Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2940/2024 22.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 302 manat məbləğində pulun və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə lizinq alan X2 arasında bağlanmış 08 iyun 2023-cü il tarixli ALY-1988 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Nexia” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan“Chevrolet Nexia” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobili şirkətə geri qaytarmışdır. Həmçinin cavabdeh gecikdirilmiş lizinq ödənişlərini ödəmiş və tərəflər arasında “Daxili lizinq” müqavilənin ləğv olunmasına dair razılıq əldə edilmişdir. Lizinq obyekti olan “Chevrolet Nexia” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilinmüqavilə üzrə lizinq alan X1 müvəqqəti sahibliyində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar etibarnamə əsasında idarə edən sürücü Cavabdeh AR X5 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir.
3. Həmin cərimələr aşağıdakılardan ibarətdir: Cavabdeh idarə edərkən 1. EQ 16180866 saylı protokola görə 36 manat; 2. EQ 16632298 saylı protokola görə 16 manat,
3. EQ 16180863 saylı protokola görə 54 manat, 4. İXP ******* saylı protokola görə 64 manat, 5. EQ 17306376 saylı protokola görə 32 manat, 6. EQ 16180855 saylı protokola görə 36 manat, 7. EQ 17306378 saylı protokola görə 64 manat, cəmi 302 manat ödənilmişdir.
4. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 302 manat məbləğində ödəniş edilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edilir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin nəzərinə çatdırılır ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəfimizdən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X3 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. X3 Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin görəyol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir Tərəflərin izahatları və iddiaya münasibəti:
5. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. İddiaçı ilə X2 arasında bağlanan xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsindən görünür ki, “Chevrolet Nexia” minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 istifadə və sahibliyinə verilmişdir.
8. 08.09.2023-cü il tarixli, №POA********** saylı etibarnamədən görünür ki, İddiaçı tərəfindən “Chevrolet Nexia” minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsi barədə Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək etibarnamə verilmişdir.
9. Cavabdeh idarə edərkən “Chevrolet Nexia” minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən törətdiyi inzibati xətalara görə 1. EQ 16180866 saylı protokola görə 36 manat; 2. EQ 16632298 saylı protokola görə 16 manat,
3. EQ 16180863 saylı protokola görə 54 manat, 4. İXP ******* saylı protokola görə 64 manat, 5. EQ 17306376 saylı protokola görə 32 manat, 6. EQ 16180855 saylı protokola görə 36 manat, 7. EQ 17306378 saylı protokola görə 64 manat cərimə edilmişdir.
10. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində 1. EQ 16180866 saylı protokola görə 36 manat; 2. EQ 16632298 saylı protokola görə 16 manat, 3. EQ 16180863 saylı protokola görə 54 manat, 4. İXP ******* saylı protokola görə 64 manat, 5. EQ 17306376 saylı protokola görə 32 manat, 6. EQ 16180855 saylı protokola görə 36 manat, 7. EQ 17306378 saylı protokola görə 64 manat olmaqla, cəmi 302 manat cərimə ödənişi edilmişdir.
11. İddiaçı tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli, 245 saylı xəbərdarlıqdan görünür ki, sonuncuya inzibati xəta protokollarına görə yazılmış 302 manat cərimənin ödənilməsi barədə məlumat verilmiş və MMC-yə yaranmış borcun 7 gün müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
12. Belə ki, mülki işin materiallarında olan sübutlarla müəyyən edilir ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Nexia” minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən X1 istifadə və sahibliyinə verilmişdir. Həmin nəqliyyat vasitəsinin yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsi barədə İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək etibarnamə verilmişdir. “Chevrolet Nexia” minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yol hərəkəti qaydalarını pozduğuna görə 1. EQ 16180866 saylı protokola görə 36 manat; 2. EQ 16632298 saylı protokola görə 16 manat,
3. EQ 16180863 saylı protokola görə 54 manat, 4. İXP ******* saylı protokola görə 64 manat, 5. EQ 17306376 saylı protokola görə 32 manat, 6. EQ 16180855 saylı protokola görə 36 manat, 7. EQ 17306378 saylı protokola görə 64 manat cərimə edilmişdir. Həmin cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən həmin məbləği tələb edir və bu barədə mübahisənin məhkəməyə qədər həlli üçün cavabdehə xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
16. 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.
17. 1090.3. İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun.
18. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
19. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
20. Göründüyü kimi, iddiaçı cavabdehin nəqliyyat vasitəsini idarə edən zaman inzibati xəta törətmiş və inzibati qaydada cərimələnmişdir. Həmin cərimələr nəqliyyat vasitəsinin sahibinə məhdudiyyətlər yaratmış və bu səbəbdən də nəqliyyat vasitəsinin sahibi borclunun əvəzinə öhdəliyi icra etmişdir. Odur ki, öhdəliyi icra etmiş iddiaçının cavabdehdən ödədiyi məbləği geri tələb etməsi əsaslı hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
22. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
23. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
25. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
26. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 302 (üç yüz iki) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) bank xidmət haqqının əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
27. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 302 (üç yüz iki) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) bank xidmət haqqının əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev