Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1550/2025 03.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: cehiz əşyaların evdən çıxarılması) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyaların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının təhvil alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin cehiz qismində gətirdiyi müvafiq əşyaların (1 ədəd yataq dəsti, 1 ədəd masa, 6 stul, 1 ədəd qonaq dəsti (1 ədəd trümo, 1 ədəd qorka mebel, 1 ədəd televizor altlığı şkafı), 3 ədəd döşək, 4 ədəd yastıq, 2 ədəd yorğan, 2 ədəd xalça, 1 ədəd ətçəkən maşın, 1 ədəd qazan dəsti, 1 ədəd yataq dəsti, 1 ədəd hamam dəsti, 2 ədəd çərəz qabı (biri qapaqlı), 2 ədəd mətbəx əlcəyi, 2 ədəd çaynik, 1 ədəd dəm çayniki, 1 ədəd qaşıq dəsti, 6 ədəd nəlbəki (dəst), 4 ədəd qənd qabı, 12 ədəd nəlbəki (dəst) 1 ədəd süfrə, 1 ədəd fincan, 5 ədəd əl-üz dəsmalı, 1 paket əl-üz dəsmalı, 2 ədəd dəsmal, 1 ədəd hamam dəsmalı, 2 ədəd pastel, 1 ədəd bıçaq dəsti, 1 yemək dəsti (çay dəsti daxil olmaqla), 6 ədəd armudu stəkan (6 ədəd nəlbəki), 3 ədəd meyvə qabı (dəst), 1 ədəd qrafin, 1 dəst 7 ədədlik şüşə stəkan, 1 dəst 6 ədədlik şüşə stəkan, 3 ədəd meyvə qabı, 1 ədəd odeyal, 1 ədəd 2 nəfərlik çarpayı, 1 ədəd mikser, 6 ədəd armudu stəkan, 1 ədəd ütü, 1 ədəd çarpayı dəsti, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd kiçik masa, 1 ədəd uşaq yatağı və öz şəxsi əşyalarının (geyim, ayaqqabı və.s)) Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində yerləşən müvafiq fərdi yaşayış evindən təhvil alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 136 nömrəli qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu 9-cu mkr, C.Cabbarlı küçəsində yerləşən 500 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə fərdi yaşayış evinin tikilməsi üçün X1 mülkiyyətinə verilmişdir. Bakı şəhəri Binəqədi rayonunun Binəqədi bələdiyyəsinin **********2979 seriya nömrəli tədiyə bildirişindən məlum olur ki, müvafiq torpaq sahəsi üzrə vergi borcları etibarnamə əsasında onun tərəfindən ödənilir. Bundan əlavə müvafiq ünvana kommunal xidmətlərin göstərilməsinə dair müqavilələr onunla bağlanmış, bütün kommunal borclar onun tərəfindən ödənilmişdir. Qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., C.Cabbarlı küçəsində yerləşən 500 kv.m torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi onun istifadəsindədir və o, həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Belə ki, cavabdeh onun övladı X6 ilə nikaha daxil olarkən ona məxsus olan bir sıra əşyaları (1 ədəd yataq dəsti, 1 ədəd masa, 6 stul, 1 ədəd qonaq dəsti (1 ədəd trümo, 1 ədəd qorka mebel, 1 ədəd televizor altlığı şkafı), 3 ədəd döşək, 4 ədəd yastıq, 2 ədəd yorğan, 2 ədəd xalça, 1 ədəd ətçəkən maşın, 1 ədəd qazan dəsti, 1 ədəd yataq dəsti, 1 ədəd hamam dəst, 2 ədəd çərəz qabı (biri qapaqlı), 2 ədəd mətbəx əlcəyi, 2 ədəd çaynik, 1 ədəd dəm çayniki, 1 ədəd qaşıq dəsti, 6 ədəd nəlbəki (dəst), 4 ədəd qənd qabı, 12 ədəd nəlbəki (dəst) 1 ədəd süfrə, 1 ədəd fincan, 5 ədəd əl-üz dəsmalı, 1 paket əl-üz dəsmalı, 2 ədəd dəsmal, 1 ədəd hamam dəsmalı, 2 ədəd pastel, 1 ədəd bıçaq dəsti, 1 yemək dəsti (çay dəsti daxil olmaqla), 6 ədəd armudu stəkan (6 ədəd nəlbəki), 3 ədəd meyvə qabı (dəst), 1 ədəd qrafin, 1 dəst 7 ədədlik şüşə stəkan, 1 dəst 6 ədədlik şüşə stəkan, 3 ədəd meyvə qabı, 1 ədəd odeyal, 1 ədəd 2 nəfərlik çarpayı, 1 ədəd mikser, 6 ədəd armudu stəkan, 1 ədəd ütü, 1 ədəd çarpayı dəsti, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd kiçik masa, 1 ədəd uşaq yatağı və öz şəxsi əşyalarını (geyim, ayaqqabı və.s)) cehiz qismində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., C.Cabbarlı küçəsində yerləşən 500 kv.m torpaq sahəsi üzərində inşa edilmiş gətirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında X6 ilə Cavabdeh arasındakı nikaha xitam verilmiş, həmin vaxtdan etibarən cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində yerləşən müvafiq fərdi yaşayış evindən köçmüş, dəfələrlə əşyalarını götürməsi tələb edilsə də o, həmin əşyaları gəlib təhvil almamışdır. Belə ki, cavabdehin əşyaları yaşayış sahəsində geniş yer tutduğundan iddiaçı öz əmlakından rahat istifadə edə bilməkdə çətinlik çəkir. Cavabdeh cehiz əşyalarını təhvil almadığından evdə təmir-bərpa işlərinin aparılması, yeni əşyaların yerləşdirilməsi, yaşayış sahəsi üzərində hər hansı sərəncamverici hərəkətlərin edilməsi mümükünsüzdür. Qeyd edilən hal onun öz əmlakından maneəsiz, rahat istifadə etmək hüququnu pozur. Hesab edir ki, Cavabdeh cehiz qismində gətirdiyi müvafiq əşyalarının Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində yerləşən müvafiq fərdi yaşayış evindən təhvil alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsi zəruridir. Bu səbəbdən də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin cehiz qismində gətirdiyi əşyaların Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində yerləşən müvafiq fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh iddiaçının keçmiş gəlinidir, nikahın pozulmasına, cavabdehin evdən çıxıb getməsinə baxmayaraq cavabdeh hələ də öz əşyalarını aparmamışdır, bu hal isə iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur, öz evindən sərbəst istifadəsinə maneə törədir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Mülki işin materialları:
6. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirak etmişlər, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat İMS, 10 manat poçt və karğüzarlıq xərçi ödəmişdir.
7. Kommunal ödənişlərin (Azəriqaz, Azərsu) surətlərindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsi, 137A saylı fərdi yaşayış evi üçün kommunal ödənişlər ödənilmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-784/2020 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdehlər X4 və qeyrilərinə qarşı yaşayış evindən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 cavabdeh X4 və qeyrilərinə qarşı yaşayış evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
9. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə təmin edilməlidir.
10. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə məxsus cehiz əşyalarının onun faktiki mülkiyyətində və istifadəsində olan fərdi yaşayış evində olduğunu qeyd etməklə, həmin əşyaların çıxarılmasını xahiş edir.
11. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
12. “İnsan hüquqları və X5 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Sporronq və Lonnrotun İsveçə qarşı” işi üzrə qərarında mülkiyyət hüququnun müdafiəsində üç qaydanı qeyd edərək göstərmişdir ki, bu hüquq özündə mülkiyyətdən məhrum edilmənin və mülkiyyətə müdaxilənin yolverilməzliyini, mülkiyyətdən istifadə edilməsinə nəzarəti ehtiva edir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
13. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
14. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
15. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
16. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. Məhkəmə qeyd edir ki, Cavabdeh məxsus əşyaların iddiaçının faktiki mülkiyyətində və istifadəsində olan mənzildə olması onun mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla, əmlakından öz istədiyi kimi istifadə etmək imkanına maneələr yaradır.
Azərbaycan Respublikasının MPM-nin:
18. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (iddiaçının dövlət rüsumunun cavabdehdən tutulmasına dair tələbi yoxdur).
24. Beləliklə müəyyən edilmişdir ki, Cavabdeh Elşən qızı iddiaçının oğlu X6 ilə nikaha daxil olarkən özünə məxsus cehiz əşyalarını Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., C.Cabbarlı küçəsində yerləşən 500 kv.m torpaq sahəsi üzərində inşa edilmiş gətirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında X6 ilə Cavabdeh arasındakı nikaha xitam verilmiş, həmin vaxtdan etibarən cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində yerləşən müvafiq fərdi yaşayış evindən köçmüş, lakin dəfələrlə əşyalarını götürməsi tələb edilsə də o, həmin əşyaları aparmamışdır ki, bu da iddiaçının həmin evdən istifadəsinə maneçilik yaradır. Bundan başqa iddiaçının qeyd edilən evdə yaşaması və evin onun istifadəsində olması məhkəmə qətnaməsi, kommunal xidmətlərin ödənilməsinə dair qəbzlərlə sübut olunur.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh məxsus cehiz əşyaları (1 ədəd yataq dəsti, 1 ədəd masa, 6 stul, 1 ədəd qonaq dəsti (1 ədəd trümo, 1 ədəd qorka mebel, 1 ədəd televizor altlığı şkafı), 3 ədəd döşək, 4 ədəd yastıq, 2 ədəd yorğan, 2 ədəd xalça, 1 ədəd ətçəkən maşın, 1 ədəd qazan dəsti, 1 ədəd yataq dəsti, 1 ədəd hamam dəst, 2 ədəd çərəz qabı (biri qapaqlı), 2 ədəd mətbəx əlcəyi, 2 ədəd çaynik, 1 ədəd dəm çayniki, 1 ədəd qaşıq dəsti, 6 ədəd nəlbəki (dəst), 4 ədəd qənd qabı, 12 ədəd nəlbəki (dəst) 1 ədəd süfrə, 1 ədəd fincan, 5 ədəd əl-üz dəsmalı, 1 paket əl-üz dəsmalı, 2 ədəd dəsmal, 1 ədəd hamam dəsmalı, 2 ədəd pastel, 1 ədəd bıçaq dəsti, 1 yemək dəsti (çay dəsti daxil olmaqla), 6 ədəd armudu stəkan (6 ədəd nəlbəki), 3 ədəd meyvə qabı (dəst), 1 ədəd qrafin, 1 dəst 7 ədədlik şüşə stəkan, 1 dəst 6 ədədlik şüşə stəkan, 3 ədəd meyvə qabı, 1 ədəd odeyal, 1 ədəd 2 nəfərlik çarpayı, 1 ədəd mikser, 6 ədəd armudu stəkan, 1 ədəd ütü, 1 ədəd çarpayı dəsti, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd kiçik masa, 1 ədəd uşaq yatağı və öz şəxsi əşyaları (geyim, ayaqqabı və.s)) İddiaçı faktiki mülkiyyətində və istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “cehiz əşyaların evdən çıxarılması” tələbinə dair iddia tələbi təmin edilsin. Cavabdeh məxsus cehiz əşyaları (1 ədəd yataq dəsti, 1 ədəd masa, 6 stul, 1 ədəd qonaq dəsti (1 ədəd trümo, 1 ədəd qorka mebel, 1 ədəd televizor altlığı şkafı), 3 ədəd döşək, 4 ədəd yastıq, 2 ədəd yorğan, 2 ədəd xalça, 1 ədəd ətçəkən maşın, 1 ədəd qazan dəsti, 1 ədəd yataq dəsti, 1 ədəd hamam dəst, 2 ədəd çərəz qabı (biri qapaqlı), 2 ədəd mətbəx əlcəyi, 2 ədəd çaynik, 1 ədəd dəm çayniki, 1 ədəd qaşıq dəsti, 6 ədəd nəlbəki (dəst), 4 ədəd qənd qabı, 12 ədəd nəlbəki (dəst) 1 ədəd süfrə, 1 ədəd fincan, 5 ədəd əl-üz dəsmalı, 1 paket əl-üz dəsmalı, 2 ədəd dəsmal, 1 ədəd hamam dəsmalı, 2 ədəd pastel, 1 ədəd bıçaq dəsti, 1 yemək dəsti (çay dəsti daxil olmaqla), 6 ədəd armudu stəkan (6 ədəd nəlbəki), 3 ədəd meyvə qabı (dəst), 1 ədəd qrafin, 1 dəst 7 ədədlik şüşə stəkan, 1 dəst 6 ədədlik şüşə stəkan, 3 ədəd meyvə qabı, 1 ədəd odeyal, 1 ədəd 2 nəfərlik çarpayı, 1 ədəd mikser, 6 ədəd armudu stəkan, 1 ədəd ütü, 1 ədəd çarpayı dəsti, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd kiçik masa, 1 ədəd uşaq yatağı və öz şəxsi əşyaları (geyim, ayaqqabı və.s)) İddiaçı faktiki mülkiyyətində və istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Lətifə Məmmədova