Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1630/2021 08.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, Kreditor Tələbkar MMC-nin Borclu qarşı 669 manat məbləğində pul vəsaitinin və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor Tələbkar MMC-nin Borclu qarşı 669 manat məbləğində pul vəsaitinin və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılması barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə müvafiq olaraq, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə görə, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Hesab edirəm ki, məhkəmə əmrinin çıxarılması barədə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəməyə elektron qaydada daxil olmuş ərizə X1 tərəfindən imzalansa da, ərizəyə həmin şəxsin məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini imzalamaq səlahiyyətinin olmasını təsdiq edən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 279-cu maddəsinə görə, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 152, 279, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Tələbkar MMC-nin Borclu qarşı 669 manat pul vəsaitinin və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Kreditora izah edilsin ki, iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-1630/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1630/2021
08.01.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver