Məhkəmə qərarları › İş №e-2(001)-2488/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2488/2024

29.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2488/2024 29.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Turacova (Abdullayeva) Çimnaz Xəzər qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X7 cəlb edilməklə “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Turacova (Abdullayeva) Çimnaz Xəzər qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün aylıq 235 manat olmaqla, cəmi 470 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Turacova (Abdulayeva) Çimnaz Xəzər qızı ilə cavabdeh X7 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış nikah Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-292/2023 saylı qətnaməsinə əsasən ləğv edilmişdir. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X1 olmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-1427/2021 saylı qətnaməsinə əsasən X7 ilə X2 birgə nikahından xx.xx.2011-ci il tarixdə doğulmuş X8 və xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 iyun 2021-ci il tarixdən cavabdeh X4 hər uşağa görə ayda 140 manat olmaqla, iki uşağa görə hər ay 280 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Turacova (Abdulayeva) Çimnaz Xəzər qızına verilməsi qət edilmişdir. Daha sonra tərəfimizdən,Binəqədi rayon Məhkəməsində,Quba Rayon Məhkəməsinin 2(027)-1427/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılması ilə bağlı iddia qaldırılmış, Binəqədi rayon Məhkəməsinine-2(001)-5493/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddia tələbimiz qismən təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla,cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment və xx.xx.2018-ci il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar müayinə və müalicə xərclərinə görə əlavə olaraq hər ay 150 (bir yüz əlli) manat məbləğində pulcavabdeh X4 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. “Alimentin tutulması” tələbi ilə əlaqədar olaraq Mediasiya Şurasına müraciət etmişdim. Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən cavabdehin “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 24 oktyabr 2023-ci il tarixli, MŞB/3/2023-01025 saylıarayış verilmişdir. Qeyd etmək istəyirəm ki, iddiaçı Turacova (Abdulayeva) Çimnaz Xəzər qızının maddi vəziyyəti çox pisdir, uşaqların maddi təminatını təmin edə bilmir və maddi çətinlik çəkir. Oğlunun hazırda 11 yaşı var, məktəblidir, qızının isə 5 yaşı vardır. Bundan başqa da, qızı X6 şəkərli diabet xəstəsidir. Bildiyimiz kimi, şəkərli diabet xəstələri daim diqqətdə qalmalı və xəstəliklə bağlı vaxtarışı analizlər verilməlidir. Bu da öz növbəsində xeyli miqdarda maliyyə vəsaiti tələb edən bir məsələdir. Müayinələrin də vaxtaşırı olaraq aparılması və müəyyən xərclərin çəkilməsi bir qadın olaraq iddiaçının imkan xaricindədir. Bu səbəbdən məcbur qalıb məhkəməyə müraciət edirik. Binəqədi rayon Məhkəməsinine-2(001)-5493/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi, icra olunması üçün Quba rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh Rusiya Federasiyasında yaşayır və icra sənədinin icrasından qəsdən boyun qaçırır və aliment ödənişlərindən yayınır. İddiaçı Turacova (Abdulayeva) Çimnaz Xəzər qızı uşaqların atasından uşaqların saxlanılmaslı üçün maddi yardım ala bilmir. Uşaqların atası tərəfindən qəsdən alimentin ödənilməməsi, uşaqların saxlanması üçün baba Cavabdeh1 və nənə Abdullayeva Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Nazənsənəm Ələmməd qızı barəsində nəvələrin saxlanması üçün alimentin tutulması ilə bağlı iddia qaldırmağımıza səbəb olmuşdur. Baba və nənə pensiya alır, maddi vəziyyətləri yaxşıdır və hesab edirik ki, qanunvericiliyin tələbinə uyğun olaraq nəvələrin saxlanması üçün nənə və babadan aliment tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 170-ci maddəsinə əsasən ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu da geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-264cü, 267-268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı Turacova (Abdullayeva) Çimnaz Xəzər qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X7 cəlb edilməklə “aliment” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu ödənişi edən Nümayəndə dövlət büdcəsindən geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar