Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-255/2025 01.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: əmlakın qaytarılması tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədzadə Fitat Eldar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil3, Cavabdehın nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cehiz əmlakının və uşağın istifadəsi üçün alınmış əşyaların qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh2 və na qarşı “cehiz əmlakının və uşağın istifadəsi üçün alınmış əşyaların qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaq arabası (dəst olmaqla), yelləncək, tumba, 2 ədəd xarici tablolar, beşik, qaz sobası, mebelin naxış tacı, saxsı qazan, dibçəkdə təbii Eldar şamı ağacı, yeni il oyuncaqları, uşaq beşiyi (döşək dəsti daxil olmaqla) və tülü tam yararlı vəziyyətdə natura şəklində, bu mümkün olmadığı təqdirdə isə, həmin əşyaların dəyəri 10325 (on min üç yüz iyirmi beş) manat pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərin oğlu X7 ilə 1 saylı Bakı ASAN Xidmət Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli, 1179 saylı akt ilə nikahlarını rəsmiləşdirilməklə evlənmiş, birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2(005)- 839/2024 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X1 onun yanında saxlanılması, X2 xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Nikah münasibətinə girməmişdən əvvəl cavabdehlər X8 və Cavabdeh2 məxsus ünvan 1 ünvanına ona məxsus uşaq arabası (dəst olmaqla), yelləncək, tumbo, 2 ədəd xarici tablolar, beşik, qaz sobası, mebelin naxış tacı, saxsı qazan, dibçəkdə təbii Eldar şamı ağacı, yeni il oyuncaqları, uşaq beşiyi (döşək dəsti daxil olmaqla) və tülü yerləşdirilmişdir. Uşağın istifadəsi üçün də əşyalar alınmışdır ki, bu gün ona məxsus cehiz əşyaları və uşağın istifadəsi üçün alınmış əşyalar cavabdehlərdədir. O, həmin əşyaları könüllü qaydada götürə bilmədiyindən mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 2 ədəd xarici tablolar, beşik, qaz sobası, saxsı qazan, yeni il oyuncaqları, uşaq beşiyi (döşək dəsti daxil olmaqla), tülün tam yararlı vəziyyətdə natura şəklində qaytarılması, dəyəri 900 manat olan (dəst olmaqla), dəyəri 600 manat olan yelləncək, dəyəri 4500 manat olan tumbo, dəyəri 700 manat olan mebelin naxış tacı, dəyəri 50 manat olan dibçəkdə təbii Eldar şamı ağacı olmaqla, cəmi 6750 manat pulun cavabdehlər X8 və Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı xx.xx.2025-ci il tarixdə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 2 ədəd xarici tablolar, beşik, qaz sobası, saxsı qazan, yeni il oyuncaqları, uşaq beşiyinin döşək dəsti və tülün tam yararlı vəziyyətdə natura şəklində qaytarılması, uşaq arabası dəsti ilə - dəyəri 900 manat, yelləncək – dəyəri 600 manat; tumbo – dəyəri 4500 manat, təbii Eldar şamı – dəyəri 50 manat olmaqla, cəmi 6050 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınması, mebel naxış tacının dəyəri olan 700 manat pulun isə cavabdeh X3 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinə qarşı etiraz:
5. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsinə yazılı şəkildə etiraz təqdim edərək iddia tələbini qəbul etmədiklərini bildirdilər. Belə ki, həmin əşyalardan onlar istifadə etməmişlər, buna ehtiyacları olmamış, həmin əşyalar iddiaçının özü, onun keçmiş həyat yoldaşı və övladı tərəfindən istifadə olunmuşdur. İddiaçı onların keçmiş gəlini olmuşdur, hal-hazırda onların yaşadıqları evə gəlin gəlmişdir. Sonradan birgə nikah dövründə əldə etdikləri mülkiyyətlərində olan digər mənzillərini iddiaçı və keçmiş həyat yoldaşına mənzil alınana kimi müvəqqəti yaşamaları üçün icazə vermişlər. İddiaçı və onun keçmiş əri mülkiyyətlərində olan digər mənzilə köçərkən hazırda tələb etdiyi əşyaları yerləşdirə bilmədikləri üçün həmin əşyalar hazırda yaşadıqları evdə qalmışdır. İddiaçıya dəfələrlə həmin əşyalarını gəlib özünün mülkiyyətində olan mənzilinə (iddiaçının mülkiyyətində ayrıca mənzili vardır) aparması barədə xəbərdarlıq etmələrinə baxmayaraq gəlib həmin əşyaları aparmamışdır. Bununla da onun tərəfindən, süni surətdə, evdən sərbəst istifadələrinə maneçilik yaradılmışdır. İddiaçının onlara qarşı bu iddia tələbi ilə çıxış etməsi onlarda təəssüf doğurur. İddiaçı məhkəməyə müraciət etmək yerinə istənilən vaxt gəlib həmin əşyaları apara bilərdi. Həmin əşyalar onlara gərək deyil, onlar həmin əşyaları istifadə etmir və bu günkü günə kimi istifadə etməmişlər. Həmin əşyalar iddiaçının özünün bağladığı bağlamalarda olduğu kimi qalıb, iddiaçı gəlib istənilən vaxtı apara bilər. Başqa sözlə, tələb edilən əşyaların götürülməsi ilə bağlı onlar tərəfdən heç bir maneçilik törədilmir, bununla bağlı mübahisə olmadığı üçün əslində məhkəməyə, yəni məcburi icra hərəkətlərinə də ehtiyac yoxdur. Qeyd olunan əşyaların dəyərinin onlardan tələbi isə tamamilə əsassızdır. Özləri tərəfindən istifadə edilmiş, təbi ki, aşınmaya məruz qalmış əşyaların ilkin dəyərinin onlardan tələb edilməsi də mübahisə yaratmaq üçün uydurulmuş bəhanədir. Yuxarıda qeyd olunanlara uyğun qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər.
6. Cavabdehlər daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə etiraz təqdim edərək həmin əşyalaları istifadə etmədiklərini, onlara ehtiyacları olmadığını, həmin əşyaların iddiaçının özü, onun keçmiş həyat yoldaşı və övladı tərəfindən istifadə olunduğunu, iddiaçının əşyalarını gəlib götürülməsinə etiraz etmədiklərini bildirmişlər.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil3 iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunmuş cehiz əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini qismən qəbul etdiyini, iddiaçının əşyaları gəlib götürməsinə cavabdehlərin etiraz etmədiyini, lakin iddia tələbinin iddiaçının tələb etdiyi əşyaların naturada mövcud olması səbəbindən onların dəyərinin ödənilməsi hissəsində qəbul etmədiklərini bildirmişdir.
Mülki işin materialları:
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli e-2(005)- 839/2024 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X1 iddiaçının yanında saxlanılması, X2 xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq ödənilməsi qət edilmişdir
10. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6920 nömrəli ekspert rəyinə əsasən ekspertiza təyini haqqında qərardadda və ekspert baxışına təqdim olunmuş malların istifadədə olması nəzərə alınmaqla normal vəziyyətdə orta bazar qiyməti təxminən uşaq arabası (dəst olmaqla) 450 manat, yelləncək - 450, qaz sobası - 180 manat, saxsı qazan - 10 manat, dibçəkdə təbii Eldar şamı ağacı - 35 manat, yeni il oyuncaqları - 106 manat, tül (hündürlük 2,20 metr) - 25 manat olmaqla, ümumi dəyəri təxminən 1256 manat müəyyən edilmişdir. Həmçinin qərardadda qeyd edilən uzunluğu 1,05 sm, en 84 sm olan tumba, xarici tablolar, beşik, uşaq beşiyinin döşək dəsti qiymətinə dair yerli internet saytlarında məlumat olmadığından tədqiqat aparılmaması qeyd olunmuşdur.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
11. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
12. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
14. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
15. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
20. 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini göstərir.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir.
22. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə iddia tələbinin cehiz əşyalarının qaytarılması hissəsinə münasibətdə hesab edir ki, mübahisə predmeti olan cehiz əmlakları nikaha daxil olanadək İddiaçı məxsus olduğundan, mübahisə predmeti olan cehiz əmlakları yalnız iddiaçının əmlakıdır. Buna görə də iddiaçı göstərilən əmlakların mülkiyyətçisi olduğundan həmin əmlakları tələb etməkdə haqlıdır.
23. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi cehiz əmlaklarının ona məxsus olmasını, lakin həmin əşyaların cavabdehlərdə qalmasını, həmçinin uşağın istifadəsi üçün alınmış əşyaların cavabdehlərdə qalması məhkəmə iclasında tərəflərin izahatları və məhkəməyə təqdim edilmiş digər sübutlarla sübuta yetirmiş, cavabdehin nümayəndəsi-vəkili isə məhkəmə iclasında verdiyi ifadəsində həmin əşyaların həqiqətən də cavabdehlərin evində natura şəklində mövcud olduğunu etiraf etmiş və iddiaçı tərəfindən onların götürülməsinə etiraz etmədiklərini bildirmişdir. İddia tələbinin yeganə mübahisəli halı isə mətbəx mebelinin tacıdır. Belə ki, iddiaçının özü də (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə) mətbəx mebelinin tacının X7 tərəfindən atıldığı, mediasiya zamanı onun dəyərinin məhz onun tərəfindən ödəniləcəyini qeyd etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə bildirir ki, iddiaçının baxış iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə X4 əlavə cavabdeh kimi qeyd edilməsinə baxmayaraq, məhkəmə tərəfindən X7 cavabdeh kimi qəbul edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının mətbəx mebelinin tacının dəyərinin ödənilməsi hissəsində iddia tələbi təmin edilməməli və iddiaçıya mövcud tələblə ayrıca iddia icraatı qaydasında X5 iddia qaldırmaq hüququnun olduğunu izah edilir.
24. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 2 ədəd xarici tablolar, beşik, qaz sobası, saxsı qazan, yeni il oyuncaqları, uşaq beşiyinin döşək dəsti və tülün tam yararlı vəziyyətdə natura şəklində qaytarılmasını, uşaq arabası dəsti ilə - dəyəri 900 manat, yelləncək – dəyəri 600 manat; tumbo – dəyəri 4500 manat, təbii Eldar şamı – dəyəri 50 manat olmaqla, cəmi 6050 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə qeyd edir ki, iddiaçının naturada qaytarılmasını tələb etdiyi 2 ədəd xarici tablo, beşik, qaz sobası, saxsı qazan, yeni il oyuncaqları, uşaq beşiyinin döşək dəsti və tülün tam yararlı vəziyyətdə natura şəklində qaytarılmasında hər hansı bir maneə yoxdur.
26. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi tumbo naturada mövcud olmasına baxmayaraq iddiaçı onun dəyəri olan 4500 manat pulun qaytarılmasını tələb edir. Halbuki iddiaçı tələb etdiyi tumbonun dəyərinin 4500 manat olmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin tumbo naturada qaytarılmalıdır.
27. Bundan başqa iddiaçı iddia ərizəsində uşaq arabası dəsti ilə dəyərini 900 manat, yelləncəyin dəyərini 600 manat, təbii Eldar şamının dəyərini 50 manat olmaqla qeyd etsə də, iş üzrə keçirilmiş ekspert rəyində normal vəziyyətdə orta bazar qiyməti təxminən uşaq arabası (dəst olmaqla) 450 manat, yelləncək 450, dibçəkdə təbii Eldar şamı ağacı 35 manat məbləğində qiymətləndirlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qətnamə qəbul edilərkən həmin məbləğlər nəzərə alınmalıdır.
28. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2 ədəd xarici tablolar, beşik, qaz sobası, saxsı qazan, yeni il oyuncaqları, uşaq beşiyinin döşək dəsti və tülü, uşaq arabası dəsti ilə, yelləncək, tumbo və təbii Eldar şamı natura şəklində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. İddiaçının dəyərini tələb etdiyi əmlakların (tumbo istisna olmaqla) naturada qaytarılması mümkün olmadığı halda isə onların dəyəri, yəni uşaq arabasının dəyəri (dəst olmaqla) 450 manat, yelləncəyin dəyəri – 450 manat, təbii Eldar şamı ağacının dəyəri – 35 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddia tələbi təmin edilməməlidir. Dəyəri qeyd edilməyən əmlakların vəziyyəti qənaətbəxş olduğundan həmin əmlaklar natura şəklində qaytarılmalıdır.
29. Məhkəmə mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əmlakının və uşağın istifadəsi üçün alınmış əşyaların qaytarılması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2 ədəd xarici tablolar, beşik, qaz sobası, saxsı qazan, yeni il oyuncaqları, uşaq beşiyinin döşək dəsti və tülü, uşaq arabası dəsti ilə, yelləncək, tumbo və təbii Eldar şamı naturada alınaraq İddiaçı verilsin. İddiaçının dəyərini tələb etdiyi əmlakların (tumbo istisna olmaqla) naturada qaytarılması mümkün olmadığı halda isə onların dəyəri, yəni uşaq arabasının dəyəri (dəst olmaqla) 450 manat, yelləncəyin dəyəri – 450 manat, təbii Eldar şamı ağacının dəyəri – 35 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Dəyəri qeyd edilməyən əmlakların vəziyyəti qənaətbəxş olduğundan həmin əmlaklar natura şəklində qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydadaBakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova