Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2050/2025 29.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 2(001)- 210/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Qoşqarlı tərəfindən qətnamə çıxarılmışdır və cavabdeh qismində ondan xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. O, bu günki günə qədər bütün aliment öhdəliklərini icra etmiş, heç bir borcu yoxdur, icra işi bağlanmışdır. Hal-hazırda bir evdə yaşayırlar (uşaqlar və anaları ilə bir yerdə) və onların bütün maddi ehtiyaclarını təmin edir. Lakin boşanma prosesi çox travmalı və psixoloji sarsıntı yaratdığı üçün səhhətində problemlər yaranmışdır. Müalicə alması üçün öz hesabına ödənişsiz məzuniyyət götürməsi üçün iş yerinə müraciət etmişdir. Lakın işəgötürən bu müraciətini qəbul etməmişdir. Ona görə də məcbur olub iş yerindən ayrılmış, müalicə almağa başlamışdır. Onun hal-hazırda heç bir iş yeri yoxdur, heç bir əmək fəaliyyəti yoxdur, heç bir təqaüd və ya müavinət almır. Keçmiş həyat yoldaşı isə ADU universitetində yarım-ştat müəllim kimi işləyir və hal-hazırda 375 manat aylıq maaş alır. O, hal-hazırki işsizlik vəziyyətinə uyğun olaraq, aliment məbləğinin qanunvericilikdə nəzərdə tutulmuş minimum sabit pul şəklində təyin edilməsi üçün məhkəməyə müraciət etmişdir. 2(001)-210/2024 saylı məhkəmə işindən əvvəl mediasiya qaydasında alimentin ödənilməsi forması və məbləği barədə Cavabdeh ilə razılığa gələ bilməmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, aliment məbləğinin qanunvericilikdə nəzərdə tutulmuş minimum sabit pul şəklində təyin edilməsi, Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, uşaqlara görə ödənilən alimentin 50 faizinin yetkinlik yaşına çatmayan uşaqların adına açılmış bank hesabına köçürülməsi və bu hesablara sərəncam vermə səlahiyyətinin uşaqların yetkinlik yaşına çatanadək hər iki valideynin birgə razılığı yolu ilə həyata keçirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı bir neçə dəfə məhkəməyə mülki prosessual qanunvericiliyin 53-cü maddəsinə əsasən “iddia ərizəsinin dəyişdirilməsi və dəqiqləşdirilməsi” barədə ərizə ünvanlamış, sonuncu ərizəsində cavabdehin psixi vəziyyətinin pis olması və nalayiq hərəkətlər etməsi səbəbindən alimentin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, işin mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda cavabdeh iddiaçının onda psixi problemin olması ilə bağlı sübutunun olmadığını, sadəcə apellyasiya məhkəməsində hakimin ona psixoloqa müraciət etməsini tövsiyə etdiyini, uşaqlarının icra hakimiyyətində onunla bağlı heç bir şikayətlərinin olmadığını və iddiaçının uşaqlara baxmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 210/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında olan Bakı Nikah Evində xx.xx.2010-cu il tarixdə bağlanmış və 1573 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi və İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq alınaraq iddiaçı Cavabdeh qzına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən məşğulluq haqqında xx.xx.2025-ci il tarixli arayışlardan görünür ki, İddiaçı mərkəzləşdirilmiş elektron informasiya sistemində şəxsin təyin olunmuş məşğulluqla bağlı, şəxsin ünvanlı dövlət sosial yardım ödənişi barədə, şəxsin təyin olunmuş əlilliklə bağlı, şəxsin özünəməşğulluq proqramı çərçivəsində aktivləri əldə etməsi barədə, şəxsin sosial müvainət və təqaüd alması barədə, şəxsin pensiyaçı olması barədə, şəxsin ünvanlı dövlət sosial yardım alması barədə məlumatları mövcud deyildir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh “Azərbaycan Dillər Universiteti” publik hüquqi şəxsində “müəllim” vəzifəsində işləyir və 405 manat məbləğində əmək haqqı alır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı “X4 of Absheron Petroleum B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında “mühəndis, texniki nəzarət üzrə” vəzifəsində işləyir və 10566.0 manat məbləğində əmək haqqı alır. İlk növbədə qeyd edilməlidir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə, aliment ödənilən uşaq övladlığa götürüldükdə, aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda, aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə və əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda xitam verilir. Beləliklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-210/2024 saylı 6.04.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçıdan cavabdehin xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı heç bir yerdə işləmədiyinə və cavabdehin psixi vəziyyətinin pis olması və nalayiq hərəkətlər etməsi səbəbindən alimentin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı hazırda Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən məşğulluq haqqında xx.xx.2025-ci il tarixli arayışlara istinad edərək, mərkəzləşdirilmiş elektron informasiya sistemində şəxsin təyin olunmuş məşğulluqla bağlı, şəxsin ünvanlı dövlət sosial yardım ödənişi barədə, şəxsin təyin olunmuş əlilliklə bağlı, şəxsin özünəməşğulluq proqramı çərçivəsində aktivləri əldə etməsi barədə, şəxsin sosial müvainət və təqaüd alması barədə, şəxsin pensiyaçı olması barədə, şəxsin ünvanlı dövlət sosial yardım alması barədə məlumatlarının mövcud olmamasına əsaslanaraq, alimentin ləğv edilməsini məhkəmədən xahiş etsə də, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı “X4 of Absheron Petroleum B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında texniki nəzarət üzrə mühəndis” vəzifəsində işləyir və 10566.0 manat məbləğində əmək haqqı alır. Məhkəmə belə qənaətə gəlir ki, alimentin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmadığından, alimentin ödənilməsi iddiaçının vəzifəsi olduğundan və iddiaçı alimentin ödənilməsi üçün kifayət qədər qazanca malik olduğundan, cavabdehin psixi vəziyyətinin pis olması və nalayiq hərəkətlər etməsi alimentin ləğv edilməsi üçün əsas kimi ailə qanunvericiliyində nəzərdə tutulmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-2050/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2050/2025
29.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver