Məhkəmə qərarları › İş №e-2(001)-2569/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2569/2022

29.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2569/2022 29.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D i M: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Nəsimi rayon istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən barəsində əsassız 48 saat saxlanmağı, həmçinin barəsində qanunsuz olaraq həbs-qətimkan tədbiri seçildiyi və qanunsuz olaraq 7 gün həbsdə qalmağına görə və işi dondurub əsassız olaraq hələ də cinayət işinə xitam edilmədiyi üçün ona vurulmuş 20.000 manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş iddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən barəsində əsassız olaraq həbs-qətimkan tədbiri seçildiyi və qanunsuz xətm edilməli olan cinayət işinə xətm edilmədiyi üçün ona vurulmuş 20.000 manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunan iddia ərizəsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində 02 mart 2022-ci il tarixdə, 2(006)-2026/2022 nömrə ilə qeydiyyata alınmışdır. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2(006)-2026/2022 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmiş, hazırda da icraatdadır. Göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası hazırda Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmasına baxmayaraq, iddiaçı eyni cavabdehə qarşı, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə ilə bağlı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə də müraciət etmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar