Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1761/2025 14.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Malikova iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(001)-5300/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh 20 noyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 246 manat sabit pul məbləğində aliment tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 10 yanvar 2014-cüı il tarixdə Binəqədi rayon VVADQ Şöbəsində Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 20 noyabr 2012-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə aralarında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(001)-5300/2021 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan qızı 20 noyabr 2012-ci il təvəllüdlü X1 onun yanında qalması müəyyən edilmiş və X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat olmaqla 16 iyun 2021-ci il tarixdən başlayaraq sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin Cavabdeh məhkəmə qətnaməsi qəbul edilməsinə baxmayaraq, mütəmadi olaraq ödəniş etmir və artıq uzun müddətdir ki, birgə nikahdan olan uşaqlaır X1 tələbatlarını təkbaşına ödəyir. Əlavə olaraq qeyd etmək istəyir ki, övladını təkbaşına böyüdür və onun bütün tələbatını ödəməkdə çox cətinlik çəkir. Belə ki, övladının təhsilinin və zehni qabiliyyətinin inkişafı ücün əlavə xərclər tələb olunur və bu xərclər yalnız mənim vəsaitim hesabına həyata kecirilir. Övladı böyüdükcə onun saxlanılması ücün əlavə məsrəflər meydana gəlir ki, bu da Cavabdeh tərəfindən vaxtlı-vaxtında ödənilməyən aliment məbləği üzündən onun və övladının maddi durumunu daha da cətin vəziyyətə salır. Ona görə də hesab edir ki, Cavabdeh tutulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175(bir yüz yetmiş beş) manat olmaqla sabit pul məbləğində aliment artırılmalıdır. Cavabdehin rəsmi iş yeri və sabit gəlir mənbələri mövcuddur və ondan tutulacaq alimentin məbləği artırıaraq, uşağın minimum tələbatlarına uyğun olaraq hər ay 246(iki yüz qırx altı) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2025- ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(001)-5300/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh 20 noyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 246 manat sabit pul məbləğində alimentin ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia tələbinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsiə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı yaşayış minimumunun, dolayısı ilə minimumum əmək haqqının artmış olmasına istinad edərək, qətnamə ilə müəyyən edilən alimentin artırılmasını xahiş edir. Belə ki, “Yaşayış minimumu haqqında” AR qanunun 5.1-ci maddəsində qeyd edilmişdir ki, Ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının 8.4-3-cü bəndinə göstərilir: Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Beləliklə məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, iddiaçıya alimentin indeksasiyasi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya alimentin indeksasiyası ilə bağlı icra icraatı qaydasında məhkəməyə ərizə ilə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-1761/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1761/2025
14.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver