Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1831/2024 13.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment və əlavə xərclərə cəlb edilməsi” tələbinə dair ilk iddiası və Cavabdeh2 İddiaçı qarşı “aliment” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment və əlavə xərclərə cəlb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikahlarından doğulmuş 20 oktyabr 2008-ci il təvəllüdlü X12 və 26 sentyabr 2011-ci il təvəllüdlü X5 üçün cavadehdən alimentin tutulması 2023-ci ilin avqust ayından hesablanmaqla bir uşağa görə hər ay 250 manat olmaqla ümumilikdə 500 manat sabit pul məbləğində alimentin, övladlarının təhsili və digər ehtiyacları üçün əlavə xərclərə cəlb edilməklə hər ay 300 manat olmaqla ümumilikdə 800 manat sabit pul məbləğinin Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 06 may 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Rəsmi nikahları 06 may 2008-ci il tarixdə Binəqədi rayon Qeydiyyat Şöbəsində 339 nömrə ilə qeydə alınmışdır. Cavabdehlə 2023cü ilin avqust ayına kimi ər-arvad qismində birgə yaşamışlar. Birgə nikahlarından 20 oktyabr 2008-ci il tarixdə X17 və 26 sentyabr 2011-ci il tarixdə X18 doğulmuşdur. Ər-arvad qismində birgə yaşadıqları müddətdə münasibətləri normal olsa da, son vaxtlar yersiz bəhanələr gətirərək ailələrində münaqişələr yaratmış və bu hal müntəzəm xarakter almaqla birgə yaşayışı mümkünsüz həddə çatdırmışdır. Bundan sonra cavabdeh yuxarıda qeyd edilən tarixdən qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşayan valideyinlərinin yanına getmiş və hazırki vaxtadək həmin ünvanda valideyinləri ilə birlikdə yaşamaqdadır. Qeyd edir ki, indiyə qədər Cavabdeh1 birgə nikahlarından doğulmuş uşaqlarının maddimənəvi durumu, ümumi vəziyyəti ilə maraqlanmamış, uşaqlarının necə böyüdüyündən xəbərsiz olmuşdur. Buna baxmayaraq ailəsinin dəstəyi ilə uşaqlarının üstün mənafeyini rəhbər tutaraq sağlam, firavan böyümələri üçün əlindən gələni əsirgəməmişdir. Lakin ehtiyaclar artdığından ailəsinin və onun maddi durumu buna imkan vermədiyindən, eyni zamanda ata kimi onun da bu ehtiyacları qarşılamaq borcu olduğundan hesab edir ki, bu, Cavabdeh1 da maddi məsuliyyətidir. Əlavə olaraq qeyd edir ki, övladlarının yüksək keyfiyyətli təhsil almaları üçün, gələcəkdə cəmiyyətə, dövlətimizə layiqli mütəxəssis yetişmələri üçün məktəbdən sonra əlavə repetitorlarla hazırlaşırlar və bu da əlavə xərc deməkdir. Bütün bunları davamlı olaraq təkbaşına həll etmək onun üçün əlavə xərc və vəsait deməkdir. Tək valideyin kimi bu xərcləri qarşılaqmağa maddi durumu imkan vermir. Ona görə də, hesab edir ki, cavabdeh də ata kimi bu xərclərə cəlb edilməli və əlavə xərclərdə iştirak etməlidir. Odur ki, yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, birgə nikahlarından 20 oktyabr 2008-ci il tarixdə doğulmuş X12 və 26 sentyabr 2011-ci il tarixdə doğulmuş X5 üçün cavadeh Cavabdeh1 2023-ci ilin avqust ayından hesablanmaqla hər uşaq üçün 250 manat olmaqla 500 manat sabit pul məbləğində alimentin və övladlarının təhsili və digər ehtiyacları üçün əlavə xərclərə cəlb edilməklə hər ay 300 manat olmaqla ümumilikdə 800 manat sabit pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Cavabdeh1 tərəfindən 04 dekabr 2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilsə də, 06 yanvar 2024-cü il saat 10:40-a təyin edilmiş mediasiya sesiyasına dəvət olunsa da, iştirak etməmiş və ya bilərəkdən iştirak etməkdən imtina etmişdir. Ona görə də, aralarında hərhansı bir razılığa gələrək barışıq sazişinin bağlanması mümkünsüz olmuşdur. Daha sonra Cavabdeh2 İddiaçı qarşı “aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fəaliyyət və əmək qabiliyyəti olmayan X1 üçün onun həyat yoldaşı cavabdeh İddiaçı sabit pul hər ay 300 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X2 üçüm cavabdeh X7 aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdeh X6 Rayon Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(001)-2245/2021 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Göstərilən səbəbdən məhkəmə, cavabdeh X10 qəyyum təyin edilənədək mülki iş üzrə icraatı dayandırılmışdır. Binəqədi rayon İcra Hakimiyyətinin 10 may 2024-cü il tarixli 77 nömrəli qərarı ilə o, cavabdeh X8 qəyyumu təyin edilmişdir. Bundan sonra məhkəmə icraatın təzələnməsi barədə və mülki iş üzrə onu cavabdeh qismində cəlb edilməsi barədə qərardad qəbul etmişdir. Aşağıda göstərilənlərə əsasən, məhkəmənin icraatda olan iş üzrə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, fəaliyyət və əmək qabiliyyətinə malik olmayan X1 üçün cavabdeh (qarşılıqlı iddiaçı) İddiaçı sabit pul məbləğində hər ay 300 manat aliment tutulması barədə qətnamə qəbul edilməlidir. Bildirir ki, əmək qabiliyyətinə malik olmadığı üçün X10 DSMF tərəfindən 350 manat pensiya təyin edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(001)-124/2024 nömrəli qərardadına əsasən xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X2 ücün cavabdeh Ramil Keybulla oğluna təyin edilmiş pensiyasının 70% məbləğində aliment tutulur. X10 isə cəmi 100 manat pul qalır. Lakin, həmin pul X8 heç dəva-dərman və müalicə xərclərini belə ödəmir. O, X8 qəyyumu kimi onu saxlamaq üçün maddi imkana malik deyilə və borclu da deyil. X3 üçün əmək qabiliyyətinə malik arvadı - cavabdeh İddiaçı sabit pul aliment tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Vəkil2 qarşılıqlı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi, həmçinin ilkin iddianı isə qismən gəbul edərək bildirdi ki, ilkin iddia təmin olunsa, qarşılıqlı iddia da təmin olunsa, o zaman təyin olunmuş məbləğlər mütənasib şəkildə bölüşdürülməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddis isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİ seriyalı 312056 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X12 atası Cavabdeh1, anası İddiaçıdır. AZ-İİ seriyalı 773144 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X14 atası Cavabdeh1, anası İddiaçıdır. AZ-İ seriyalı 408380 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh1 ilə X16 arasında olan nikah Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə bağlanmış və 339 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Həsənova” soyadı verilmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 2-ci qrup əlildir, 363,86 manat məbləğində pensiya alır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 2245/2021 saylı qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilmiş, xx.xx.1984-cü il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Cavabdeh1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhəri Binəqədi RİH Başçısının xx.xx.2024-cü il tarixli sərəncamının surətindən görünür ki, vətəndaş Cavabdeh2 fəaliyyət qabiliyyəti olmayan oğlu Cavabdeh1 üzərində qəyyum təyin edilmişdir. Bakı 11 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər İddiaçı və Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin heç bir razılığa gəlməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməlidir. Belə ki, hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X14 yaşlarını, qida və digər zəruri xərclərə tələbatını, məktəbli olmalarını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu, cavabdehin əmək münasibətlərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia uşaqların saxlanılmaları üçün cavadehdən alimentin tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X14 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi uşaqların təhsili və digər ehtiyacları üçün əlavə xərclərə cavabdeh cəlb edilməklə hər ay 300 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin həmin 300 manat məbləğində əlavə xərci ödəmək üçün zəruri vəsaitə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, Cavabdeh1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və ona aylıq 363,86 manat məbləğində pensiya təyin olunmuşdur. Həmçinin, iddia tələbinin alimentin 2023-cü ilin avqust ayından hesablanması hissəsində məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(001)-124/2024 saylı qərardadı ilə ərizəçi İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilmiş, xx.xx.2024-cü il tarixdən başlayaraq iş üzrə qətnamə çıxarılanadək xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X4 üçün Cavabdeh1 İddiaçı xeyrinə hər uşaq üçün hər ay 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutulmuşdur. Məhkəmə bunu nəzərə alaraq hesab edir ki, alimentin tutulması qətnamənin çıxarıldığı gündən başlanılmalıdır. Məhkəmə Cavabdeh2 İddiaçı qarşı “aliment” tələbinə dair qarşılıqlı iddiasına gəldikdə isə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Hazırki halda məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh1 06 may 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Daha sonra isə münasibətlərinin pis olması səbəbindən Cavabdeh1 2023-cü ilin avqust ayından iddiaçı ilə birgə yaşamamış, valideynlərinin yanında yaşamış, bununla da, onlar birgə təsərrüfat aparmamışdırlar. Qanunvericiliklə ər-arvadın bir birinə maddi cəhətdən köməklik göstərilməsi nəzərdə tutulsa da, hazırki halda İddiaçı və Cavabdeh1 uzun müddətdir ki, bir yerdə yaşamırlar. Belə olan halda da, məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment və əlavə xərclərə cəlb edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X14 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh2 İddiaçı qarşı “aliment” tələbinə dair qarşıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-1831/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1831/2024
13.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver