Məhkəmə qərarları › İş №e-2(001)-1579/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1579/2022

29.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1579/2022 29.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdə olan, ona məxsus, adları aşağıdakı siyahıda göstərilən əmlakın ona qaytarılması və ya onların dəyəri kimi 13942 manat məbləğində pul vəsaitinin, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 82 manat, mediasiya xərci kimi 50 manatın cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir: - 1 ədəd ağ rəngli, İtaliya istehsalı olan, 750 əyarlı, 1 ədəd iri sirkon qaş və xeyli sayda xırda qaşı olan, 1000 manat dəyərində nişan üzüyü; - “Cartier” markalı, 750 əyarlı, İtaliya istehsalı olan, hər birinin üzərində 2 ədəd yaşıl qaş və xeyli sayda xırda ağ qaşları olan 1 ədəd 5 qram çəkidə olan üzük, 6 qram çəkidə olan 1 cüt sırğa, 8 qram çəkidə olan qolbaqdan ibarət, ümumi çəkisi 19 qram, dəyəri 3500 manat olan nişan komplekti; - 1 ədəd ağ rəngli, İtaliya istehsalı olan, 750 əyarlı, üzərində xeyli sayda ağ sirkon qaşları olan 10 qram çəkidə kolye, 1 ədəd 750 əyarlı, İtaliya istehsalı olan, üzərində xeyli sayda ağ sirkon qaşları olan 7 qram çəkidə qolbaq, 1 ədəd, üzərində xeyli sayda ağ sirkon qaşları olan, 750 əyarlı, İteliya istehsallı 3 qram üzük və 750 əyarlı, İtaliya istehsalı olan, üzərində xeyli sayda ağ xırda sirkon qaşları olan 1 cür sırğadan ibarət, ümumi çəkisi 25 qram, dəyəri 4580 manat olan gəlinlik komplekti; - 1 ədəd “Tiffany” markalı, 6 qram çəkidə, 585 əyarlı, dəyəri 480 manat olan qaşsız qadın sırğası; - 1 ədəd Rusiya istehsalı olan, sarı rəngli, 585 əyarlı, 6 qram çəkili, dəyəri 350 manat olan qaşsız sadə qadın üzüyü; - 1 ədəd, dəyəri 200 manat olan çəhrayı rəngli uzun ətəkli mərasim donu; - 75 manat dəyərində 1 cüt qızılı rəngli dikdaban qadın ayaqqabısı; - 50 manat dəyərində 1 cüt açıq-qəhvəyi rəngli stiletto qadın ayaqqabısı; - 78 manat dəyərində 1 cüt göy rəngli “Dolce Gabbana” markalı qadın ayaqqabısı; - 84 manat dəyərində 1ədəd göy rəngli “Dolce Gabbana” markalı əl çantası; - 100 manat dəyərində 1 ədəd çəhrayı rəngli, qolu uzun, ayağı enli olan mərasim donu; - 40 manat dəyərində 1 ədəd ağ rəngli “Chanel” markalı qadın üçün əl çantası; - 45 manat dəyərində 1 ədəd qara rəngli, üzərində qaşları olan “Dior” markalı qadın çantası; - 35 manat dəyərində 1 ədəd açıq-qəhvəyi rəngli əl çantası - 48 manat dəyərində 1 cüt “Dior” markalı, muncuqla-qaşla olan altı düz, ağ rəngdə qadın ayaqqabısı; - 47 manat dəyərində 1 ədəd nabuk materialdan qara rəngli dabanı olan qadın çəkməsi; - 67 manat dəyərində 1 cüt dikdaban, üzərində qaşlar olan qırmızı rəngli ayaqqabı; - 35 manat dəyərində 1 cüt qara və açıq-əhvəyi rəngdə, üzərində muncuqlar olan altı düz qadın ayaqqabısı; - 60 manat dəyərində 1 cüt qara rəngli parlaq dəri dabanı hündür olan qadın çəkməsi; - 34 manat dəyərində 1 cüt qara nabuk materialdan olan, üzəri ipli qara və altı qırmızı rəngdə olan altı düz qadın ayaqqabısı; - 45 manat dəyərində 1 cüt qara rəngli, “Versage” markalı altı düz qadın ayaqqabısı; - 25 manat dəyərində 1 cüt qırmızı rəngdə dəri materialı olan altı düz qadın ayaqqabısı; - 25 manat dəyərində 1 ədəd “Gucci” markalı, göy rəngli cinş parçadan olan qadın şalvarı; - 32 manat dəyərində 1 ədəd tünd-qəhvəyi rəngdə kəmərli klassik şalvar; - 30 manat dəyərində 1 ədəd gümüşü rəngdə panço; - 30 manat dəyərində 1 ədəd tünd-qəhvəyi rəngdə uzun qollu köynək; - 30 manat dəyərində 1 ədəd qara rəngli qolu uzun olan qadın koftası; - 40 manat dəyərində 1 ədəd qara rəngli “Chanel” markalı qolu uzun olan qadın koftası; - 35 manat dəyərində 1 ədəd sarı rəngli qısa qollu kəmərli köynək; - 75 manat dəyərində 1 ədəd sarı rəngli, üzərində muncuqları olan qısa ətakli don; - 65 manat dəyərində 1 ədəd qırmızı rəngli klassik şalvar və köynək dəsti; - 68 manat dəyərində 1 ədəd “Versage” markalı şalvar və qolu uzun olan köynək dəsti; - 45 manat dəyərində 1 ədəd qara rəngli qızılı ətəkli, ayağı enli don; - 100 manat dəyərində 1 ədəd qara rəngli qısa ətəkli olan, ayağı enli mərasim donu; - 35 manat dəyərində 1 ədəd uzun ətəkli dəri materialdan olan ətək və uzunboğaz kofta dəsti; - 38 manat dəyərində 1 ədəd qara rəngli, ayağı enli olan kombinzon şalvar; - 50 manat dəyərində 1 ədəd qara rəngli dəri materialdan olan gödəkçə; - 40 manat dəyərində 1 ədəd qırmızı-ağ rəngli qısa ətəkli sadə don; - 160 manat dəyərində 1 ədəd yun materialdan olan 3-lü şalvar-kofta-platye dəsti; - 70 manat dəyərində 1 ədəd üzəri yazılı şalvar-kofta dəsti; - 48 manat dəyərində 1 ədəd açıq-qəhvəyi rəngli parça gödəkçə; - 700 manat dəyərində 1 ədəd tünd-qəhvəyi rəngli şuba və çanta; - 70 manat dəyərində 1 ədəd qara rəngli qadın saatı; - 380 manat dəyərində kosmetika dəsti; - 100 manat dəyərində 1 ədəd qadın üçün olan hamam xalatı dəsti; - 25 manat dəyərində 6 ədədli bıçaq dəsti; - 35 manat dəyərində, içərisində 12 ədəd olan rəngli qaşıq dəsti; - 30 manat dəyərində 12 ədədli xrustal şüşədən olan mürəbbə qabı; - 50 manat dəyərində 2 ədədli Galaxy firmasından olan tava dəsti; - 65 manat dəyərində 12 ədəd rəngbərəng əl-üz dəsmalı; - 300 manat dəyərində, çantada hər birindən 12 ədəd olan çəngəl-bıçaq-qaşıq dəsti; - 50 manat dəyərində 5 ədədli hamam üçün paltar sütkası dəsti; - 100 manat dəyərində 2 ədəd bədən qətibəsi dəsti; - 35 manat dəyərində 1 ədəd qızılı rəngli, üzəri qaşlarla bəzədilmiş üzərlik qabı; - 8 manat dəyərində 1 ədəd mətbəx taxtası. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh X8 ilə 05 dekabr 2019-cu il tarixdə el adəti ilə toy etməklə evlənmiş, cavabdehlərin yaşadığı evə gəlin köçmüşdür. Bundan bir neçə ay sonra nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 23 yanvar 2021-ci il təvəllüdlü Zəhra adlı uşaqları vardır. Sonradan məhkəmə qətnaməsi ilə Cavabdeh1la aralarındakı nikah pozulmuş, uşağın onun yanında saxlanması qərara alınmışdır. Cehiz əşyalarının bir hissəsi və qızıl-zinət əşyaları cavabdehlərdə qalmışdır. Belə ki, o, Cavabdeh1la 10 avqust 2019-cu il tarixdə nişanlanmış, nişan mərasimi zamanı ona qızıl üzük və qızıl komlekt hədiyyə edilmiş, bundan əlavə, qız və oğlan toylarında adları ərizədə göstərilən qızıl-zinət əşyaları hədiyyə edilmiş, digər tərəfdən, cavabdehlərin yaşadığı evə gəlin köçərkən adları ərizədə göstərilən cehiz əşyaları verilmişdir. O, 2019-cu ilin dekabr ayında cavabdehlərin yaşadığı evə gəlin köçmüş, həmin vaxt özünə məxsus qızıl-zinət və cehiz əşyalarını özü ilə həmin evə aparmışdır. Cavabdehlərlə bir müddət mehriban yaşasalar da, hamilə olduğundan 2020-ci ilin iyul ayında Orxan onu öz məsləhəti və onun istəyi ilə atasıgilin yaşadığı Tovuz rayonunun Düz Cırdaxan kəndinə müvəqqəti gətirmişdir. Hamiləlik dövründə səhhəti ilə əlaqədar atasıgilin evinə müvəqqəti gəlmiş, orada olduğu müddətdə əri ilə münasibəti normal olmuş, müxtəlif vaxtlarda əri həmin evə gəlmiş, onlara baş çəkmişdir. 11 yanvar 2021-ci il tarixdə Orxan onun yanına gəlmiş və uşağın doğumunun Bakı şəhərində həyata keçirilməli olduğunu demişdir. Lakin, o, səhhəti ilə əlaqədar yola çıxa bilməmişdir. Belə olduqda Orxan əsaslı səbəb göstərmədək evi tərk edərək Bakı şəhərinə qayıtmış, 17 yanvar 2021-ci il tarixdə ona məxsus əşyalardan bir hissəsini göndərmişdir. Bundan sonra o, Orxanla münasibətlərinin bərpası üçün bir neçə dəfə cəhd etsə də, bu cəhdlər nəticə verməmiş, nəticədə aralarındakı nikah pozulmuşdur. İddia ərizəsində adları çəkilən əşyalar isə cavabdehlərdə qalmışdır. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsində göstərilənləri təsdiq edib iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək izahatında iddia ərizəsində göstərilən əşyaların bir qismini iddiaçının özü ilə apardığını, qalanını isə o yük maşını ilə evlərinə göndərdiyini, onlarda heç bir cehiz və qızıl-zinət əşyasının qalmadığını göstərmişdir. Məhkəmə iclasında digər Cavabdeh2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, o, iddiaçıya evdə qalan qızılları verməkdən imtina etməmişdir. Lakin, iddiaçı həmin qızılların ona məxsus olmadığını bildirib öz qızıllarını tələb etmişdir. Halbuki, iddiaçının onların evində başqa qızıl-zinət əşyası qalmamış, echiz əşyalarından isə bir ədəd setka qabı və bıçaq dəsti evdə qalmış, qalan əşyaları iddiaçı özü ilə aparmışdır. Sonda Cavabdeh2 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: - nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X3 arasındakı nikah 14 iyul 2021-ci il tarixdə pozulmuş, nikah pozulduqdan sonra Günel Mübariz qızına Mustafayeva soyadı verilmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X1 birgə nikahlarından 23 yanvar 2021-ci il təvəllüdlü X5 adlı uşaqları vardır. Bundan başqa, iddiaçı tərəfindən sübut kimi fotoşəkillər və videogörüntülər toplanmış elektron daşıyıcı disklər məhkəməyə təqdim edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci madəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 255.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 2019-cu ilin 5 dekabr tarixində faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmaqları işin mübahisələndirilməyən halıdır. Həmçinin, məhkəmə iclasında hər iki cavabdeh izahatlarında iddia ərizəsində göstərilən əşyaların iddiaçıya cehiz və hədiyyə şəklində verildiyini inkar etməmiş, cavabdehlərdən Cavabdeh1 əşyaların bir hissəsini iddiaçının özü apardığını, qalanını isə onun iddiaçıya göndərdiyini bildirmiş, digər Cavabdeh2 isə iddiaçıya qızıl-zinət əşyalarını qaytarmağı təklif etdiyini, qalan əşyaların iddiaçı tərəfindən götürüldüyünü bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdehlər iddianı qəbul etməmələrinin əsası kimi istinad etdiyi halları, yəni əşyalardan bir qismini iddiaçının özü ilə aparmasını, qalanını isə Cavabdeh1 yük maşını ilə iddiaçıya göndərdiyini sübuta yetirə bilməsələr də, iddiaçı təqdim etdiyi sənədlərlə iddia ərizəsində göstərilən əmlakların cavabdehlərin yaşadıqları, onun gəlin köçdüyü evə aparılmasını sübuta yetirə bilmişdir. İddia ərizəsində qeyd olunan əşyalar ilə bağlı iddiaçı tərəfindən məhkəməyə sübut kimi Tovuz rayon Koperativ Cəmiyyətləri İttifaqı RKC tərəfindən verilmiş rəy təqdim olunmuşdur. Həmin rəydə qızıl-zinət əşyalarının çəkisi, əyarı, xüsisuyyətləri, zahiri görkəmi, istehsal olunduqları ölkənin adı, habelə, cehiz əşyaların zahiri xüsusiyyətləri qeyd olunmuş və buna uyğun olaraq da qiymətlər müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 9.2-ci bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddia ərizəsində adları göstərilən qızıl-zinət əşyaları və cehiz əmlak və ya onların ümumi dəyərini təşkil edən 13942 manat məbləğində pul vəsaiti cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia təmin edildiyindən iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 82 manat və mediasiya xərci kimi ödədiyi 50 manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Aşağıda göstərilən qızıl-zinət və cehiz əşyaları: - 1 ədəd ağ rəngli, İtaliya istehsalı olan, 750 əyarlı, 1 ədəd iri sirkon qaş və xeyli sayda xırda qaşı olan, 1000 manat dəyərində nişan üzüyü; - “Cartier” markalı, 750 əyarlı, İtaliya istehsalı olan, hər birinin üzərində 2 ədəd yaşıl qaş və xeyli sayda xırda ağ qaşları olan 1 ədəd 5 qram çəkidə olan üzük, 6 qram çəkidə olan 1 cüt sırğa, 8 qram çəkidə olan qolbaqdan ibarət, ümumi çəkisi 19 qram, dəyəri 3500 manat olan nişan komplekti; - 1 ədəd ağ rəngli, İtaliya istehsalı olan, 750 əyarlı, üzərində xeyli sayda ağ sirkon qaşları olan 10 qram çəkidə kolye, 1 ədəd 750 əyarlı, İtaliya istehsalı olan, üzərində xeyli sayda ağ sirkon qaşları olan 7 qram çəkidə qolbaq, 1 ədəd, üzərində xeyli sayda ağ sirkon qaşları olan, 750 əyarlı, İteliya istehsallı 3 qram üzük və 750 əyarlı, İtaliya istehsalı olan, üzərində xeyli sayda ağ xırda sirkon qaşları olan 1 cür sırğadan ibarət, ümumi çəkisi 25 qram, dəyəri 4580 manat olan gəlinlik komplekti; - 1 ədəd “Tiffany” markalı, 6 qram çəkidə, 585 əyarlı, dəyəri 480 manat olan qaşsız qadın sırğası; - 1 ədəd Rusiya istehsalı olan, sarı rəngli, 585 əyarlı, 6 qram çəkili, dəyəri 350 manat olan qaşsız sadə qadın üzüyü; - 1 ədəd, dəyəri 200 manat olan çəhrayı rəngli uzun ətəkli mərasim donu; - 75 manat dəyərində 1 cüt qızılı rəngli dikdaban qadın ayaqqabısı; - 50 manat dəyərində 1 cüt açıq-qəhvəyi rəngli stiletto qadın ayaqqabısı; - 78 manat dəyərində 1 cüt göy rəngli “Dolce Gabbana” markalı qadın ayaqqabısı; - 84 manat dəyərində 1ədəd göy rəngli “Dolce Gabbana” markalı əl çantası; - 100 manat dəyərində 1 ədəd çəhrayı rəngli, qolu uzun, ayağı enli olan mərasim donu; - 40 manat dəyərində 1 ədəd ağ rəngli “Chanel” markalı qadın üçün əl çantası; - 45 manat dəyərində 1 ədəd qara rəngli, üzərində qaşları olan “Dior” markalı qadın çantası; - 35 manat dəyərində 1 ədəd açıq-qəhvəyi rəngli əl çantası - 48 manat dəyərində 1 cüt “Dior” markalı, muncuqla-qaşla olan altı düz, ağ rəngdə qadın ayaqqabısı; - 47 manat dəyərində 1 ədəd nabuk materialdan qara rəngli dabanı olan qadın çəkməsi; - 67 manat dəyərində 1 cüt dikdaban, üzərində qaşlar olan qırmızı rəngli ayaqqabı; - 35 manat dəyərində 1 cüt qara və açıq-əhvəyi rəngdə, üzərində muncuqlar olan altı düz qadın ayaqqabısı; - 60 manat dəyərində 1 cüt qara rəngli parlaq dəri dabanı hündür olan qadın çəkməsi; - 34 manat dəyərində 1 cüt qara nabuk materialdan olan, üzəri ipli qara və altı qırmızı rəngdə olan altı düz qadın ayaqqabısı; - 45 manat dəyərində 1 cüt qara rəngli, “Versage” markalı altı düz qadın ayaqqabısı; - 25 manat dəyərində 1 cüt qırmızı rəngdə dəri materialı olan altı düz qadın ayaqqabısı; - 25 manat dəyərində 1 ədəd “Gucci” markalı, göy rəngli cinş parçadan olan qadın şalvarı; - 32 manat dəyərində 1 ədəd tünd-qəhvəyi rəngdə kəmərli klassik şalvar; - 30 manat dəyərində 1 ədəd gümüşü rəngdə panço; - 30 manat dəyərində 1 ədəd tünd-qəhvəyi rəngdə uzun qollu köynək; - 30 manat dəyərində 1 ədəd qara rəngli qolu uzun olan qadın koftası; - 40 manat dəyərində 1 ədəd qara rəngli “Chanel” markalı qolu uzun olan qadın koftası; - 35 manat dəyərində 1 ədəd sarı rəngli qısa qollu kəmərli köynək; - 75 manat dəyərində 1 ədəd sarı rəngli, üzərində muncuqları olan qısa ətakli don; - 65 manat dəyərində 1 ədəd qırmızı rəngli klassik şalvar və köynək dəsti; - 68 manat dəyərində 1 ədəd “Versage” markalı şalvar və qolu uzun olan köynək dəsti; - 45 manat dəyərində 1 ədəd qara rəngli qızılı ətəkli, ayağı enli don; - 100 manat dəyərində 1 ədəd qara rəngli qısa ətəkli olan, ayağı enli mərasim donu; - 35 manat dəyərində 1 ədəd uzun ətəkli dəri materialdan olan ətək və uzunboğaz kofta dəsti; - 38 manat dəyərində 1 ədəd qara rəngli, ayağı enli olan kombinzon şalvar; - 50 manat dəyərində 1 ədəd qara rəngli dəri materialdan olan gödəkçə; - 40 manat dəyərində 1 ədəd qırmızı-ağ rəngli qısa ətəkli sadə don; - 160 manat dəyərində 1 ədəd yun materialdan olan 3-lü şalvar-kofta-platye dəsti; - 70 manat dəyərində 1 ədəd üzəri yazılı şalvar-kofta dəsti; - 48 manat dəyərində 1 ədəd açıq-qəhvəyi rəngli parça gödəkçə; - 700 manat dəyərində 1 ədəd tünd-qəhvəyi rəngli şuba və çanta; - 70 manat dəyərində 1 ədəd qara rəngli qadın saatı; - 380 manat dəyərində kosmetika dəsti; - 100 manat dəyərində 1 ədəd qadın üçün olan hamam xalatı dəsti; - 25 manat dəyərində 6 ədədli bıçaq dəsti; - 35 manat dəyərində, içərisində 12 ədəd olan rəngli qaşıq dəsti; - 30 manat dəyərində 12 ədədli xrustal şüşədən olan mürəbbə qabı; - 50 manat dəyərində 2 ədədli Galaxy firmasından olan tava dəsti; - 65 manat dəyərində 12 ədəd rəngbərəng əl-üz dəsmalı; - 300 manat dəyərində, çantada hər birindən 12 ədəd olan çəngəl-bıçaq-qaşıq dəsti; - 50 manat dəyərində 5 ədədli hamam üçün paltar sütkası dəsti; - 100 manat dəyərində 2 ədəd bədən qətibəsi dəsti; - 35 manat dəyərində 1 ədəd qızılı rəngli, üzəri qaşlarla bəzədilmiş üzərlik qabı; - 8 manat dəyərində 1 ədəd mətbəx taxtası Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin və ya bu əşyaların pulla əvəzi kimi 13942 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 82 manat, mediasiya xərci kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qadada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar