Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2657/2025 24.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədov Əli İlham oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 246 manat, ümumilikdə 738 manat məbləğində sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbinin əsaslandırılması: İddiaçı - 02 aprel 2010-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşam və birgə nikahımızdan xx.xx.2011-ci il təvəllüdlü Mədinə, xx.xx.2014-cü il təvəllüdlü Məhərrəm və xx.xx.2017-ci il təvəllüdlü Hüseyn adlı üç uşağımız doğulmuşdur. Binəqədi rayon Məhkəməsinin 2(001)-568/2022 saylı, xx.xx.2022ci il tarixli Qətnaməsi ilə mənimlə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı Nikah Evində bağlanmış 580 saylı nikah akt qeydi ləğv edilmiş, nikah pozulduqdan sonra birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X1 mənim yanımdasaxlanılması qət edilmişdir. Binəqədi rayon Məhkəməsinin 2(001)-1587/2020 saylı, xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə iddia tələbim qismən təmin edilərək xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı məbləğində aliment Cavabdeh tutularaq iddiaçı olaraq mənə verilməsi qət edilmişdir. Qeyd edim ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-1587/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ödənilməli olan “qazancının (başqa gəlirlərinin) yarısı məbləğində” aliment məbləğinin müəyyən edilməsi çətinlik yaradır, nəticədə aliment mənə ödənilmir və heç bir köməklik edilmir. Belə olan halda isə uşaqları saxlamaqda çətinlik çəkirəm. Uşaqların böyüməsi ilə onun təlabatları da günü-gündən artır. Hesab edirəm ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, təhsili, həmçinin 2025-ci il respublikamızda uşaqlar üçün yaşayış minimumunun 246 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı iddia ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Hesab edirəm ki, buna görə də cavabdehdən tutulmalı olan alimentin sabit pul məbləğində tutulub, birgə nikahımızdan olan xx.xx.2020ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşınaçatanadək saxlanılması üçün mənə verilməlidir. Bütün bunlara əsasən hesab edirik ki, uşağın və mənim diqqətəlayiq mənafeyimi nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqların saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqların saxlanması üçün məhkəmə qaydasındaalimentin tutulması tam qanunauyğundur. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçı məhkəməyə elektron kabinet vasitəsilə müraciət edərək, məhkəmədən iclasın iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmənin elektron poçt ünvanına ərizə ilə müraciət etmiş və ərizəsində aşağıdakıları qeyd etmişdir: 4 aprel 2025-ci il tarixli məhkəmə bildirişi ilə tanış oldum. Təəssüflər olsun ki, sistemdəki xətaya görə www.e-mehkeme.gov.az saytından qeydiyyatdan keçə bilmədim. Dərhal Binəqədi rayon məhkəməsi ilə telefon əlaqəsi yaratdım və elektron olaraq da məhkəməyə yazılı izahat vermə imkanımın olduğunu öyrəndim. Səhhətimdə yaranmış olan problemə görə aprel ayının 24-ü keçiriləcək məhkəmə prosesində iştirak edə bilməyəcəyim üçün mail vasitəsi ilə izahatımı göndərməyi özümə borc bilirəm. İddiaçı mənə qarşı irəli sürdüyü sabit pul məbləğində alimentin tutulması tələbinə cavab olaraq bildirmək istəyirəm ki, övladlarım X6 (xx.xx.2011), X3 (xx.xx.2014), X4 (xx.xx.2017) üçün doğulduqları vaxtdan bu günə qədər har daim bir ata olaraq həm mənəvi, həm da maddi qayğımı əsirgəməmişəm. Uzun müddət ölkədən kənarda yaşamağıma baxmayaraq "Paysend"sistemi vasitəsi ilə İddiaçı hər ay pul göndərmişəm. Sabit gəlirim və iş yerimin olmamasına baxmayaraq hər ay anaya pul dəstəyimi etmişəm. Ana 08.2024 tarixindən bu dəstəyi məndən istəməməsinə baxmayaraq mən yenə də öz dar gəlirimə uyğun olaraq maddi köməyimi etməyə davam etmişəm. Hal-hazırda işsiz olduğum üçün, habelə səhhətimdə yaranmış olan problemə görə sabit pul məbləğində aliment tutulması tələbinə uyğun olaraq hər ay hər uşağıma görə anaya 100 AZN məbləğində toplam olaraq 300 AZN məbləğində ödəmə edə biləcəyimi Sizə bildirirəm. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 29001)- 568/2022 saylı qətnaməsi ilə X9 ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı Nikah Evində bağlanmış 580 saylı nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X7 anaları X5 yanında saxlanılması və s. qət edilmişdir.
6. Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 1587/2020 saylı qətnaməsi ilə xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı məbləğində aliment Cavabdeh tutularaq, iddiaçı X8 ödənilməsi və s. qət edilmişdir.
7. “Azemis” Elektron Məhkəmə sistemindən cavabdehin gəlir məlumatlarının sorğulanması nəticələrinə görə, cavabdehin qüvvədə olan əmək müqaviləsi müəyyən edilməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 29001)- 568/2022 saylı qətnaməsi ilə X9 ilə Cavabdeh arasında olan nikah pozulmuş, nikah pozulandan sonra birgə nikahdan doğulan xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X7 anaları X5 yanında
9. Tərəflər arasında nikah pozulmamışdan əvvəl isə uşaqların saxlanılması üçün aliment tələbinə dair mübahisəyə baxılmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1587/2020 saylı qətnaməsi ilə birgə nikahdan doğulan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı məbləğində aliment Cavabdeh tutulmuşdur.
10. Hazırda iddiaçı Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1587/2020 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 246 manat sabit pul məbləğində tutulmasını xahiş edir.
11. Cavabdeh isə işsiz olması səbəbindən üç uşağa cəmi 300 manat aliment ödəmək iqtidarında olduğunu bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
12. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
13. Birləşmiş Millətlər Təşkilatının X2 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”.
14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun:
15. 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar;
16. 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar;
17. 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;
18. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
19. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
21. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
22. 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün aliment valideynlərin qazancından və (və ya) gəlirlərindən müəyyən pay şəklində məhkəmə qaydasında tutulur.
23. 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
24. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
25. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
26. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
27. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına edilən dəyişikliyə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.
28. İşin halları ilə müəyyən edilir ki, cavabdehin əmək haqqından hissəvi alimentin tutulması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olsa da, cavabdehin qüvvədə olan rəsmi əmək müqaviləsi ilə gəliri olmadığından alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün deyildir. Hansı ki, alimentin hissəvi tutulması ilə bağlı tələb irəli sürülərkən iddiaçı cavabdehin aylıq 5000 avro gəlirinin olduğuna əsaslanmışdır. Məhkəmənin qənaətinə görə işin bu halı tərəflərdən birinin maddi vəziyyətinin dəyişməsi kimi qiymətləndirilməli və iddia ərizəsinə Ailə Məcəlləsinin 112-və 78-ci maddələrinin tələbi baxımından qiymət verilməlidir.
29. Aliment məbləğinin müəyyən edilməsi zamanı yuxarıda göstərilən Plenum qərarındakı mövqe və formalaşmış məhkəmə təcrübəsi baxımından uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu müəyyən mənada meyar kimi qəbul edilir, lakin tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas götürülməlidir. Məhkəmə uşaqların sayını, cavabdehin rəsmi gəlirinin olmadığını, uşaqların yaşayış minimumuna yaxın maddi tələbatlarının ödənilməsinin zəruriliyini, şəxsin qazanca malik olmamasının onu uşağı saxlamaq vəzifəsindən azad etmədiyini nəzərə alır və hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1587/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilən aliment məbləği dəyişdirilməli və hər ay hər uşaq üçün cavabdehdən 220 manat sabit pul məbləğində aliment tutulmalıdır.
30. Eyni zamanda yuxarıda göstərilən hüquqi mövqeyə görə, sabit pul məbləğində tutulmalı olan aliment ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. Belə olan halda, xx.xx.2025-ci il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq uçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 (220:400=0.55) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Tətbiq edilən prosessual normalar:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
32. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
34. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
35. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
36. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1587/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq uçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1587/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq uçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlkin Əliyev