Məhkəmə qərarları › İş №e-2(001)-266/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-266/2024

22.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-266/2024 22.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Bakı Sığorta ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Bakı Sığorta ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 məxsus olan və Cavabdeh2 idarə etdiyi Bakı Sığorta ASC-də icbari sığorta qaydasında sığortalanmış **-VC-*** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı avtomobil ilə X1 idarə etdiyi **-GB-*** dövlət nömrə nişanlı Toyota Camry minik markalı avtomobilin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş, sonuncu Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli PBA ********** saylı sığorta şəhadətnaməsindən müəyyən olunur ki, **-VC-*** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti Bakı Sığorta ASC tərəfindən icbari sığorta qaydasında sığortalanmışdır. xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 məxsus olan və Cavabdeh2 idarə etdiyi Bakı Sığorta ASC-də icbari sığorta qaydasında sığortalanmış **-VC-*** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı avtomobil və X1 idarə etdiyi **-GB-*** dövlət nömrə nişanlı Toyota Camry minik markalı avtomobilin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İndividual Services-in yekun qüsur aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-GB-*** dövlət nömrə nişanlı Toyota Camry minik markalı avtomobilə dəymiş zərər 1520 manat məbləğində müəyyən edilmişdir. Xalq Sığorta ASC-nin ödəniş aktından müəyyən edilir ki, **-GB-*** dövlət nömrə nişanlı Toyota Camry minik markalı avtomobilə dəymiş zərər 1520 manat məbləğində sığorta ödənişi zərərçəkənin sığortaçısı Xalq Sığorta ASC tərəfindən ödənilmişdir. xx.xx.2023-cü il tarixli subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, vurulmuş zərərə görə 1446,25 manat məbləğində pulun ödənilməsi zərərçəkənin sığortaçısı Xalq Sığorta ASC tərəfindən Bakı Sığorta ASC qarşısında irəli sürülmüşdür. xx.xx.2023-cü il tarixli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində **-GB-*** dövlət nömrə nişanlı Toyota Camry minik markalı avtomobilə dəymiş zərərə görə Xalq Sığorta ASC-yə ödənilməli olan 1446,25 manat məbləğində pulun ASCyə ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində **-GB-*** dövlət nömrə nişanlı Toyota Camry minik markalı avtomobilə dəymiş zərərə görə Xalq Sığorta ASC-yə ödənilməli olan 1446,25 manat məbləğində sığorta ödənişi iddiaçı tərəfindən müvafiq qaydada Xalq Sığorta ASCnin bank hesabına köçürülmüş və iddiaçı həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb etmək hüququna malik olmuşdur. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada sığorta ödənişinə görə 1446,25 manat, məhkəmə xərclərinə görə 34,86 olmaqla, cəmi 1481,11 manatın iddiaçı Bakı Sığorta ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı Bakı Sığorta ASC-nin nümayəndəsi O.P.Şeydabəyov ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: ... 25.1.3.icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Maddə 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. Maddə 53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Bakı Sığorta ASC-nin PBA********** saylı xx.xx.2023-ci il tarixli avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Toyota Prius markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı Sığorta ASC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. Bakı şəhəri DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Cavabdeh2 İXM-in 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan Toyota Prius markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 etibarnamə vermişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Toyota Prius markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1, hadisə vaxtı həmin nəqliyyat vasitəsini idarə edən sürücü Cavabdeh2 olmuş, sürücü hadisə yerindən qaçmışdır. Hadisə nəticəsində zərər vurulan Toyota Camry minik markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2, nəqliyyat vasitəsini idarə edən sürücü X4 olmuşdur. İndividual Services yekun qüsur aktından müəyyən olunur ki, Toyota Camry markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1520 manat təşkil edir. Xalq Sığorta ASC-nin xx.xx.2023-cü il tarixli ZBT140138\23 saylı yol nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı ödəniş aktından müəyyən olunur ki, Bakı Sığorta ASC-də icbari sığorta növündə sığortalanmış Toyota Prius markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədən Cavabdeh2 tərəfindən Xalq Sığorta ASC-də icbari sığorta növündə sığortalanmış **-GB-*** dövlət nömrə nişanlı Toyota Camry minik markalı avtomobilə vurulan zərərə görə 1520 manat Xalq Sığorta ASC tərəfindən zərərçəkən X3 ödənilmişdir. Xalq Sığorta ASC-nin APT**********05 əlavə-2 müəyyən olunur ki, **-GB-*** dövlət nömrə nişanlı Toyota Camry minik markalı avtomobilə vurulan zərərə görə 1520 manat Xalq Sığorta ASC tərəfindən zərərçəkən X3 ödənilmişdir. Bakı Sığorta ASC-nin iştirakçının subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, Bakı Sığorta ASC tərəfindən Xalq Sığorta ASC-yə zərərçəkən X3 vurulmuş ziyana görə 1446,25 manat ödəniş edilmişdir. Bakı Sığorta ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2023-cü il tarixli BS-S-23/1265 saylı məktubdan müəyyən olunur ki, iddiaçı cavabdehlərdən 5 gün ərzində 1446,25 manat sığorta ödənişinin ASC-yə ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6781 saylı rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan İndividual Services tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı Toyota Camry markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 1350 manat müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, etibarnaməyə əsasən istifadəsində olan nəqliyyat vasitəsi ilə törətdiyi yol nəqliyyat hadisəsindən sonra Cavabdeh2 hadisə yerindən yayınmışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh2 təqsirli bilindiyi inzibati xəta nəticəsində Xalq Sığorta ASC-də icbari sığorta növündə sığortalanan ziyan vurulmuş nəqliyyat vasitəsinin sahibinə Xalq Sığorta ASC tərəfindən ödənilmiş sığorta ödənişini iddiaçı Bakı Sığorta ASC Xalq Sığorta ASC-yə ödəməklə subroqasiya hüququnu əldə etmişdir. Məhkəmə araşdırması zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə baş vermiş yol nəqliyyatı hadisəsi nəticəsində zərərçəkənə dəyən ziyanın 1350 manat olması müəyyən olmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh2 yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayındığından iddiaçının Cavabdeh2 qarşı subroqasiya hüququ yaranmışdır. Ona görə də məhkəmə iddia ərizəsini qismən əsaslı hesab edərək Cavabdeh2 iddiaçı Bakı Sığorta ASC-nin xeyrinə sığorta ödənişinə görə 1276,25 manatın (1520-1446,25=73,75) (1350- 73,75=1276,25) tutulmasına dair hissədə iddianın təmin, qalan hissədə rədd edilməsi, məhkəmə xərclərinin Cavabdeh2 aid edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 sığorta ödənişinə görə 1276,25 manat, məhkəmə xərclərinə görə 34,86 manat olmaqla, cəmi 1311,11 manat Bakı Sığorta ASC-nin xeyrinə tutulsun. Cavabdeh2 ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar