Məhkəmə qərarları › İş №e-2(001)-2469/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2469/2024

13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2469/2024 13.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 1713 nömrəli akt qeydinə əsasən qeydə alınmış nikahın pozulması, ünvan 1 ünvanında yerləşdirilmiş dəyəri 1700 manat olan mətbəx mebeli + divar içi şkaf + Stol -2 ədəd stul, 1200 manat dəyərində “Bekro” markalı soyuducu, 800 manat dəyərində “Yoshiro” markalı paltaryuyan, dəyəri 120 manat olan Qaz sobası + aspirator, 150 manat dəyərində tok peçi, 90 manat dəyərində jaluz pərdə, 40 manat dəyərində Xalça , 15 manat dəyərində saat, mixel- 35 manat, ət çəkən maşın - 90 manat, Tərəvəz doğrayan 30 manat, Blender- 30 manat, 120 manat dəyərində Somovar çaydan- çaynik, Su çayniki+ dəm çayniki 140 manat dəyərində, tefal çaynik - 25 manat, moyka 30 manat, 2 ədəd zibil qabı - 30 manat, dəyəri 170 manat olan 4 ədəd qranit qazan dəsti, 6 ədəd İran istehsalı qazan dəsti - 70 manat, İran istehsalı 6 ədəd tava 50 manat, 5 ədəd qırmızı qazan dəsti- 50 manat, Toster - 30 manat, dolma bükən aparat- 15 manat, su çayniki - 20 manat, kofe dəsti - 15 manat, qızılı çay dəsti, 6 ədəd nəlbəki, stəkan - 45 manat, Sini- Podnos - 3 ədəd - 35 manat, 3 mərtəbəli tərəvəz qabı- 15 manat, 2 ədəd çörək qabı- 27 manat, 6 ədəd yaşıl kasa - 15 manat, 3 ədəd aş süzən - 10 manat, ələk- 4 manat, limon sıxan - 5 manat, dəm çayniki- 6 manat, 2 ədəd meyvə qabı, 3 ədədli Ləbləbi qabı - 4 manat, 12 ədəd stəkan - 30 manat, Süpürgə, Xəkəndaz - 15 manat, Pol vedrəsi - 28 manat, Döşək çapan, qırmızı 5 manat, ağ rəngli paltar səbəti - 15 manat dəyərində, yaşıl rəngli paltar səbəti - 10 manat, qırmızı vanna - 6 manat, 18 ədəd çay qaşığı, 18 ədəd yemək qaşığı, 18 ədəd çəngəl dəsti- 70 manat, 3 ədəd Tefal qaşığı - 6 manat, Sarımsaq əzən, kartof əzən - 8 manat, 6 ədəd fincan - 10 manat, Saxlama qabı - 8 manat, 6 ədəd saxlama qabı 9 manat, kolidor üçün xalça - 60 manat, 6 ədəd ədviyyat qabı - 15 manat, şüşəli ədviyyat qabı - 4 ədəd - 10 manat, 2 ədəd şüşəli şəkər qabı - 12 manat, qırmızı, yaşıl qab- 6 manat, 4 ədəd duz qabı- 8 manat, 10 ədəd Plasmas qab - 24 manat, 13 ədəd Tefal qaşıq - 25 manat, 24 ədəd boşqab - 80 manat, 2 ədəd qaşıq qabı - 4 manat, bıçaq dəsti 20 manat olmaqla ümumi dəyəri 5632 manat olan mətbəx əşyalarının, dəyəri 2000 manat olan taxt, 2 ədəd tumba, güzgülü termo, oturacaq, güzgülü qarderob, pərdə + 2 dekor, lüstur- dəyəri 90 manat, böyük xalça+ 2 ədəd kiçik xalça- 200 manat dəyərində, dəyəri 100 manat olan ütü stolu və ütü, dəyəri 50 manat olan 4 ədəd süfrə, 120 manat dəyərində 4 ədəd yataq dəsti, 100 manat dəyərində Tozsoran, dəyəri 28 manat olan yay yorğanı, 30 manat dəyərində göy ədyal, 12 ədəd aslıqan(plasmas və dəmir)- 20 manat dəyərində, 10 manat dəyərində iynə, sap qabı olmaqla ümumi dəyəri 2748 manat olan yataq otağı əşyalarının, dəyəri 750 manat olan Stol + 6 ədəd stul dəyəri 900 manat olan tək qapılı rəf+ güzgülü rəf, dəyəri 800 manat olan divan + 4 ədəd yastıq, dəyəri 700 manat olan Lotus markalı televizor, dəyəri 25 manat olan sarı rəngli saat, dəyəri 130 manat olan Çilçıraq, dəyəri 100 manat olan 12 ədəd qrafinka stəkan, 15 manat dəyərində iki ədəd mürəbbə qabı, 20 manat dəyərində 6 ədəd sok stəkanı, 20 manat dəyərində 4 paçka böyük stəkan, dəyəri 40 manat olan 24 ədəd böyük nəlbəki, dəyəri 18 manat olan 6 ədəd armudu stəkan, dəyəri 30 manat olan 2 ədəd mürəbbə qabı, 200 manat dəyərində böyük xalça, 150 manat dəyərində 2 ədəd pərdə + 2 dekor, 15 manat dəyərində 2 ədəd meyvə qabı, 20 manat dəyərində 2 ədəd balaca güldan, 25 manat dəyərində 5 ədəd külqabı, 10 manat dəyərində 6 ədəd şam qabı, 15 manat dəyərində 2 ədəd balaca meyvə qabı, 15 manat dəyərində 4 ədəd şəkər qabı, 20 manat dəyərində 4 ədəd çərəz qabı, 15 manat dəyərində 2 ədəd balıq qabı, 20 manat dəyərində göy rəngli çaynik, 15 manat dəyərində 6 ədəd dondurma qabı, 10 manat dəyərində ağ salat qabı, 5 manat dəyərində 6 ədəd bıçaq, 300 manat dəyərində boşqab dəsti olmaqla ümumi dəyəri 4383 manat olan qonaq otağı əşyalarının (əşyaların ümumi dəyəri 12763 manat) cavabdehdən alınaraq ona verilməsi, əşyaların təhvil verilməsi mümkün olmayacağı təqdirdə dəyərinin cavabdehdən tutulub ona ödənilməsi, hüquqi yardım üçün ödənilmiş 320 manat və 131 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2469/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və əmlak tələbindən əmlak tələbi ayrıca icraata ayrlmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənib ailə həyatı qurmuşdur. Evliliklərindən qısa müddət keçməsinə baxmayaraq cavabdehin qohumlarının ailələrinə müdaxiləsi səbəbi ilə ailədə söz-söhbətlər artmağa başlamış, nəticədə münasibətləri pozulmuş, münaqişə həddinə çatmışdır. Bütün mübahisələri ört-basdır edib ailəsini qorumağa çalışsa da, cavabdeh davamlı olaraq valideynlərinin sözü ilə hərəkət edib, onu döyməyə başladıqdan sonra fikrini qətiləşdirərək, bu münasibətin davam etməyəcəyi qənaətinə gəlmişdir. Cavabdeh hər zaman ifadəsində “səni həyətimizi təmizləmək üçün, anamış işlərini görmək, anama qulluq etmək üçün almışam.” deyirdi. Cavabdehin ona ailə kimi baxmamasının səbəbi cavabdehin cinsi xəstəliyinin olması idi. Evləndiyi vaxt cavabdeh bunu ondan gizlətmişdir. Evləndikdən sonra həkimə getməsi üçün xahişlər etməsinə baxmayaraq, müalicə olunması üçün pul lazım olduğundan müalicədən imtina etmişdir. Cavabdehin anası, bacısı hər dəfə onların yaşadıqları evə gələrək onunla mübahisələr etmiş, üzərinə hücum edərək onu evdən çıxartmağa, döyməyə çalışmışdır. Cavabdehin onu döyməsi ilə bağlı polisə şikayət etsə də, atasının xahişi ilə şikayətini geri götürmüşdür. Faktiki olaraq ayrı yaşayırlar, birgə təsərrüfat idarə etmirlər. Hal-hazırda atasının evində yaşayır. Birgə nikahdan övladları yoxdur, nikahın pozulması ilə bağlı 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etsə də, cavabdehin qeydiyyat şöbəsinə gəlməməsi və razılıq ərizəsi verməməsi səbəbi ilə müraciətinə imtina cavabı verilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etdiklərini, cavabdehin nikahın pozulmasına razı olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİ seriyalı 593692 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1713 nömrə ilə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Hacıyeva” soyadı verilmişdir. 7 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı yoldaşı Cavabdeh nikahın pozulması ilə bağlı şöbəyə gəlmədiyindən, nikahın pozulması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. xx.xx.2024-cü il tarixli Bakı 16 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər Cavabdeh və İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin heç bir razılığa gəlməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinin tələbinə görə ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə hesab edir ki, tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı olduğuna görə onların bağladığı nikah pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə bağlanmış və 1713 nömrə ilə qeyd edilmiş nikah pozulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə bağlanmış və 1713 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar