Məhkəmə qərarları › İş №e-2(001)-248/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-248/2024

15.03.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-248/2024 15.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi, Vəkil2, Cavabdehin vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “əmək haqqı, məzuniyyət və digər ödənclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı tələbini dəqiqləşdirməklə məhkəmədən, 2023-cü ilin yanvar ayının 4dən 25 may 2023-cü il tarixinə qədər hesablanmış 7500 manat əmək haqqının, hər gecikdirilmiş gün üçün 1% kompensasiya hesablanmaqla 2250 manat faiz borcunun, 7595 manat məzuniyyət haqqının və dəymiş mənəvi zərər olaraq 3000 manat, 161 manat vəkil xərci, 50 manat mediasiya xərcinin, cəmi 20461 manat pulun Cavabdehndən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir..

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2015-ci ilin dekabr ayından 25 may 2023-cü il tarixinə qədər hazırki Cavabdehndə çalışmışdır. Müəssisədə çalışdığı xx.xx.2015-xx.xx.2017-ci illər əmək kitabçasınaa daxil edilməmiş, cavabdeh qanunsuz olaraq qeyri-rəsmi formada onu əmək münasibətlərinə cəlb etmişdir. Bunu hazırki iddia ərizəsinə əlavə olunan Cavabdeh direktorunun xx.xx.2015-ci il tarixli əmri sübut edir. xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci ilə qədər Cavabdehndə nəzarət şöbəsində nəzarətçi, xx.xx.2019-cu ildən xx.xx.2023-cü il tarixinə kimi dəstə rəisi vəzifəsində çalışmışdır. Adıçəkilən müəssisədə çalışdığı müddətdə hər zaman işə məsuliyyətlə yanaşır, vəzifə funksiyalarımın öhdəsindən layiqincə gəlmişdir. Cavabdeh tərəfindən 2023cü ilin yanvar ayının 4-dən xx.xx.2023-cü il tarixinə kimi ona əmək haqqı ödənilməmişdir. Belə ki, ona əmək haqqının verilməməsi səbəbindən işdən çıxmaq məcburiyyətində qalmış və 10 aprel 2023-cü il tarixində cavabdehə yazılı formada ərizə ilə müraciət etmişdir. Cavabdeh müraciətə heç bir cavab verməmişdir. Əlavə olaraq bildirir ki, Cavabdehndə işlədiyim vaxt ərzində heç vaxt ödənişli əsas məzuniyyət hüququndan istifadə etməmişdir. Hazırki iddia ərizəsinə əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh 24 may 2023-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Lakin əmək müqaviləsinin xitam edilməsi barədə əmr, əmək kitabça və son haqqhesab (əmək haqqı, məzuniyyət və digər ödənclər) ona təqdim edilməmişdir. Yuxarıda göstərilənlər barədə AR ƏƏSMN yanında X1 Bakı Ərazi İdarəsinə müraciət etmiş, Lakin adıçəkilən dövlətorqanı mübahisənin həll edilməsi istiqamətində heç bir tədbir görməmişdir. Hazırki ərizəyə əlavə olunmuş vəsiqəyə əsasən o, müharibə veteranı hesab edilir. Aşağıda göstərilənləri nəzərə alaraq, 2023-cü ilin yanvar ayının 4-dən 25 may 2023-cü il tarixinə qədər hesablanmış 7500 (yeddi min beş yüz) manat əmək haqqının, hər gecikdirilmiş gün üçün 1% kompensasiya hesablanmaqla 2250 (iki min iki yüz əlli) manat faiz borcunun, 7595 ((1085 (bir illik məzuniyyət haqqı) *7 il (yeddi min beş yüz doxsan beş) manat məzuniyyət haqqının və dəymiş mənəvi zərər olaraq 3000 (üç min) manat, cəmi 20250 (iyirmi min iki yüz əlli) manat pulun Cavabdehndən alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq mülahizələrində bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə MMC-nin baş ofisində Prezidentin sərəncamının icrası ilə əlaqədar təşkil olunmuş geniş iclasda Baş Direktor Faiq Seyidovun möhür və imzası ilə təsdiq edilmiş xx.xx.2015-ci il tarixli əmri ilə 5 nəfərdən ibarət komissiya yaradılmışdır. Həmin iclasda 01.-20 dekabr 2015-ci il tarixlərində Cavabdeh MMC və "xxxx" MMC-də keçiriləcək “Təhlükəsizlik ayı” çərçivəsində qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə komissiyanın hər bir üzvünə sərəncamın surəti təqdim edilməklə konkret tapşırıqlar verilmiş, öhdəliklər qoyulmuşdur. Hətta əmrin 3.15-ci maddəsində tapşırıqlara nəzarət lazımi qaydada icra edilmədiyi təqdirdə komissiya sədri və üzvlərinin əmək müqavilələrinə xitam verilməklə işdən azad ediləcəkləri də qeyd olunur. Məhkəməyə təqdim edilmiş əmək müqaviləsi bildirişində və arayışda isə xx.xx.2019-cu ildə bağlanmış müqavilədə əmək haqqının faktki 1500 manat olduğu təsdiqlənir.xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək məzuniyyətdə olmamışdır. MMC-də işlədiyi 2105-ci il tarixdən 2018-ci il tarixinə qədər ona təyin olunmuş 1000 manat əmək haqqının 200 manatını rəsmi, 800 manatını isə qeyri-rəsmi nəğd şəkildə, xx.xx.2019-cu ildən isə 1500 manatın 431 manat hissəsini rəsmi, qalanını isə qeyri rəsmi almışdır. Bu da vergidən yayınmaq məqsədi güdmüşdür.Şirkət daxili idarə etmədə baş verən qanuna zidd hərəkətlər, mən də daxil olmaqla işçilərin əmək hüquqlarının pozulması, iş prosesində yaradılan suni əngəllər, edilən haqsızlıqlar, maaşların uzun müddət verilməməsi səbəbilə dəfələrlə şirkət rəhbərliyinə işdən azad olunmağını xahiş etsə də, şəxsən Faiq Seyidov əmək haqqını 2000 manat qaldırılacağını vəd edərək onun işdə qalmağını və hər iki xəttə rəhbərlik etməyini təkidlə israr etmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi əmək funksiyasını yerinə yetirmişdir. Əmək haqqının gecikdirilməsi ilə bağlı dəfələrlə rəhbərliyə etdiyi müraciətlər cavabsız qaldığına görə işdən çıxmaq məcburiyyətində qalmışdır.

4. Bundan əlavə iddiaçı məhkəmə iclaslarında bildirmişdir ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək işlədiyi dövr əmək kitabçasına daxil edilməmişdir. Halbuki bununla bağlı MMC-nin direktorunun xx.xx.2015-ci il tarixli əmri var. İşlədiyi dövrdə heç vaxt ödənişli məzuniyyətdən istifadə etməmişdir. İşdən azad edilməsi barədə aprel ayında ərizə versə də, işdən azad edildiyi 24 maya kimi işə getmiş və vəzifəsinin icrasını həyata keçirmişdir. Ona nə son haqq hesab, nə də ki 5 ay üçün əmək haqqı ödənilməmişdir. Əmək kitabçasını poçt vasitəsilə göndərmişlər. Gecikdirilmiş 1 faiz kompensasiyasını bu ilin yanvar ayından iddia ərizəsi verilən tarixədək hesablamışdır.

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir.

6. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etmədiyini bildirmiş və iddiaya etirazın dəlillərinə uyğun izahat vermişdir.

7. Cavabdeh baş direktoru Faiq Seyidov tərəfindən imzalanmış iddiaya etirazda isə qeyd edilmişdir ki, ilk növbədə İddiaçı Cavabdeh MMC-də 2015-ci ildən işləməsi tamamilə əsassızdır. Təqdim etdiyi əmr heç bir halda onunla əmək müqaviləsinin bağlanmasını ehtiva etmir. Ona heç bir əmək funksiyasının icrası tapşırılmamışdır. Onunla ilk dəfə əmək müqaviləsi bağlanmaqla xx.xx.2017-ci il tarixdə nəzarətçi vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2018-ci il tarixdə isə dəstə rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2019cu il tarixdə onun əmək müqaviləsinə xitam verilib və ikinci dəfə xx.xx.2019-cu il tarixdə yenidən 431.28 manat rəsmi maaşla dəstə rəisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdən isə rəsmi əmək haqqı artırılaraq 1500 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il il tarixdən xx.xx.2021-ci il tarixədək 30 təqvim günü və xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək 35 təqvim günü olmaqla 2 dəfə əmək məzuniyyətində olmuşdur. xx.xx.2021ci ildə yazılı ərizə ilə müraciət edərək şəxsən onunla görüşmüş, guya şirkət daxilində ona qarşı hansısa süni əngəl yaradıldığını iddia edərək, rəhbərlik etdiyi iki marşrut xəttindən yalnız bir xəttə rəhbərlik etmək istədiyini bildirmişdir. Lakin görüş zamanı ona qarşı heç bir əngəl olmadığını və xahişinin mümkün olmadığını bildirmişdir. Bundan sonra o, bir müddət işinə davam etmişdir. Lakin 2022-ci ilin dekabr ayında yenidən onunla görüşmüş, əvvəlki illərdə polis orqanında işlədiyi üçün geniş təcrübəyə malik olduğundan, cəmiyyətin daxilində xüsusi X3 yaradılmasını və onun da həmin şöbəyə müdir təyin edilməsini tələb etmişdir. Hətta öz təşəbbüsü ilə şöbənin əsasnaməsini hazrlayıb təqdim etmişdir. Şirkətdə belə bir struktur olmadığı və onun bu təklifinin hazırda mümkünsüz olduğunu bildirdikdə, o struktur təşkil edilənə qədər gözləyəcəyini bildirmişdir. Bu məqsədlə xx.xx.2023-cü il tarixdən etibarən öz hesabına məzuniyyətə çıxdığını bəyan etmişdir. Lakin sonradan məlum olmuşdur ki, öz hesabına məzuniyyətlə bağlı ərizə təqdim etməmişdir. 2023-cü ilin mart ayında o, X3 yaradılmadığını və onun müdir təyin edilmədiyini gördükdə şirkətin şöbə müdirləri ilə görüşərək hər bir şəxs barədə müxtəlif qurumlara şikayət edəcəyini bildirmişdir. Sonradan onun müxtəlif orqanlara ünvanladığı şikayət onun iddialarının və hərəkətlərinin əsassız olduğunu sübut edir. Bundan sonra xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, əmək haqqı tələbləri irəli sürərək əmək müqaviləsinə xitam verilməsini tələb etmişdir. Hesab edir ki, cəmiyyətin ona heç bir borcu yoxdur. Belə ki, işlədiyi müddət ərzində əmək haqqında əlavə şəxsi ehtiyacları üçün avans məbləğləri ilə bağlı müraciətlər etmiş və hesablanmış əmək haqqından əlavə olaraq ona avanslar ödənilmişdir. Göstərilən iş illəri ərzində ümumlikdə 25991.1 manat ödənilməli olduğu halda, 26288.06 manat, bundan əlavə 1249.92 manat avans ödənilmişdir. Hal-hazırda onun cəmiyyətin xəzinəsinə 1249.92 manat borcu var. xx.xx.2023-cü il tarixdən etibarən isə ümumiyyətlə işə çıxmamış və buna görə də heç bir əmək haqqı hesablanmamışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

8. X2 xx.xx.2015-ci il tarixli Əmrindən görünür ki, AR Prezidenti tərəfindən 20 oktyabar 2015-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında imzaladığı sərəncamı əsas tutaraq Cavabdeh MMC və "xxxx" MMC tərəfindən həyata keçirilən sərnişindaşıma fəaliyyətinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, həmçinin sərəncamdan irəli gələn digər müddəaların icrasına nəzarət məqsədilə 01-20 dekabr 2015-ci il tarixlərində Cavabdeh MMC və "xxxx" MMC təhlükəsizlik ayı keçirilməlidir. Təhlükəsizlik ayı çərçivəsində qarşıya qoyulmuş vəzifələrin icrasına nəzarətin təşkil edilməsi məqsədilə İddiaçı da Komissiyanın üzvü kimi tərkibə daxil edilmişdir.Əmrin 3.15-ci bəndində qeyd edilmişdir ki, tapşırıqlara nəzarət lazımi qaydada icra edilmədiyi təqdirdə komissiya sədri və üzvləri ilə əmək müqavilələrinə xitam verilməklə işdən azad edilsin.

9. 18.12.2017-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Cavabdehndə nəzarətçi vəzifəsində işləyir və əmək haqqının məbləği 160.61 manat təşkil edir.

10. İşçinin işdən azad edilməsi haqqında xx.xx.2019-cu il tarixli, K-474 nömrəli əmrdən görünür ki, Cavabdehndə dəstə rəisi vəzifəsində işləyən İddiaçı ilə xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İşçiyə 67 günün kompensasiyasının ödənilməsi də əmrdə öz əksini tapmışdır.

11. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən və əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Cavabdehndə dəstə rəisi vəzifəsində işləmiş və işçinin aylıq əmək haqqı 1500 manat təşkil edir, bildiriş xx.xx.2022-ci il tarixdə imzalanmışdır.

12. Əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli, K-093 nömrəli ƏMR-dən görünür ki, Cavabdehndə dəstə rəisi vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2.”a” bəndinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. İşçiyə xx.xx.2019 tarixindən xx.xx.2023 tarixinə qədər istifadə edilməmiş 35 məzuniyyət gününün son haqq-hesabının ödənilməsi də əmrdə nəzərdə tutulmuşdur.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2024-cü il tarixli, 9/228 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, işçi İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixədək işəgötürən Cavabdeh xx.xx.2019-cu il tarixli, k-474 nömrəli əmrinə əsasən işçiyə istifadə etmədiyini 67 gün təşkil etməli olan əmək məzuniyyəti üçün 2019-cu ilin oktyabr ayında 396.64 manat məbləğində kompensasiyanın hesablandığı və ödənildiyi müəyyən edilir. İşçi İddiaçı işəgötürənin xx.xx.2023-cü il tarixli, K-093 nömrəli əmrinə əsasən işçiyə məzuniyyət gününün son haqq-hesabı 1304.8 manat hesablanmalı olduğu halda qeyd edilən məbləğ ödənilməmişdir. İddiaçı məzuniyyətə çıxması barədə xx.xx.2021-ci il tarixli, 05/47 saylı əmri əsasında istifadə etdiyi 30 gün məzuniyyətə görə 425.7 manat məbləğində və xx.xx.2022-ci il tarixli, 11/11 saylı əmri əsasında istifadə etdiyi 35 gün məzuniyyətə görə 902.3 manat məbləğində məzuniyyət haqqı ödənilmişdir. xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün işçi İddiaçı qeyd edilən dövr üzrə işəgötürən tərəfindən məzuniyyət haqları hesablanıb ödənildiyindən ona ödənilməli olan kompensasiya məbləği müəyyən edilmir.

14. İddiaçı tələbində 2023-cü ilin 5 ay üçün ona əmək haqqının ödənilmədiyini bildirir və hər ay 1500 manat olmaqla 7500 manat tələb edir-cavabdeh iddaçının 2023-cü ilin yanvarından işə çıxmadığını, öz hesabına məzuniyyət götürməsi barədə bəyanı olsa da, bu barədə ərizə vermədiyini bildirir və bu səbəblə ona hər hansı əmək haqqı ödənilmədiyini qəbul edir.

15. İddiaçı tələbində ödənilməyən 5 aylıq əmək haqqına görə 2023-cü ilin yanvar ayından iddia ərizəsi verilən tarixə 1 faiz kompensasiya tələb edir.

16. İddiaçı tələbində 7 il müddətində istifadə etmədiyi məzuniyyətə görə hər il üçün 1085 manat kompensasiya tələb edir. Cavabdeh isə iddiaçı ilə onun arasında 2015ci ildən xx.xx.2017-ci il tarixədək əmək münasibətlərinin olmadığını, iddiaçının istinad etdiyi əmrin tərəflərin əmək münasibətlərində olduğu hüquqi nəticəsini doğurmadığını, 2017-ci ildən isə istifadə edilməyən məzuniyyət gününə görə kompensasiya ödənildiyini bildirməklə iddianı qəbul etmir.

17. İddiaçı mənəvi zərər tələbini isə əsaslandırmamışdır. Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

19. 3.5. Əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

20. 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.

21. 49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

22. 69.2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

23. 81.2. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır.

24. 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

25. 110.1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

26. 131.1. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.

27. 135.2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

28. 143.2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.

29. 144.2.Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

30. 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

31. 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

32. 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

33. Həmin maddənin qeyd hissəsində: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Məhkəmənin mövqeyi:

34. İşin halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinə işçinin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İşçiyə əmək münasibətlərində olduğu 5 ay üçün, yəni 2023-cü ilin yanvar ayından işdən azad edildiyi günədək əmək haqqı(aylıq 1500 manat) ödənilməmişdir. Cavabdeh isə həmin müddət üçün əmək haqqı ödəmədiyini qəbul edir, lakin bunu işçinin həmin dövrdə işə çıxmadığı, əmək funksiyasını yerinə yetirmədiyi və öz hesabına faktiki məzuniyyətdə olduğu(belə bir əmr və rəsmi müraciət yoxdur) ilə əsaslandırır.

35. Məhkəmə bu hissədə iddianı əsaslı, cavabdehin etirazını ona görə əsassız hesab edir ki, əmək müqaviləsinin mövcudluğu tərəflər arasında əmək münasibətlərinin davam etdiyi prezumpsiyasını yaradır. Yəni əgər tərəflər arasında ləğv edilməmiş əmək müqaviləsi varsa, hesab olunur ki, əmək münasibətləri davam edir. İşçinin işə çıxmaması, öz əmək funksiyalarını yerinə yetirməməsi və.s əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır, lakin nə qədər ki, əmək müqaviləsinə xitam verilməmişdir, işəgötürənin əmək haqqı ödəməkdən imtinası əsassızdır.

36. Odur ki, işçiyə aylıq əmək haqqı 1500 manat olmaqla 5 aylıq müddət üçün 7500 manat məbləğində vəsait ödənilməlidir.

37. Bunun davamı olaraq hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödənc verilməsi hissəsində də məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, işçiyə yanvar ayının, fevral ayının, mart ayının, aprel ayının və may ayının əmək haqqı ödənilmədiyini nəzərə alsaq, iddianın məhkəməyə verildiyi vaxtadək(xx.xx.2023) gecikdirilmiş müddət üçün hər əmək haqqı məbləğinə münasibətdə hər günə 1 faiz məbləğin 2250 manatdan çox olduğu müəyyən edilir, bununla belə məhkəmə iddia tələbi ilə bağlı olduğundan cavabdehdən 2250 manat məbləğində pulun tutulması tələbi əsaslı hesab edilməlidir.

38. Məhkəmə 7 il üçün ödənilməyən məzuniyyət haqqı tələbi hissəsində isə iddianı qismən əsaslı hesab edir.

39. Belə ki, tədqiq edilmiş sübutlar və ekspert rəyi ilə müəyyən edilir ki, tərəflər arasında rəsmi əmək münasibətlərinin olduğu müddətdə məzuniyyət gününün son haqqhesabından başqa(1304.8 manat) digər məzuniyyətlərə görə kompensasiya ödənilmişdir və ona ödənilməli olan kompensasiya məbləği yoxdur. İddiaçının 2015-ci ildən rəsmi əmək müqaviləsi bağlanan tarixədək (xx.xx.2017-ci il) cavabdehlə əmək münasibətlərində olması barədə dəlillərini isə məhkəmə əsassız hesab edir. Belə ki, ƏMnin 7.2-ci maddəsinin tələbi baxımından əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Lakin işin müəyyən edilmiş hallarından da bəlli olduğu kimi tərəflər arasında göstərilən qaydada əmək müqaviləsi bağlanmamışdır. Bundan əlavə əgər iddiaçı işəgötürənin xx.xx.2015-ci il tarixli əmrinə əsasən tərəflər arasında əmək münasibətlərinin yaranmış olduğunu iddia edirsə belə, həmin əmr 20 günlük müddəti əhatə etmiş və həmin əmr özlüyündə tərəflərin xx.xx.2017-ci il tarixədək əmək münasibətlərində olmasını təsdiq etmir. Bundan əlavə əmək münasibətləri hesab edilən hallarla bağlı 7.2-3-cü maddə 2 aprel 2021-ci il tarixli qanunla Əmək Məcəlləsinə əlavə edilmişdir. Yəni 2015-ci il tarixdə belə bir norma olmamışdır.

40. Odur ki, iddia bu hissədə qismən təmin edilməli və cavabdehdən 1304.8 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir.

41. Bundan əlavə məhkəmə iddianı mənəvi zərərin tutulması hissəsində əsaslı hesab etmir. Belə ki, iddiaçı tələbini bu hissədə ümumiyyətlə əsaslandırmamış və hansı mənəvi sarsıntı və iztibar keçirməsi barədə dəlillər irəli sürməmişdir.

42. Halbuki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Tətbiq edilən prosessual normalar:

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

44. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

45. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

46. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

47. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

48. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

50. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Nəticə:

51. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən ödənilməyən əmək haqqının əvəzi olaraq 7500 manat, əmək haqqının gecikdirilməsinə görə 2250 manat, məzuniyyət gününün son haqq-hesabının əvəzi olaraq 1304.8 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

52. Məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində isə nümayəndəyə göstərdiyi hüquqi xidmətin əvəzi olaraq 161 manat, ilkin mediasiya sessiyasında xərcinin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir.

53. Ekspertiza xərcinin əvəzi qismində isə 100 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

54. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdehndən ödənilməyən əmək haqqının əvəzi olaraq 7500(yeddi min beş yüz) manat, əmək haqqının gecikdirilməsinə görə 2250(iki min iki yüz əlli) manat, məzuniyyət gününün son haqq-hesabının əvəzi olaraq 1304.8(bir min üç yüz dörd manat, səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Nümayəndəyə göstərdiyi hüquqi xidmətin əvəzi olaraq 161(bir yüz altmış bir) manat, ilkin mediasiya sessiyasında xərcinin əvəzi qismində 50(əlli) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Ekspertiza xərcinin əvəzi qismində isə 100(bir yüz) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar