Məhkəmə qərarları › İş №e-2(001)-2937/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2937/2024

02.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2937/2024 02.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən verdiyi 8000 məbləğində maliyyə vəsaitinin və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus torpaq sahəsinin sənələdləşdirilməsi üçün həmin torpaq sahəsini satın aldığı Əhməd adlı şəxs vasitəsi ilə 2021-ci ilin payızında cavabdehlə tanış olmuşdur. Özünü hüquqşünas və ekspert kimi təqdim edən Cavabdeh onun torpaq sahəsini ödəyəcəyi pul müqabilində özəlləşdirəcəyinə söz vermişdir. Onlar bu barədə razılaşmışdırlar. Müxtəlif vaxtlarda olmaqla ümumilikdə cavabdehə 8000 manat pul vermişdir. Ancaq cavabdeh müxtəlif bahanələr gətirərək işin icrasını xeyli müddət uzatmışdır. Sonradan torpaq sahəsinin sənədləşdirməsi üçün onu aldatdığını, pulunu aldığını başa düşmüşdür. Dəfələrlə pulunu cavabdehdən tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək pulunu ona qaytarmaqdan imtina etmişdir. Nəticədə hüquq mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Müraciətinə baxılmış, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Tahir Rəcəbli xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilərək, işin müki xarakterli olduğunu ona bildirmişdir. Araşdırma zamanı izahatı alınmış cavabdeh 2000-3000 manat ondan pul aldığını bildirmişdir. Bildirir ki, cavabdeh pulun alınmasını qismən etiraf etmişdir. Cavabdeh güya ona həmin pulun müqabilində hüquqi yardımla bağlı köməklik etdiyini bildirmişdir. Hesab edir ki, cavabdeh onun pullarını mənimsəmiş, öz şəxsi məqsədləri üçün xərcləmiş və bu günə kimi ona aldığı pulu geri qaytarmamışdır. Onun cavabdeh cəmi ödədiyi 8000 manat pulu hissə-hissə müxtəlif yerlərdə nağd vermiş və ya kart vasitəsi ilə ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdir ki, o, iddianı qismən qəbul edir. O bildirdi ki, hazırda onun iddiaçıya 1500 manat məbləğində borcu qalmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X1 müraciəti əsasında toplanmış HK-1/1111 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması barədə qərarın surətindən görünür ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Tahir Rəcəblinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına xx.xx.2021-ci il tarixdə 1411 manat, 270 manat, xx.xx.2022-ci il tarixdə 130 manat, xx.xx.2022-ci il tarixdə 500 manat məbləğində vəsait ödənilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN Binəqədi RPİ-nin 7-ci Polis Bölməsində verilmiş izahatından görünür ki, “ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Orucova Sonaya məhkəmədə işlədiyini deməmiş və Sona xanımdan 8000 manat pul almamışdır. O, Hicrandan hissə-hissə 2-3 min manat pul amışdır.”. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Mülki işin materiallarından göründüyü kimi, cavabdeh istintaq orqanında və məhkəmə iclasında verdiyi izahatda iddiaçıdan pul götürdüyünü etiraf etmişdir. Həmçinin, mülki iş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına cəmi 2311 manat məbləğində vəsait ödənilmişdir. Lakin iddiaçı tərəfindən iddia tələbində vəsaitin məbləği 8000 manat qeyd olunasa da, onun tərəfindən bu barədə məhkəməyə sübut təqdim olunmamışdır. Belə olan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edildiyini nəzərə alaraq, iddia qismən təmin edilməli, Cavabdeh 2311 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 97 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2311 (iki min üç yüz on bir) manat məbləğində pul vəsaiti və 97 (doxsan yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar