Məhkəmə qərarları › İş №e-2(001)-1798/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1798/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1798/2024 17.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı QSC-nin nümayəndələri X4 və X6, Cavabdeh nümayəndəsi X7 iştirakları ilə, İddiaçı QSC-nin Cavabdehnə qarşı “Xidmətlər üzrə Satınalma müqaviləsi üzrə borcun və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Cavabdehnə qarşı “Xidmətlər üzrə Satınalma müqaviləsi üzrə borcun və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, hazırki mübahisə İddiaçı QSC (bundan sonra “İcraçı”) ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra “Sifarişçi”) arasında bağlanmış 28 aprel 2022-ci il tarixli, 5/2022 saylı müqavilədən irəli gəlir. Qeyd olunan müqavilə Sifarişçi ilə İcraçı arasında 28 aprel 2022-ci il tarixli 5/2022 saylı xx.xx.2020-ci ildən xx.xx.2020-ci il və 01.2021-ci ildən xx.xx.2021-ci ilədək olan dövr ərzində Agentliyin X1 standartlara uyğunluğunun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması məqsədilə bağlanılmışdır. Müqavilədə nəzərdə tutulan öhdəliklərin icrası məqsədilə zəruri addımlar atılmış, öhdəliyin tam vicdanla icrasına çalışılmışdır. Lakin Sifarişçi müqavilə şərtlərini hərfi mənada təfsir edərək öhdəliyin icrasının gecikdiyini bəhanə etmiş və bizə müqavilə üzrə müəyyən edilən məbləği ödəməkdən imtina etmişdir. Müqavilə üzrə xidmətlərin icrası üçün Sifarişçi tərəfindən təqdim edilməsi tələb edilən sənədlər natamam formada və Əlavə 2-də göstərilən müddəti ötürməklə təqdim edilmiş və bu hal audit rəyinin müqavilə üzrə müəyyən olunmuş müddətdə verilməsinə mane olmuşdur. Bununla əlaqədər tələb edilən məlumatlar və sənədlər barəsində həm şifahi, həm də şirkətə aid rəsmie-mail ünvanları üzərindən yazılı olaraq müraciət edilmişdir. Lakin həmin sorğulara geri dönüş edildikdən sonra mütəmadi olaraq sənədlərə düzəlişlər edilməsivə ya sonra digər sənədlərin olduğu barədə məlumatverilərək yenidən göndərilməsi rəyin verilməsini ləngitmişdir. Belə ki, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli tərəflərindən təqdim olunmuş ilkin sorğuya xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində geri dönüş edilmişdir. Bu məlumatlara əsasən xx.xx.2022-ci il tarixdə ilkin rəy hazırlanaraq Sifarişçiyə təqdim olunmuşdur. xx.xx.2022-ci il tarixli sorğularına xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində geri dönüş edilmiş və buna uyğun olaraq həmin sənədlərin auditiaparılaraq rəyə düzəliş edilmiş və yenidən Sifarişçiyə göndərilmişdir. xx.xx.2022-ci il tarixində rəyin son versiyası göndərilmiş, lakin Sifarişçi tərəfindən fərqli zaman aralıqlarında - xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərində məlumatlar təqdim edilmişdir. Həmin məlumatların auditi aparılmış və yekun audit rəyi xx.xx.2023-cü il tarixində kağız formasında, xx.xx.2023-cü il tarixində isə Sifarişçinin şifahi sorğusuna əsasən e-mail üzərindən Sifarişçiyə yenidən təqdim olunmuşdur. xx.xx.2023-cü il tarixli rəsmi e-mail yazışmasına əsasən tərəflərindən xx.xx.2020-ci ildən xx.xx.2020-ci il ilədək olan dövr üzrə audit rəyi Sifarişçiyə təqdim olunmasına baxmayaraq mənfi rəy verilməsindən dolayı şifahi danışıqlara əsasən Sifarişçi tərəfindən bu rəyin qəbul olunmadığı və imzalanmayacağı bildirilmişdir. Qoşmalara əlavə edilən yazışmalardan da aydın şəkildə görünür ki, tərəflərindən müqavilədə nəzərdə tutulan xidmətin göstərilməsi üçün Sifarişçidən lazımi sənədlər tələb olunmuşdur. Lakin Sifarişçinin səhlənkar və qeyri-professional yanaşması səbəbindən xidmətin göstərilməsi üçün lazımi sənədlər nəzərdə tutulan vaxtdan gec və tam formada əldə edilə bilməmiş, sənədlərə tez-tez dəyişikliklər edilmişdir. Bu səbəbdən dolayı da müqavilədə göstərilən xidməti nəzərdə tutulan vaxtda icra etmək mümkünsüz olmuşdur. Buna baxmayaraq Sifarişçinin müqavilədə nəzərdə tutulan müddət ötməsinə rəğmən tələb olunan sənədləri göndərməsi dolayı yolla Sifarişçinin işin icrasında maraqlı olduğu qənaətinə gəlməklərinə əsas olmuşdur. Bu səbəbdən də mümkün olan ən qısa vaxt aralığında Sifarişçiyə xidmət göstərilmişdir. Lakin xidmət göstərildikdən sonra Sifarişçi xidmətin əvəzinin ödənilməsindən imtina etmiş və bunun əsası kimi xidmətin müqavilədə nəzərdə tutulan vaxtdan gec göstərildiyini bəhanə etmişdir. Əlavə olaraq qeyd etmişlər ki, Sifarişçi tərəfindən onların təqdim etdikləri audit rəyi rəsmi internet səhifələrində yerləşdirilmişdir. Bu hal bir daha təsdiq edir ki, tərəflərindən xidmət icra edilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, müqavilədə nəzərdə tutulan audit xidmətinin həyata keçirilməsi nəticəsində icraçıya ödənilməli olan 16520 manat və mediasiya sessiyası üçün ödənilmiş 200 manat pul məbləğinin cavabdehdən tutulmasıbarədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı QSC-ninnümayəndələri X11 və X12 hər biri ayrı-ayrılıqdaiddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən Cavabdeh nümayəndəsi X13 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, etiraz ərizəsi təqdim edərək etiraz ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2022-ci il tarixli, 5/2022 nömrəli Xidmətlər üzrə satınalma müqaviləsindən görünür ki, tərəflər arasında Xidmətlər üzrə satınalma müqaviləsi bağlanmış və müqavilənin predmeti Sifarişçi Cavabdeh xx.xx.2020-ci ildən xx.xx.2020-ci il və xx.xx.2021-ci idən xx.xx.2021-ci ilədək olan dövr ərzində Agentliyin X1 standartlara uyğunluğunun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətinin satın alınması məqsədilə “İcraçı”nın bütün vergi və rüsumlar daxil 16520 manat məbləğində təklifinin qəbul etməsi olmuşdur. İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi“ X18 satın alınan xidmətin göstərilməsini öhdəsinə götürmüşdür. Xidmətlər “İcraçı”nın təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, qüsurlar aşkarlandıqda bu müqavilənin 13-cü bəndinə uyğun olaraq uyğunsuzluqların və qüsurların aradan qaldırılmasına təminat verilmişdir. “Sifarişçi” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında xidmətlərin “İcraçı”dan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin məbləği dəyişməz olaraq qalır.Həmin müqavilənin 10.2-ci bəndinə əsasən Müqavilə Sifarişçi və İcraçı tərəfindən imzalandığı andan qüvvəyə minir və 01 sentyabr 2022-ci il tarixinədək qüvvədədir. Həmin müqavilənin 13.1-ci bəndinə əsasən Müqavilənin icrası müddətində Sifarişçi aşkar olunmuş qüsurlar haqqında İcraçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş 31 dekabr 2020-ci il tarixində bitən il üzrə “X1 Standartlarına uyğun hazırlanmış ilkin birləşdirilmiş Maliyyə Hesabatları və X2 görünür ki, İddiaçı QSC tərəfindən X8 Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və onun tabeliyində olan müəssisələrə ünvanlanmış və həmin rəydə “Mənfi rəy” qrafasında – “Biz “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (“Agentlik”) və onun tabeliyində yaradılmış müəssisələrin (birlikdə “Qrup”) 31 dekabr 2020ci il tarixinə təqdim edilən birləşdirilmiş maliyyə vəziyyəti haqqında hesabatı və həmin tarixə başa çatan il üzrə birləşdirilmiş mənfəət və ya zərər və digər məcmu gəlirlər haqqında hesabatı, birləşdirilmiş kapitalda dəyişikliklər haqqında hesabatı və birləşdirilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatından, eləcə də əsas uçot prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan ilkin birləşdirilmiş maliyyə hesabatlarının auditini apardıq. Hesab edirik ki, hesabatımızın “Mənfi rəy üçün əsaslar” bölməsində müzakirə edilən məsələnin vacibliyini nəzərə alaraq, əlavə edilmiş konsolidə olunmuş maliyyə hesabatları Qrupun 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətini, habelə konsolidə olunmuş maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün konsolidə olunmuş pul vəsaitlərinin hərəkətini X1 Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirmir”. qeyd edilmişdir. Mənfi Rəy üçün əsas kimi isə “Qrup 5 iyul 2020-ci il tarixədək qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərib və hesabatlarını İctimai Sektor üçün X9 Standartlarına uyğun hazırlamışdır.Qrup 6 iyul 2020-ci il tarixindən etibarən X22 kimi fəaliyyət göstərməyə başlamışdır və həmin dövrdən hüquqi fonnası X22 olduğundan maliyyə hesabatları MHBS standartlarına uyğun hazırlamalı olmuşdur. Qrup 2020-ci il üzrə hesabat hazırlayarkən MHBS standartlarına tam keçməmişdir və hesabatları müvafiq standartlara uyğun hazırlamamışdır. Əlavə olaraq, Qrup hüquqi formasını dəyişdikdə qrup daxili müəssisələrdə birləşmələr baş vermiş və həmin birləşmələr zamanı müəyyən məqamlar mühasibat uçotunda tam nəzərə alınmamışdır. Biz auditi X3 (“BAS”) uyğun olaraq apardıq. Bizim həmin standartlar üzrə öhdəliklərimiz hesabatımızın maliyyə hesabatlarının auditi üzrə auditorun məsuliyyəti bölməsində təsvir edilmişdir. Mühasiblər üçün X5 Şurasının “X10 Məcəlləsi”nə (“MBESŞ Məcəlləsi”) uyğun olaraq biz Qrupdan müstəqilik və biz MBESŞ Məcəlləsinə uyğun olaraq etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz auditor sübutu mənfi rəyin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir”. qeyd edilmişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş 31 dekabr 2021-ci il tarixində bitən il üzrə “X1 Standartlarına uyğun hazırlanmış ilkin birləşdirilmiş Maliyyə Hesabatları və X2 görünür ki, İddiaçı QSC tərəfindən X8 Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və onun tabeliyində olan müəssisələrə ünvanlanmış və həmin rəydə “Şərti rəy” qrafasında – “Biz “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (“Agentlik”) və onun tabeliyində yaradılmış müəssisələrin (birlikdə “Qrup”) 31 dekabr 2021ci il tarixinə təqdim edilən birləşdirilmiş maliyyə vəziyyəti haqqında hesabatı və həmin tarixə başa çatan il üzrə birləşdirilmiş mənfəət və ya zərər və digər məcmu gəlirlər haqqında hesabatı, birləşdirilmiş kapitalda dəyişikliklər haqqında hesabatı və birləşdirilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatından, eləcə də əsas uçot prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan ilkin birləşdirilmiş maliyyə hesabatlarının auditini apardıq. Bizim fikrimizcə “Şərti rəy üçün əsas” hissəsində təsvir edilən məsələlərin təsirləri istisna olmaqla, 31 dekabr 2021-ci il və həmin tarixdə bitən il üzrə ilkin maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından MHBS-in 1 saylı MHBS əsasında necə tətbiq edilməsini, o cümlədən 31 dekabr 2022-ci il tarixinə MHBS-ə uyğun maliyyə hesabatlarının ilk tam toplusu rəhbərlik tərəfindən imzalandığı zaman qüvvədə olması gözlənilən standart, şərhlər və qəbul edilməsi gözlənilən qaydalar haqqında rəhbərliyin fərziyyələrini təsvir edən Qeyd 3-də göstərilən əsasa uyğun olaraq hazırlanmışdır”. qeyd edilmişdir. İş materiallarında olan 24 may 2023-cü il tarixli, EBCC seriyalı, 151793 saylı elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 16520 manat dəyərində xidmətlərin göstərilməsinə dair elektron qaimə təqdim edilmişdir. İş materiallarında olan E-mail yazışmalarından görünür ki, İddiaçı QSC tərəfindən audit hesabatının təqdim edilməsi məqsədilə müxtəlif tarixlərdə cavabdeh tərəfə E-maillar ünvanlanaraq, zəruri sənədlərin təqdim edilməsini cavabdeh tərəfdən xahiş etmişdir. İş materiallarında olan “https://dtsera.gov.az” internetdən çıxarışdan görünür ki, cavabdeh təşkilat tərəfindən 31 dekabr 2021-ci il tarixində bitən il üzrə “X1 Standartlarına uyğun hazırlanmış ilkin birləşdirilmiş Maliyyə Hesabatları və müstəqil auditor rəyi öz rəsmi saytlarında yerləşdirilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş Etiraz ərizəsindən görünür ki, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildirilmişdir ki, tərəflər arasında xx.xx.2020-ci ildən xx.xx.2020-ci il və xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək olan dövr ərzində Agentliyin X1 standartlara uyğunluğunun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması məqsədilə 28 aprel 2022-ci il tarixli 5/2022 saylı müqavilə bağlanılmışdır. İddiaçı tərəf məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərmişdir ki, “Müqavilədə nəzərdə tutulan öhdəliklərinin icrası məqsədilə zəruri addımlar atılmış, öhdəliyin tam vicdanla icrasına çalışılmışdır. Lakin Sifarişçi müqavilə şərtlərini hərfi mənada təfsir edərək öhdəliyin icrasının gecikdiyini bəhanə etmiş vəonlara müqavilə üzrə müəyyən edilən məbləği ödəməkdən imtina etmişdir.Qeyd edilənlərə münasibət olaraq bildirmişlər ki, heç də sözügedən müqavilə üzrə İddiaçıQSC tərəfindən özünün öhdəliklərinin icrası məqsədilə zəruri addımlar atılmamış, öhdəliyin tam icrası həyata keçirilməyərək müqavilə qismən icra edilmişdir. Belə ki, müqavilənin zəruri şərti kimi qeyd edilən əsas öhdəlik tərəflər arasında xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək olan dövr ərzində Agentliyin X1 standartlara uyğunluğunun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması həyata keçirilməmiş və öhdəlik bu hissədə hazırki dövrə qədər icra edilməmişdir. Öhdəliyin bu hissədə icrasını təsdiqləyən hər hansı sübut varsa məhkəməyə təqdim edilməsi zəruridir.Öhdəliyin digər hissəsi, yəni "xx.xx.2021-ci ildən 31.12 2021-ci ilədək olan dövr ərzində Agentliyin X1 standartlara uyğunluğunun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması" isə müqavilə üzrə icra müddəti müqaviləyə 2 nömrəli əlavədə də qeyd edildiyi kimi xx.xx.2022-ci il tarixdə, xidmətlərin ümumi icrası isə xx.xx.2022-cı il tarixdə başa çatmasına baxmayaraq xx.xx.2023-cü ildə yekun rəy qəbul edilərək icra edilmişdir. Müqavilədə bir öhdəlik mövcuddur “xx.xx.2020-ci ildən xx.xx.2020-ci il və xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək olan dövr ərzində Agentliyin X1 standartlara uyğunluğunun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması" öhdəliyi,bu öhdəliyi isə "İcraçı" yarımçıq icra etmiş və görmədiyi işə görə tam məbləği tələb etməsi qəbuledilməzdir.Tərəflər arasında bağlanmış tapşırıq müqaviləsinə əlavə kimi qeyd edilən, hər iki əlavədə xidmətlərin təhvil verilmə qrafiki və qiymət təklifi cədvəli qeyd edilmişdir. Yəni, müqavilə üzrə öhdəliyin tam icrası dedikdə tərəflər arasında xx.xx.2020-ci ildən xx.xx.2020-ci il və xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək olan dövr ərzində Agentliyin X1 standartlara uyğunluğunun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi” xx.xx.2022-ci il tarixdə, xidmətin ümumi icrasının başa çatdırılması isə xx.xx.2022-ciil üçün nəzərdə tutulmuşdur. Hazırki mübahisədə isə öhdəliklər natamam və gecikmə ilə yerinə yetirilərək, xx.xx.2023-cü ildə qismən icra edilmişdir.Qeyd edilən müqavilənin 2.3-cü bəndinə əsasən, “Sifarişçi” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında xidmətlərin “İcraçı”dan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Hazırki mübahisədə isə müqavilə üzrə öhdəlik natamam və vaxtında yerinə yetirilməyərək qismən icra edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, “Müqavilə üzrə xidmətlərin icrası üçün Sifarişçi tərəfindən təqdim edilməsi tələb edilən sənədlər natamam formada və Əlavə 2-də göstərilən müddəti ötürməklə təqdim edilmiş və bu hal audit rəyinin müqavilə üzrə müəyyən olunmuş müddətdə verilməsinə mane olmuşdur.Bununla əlaqədar tələb edilən məlumatlar və sənədlər barəsində həm şifahi, həm də şirkətə aid rəsmi e-mail ünvanları üzərindən yazılı olaraq müraciət edilmişdir. Lakin həmin sorğulara geri dönüş edildikdən sonra mütəmadi olaraq sənədlərə düzəlişlər edilməsi və ya sonra digər sənədlərin olduğu barədə məlumat verilərək yenidən göndərilməsi rəyin verilməsini ləngitmişdir. İddiaçının qeyd etdiyi halları qəbul etməyərək bildirmişlər ki, əgər tərəflərdən iddiaçıya təqdim edilən sənədlər müddət ötürülməklə (halbuki sorğuya cavab verilməsi üçün xüsusi müddət müqavilə ilə müəyyənləşdirilməyib və tərəflərindən ağlabatan müddətdə sorğular cavablandırılmışdır) və fərz etsək ki, iddiaçının qeyd etdiyi hallar doğrudur, bu halda isə iddiaçının yerinə yetirilmiş işə görə haqq tələb etmək, həmçinin əgər gecikmə var idisə, sənədlərdə uyğunsuzluq var idisə mövcud sənədlərə uyğun mənfi rəyi onlara təqdim etməli idilər. İcraçı tərəflə isə e-mail yazışmalarından da göründüyü kimi göndərdikləri sorğular əsasında zəruri məlumatlar təqdim edilmiş və bunun müqabilində “İcraçı” tərəf “Sifarişçinin” tapşırığını yerinə yetirməyə davam etmişdir. Lakin iddiaçı tərəfin səhlənkarlığı nəticəsində müqavilə öhdəliyi qismən ve gecikmələrlə icra edilmişdir. Bundan əlavə, əgər iddiada qeyd edildiyi kimi tərəflərindən sorğulara gecikmələrlə cavab verilirdisə, sənədlər vaxtında göndərilmirdisə, nə üçün “İcraçı"' “Sifarişçi" tərəfə mövcud gecikdirmələrə görə rəyin verilməsinin gecikəcəyi bildirilməmişdir? Deməli, “Sifarişçi” zəruri sənədləri vaxtında tərəfə təqdim edib, ya da “İcraçı” bu gecikmələri bilərək susub və öz öhdəliyini bu formada (gecikmə ilə) icra etməklə müqavilə ilə şərtləşdirilmiş müddətdə icrasını təmin edə bilməmişdir. Bununla yanaşı iddiaçı iddia ərizəsində “Auditor xidməti” haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə yarımçıq istinad etmişdir. Belə ki, sözügedən Qanunun 12-ci maddəsində, həmçinin “yoxlanılan təsərrüfat subyekti tərəfindən audit üçün lazım olan sənədlərin təqdim edilməməsi halında audit yoxlamasını keçirməkdən imtina etmək” hüququ da qeyd edilmişdir.İcraçı təşkilat isə sözügedən hüququndan sui-istifadə etmiş və müqavilədə qeyd edilən müddətdə öhdəliyini natamam icra etmişdir.Əlavə olaraq “icraçı" təşkilatın birbaşa vəzifələri ilə bağlı qeyd etmişdir ki, “Auditor xidməti” haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən, auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, mühasibat uçotunun aparılması və hesabatların tərtibi ilə bağlı nöqsanlar haqqında sifarişçinin rəhbərliyinə məlumat verməlidir. Sözügedən mübahisədə isə “İcraçı" “Sifarişçi”yə hər hansı nöqsan, gecikmə halları ilə bağlı heç bir məlumat verməmişdir.Həmçinin iddia ərizəsində qeyd edilmişdir ki, “xx.xx.2023-cü il tarixli rəsmi e-mail yazışmasına əsasən tərəflərindənxx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək olan dövr üzrə audit rəyi Sifarişçiyə təqdim olunmasına baxmayaraq mənfi rəy verilməsindən dolayı şifahi danışıqlara əsasan Sifarişçi tərəfindən bu rəyin qəbul olunmadığı və imzalanmadığı bildirilmişdir. Qoşmalara əlavə edilən yazışmalardan da aydın şəkildə görünür ki, tərəflərindən müqavilədə nəzərdə tutulan xidmətin göstərilməsi üçün Sifarişçidən lazımi sənədlər tələb olunmuşdur. Lakin Sifarişçinin səhlənkar və qeyri-professional yanaşması səbəbindən xidmətin göstərilməsi üçün lazımi sənədlər nəzərdə tutulan vaxtdan gec və tam formada əldə edilə bilməmiş, sənədlərə tez-tez dəyişikliklər edilmişdir. Bu səbəbdən dolayı da müqavilədə göstərilən xidməti nəzərdə tutulan vaxtda icra etmək mümkünsüz olmuşdur. Buna baxmayaraq Sifarişçinin müqavilədə nəzərdə tutulan müddət ötməsinə rəğmən tələb olunan sənədləri göndərməsi dolayı yolla Sifarişçinin işin icrasında maraqlı olduğu qənaətinə gəlməklərinə əsas olmuşdur. Bu səbəbdən də, mümkün olan ən qısa vaxt aralığında Sifarişçiyə xidmət göstərilmişdir. Lakin xidmət göstərildikdən sonra Sifarişçi xidmətin əvəzinin ödənilməsindən imtina etmiş və bunun əsası kimi xidmətin müqavilədə nəzərdə tutulan vaxtdan gec göstərildiyini bəhanə etmişdir. Sifarişçi tərəfindən onlara təqdim etdikləri audit rəyi rəsmi internet səhifələrində yerləşdirilmişdir. Bu hal bir daha təsdiq etmişdir ki, tərəflərindən xidmət icra edilmişdir."Qeyd olunanlara münasibət olaraq bildirilmişdir ki, iddiaçının qeyd etdikləri ifadələr heç biri həqiqəti əks etdirmir və heç bir sübuta əsaslanmayan ifadələrdir. İddiaçı müqavilə öhdəliyini tam icra etməmiş və bu səbəbdən iddianın qəbul edilməsi yolverilməzdir. Hazırki dövrə qədər xx.xx.2020-ciildən xx.xx.2020ci il ilədək olan dövr üzrə audit rəyi onlara təqdim edilməmişdir.Həmçinin iddia ərizəsinin hüquqi əsaslandırmasına cavab olaraq bildirilmişdir ki, sözügedən müqavilədə podrat müqaviləsinin müddəaları yox, tapşırıq müqaviləsi olduğu üçün tapşırıqla bağlı müddəalara istinad edilməlidir. Belə ki, podrat müqaviləsinin hüquqi nəticəsində maddi dəyəri olan hər hansı əmlak çıxış etməlidir. Hazırkı mübahisədə işə müvafiq audit rəyinin verilməsindən söhbət gedir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 784-cü maddəsinə əsasən, vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır.Yəni, sözügedən normaya əsasən, tərəflərindən vəkalət alana (iddiaçıya) hər hansı zərər vurulmamış, göndərdiyi sorğuların hamısına tərəflərindən cavablarverilmişdir. Bu hal tərəflər arasındakı e-mail yazışmalarında öz əksini tapmışdır. Həmçinin iddiaçının cavabdehə göndərdiyi sorğulara tərəflərindən gecikmələrlə, natamam cavab verilməsi halları olsaydı belə, bu hal “İcraçının" öhdəliyi icra etməməsinə, gecikdirməsinə səbəb olmamalı idi. Əgər hər hansı gecikmə var idisə, iddiaçı tərəf mənfi rəy olsa belə cavabdehə təqdim etməli idi.Həmçinin iddiaçının təqsirli hərəkətləri nəticəsində, yəni audit rəyinin vaxtında onlara təqdim edilməməsinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir.Belə ki, “Mühasibat uçotu” haqqında Azərbaycan Respublikası Qanununun 12-1.5-ci maddəsinə əsasən, X22lər hesabat dövrü başa çatdıqdan sonra, illik maliyyə hesabatlarını növbəti ilin aprel ayının 30-dan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarınıisə, növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.Yəni, sözügedən mübahisə üzrə audit rəyinin onlara xx.xx.2022-ci il tarixinə kimi təqdim etməmələri səbəbindənAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi inzibati qaydada cərimə edilmişdir. Halbuki “İcraçı” tərəfindən xidmətlərin təhvil verilməsinin dövrü aşkar şəkildə müqaviləyə 2 nömrəli əlavədə qeyd edilmişdir.Yuxarıda qeyd edilənləri və İddiaçıQSC-nin müqavilə öhdəliklərini vaxtında və tam yerinə yetirmədiyini nəzərə alaraq, iddia tələbinin təmin olunmaması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək) müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.( 389.1-ci maddəsi) Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. (390-cı maddə). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5-ci maddə). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.(405-ci maddə) Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. (385.1-ci maddə) Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsi) Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsinin əlamətlərini ehtiva edən müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podratla bağlı normaları tətbiq edilməlidir. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə) Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur (756.1ci maddə) Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (762.1-ci maddə) Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. (762.2-ci maddə) Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur (762.3-cü maddə) Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. (762.4-cü maddə) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görəöhdəliyəəsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə). Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Auditor rəyinin vahid formasını və onun tərtib edilməsində irəli sürülən tələbləri Auditorlar Palatası Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq tələblərini nəzərə almaqla müəyyən edir. Azərbaycan Respublikası Auditorlar Palatasının 22 dekabr 1997-ci il tarixli 63A nömrəli əmr ilə təsdiq edilmiş "Auditorun yekun sənədləri”nin 1-ci bəndinə əsasən bu standartın məqsədi - auditin rəsmiləşdirilməsi üçün lazım olan yekun sənədlərin mahiyyətini, məzmununu və formasını, onların tərtib və tətbiq olunması, saxlanılması qaydalarını müəyyən etməkdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 28 aprel 2022-ci il tarixli 5/2022 nömrəli Xidmətlər üzrə satınalma müqaviləsi bağlanmış və müqaviləyə əsasən Sifarişçi Cavabdeh 30 iyun 2020-ci ildən 31 dekabr 2020-ci il və 01 yanvar 2021-ci ildən 31 dekabr 2021-ci ilədək olan dövr ərzində X1 audit standartlarına əsasən auditinin aparılması xidmətinin satın alınması üçün icraçının 16520 manat məbləğində təklifini qəbul etmişdir. İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Cavabdeh 30 iyun 2020-ci ildən 31 dekabr 2020-ci il və 01 yanvar 2021-ci ildən 31 dekabr 2021-ci ilədək olan dövr ərzində X1 audit standartlarına əsasən auditinin aparılması xidmətini yerinə yetirərək Sifarişçiyə təhvil verilməsini, Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında xidmətlərin icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəliklərinə götürmüşlər. Müqavilə üzrə xidmətin qiyməti 16520 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən audit rəyi cavabdehə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı tərəfindən öhdəliklər icra edilmiş, cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında 28 aprel 2022-ci il tarixli 5/2022 nömrəli Xidmətlər üzrə satınalma müqaviləsi bağlanılmış və qeyd olunan müqaviləyə əsasən iddiaçı tərəfindən audit rəyi cavabdehə təqdim edilmişdir. Audit rəyinin cavabdehə təqdim edildiyi sübut qismində təqdim edilmiş e-mail yazışmaları ilə təsdiq edilir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etirazda qeyd edilən məlumat və nümayəndənin məhkəmə iclasında verdiyi izahatı ilə bir daha təsdiq edilmişdir ki, iddiaçı tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və onun tabeliyində yaradılmış müəssisələrin 31 dekabr 2021-ci il tarixinə və31 dekabr 2020-ci il tarixinə təqdim edilən birləşdirilmiş maliyyə vəziyyəti haqqında hesabatı və həmin tarixə başa çatan il üzrə birləşdirilmiş mənfəət və ya zərər və digər məcmu gəlirlər haqqında hesabatı, birləşdirilmiş kapitalda dəyişikliklər haqqında hesabatı və birləşdirilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatından, eləcə də əsas uçot prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan ilkin birləşdirilmiş maliyyə hesabatlarınınbeynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatları və X8” adlı sənəd təqdim edilmişdir. Həmin rəylərdən 31 dekabr 2021-ci il tarixinə olan rəy “şərti rəy”, 31 dekabr 2020-ci il tarixinə olan rəyi isə “mənfi rəy” olmuşdur. Cavabdeh təşkilat tərəfindən 31 dekabr 2021-ci il tarixində bitən il üzrə “X1 Standartlarına uyğun hazırlanmış ilkin birləşdirilmiş Maliyyə Hesabatları və müstəqil auditor rəyi öz rəsmi saytlarında yerləşdirilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının 22 dekabr 1997-ci il tarixli 63A nömrəli əmri ilə təsdiq edilmiş “Auditorun yekun sənədləri”nin “Auditor rəyləri” bölməsinin İİ. “Auditor rəyinin növləri” hissəsinin 7-ci bəndinə əsasən rəy şərtsiz müsbət, şərti müsbət, mənfi ola bilər və ya auditor maliyyə hesabatı haqqında rəy verməkdən imtina edir və özünün nəticələrini başqa hesabat formasında rəsmiləşdirir. Şərtsiz müsbət rəy təkmilləşdirilmiş və ya tamamlanmış da ola bilər. Auditor maliyyə hesabatı haqqında rəy verməkdən o halda imtina edir ki, auditin sübutlarının çatışmazlığı ilə əlaqədar olaraq bu aspektlərdə başqa audit prosedurları ilə aradan qaldıra bilmədiyi qeyri-müəyyənliklər mövcud olur və göstərilən hallar ümumilikdə işin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir və maliyyə vəziyyətini təhrif edir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya təqdim olunmuş sənədlər əsasında iddiaçı tərəfindən auditor yoxlaması aparılmış və nəticədə maliyyə hesabatı haqqında şərti rəy və mənfi rəy verilmişdir ki, bu da Azərbaycan Respublikası Auditorlar Palatasının 22 dekabr 1997-ci il tarixli 63A nömrəli əmr ilə təsdiq edilmiş “Auditorun yekun sənədləri”nin tələblərinə uyğun olmuşdur. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinin tələbinə əsasən iddiaçı tərəfindən yerinə yetirilmiş xidmətlər müqavilədə göstərilmiş şərtlərə uyğun olmadığı halda, cavabdehin aşkar olunan qüsurların iddiaçı tərəfindən aradan qaldırılmasını tələb etmək hüququ olduğu halda bu hüququndan da istifadə etməsi iş materialları ilə müəyyən olunmur. Cavabdehin mənfi audit rəyinin verilməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və müqavilənin ona verdiyi hüquqlardan istifadə etməməsi belə qənaətə gəlməyə əsas verir ki, müqaviləyə əsasən sifariş verilmiş audit rəyi iddiaçı tərəfindən cavabdehə təqdim edilməklə, audit rəyinin verilməsi xidmətləri göstərilmişdir. Həmçinin məhkəmə 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də, onu qeyd etməyi zəruri hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği 139.6 manat təşkil etmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə xərcləri iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan və iddia tələbinin təmin edilməsini nəzərə alaraq, mediasiya xərcinə görə 200 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəf iddiaçı tərəflə bağladığı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi təmin edilməli, 28 aprel 2022-ci il tarixli Xidmətlər üzrə Satınalma müqaviləsinə əsasən 16520 manat və mediasiya xərcinə görə 200 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. 28 aprel 2022-ci il tarixli Xidmətlər üzrə Satınalma müqaviləsinə əsasən 16520 manat və mediasiya xərcinə görə 200 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar