Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1656/2024 01.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “VOLVO XC60” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 273 manat pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21061” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VOLVO XC60” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********7 nömrəli, xx.xx.2021-ci il tarixli sığorta şəhadətnaməsindən və 119871 nömrəli sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VOLVO XC60” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da könüllü sığorta müqaviləsi ilə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli dəymiş zərərin qiymətləndirilməsinə dair hesabata əsasən, “VOLVO XC60” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5335,96 manat ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, 8505 nömrəli ödəniş tapşırığına əsasən sığortalanmış “VOLVO XC60” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5335,96 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2021-ci il tarixdə yolnəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın və İXP seriyalı ******* nömrəli protokolun surətindən görünür ki, Cavabdeh İXM-nin 342.5-ci maddəsi ilə təqsirli bilinmişdir. Dəymiş zərərin 1000 manat azadolma məbləği çıxmaqla ödənilmiş 4335,96 manat sığorta ödənişinin 4062,96 manat hissəsi zərərvuran nəqliyyat vasitəsinin icbari sığorta şirkəti olan "xxxx" ASC tərəfindən onlara ödənilsə də, geri qalan 273 manat pul Cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Hesb edirlər ki, 273 manat pul Cavabdeh onun xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi elektron məhkəmə informasiya sisteminə ərizə yükləyərək, işə onların iştiakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 119871 nömrəli sığorta aktından görünür ki, “VOLVO XC60” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli “Kasko” növü üzrə sığorta şəhadətnaməsinə əsasən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “VOLVO XC60” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5335,96 manat məbləğində zərər dəymişdir. Sığorta ödənişini alan şəxs "xxxx" MMC-dir. 8505 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-nin hesabına 5335,96 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, sonuncuya 273 manat məbləğində sığorta ödənişinin 10 gün ərzində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli dəymiş zərərin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VOLVO XC60” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5335,96 manat məbləğində zərər dəymişdir. xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixndə, saat 09:50-də “VAZ 21061” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təkərləri və şinləri nasaz halda idarə etmiş nəticədə hadisə törətmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materiallarından göründüyü kimi, Cavabdeh idarə etdiyi “VAZ 21061” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və bunun nəticəsində İddiaçı Sığorta Şirkəti ASC-də “Kasko” növündə sığortalanmış “VOLVO XC60” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zədələnmişdir. Hadisə nəticəsində “VOLVO XC60” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5335,96 manat iddiaçı tərəfindən qarşılanmışdır. Hazırda iddiaçı 273 manat məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq hesab edirəm ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 3140,07 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 273 manat məbləğində vəsait, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 273 (iki yüz yetmiş üç) manat məbləğində vəsait və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-1656/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1656/2024
01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver