Məhkəmə qərarları › İş №e-2(001)-2254/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2254/2024

16.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2254/2024 16.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı İddiaçı Cavabdeh Cəlal qızına qarşı barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİM İddiaçı Cavabdeh Cəlal qızına qarşı barışıq sazişinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi aşağıda qeyd olunanlara əsasən, geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qnununun 8.2.-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə100 manat dövlət rüsumu ödənilməlidir. İddia ərizəsinə əlavə olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-2095/2024 saylı qərardadından müəyyən olunur ki, İddiaçı Cavabdeh Cəlal qızına qarşı barışıq sazişinin ləğv edilməsinə dair iddia ərizəsinin və həmin iddia ərizəsi üzrə xx.xx.2024-cü il tarixdə ********** saylı qəbzə əsasən iddiaçının ödədiyi 100 manat dövlət rüsümunun geri qaytarılması qərara alınmışdır. İddiaçı barışıq sazişinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə təkrarən məhkəməyə müraciət edərkən artıq dövlət büdcəsindən geri qaytarılması qərara alınmış dövlət rüsumuna dair qəbzi hazırkı iddia ərizəsinə əlavə etmişdir. Daha sonra, qanuni qüvvəsini almayan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-1774/2024 saylı qətnaməsinə əsasən, iddiaçının hazırkı iddia ərizəsi ilə etibarsız hesab edilməsini xahiş etdiyi barışıq sazişinin bir hissəsi təsdiq edilsə də, iddiaçı iddia ərizəsində sazişin hansı şərtlərinin faktiki icra olunmasını, hansı şərtlərinin mübahisələndirdiyini, məhkəmə aktı ilə etibarlılığı müəyyən edilərək təsdiq olunan saziş şərtlərinə münasibətini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-1774/2024 saylı qətnaməsini mübahisələndirib, mübahisələndimədiyini iddia ərizəsində göstərməmiş, yəni öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları iddia ərizəsində qeyd etməməklə iddia ərizəsinin forma və məzmununa da əməl etməmişdir. Hesab edirəm ki, hazırkı vəziyyətdə iddia ərizəsinin icraata qəbul edilməsi mümkün olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPMnin 151.1.-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçıya qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 149, 150, 152-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM İddiaçı Cavabdeh Cəlal qızına qarşı barışıq sazişinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar