Məhkəmə qərarları › İş №e-2(001)-2735/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2735/2024

01.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2735/2024 01.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi üzə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakışəhəri Binəqədi rayon Məhkəməsinin 2 (001)-2947/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə 27 mart 2007-ci il təvəllüdlü X6, 01 noyabr 2009-cu il təvəllüdlü X2 və 08 noyabr 2017-ci il təvəllüdlü X1 üçün hər ay 180 manat olmaqla, ümumilikdə 540 manat məbləğində müəyyən edilmiş alimentin miqdarının azaldılaraq 360 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-2947/2023 saylı qətnamə ilə Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilərək, 27 mart 2007-ci il təvəllüdlü X9, 01 noyabr 2009-cu il təvəllüdlü X7 və 08 noyabr 2017-ci il təvəllüdlü X8 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2 (072)-563/2018 saylı qətnaməsinə əsasən müəyyənləşdirilmiş alimentin miqdarı dəyişdirilməklə, İddiaçı hər ay hər uşağa görə 180 manat, ümumilikdə 540 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qət edilmişdir. Qeyd edim ki, mən fərdi olaraq taksi sürücüsü işləyirəm. Maddi durumum acınacaqlı vəziyyətdədir. Başqa yerdən qazancım yoxdur. 27 mart 2007-ci il təvəllüdlü X6, 01 noyabr 2009-cu il təvəllüdlü X2 və 08 noyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qazancımın müqabilində hər ay hər uşağa 120 manat olmaqla, 360 manat alimentiancaq ödəyə bilərəm. Göstərdiklərimi əsas tutaraq müəyyən edilmiş aıliment miqdarının azaldılmasıməqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindəyəm. Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı bildirmişdir ki, Baki şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-2947/2023 saylı qətnaməsi ilə hər ay hər uşağa görə 180 manat, ümumilikdə 540 manat sabit pul məbləğində aliment tutularaq X4 odənilməsi barədə qətnamə qət edilmişdir. Aliment məbləği ilə razı olmasa da, narazı olduğu qətnamədən hüquqi savadı olmadığına görə şikayət verə bilməmişdir. Onun hazırda aliment borcu 2000 manatdan çoxdur, belə ki, həbs edilərkən 1950 manat borcu olmuş, çıxdıqdan sonra isə hər ay 450 manat aliment ödəyə bilmişdir, bu səbəbdən də 2-3 ay ərzində borcunun üzərinə hər ay 90 manat əlavə gəlmişdir. O, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 sutka inzibati qaydada həbs olunmuşdur. Cavabdeh ona aliment borcumu yaya kimi ödəmədiyi təqdirdə onu yenidən həbs etdirəcəyini bildirmişdir. Cavabdeh əvvəlcə İmişli rayonunda yaşasa da, hazırda dövlət tətəfindən qaçqın şəhərciyindən onlara verilmiş mənzildə yaşayır. Onun özü də qaçqın kimi məskunlaşdığı evdə yaşayır. O əvvəllər də, indi də taksi fəaliyyəti ilə məşğul olmuşdur. Lakin hazırda 10 gündür ki, taksi kimi fəaliyyət göstərə bilmir. Qanunda olan məlum dəyişikliyə görə onun taksi kimi fəaliyyət göstərməyinə icazə verilmir. Onun Bolt taksi xidmətində profili bağlanmış və icarəyə götürdüyü avtomobil isə müvafiq tələblərə cavab vermir. Onun özünün köhnə Opel markalı avtomobili olmuş və onu da çoxdan satmışdır. Hazırda ən çoxu hər uşaq üçün 150 manat ödəyə bilər, həmin məbləği isə qardaş-bacısından borc alıb verəcəkdir. Çünki bir çox idarələrə müraciət etmiş və ona ən çox təklif edilən əmək haqqının məbləği 450 manat təşkil etmişdir. Onun bir çıxış yolu qalmışdır ki, oğurluq etsin və müvafiq alimenti ödəsin. Ya da hər dəfə onu aliment borcuna görə həbs eləsinlər. Hansı ki, o da istəyərdi ki, uşaqlarına yaxşı baxsın və hər təminatını qarşılasın. Lakin onların boşanma səbəbi elə maddi sıxıntılar olmuş və onun keçmiş arvadı ona ərə gələndə onun nəyə qadir olduğunu bilmişdir. Cavabdeh onunla uşaqların ünsiyyət saxlamasına imkan vermir və o, yalnız ən balaca uşağı ilə ünsiyyətdədir. Balaca uşağından eşitdiyinə görə onlar hansısa məbləğdə müavinət alırlar. Bundan əlavə hər uşaq üçün 60 manat çörək pulunu da cavabdeh alır. Eyni zamanda həm böyük oğlu, həm də keçmiş arvadı maqazində satıcı işləyir. Bundan başqa o böyrəyindən və qaraciyərindən müalicə almış, buna görə ona əvvəllər pensiya kəsilsə də, hazırda pensiya almır. Onun yalnız indi ödədiyi kimi 450 manat aliment ödəməyə gücü çatır.

4. Cavabdehin elektron kabinetinə məhkəmə bildirişi yerləşdirilsə də, telefon nömrələrinə sms bildiriş göndərilsə də məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 2947/2023 saylı qətnaməsinə əsasən, xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 adlı uşaqların yetkinik yaşına çatanadək saxlanmaları üçün Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(072)-563/2018 saylı qətnaməsinə əsasən müəyyənləşdirilmiş alimentin miqdarı dəyişdirilməklə, İddiaçı hər ay hər uşağa görə 180 manat, ümumilikdə 540 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, bu məbləğdə alimentin tutulmasının əvvəlinin xx.xx.2023cü il tarixdən hesablanması və.s müəyyən edilmişdir.

6. Qaradağ rayonu, Lökbatan Mənzil-Kommunal İstismar Sahəsinin arayışından görünür ki, Nəsirov X5 rayonu, Lökbatan qəsəbəsi ünvanda yerləşən “Qobu parl 2” yaşayış kompleksi, bina 22, mənzil 10-da məcburi köçkün qəsəbəsində məcburi köçkün statusu olmadan müvəqqəti məskunlaşmışdır.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-626/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, borclu İddiaçı barəsində 1950 manat aliment borcu ilə bağlı İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və borclu həmin inzibati xətanı törətməkdə təqsirli bilinərək, 8 gün müddətə inzibati həbs edilmişdir. Tətbiq edilən hüquq:

8. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

9. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

10. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

11. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

12. Həmin Plenum qərarında qeyd edilmişdir ki, Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

13. Həmin Plenum qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

14. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Əsaslandırma:

15. Qanunvericilik tərəflərin maddi və ailə vəziyyətində dəyişiklik və tərəflərin digər diqqətəlayiq maraqları olduğu halda məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin azaldılmasını mümkün hesab etmişdir. Göründüyü kimi qanunverici həmin hüququ aliment ödəyən şəxsə də şamil etmişdir.

16. İşin halları ilə də müəyyən edildiyi kimi tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 adlı 3 yetkinlik yaşına çatmayan uşaqları vardır və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən isə hər ay, hər uşaq üçün 180 manat aliment tutulur.

17. Məhkəmə qeyd edir ki, cavabdehin 2000 manatdan çox aliment borcunun toplanması, aliment borcuna görə borclunun inzibati qaydada həbs edilməsi, qanunvericiliklə taksi fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə tətbiq edilən məhdudiyyətlər borclunun maddi vəziyyəti ilə bağlı dəyişiklik olduğu qənaətinə gəlməyə əsas verir. Ailə münasibətlərindən irəli gələn mübahisələrdə uşaqların mənafeyinin üstün tutulmasının əsas meyar olduğu nəzərə alındıqda belə, heç bir halda aliment ödəməli olan şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi, gələcəkdə də adekvat tədbirlərə məruz qalmasının istisna edilməməsi uşaqların maraqlarına xidmət edən amil kimi qiymətləndirilə bilməz. Bu aspektdən yanaşdıqda aliment ödəməli olan şəxsin maddi vəziyyətinin nəzərə alınmalı olması uşaqların hər bir halda mənafelerinin üstün tutulmalı olması prinsipinə xələl gətirmir və əksinə həll edilən mübahisə uşaqların mənafelərinin gələcəkdə qorunmasına xidmət edir. Belə ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsini icra etmədiyinə görə azadlıqdan məhrum edildiyi halda, əksinə uşaqların təminatında fasilələr və ya ümumiyyətlə məhdudiyyətlər yaranacaqdır. Eyni zamanda burada nəzərə alınmalıdır ki, cavabdehin kirayə öhdəliyi yoxdur, əlavə olaraq dövlətdən 180 manat müavinət alır və uşaqları saxlamaq hər iki valideynin borcudur. Bununla belə məhkəmə iddianı qismən əsaslı hesab edir və iddiaçının faktiki olaraq hər ay, hər uşaq üçün 150 manat aliment ödədiyini nəzərə alaraq, qətnamə ilə müəyyən edilən alimentin azaldılaraq hər ay, hər uşaq üçün 160 manat məbləğində müəyyən edilməli olduğu qənaətinə gəlir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 540 manat aliment öhdəliyini icra etməsi üçün ən azından onun 800-900 manat aylıq qazancının olması gərəklidir və hal-hazırda iddiaçının qeyd edilən məbləğdə qazancının olduğu müəyyən edilmir. Lakin o da nəzərə alınmalıdır ki, ailə münasibətləri davam edən münasibətlər olduğundan cavabdehin aliment alan şəxsin maddi vəziyyətində dəyişiklik olduğu halda alimentin artırılması ilə bağlı tələb irəli sürmək hüququ istisna edilmir. Tətbiq edilən prosessual normalar:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

19. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

20. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

21. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

23. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-2947/2023 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği azaldılmalı, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat aliment tutularaq Cavabdeh ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-2947/2023 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği azaldılsın. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay, hər uşaq üçün 160(yüz altmış) manat olmaqla, cəmi 480 manat aliment tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar