı rəyindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 hazırda ataları Cavabdeh və İddiaçı bağlılıqları (qarşılıqlı əlaqə zamanıı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, atalarına bağlılıqları daha çoxdur. X4 fərdi-psixoloji xüsusiyyətlərində uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur.

24. Rəyin tədqiqat hissəsində göstərilir: Cavabdeh fərdi-psixoloji xüsusiyyətlərinə (psixoloji söhbət-müsahibə - xx.xx.2022-ci il). ekstraverte (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) daha yaxındır. Onun fərdi psixoloji xüsusiyyətlərində aqressivlik əlamətləri üzə çıxmır (Hand testi). Müayinə olunan Cavabdeh fərdi-psixoloji xüsusiyyətlərində uşaqlarının emosional-iradə sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur.

25. Müayinə olunan X11 məhkəmə-psixoloji ekspertizası zamanı təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Ekspertlə asanlıqla ünsiyyətə girir, suallara sıxılmadan, açıq şəkildə, tam cavablar verir. O, məhkəmə-psixoloji ekspertizası zamanı göstərir ki, "...mən 31 avqust 2008-ci ildə Bakı şəhərində anadan olmuşam. 100 nömrəli məktəbdə oxuyuram, 9-cu sinifə keçirəm. Anamın adı Ayseldi. Əvvəl hamımız birlikdə yaşayırdıq. Sonra babam xəstələndiyi üçün atam bizi Ağdama gətirdi ki, orada yaşayaq. Atam da bizimlə gəlmişdi. Ancaq dayımla nənəm (ana nənəsini nəzərdə tutur - N.A.) anamı öyrədirdilər ki, Bakıya qayıtsın. Atamdan ayrılsın. Anam da qardaşının sözü ilə bacım Mələyi də götürüb, Bakıya gəldi. Mənimlə qardaşım Nicat atamın yanında qaldıq. İndi biz də atamla birlikdə Bakıya gəlmişik, atamla yaşayırıq. Anamla, bacım Mələklə də görüşürəm. İstəyirəm ki, anam yanımıza qayıtsın. Hamımız birlikdə yaşayaq. Anam yanımıza gəlməsə atamla öz evimizdə qalmaq istəyirəm" (psixoloji söhbət-müsahibə. xx.xx.2022-ci il).

26. Aparılan metodikaların nəticələri göstərir ki, müayinə olunan Hikmet Quluzade psixi cəhətdən normal inkişaf etmişdir. Onun əqli (intellektual) inkişafı əhatə olunduğu sosial mikromühitə uyğundur. Hikmət Quluzadənin əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur (Raven testi). Hikmət Quluzadənin sensor-perseptiv (duyğu və qavrayış) proseslərinin inkişafı normal səviyyədədir. (anlayışların müqayisəsi tesnifatı, esas elametlerin müəyyən edilməsi). Eksperimental müayinə nəticələrinin təhlili göstərir ki, Hikmet Quluzadənin nitqi aydın olmaqla, öz fikirlərini başqalarına çatdıra bilir. Hikmət Quluzadənin hafizəsi, ilk növbədə ixtiyarı yadda saxlaması normaldır. (Obraza göre hafizə, ön söz). Hikmət Quluzadənin idrak proseslərində normadan kənara çıxma halları müəyyən olunmur (Nə çatmır, Dördüncü artıqdır). O, davranışında, başqaları ilə ünsiyyətində verbal ve qeyri-verbal formalardan istifadə etməyi bacarır.

27. Müayinə olunan X13 məhkəmə-psixoloji ekspertizası zamanı ekspertlə rahat şəkildə ünsiyyətə daxil olur, verilən sualları cavablandırıb bildirir ki, "...men 07 sentyabr 2009-cu ildə Bakıda anadan olmuşam. Bir qardaşım, bir bacım var. Qardaşım Hikmət, mən və atam birlikdə yaşayırıq. Bacım Mələklə anam Aysel də əvvəllər bizimlə yaşayırdı. Sonra anam dayımın sözü ilə bizi atıb getdi. Bacımı da özü ilə apardı. Mənimlə qardaşım isə atamın yanında qaldıq. İndi bizə atam baxır. Özümüz də böyük uşaqlarıq. Özümüzə qulluq edə bilirik. Anamın atamla barışmasını istəyirəm. Anam bacımla birlikdə qayıtsın. Qayıtmasa atamın yanında qalmaq istəyirəm. Öz evmizdə atamla qardaşımın yanında yaşamaq mənə rahatdı" (psixoloji söhbət-müsahibə - xx.xx.2022-ci il).

28. Metodikaların nəticələri göstərir ki, müayinə olunan Nicat Quluzadə psixi cəhətdən normal inkişaf etmişdir. Onun əqli intellektual inkişafı əhatə olunduğu sosial mikromühitə uyğundur. Nicat Quluzadənin əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur (Raver testi) Nicat Quluzadənin sensorperseptiv (duyğu və qavrayış) proseslərinin inkişafı normal səviyyədədir. Uşaqlar - Hikmət Quluzadə və Nicat Quluzadə "Rene Jil" metodikasını yerinə yetirərkən bütün şəkillərdə birinci ataları Cavabdeh, sonra isə anaları İddiaçı özlərinə yaxın yerlərdə əyləşdirirlər. Uşaqlar - Hikmət Quluzadə ve Nicat Quluzadə "Bizim ailə şəkil" metodikasını, həmçinin "Ailə sosioqramı"nı yerinə yetirərkən onların hazırda ataları Cavabdeh və anaları İddiaçı bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, atalarına bağlılıqları daha çoxdur. (Rene Jil, Bizim ailə şəkil metodikası, Ailə sosioqramı).

29. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəm Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 3556 saylı ekspert rəyindən görünür ki, Cavabdeh hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cavabdeh hazırki psixoloji və sağlamlıq durumu onun uşaqla mütəmadi ünsiyyətdə olmasına, uşaqlara qəyyumluq və ya himayəçilik etmək iqtidarında olması nəticəsinə gəlinmişdir. Cavabdeh hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməməsi müəyyən edilir, buna görə də yoxlanılan şəxsin psixi vəziyyəti uşaqlarının həyat və sağlamlığı üçün təhlükə əhəmiyyəti kəsb etmir. Qeyd edilməlidir ki, Cavabdeh narkomaniya və hər hansı yoluxucu xəstəlikdən əziyyət çəkməsi barəsində qoyulmuş sual ekspert-psixiatrın səlahiyyətinə aid deyildir.

30. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2022-ci il tarixli rəyində qeyd olunmuşdur ki, komissiya qeyd olunanları və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52,58,60-cı maddələrini nəzərə alaraq uşaqların mənafeyinin üstünlüyü baxımından xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X6 Cavabdeh, xx.xx.2015-ci il təvəllüdlü X7 isə İddiaçı himayəsində qalması məqsədəmüvafiqdir.

31. Rəydə qeyd edilmişdir ki, tərəflərin birgə nikahından olan övladları xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2009-cu il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X14 ilə təklikdə söhbət aparılmışdır.

32. Hikmət suallara cavab olaraq bildirdi ki, hər iki valideyni onları böyüdüb, heç birindən narazılığı olmamış, lakin uşaq vaxtından atasına daha çox bağlıdır. Son iki il ərzində valideynlərinin münasibətləri kəskinləşdikdən sonra atasına qarşı haqsızlıq edilməsi ona pis təsir etmişdir. Atası anasını zorla qaçırmamış, anası atası ilə birgə evə gələndə danışıb-gülürdü. Buna baxmayaraq atasını polisə şikayət etmişlər, tutdurmaq istəmişlər, o da polisdə olmuşdur. Bu hadisələrin şahidi olduğu üçün anadan soyumuşlar. Polisə şikayət söhbətindən əvvəl də atasına bağlı olduğu üçün anası evdən gedəndə onunla Atası onlara yaxşı baxır, heç bir narahatlığı yoxdur, məktəbə də sentyabr ayından gedəcək, 9-cu sinifə keçir, atasının himayəsində yaşamaq istəyir, anası ilə görüşür. Bacısını çox istəyir, onunla görüşür, bacısı qız olduğu üçün anası ilə qalmasına narazılığı yoxdur, anasını seçərsə buna hörmətlə yanaşar. Nicat suallara cavab olaraq bildirdi ki, 13 yaşı var, 6-cı sinifə keçir. Əvvəllər atası işdə olurdu, anası onlara baxırdı. Anası isidilmiş bıçaqla onun qoluna xəsarət yetirmiş. sonra yanıq yaraya yod vurmuş və sarımışdır. Bundan sonra yara daha da onu incitmiş və izi hələ də qalmışdır (qolunda izi göstərdi). Həmişə atasını daha çox istəmişdir. Atasının xasiyyəti daha yumşaqdır, sözlə başa salır.Anası bacısı ilə gedəndə onlar Ağdam rayonunda olmuşlar, o və qardaşı anası ilə getmək istəməmişlər. Ana ilə yaşaması barədə qərar verilsə də, yenə atası ilə yaşayacaqdır. Qardaşını, bacısını da çox istəyir, bacısının da onlarla yaşamasını istəyir. Anası ilə görüşür. Mələk suallara cavab olaraq bildirdi ki, 7 yaşı var, 100 nömərli məktəbdə oxuyur, 2-ci sinifə keçir, yaxşı oxuyur, böyüyəndə müəllimə olacaq. Ailəsi anası, atası, qardaşları va özündən ibarətdir. On birinci anasını, sonra atasını çox istəyir. Əslində hər ikisi ilə qalmaq istəyir. Amma bu mümkün deyildir. Seçim etməkdə çətinlik çəkir, çünki bir valideyninin yanında qalanda o birisi üçün darıxır. Həmçinin qardaşları üçün darıxır, əvvəlki evləri daha rahatdır qalmağa. Mələk həmçinin suallara cavab olaraq hazırda anası ilə onun qohumları ilə birlikdə yaşadığını, anasının yanında yatdığını, anası və onun ailə üzvlərindən heç bir narazılığının olmadığını bildirdi.

33. Uşaqlarla aparılan söhbət zamanı aparılan müşahidələrlə onların fikirlərini sərbəst şəkildə bildirmələri, hər-hansı psixoloji təzyiq altında olmamaları müəyyən edildi.

34. 25.10.2022-ci il tarixli həyat şəraitinin müayinə aktından görünür ki, Cavabdeh Rəsul oğlunun yaşayış yeri-ünvan 1 ünvanına baxış keçirilmiş, Cavabdeh Rəsul oğlunun ailə və mənzil-məişət şəraiti övladlarını öz himayəsində saxlaması üçün qənaətbəxş olduğu müəyyən edilmişdir. Baxış zamanı evin mülkiyyət hüququnu təsdiq edən sənəd tələb edildikdə, Cavabdeh Rəsul oğlu evin özünə məxsus olduğunu, lakin hüquqmüəyyənedici sənədinin olmadığını bildirmiş, lakin öz adına tərtib edilmiş kommunal ödəniş qəbzini təqdim etmişdir.

35. xx.xx.2022-ci il tarixli həyat şəraitinin müayinə aktından görünür ki, İddiaçı yaşayış yeri-ünvan 2 ünvanına baxış keçirilmişdir. İddiaçı ailə və mənzil-məişət şəraiti övladlarını öz himayəsində saxlaması üçün əlverişli olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

36. Cavabdeh ilə X9 arasında nikah bağlanmış, nikah bağlanandan sonra arvada “Quliyeva” soyadı verilmişdir.

37. Tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2009-cu il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X14 adlı uşaqlar doğulmuşdur.

38. Uşaqlardan ikisi xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X13 hazırda cavabdehin-atalarının himayəsindədirlər və Bakı şəhəri Binəqədi rayonunda yaşayırlar. xx.xx.2015-ci il təvəllüdlü X14 isə iddiaçı-anasının himayəsindədir. Hazırda anası və onun ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonunda yaşayır.

39. İddiaçı ilk olaraq sadəcə alimentin təyin edilməsi barədə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, daha sonradan iddia tələbinin həcmini artırmaqla, aralarında olan nikahın pozulması və uşaqların-xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 atadan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. Belə ki, məhkəmə araşdırması dövründə müəyyən edilmişdir ki, uşaqlar iddia ərizəsi ilə məhkəməyə ilk dəfə müraciət edildiyi zaman analarının himayəsində olsalar da, daha sonradan tərəflər arasında şəxsi münasibətlər zəminində yaranmış gərginliklərə görə uşaqlardan ikisi-xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2009-cu il təvəllüdlü X13 atalarının yanında Ağdam rayonunda, xx.xx.2015-ci il təvəllüdlü X14 isə anasının yanında Binəqədi rayonunda qalmalı olmuşdur.

41. Hazırda Cavabdeh ünvan 1 ünvanında oğulları ilə, İddiaçı isə ünvan 2 ünvanında öz ailəsi və qızı ilə birlikdə yaşayır.

42. Tərəflər arasında uşaqların yaşayış yeri ilə bağlı mübahisə olduğundan məhkəmə mübahisənin həlli üçün mülki iş materialları uşaqların hansı valideynin himayəsinə verilməsinin müəyyən edilməsi məqsədilə rəy alınması üçün Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasına göndərilmişdir.

43. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2022-ci il tarixli rəyi ilə, komissiya qeyd olunanları və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52,58,60-cı maddələrini nəzərə alaraq uşaqların mənafeyinin üstünlüyü baxımından xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2009cu il təvəllüdlü X6 Cavabdeh, xx.xx.2015-ci il təvəllüdlü X7 isə İddiaçı himayəsində qalması məqsədəmüvafiq hesab etmişdir.

44. Komissiya iclasında uşaqlarla təklikdə söhbət aparılmış və müəyyən edilmişdir ki, xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X13 nikah pozulduqdan sonra atalarının yanında qalmaq istədiklərini bildirmişlər. xx.xx.2015-ci il təvəllüdlü X14 isə hansı valideynin yanında qalacaqsa digəri üçün, qardaşları üçün darıxacağını bildirmişdir.

45. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2022-ci il tarixli, 11/132 saylı rəyi ilə müəyyən edildi ki, xx.xx.2015-ci il təvəllüdlü X7 hazırda anasına bağlılığı daha çoxdur. İddiaçı isə fərdi-psixoloji xüsusiyyətlərində azyaşlı uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur.

46. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 11/307 saylı rəyi ilə müəyən edilmişdir ki, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 hazırda ataları Cavabdeh bağlılıqları daha çoxdur. X4 fərdi-psixoloji xüsusiyyətlərində uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur.

47. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəm Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 3556 saylı ekspert rəyi ilə müəyyən edildi ki, Cavabdeh hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cavabdeh hazırki psixoloji və sağlamlıq durumu onun uşaqla mütəmadi ünsiyyətdə olmaq, uşaqlara qəyyumluq və ya himayəçilik etmək iqtidarındadır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

48. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

49. 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

50. 20.1-ci maddəsinin tələbinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

51. 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

52. Beləliklə məhkəmə şərh olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, keçirilmiş ekspertizalar, təqdim edilmiş rəylərin tədqiqat hissəsində iddiaçı və cavabdehin vermiş olduqları izahatlarında ailənin bərpasına cəhd etmələri və ya bu nəticəyə nail olmalarına hər hansı inam müşahidə edilməmişdir. Həmçinin iddiaçı nikahın pozulmasında israrlı olduğundan, cavabdeh işin məhkəmə araşdırması dövründə ailənin bərpası üçün hər hansı cəhd etmədiyindən, ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür və bu səbəbdən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmalıdır.

53. Həmçinin məhkəmə cavabdehin sonuncu dəfə məhkəmə iclasında nikahın pozulmasına razı olmaması ilə bağlı mövqeyini, onun ailənin bərpası üçün cəhdi kimi qiymətləndirsə də, iddianın məhkəməyə verildiyi vaxtdan keçən 10 ay müddətində onları barışmadığı gerçəyini dəyişdirmir. Bu səbəbdən də iddiaçının israrı ailənin saxlanmasının qeyri-mümkünlüyü qənaətini formalaşdırmışdır.

54. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

55. 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir.

56. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

57. 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

58. 61.3-cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.

59. 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir.

60. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur.

61. Bundan əlavə göstərilən plenum qərarına əsasən nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanı işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur.

62. Yuxarıda sadalananlardan müəyyən edildiyi kimi məhkəmə nikah pozularkən uşaqların valideynlərindən kimin yanında qalmasını müəyyən edərkən uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşaqların yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması və.s halları nəzərə almalıdır.

63. Hazırki mübahisədə uşaqların fikirlərini (məhkəmə,komissiya və ekspertiza araşdırması zamanı bildirdikləri), yaşlarını (13, 14, 7), uşaqların üstün mənafelərini, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2022-ci il tarixli rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X6 Cavabdeh, xx.xx.2015-ci il təvəllüdlü X7 isə İddiaçı himayəsində qalması müəyyən edilməlidir.

64. Belə ki, xx.xx.2008-ci il təvəllüdlü X2 iclasında və məhkəmə iclasında vermiş olduğu izahatlarında nikah pozulandan sonra atasının yanında qalmaq istədiyini, anasının atasına olan rəftarına görə ondan soyuduğunu bildirmiş, bacısının balaca və qız olması səbəbindən anası ilə qalmaq istəməsini anlayışla qarşıladığını bildirmişdir.

65. xx.xx.2009-cu il təvəllüdlü X3 iclasında və məhkəmə iclasında vermiş olduğu izahatlarında nikah pozulandan sonra atasının yanında qalmaq istədiyini, hətta anasına veriləcəyi təqdirdə yenə də, atası ilə qalacağını bildirmişdir.

66. Göründüyü kimi atalarının yanında olan oğlan uşaqlarında analarına qarşı artıq soyuqluq formalaşmış, atalarına münasibətdə isə daha istiqanlıdırlar. Həmçinin öyrəşdikləri mühitdə, yaşadıqları şəraitdə xoşbəxt olmaqla, həmin mühitin dəyişdirilməsinə həvəsli deyillər.

67. xx.xx.2015-ci il təvəllüdlü X14 isə həm anasına hə atasına eyni dərəcədə münasibət bəsləyir. Hər iki valideyni ilə qala biləcəyini bildisə də, hazırki yaşadığı mühitdən və şəraitdən narazıçılığını ifadə etməmişdir.

68. Həmçinin məhkəmə keçirilmiş ekspertiza tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, uşaqların heç birində öyrədilmə halları yoxdur. Hər iki valideynin psixoloji və sağlamlıq durumu uşaqla mütəmadi ünsiyyətdə olmağa, onlara qəyyumluq və ya himayəçilik etmək iqtidarında etməyə imkan verir.

69. Bundan başqa tədqiq edilmiş sübutlar əsasında cavabdehin uşaqların səhhətinə, tərbiyəsinə və.s qanunla qorunan mənafelərinə mənfi təsir göstərən vərdişlərinin olması, uşaqların himayəsinə verilməsini istisna edən başqa hallar müəyyən edilməmişdir.

70. Bu səbəbdən də məhkəmə uşaqların mənafelərinin üstünlüyünü rəhbər tutaraq onların yaşayış yerini yuxarıda göstərilən qaydada müəyyən etmişdir.

71. Aliment məsələsini isə məhkəmə həll edərkən işin faktiki hallarını nəzərə alaraq o qənaətə gəlir ki, uşaqların saxlanılması üçün məhkəmə qaydasında aliment tutulması istisna edilməlidir.

72. Belə ki, iddiaçı uşaqların hər üçünün öz yanında saxlanılması təqdirdə cavabdehdən 750 manat məbləğində alimentin tutulmasını, cavabdeh isə əksini məhkəmədən xahiş etsə də, lakin məhkəmə 2 uşağın atasının, 1 uşağın isə anasının yanında qalmalı olmasını müəyyən etmişdir.

73. Bununla bağlı Ailə Məcəlləsinin 78.3-cü maddəsində qeyd edilmişdir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

74. Qeyd olunan normanın məzmunundan göründüyü kimi uşaqlardan hər biri ili uşaq qaldıqda bir valideyndən digərinin xeyrinə aliment tutulmasını hər bir halda deyil, yalnız valideynlərin maddi təminatından asılı olaraq müəyyən etmişdir.

75. Bu səbəbdən də məhkəmə iddiaçının yanında qalması müəyyən edilən uşağın saxlanılması üçün aliment tələb etmək hüququ ilə, cavabdehin himayəsində saxlanılan uşaqlara görə ödənilməli olan aliment vəzifəsi ilə əvəzləşdirilməlidir. Eyni zamanda cavabdehin himayəsində 2 uşağın saxlanılması müəyyən edilsə də, iddiaçının cavabdehdən çox təminatlı olması müəyyən edilmir.

76. Odur ki, məhkəmə hər iki valideynin yanında uşaqların saxlanılmasını müəyyən etdiyindən və hər valideynin də öz himayəsində olan və olmayan uşaqlarının maddi, mənəvi, fiziki, psixoloji, sosial və digər ehtiyaclarını qarşılamaq öhdəliyi olduğundan məhkəmə aliment məsələsini qətnamə ilə bu formada həll etmişdir. Tətbiq edilən prosessual normalar:

77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

78. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

79. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

80. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

81. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

82. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 06 fevral 2009-cı il tarixdə Ağdam rayon Çəmənli ərazi dairəsi nümayəndəliyində 06 № ilə qeydə alınmış nikah pozulmalı, tərəflərin birgə nikahından doğulan xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 ataları Cavabdeh, xx.xx.2015-ci il təvəllüdlü X7 anası İddiaçı yanında qalması müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

83. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 06 fevral 2009-cı il tarixdə Ağdam rayon Çəmənli ərazi dairəsi nümayəndəliyində 06 № ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahından doğulan xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 ataları Cavabdeh, xx.xx.2015-ci il təvəllüdlü X7 isə anası İddiaçı yanında qalması müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar