Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1534/2023 19.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “X13 Prado” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi məbləğinin və bu iddia ərizəsinin verilməsi ilə bağlı 70,40 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən idarə edilən “Renault Megane” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil “X13 Prado” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “X13 Prado” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5191.90 manat zərər dəyməsi müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, “X13 Prado” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5000 manat(beş min manat) sığorta ödənişini həyata keçirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması X11 Haqqında Qərarda öz əksini tapmışdır. xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyi üçün cavabdehə qarşı subroqasiya hüquqları yaranmışdır. İcbari Sığorta Haqqında Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə çatdırılması üçün məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə uyğun olaraq göndərildiyindən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AD seriyalı 907573 №-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Renault Megane” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 mülkiyyətindədir. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 10 mart 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X8 “Renault Megane” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmək hüququnu X2 etibar etmişdir. PAT********** nömrəli icbari sığorta haqqında şəhadətnamə məlumatlarından görünür ki, “Renault Megane” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icbari sığortalanmışdır. AC seriyalı 326212 №-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X13 Prado” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. 12 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Z.Bünyadov prospektində baş vermiş yolnəqliyyat hadisəsi “Renault Megane” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Teynur oğlunun ehtiyatsızlığından baş verdiyindən və hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 3-cü hissəsinin, eləcə də sürücülük vəsiqəsi olmadan idarə etdiyindən hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin, 1-ci bəndinin tələblərinə uyğunsuzluq olduğundan və X4 məxsus “X13 Prado” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurması səbəbindən toplanmış materialın sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tələbinə əsasən inzibati tədbiri görülməsində ötrü Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 12 aprel 2022-ci il tarixli arayışdan görünür ki, 18 mart 2022-ci il tarixdə saat 18:10 radələrində Cavabdeh etibarnamə və sürücülük vəsiqəsi olmadan Bakı şəhəri Nərimanov rayonu ərazisində X7 məxsus “Renault Megane” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərəkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “X13 Prado” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. 25 may 2022-ci il tarixli X11 haqqında elektron qərardan görünür ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2022-ci il tarixdə “Renault Megane” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və maddi zərər vurulmasına görə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi) barəsində cərimə tənbeh tədbiri tədbiq edilmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 13 may 2022-ci il tarixli Hesabatdan görünür ki, “X13 Prado” markalı, **-TU-*** dövlət qeydiyyat nəqliyyat vasitəsinə 5191,90 manat zərər dəydiyi müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin 13 may 2022-ci il tarixli, 103880 nömrəli sığorta aktından görünür ki, PAT********** №-li Sığorta şəhadətnaməsi ilə icbari sığortalanmış “Renault Megane” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobillə 8 mart 2022-ci ildə yol-nəqliyyat hadisəsinin törədildiyi, “X13 Prado” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5191 manat məbləğində zərərin vurulduğu və həmin məbləğin 5000 manatının X4 ödənilməli olduğu göstərilmişdir. 18 aprel 2022-ci il tarixli ödəniş tapşırığından və ödəniş tapşırığına əlavədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X4 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. 23 may 2022-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. 24 yanvar 2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 70 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödəmişdir. Beləliklə də, İddiaçı Sığorta Şirkəti ASC icbari sığorta ilə sığortalanmış Cavabdeh tərəfindən idarə olunan “Renault Megane” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 18 mart 2022-ci ildə törədilən yol-nəqliyyat hadisəsi zamanı vurduğu zərərlə əlaqədar iddiaçı tərəfindən 5000 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilir. Lakin, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyindən sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. . Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta ilə sığortalanmış və Cavabdeh tərəfindən idarə olunan ““Renault Megane” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı “X13 Prado” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə ödənilmiş cəmi 5000 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında Cavabdeh tutularaq, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində sığorta ödənişi və 70,40 (yetmiş manat 40 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı olmaqla - cəmi 5070,40 (beş min yetmiş manat 40 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-1534/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1534/2023
19.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver