Məhkəmə qərarları › İş №e-2(001)-2186/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2186/2025

31.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2186/2025 31.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Binəqədi rayon Məhkəməsinin 2(001)-12841/2015 saylı , xx.xx.2015-ci il tarxli icra sənədinə əsasən borclu İddiaçı icra sənədi üzrə 2016-cı ilin dekabr ayından 2024-cü ilin iyul aynadək 8 (səkkiz) il müddətində ödənilməmiş 96 aylıq 22.080 manat aliment məbləği birgə yaşanılmış 8 il müddətində evin və ailənin bütün xərclərinin saxlanılmasına və ailə üçün zəruri olan işlərə xərclədiyi vəsaitlə əvəzləşdirilməsi və İddiaçı həmin məbləği ödəməkdən azad edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icraatında olan Binəqədi rayon Məhkəməsinin 2(001)-12841/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 hər birinə 18 yaşına çatana kimi saxlanılmaları üçün hər ay 115 manat, cəmi 230 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh İsgəndər qızına ödənilmılidir. Həmin icrasənəsi xx.xx.2016-cı il gtarixdə Binəqədi rayon İcra Şöbəsinin icraatına daxil olmuşdur. 2016-cı ilin dekabr ayınadək aliment məbləğlərini tam ödəmiş, 2016-cı ilin dekabr ayında barışmış və 2017-ci ilin oktyabr ayında yenidən bir oğlu anadan olmuşdur. 2016-cı ilin dekabr ayından 2024-cü ilin iyul ayınadək birlikdə yaşamış və ailənin bütün məsrəflərini ailə başçısı olaraq özü tərəfimdən qarşılanmışdır. Birgə yaşadıqları müddətdə bir daha ayrılacaqlarını ağlına gətirməmişdir. 2024-cü ilin iyul ayında Cavabdeh İsgəndər qızının imkanı xaricində olan tələbləri və inadkarlığı səbəbindən aralarında yenidən mübahisə düşmüş, bu səbəbdən yenidən ayrılaraq evi tərk etmiş və həmin tarixdən valideyinlərinə məxsus evdə yaşamağa başlamışdır. Bİnəqədi rayon İcra Şöbəsinin İcra məmuru Ələddin Hüseynov tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş rəsmi məktubdan məlum olmuşdur ki, Binəqədi rayon İcra Şöbəsinin icraatında olan Binəqədi rayon Məhkəməsinin 2(001)-12841/2015 saylı, xx.xx.2015- ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı 2020 manat aliment ödəmiş, icra sənədi üzrə indiyədək 22.360 manat ödənilməmiş aliment borcu qalmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, tələbkar Cavabdeh İsgəndər qızı ilə 2016-cı ilin dekabr ayından 2024-cü ilin iyul ayınadək birlikdə yaşadığımız səkikiz (8) il müddətində tələbkar alimentin ödənilməməsi ilə bağlı icra məmuruna müraciət etməmiş və bu barədə heç bir mübahisə olmamışdır. Hətta tələbkar özü belə barışaraq 8 (səkkiz) il birlikdə yaşadıqlarını etiraf edir. Onların barışmalarını və birlikdə yaşamalarını yaxın qohum və tanışlardan əlavə bütün ailə üzvlərinin birlidə iştirak etdiyi toy və digər ad günü tədbirlərində çəkilmiş video və fotolar da təsdiq edir. Bildirir ki, 2016-cı ilin dekabr ayından 2024-cü ilin iyul aynadək birlikdə yaşadıqları 8 (səkkiz) il müddəti 12 aya vurduqda cəmi 96 ay edir. 96 ayın hər ayını isə 230 manata vurduqda cəmi 22.080 manat edir. Hesablamadan belə nəticəyə gəlmək olur ki, icra məmurunun verdiyi arayışda olan borc məbləği 22.360 manat yox, həmin məbləğ 280 manatdır. Əlavə olaraq bildirir ki, Binəqədi rayon İcra Şəbəsinin icra Məmuru cavabdehlə borclunun birlikdə yaşadıqları 8 il müddətində nəğdi qaydada ödənilməyən aliment məbləğini 22.360 manat miqdarında hesablamış, borclunun həmin illərdə ödəmədiyi aliment məbləğini boyun qaçırma kimi qiymətləndirərək inzibati protokol tərtib etmiş və inzibati qaydada cəzalanmam üçün Binəqədi rayon Məhkəməsinə təqdimat vermişdir. Həmin təqdimata məhkəmədə baxılarkən müəyyən olunmuşdur ki, borclu İddiaçı aliment ödəməli olduğu 8 il müddətində təlabkar və uşaqları ilə birlikdə yaşamış, birlikdə yaşdıqları müddətdə ailənin məsrəflərini ödədiyindən,həmin müddətdə təlabkar tərəfindən heç vaxt alimentin ödənilməməsi və aliment ödəməkdən boyun qaçırmaması barədə rəsmi müraciət etməməsi səbəbindən borclunun əməlində aliment ödəməkdən boyun qaçırma sübuta yetirilməmiş və bu səbəbdən təqdimat təmin edilməyərək rədd edilmişdir. Təlabkar Tağıyeva X1 rayon Məhkəməsinin 3(001)-4790/2024 saylı xx.xx.2024cü il tarixli Qərarından apelyasiyaşikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin müvafiq qərarı ilə apelyasiya şikayəti təmin edilməmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, Binəqədi rayon İcra Şöbəsinin icraatında olan Binəqədi rayon Məhkəməsinin 2(001)- 12841/2015 saylı, xx.xx.2015-ci il tarxli icra sənədinə əsasən borclu İddiaçı icra sənədi üzrə 2016-cı ilin dekabr ayından 2024-cü ilin iyul aynadək birlikdə yaşadığımız 8 (səkkiz) il müddətində ödənilməmiş 96 aylıq 22.080 manat aliment məbləği birgə yaşadıqları müddətdə evin saxlanılmasına xərclədiyi vəsaitlə əvəzləşdirilməsi və İddiaçı həmin məbləği ödəməkdən azad edilməsi haqqında qətnamə qəbul edilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı aliment məbləğinin azaldılması tələbi il məhkəməyə müraciət etsə də, faktiki olaraq, ailəsi ilə birlikdə yaşadığı dövrdə ailənin tələbatlarını təmin etməsinə baxmayaraq, icra məmuru tərəfindən aliment borcunun əsassız hesablanmasından narazıdır. Hansı ki, Binəqədi Rayon Məhkəməsinin 3(001)-4790/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında borclu kimi aliment öhdəliyinin icrasından yayınmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6.-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbulundən imtina edilməli və iddiaçıya izah edilməlidir ki, onun borclu qismində icra məmurunun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət vermək hüququ vardır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.5-ci maddəsinə əsasən icra məmurunun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət vermək hüququnun olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar