Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2959/2020 21.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, yetkinlik yaşına çatmayan uşağın ananın yanında saxlanılması və aliment” tələbi barədə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onunla Cavabdeh ilə arasında xx.xx.2006-cı il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 onun yanında saxlanılması, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx xxxx 2009-cu il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 170 manat, ümumilikdə 340 manat alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh xx.xx.2006-cı il tarixdə Bakı şəhərində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 dünyaya gəlmişdir. Evləndikləri zaman münasibətləri yaxşı olsa da, son zamanlarda tərəflər arasında münasibətlər pozulmuşdur. Belə problemlər getdikcə daha da gərginləşmişdir. Tərəflər arasında münasibətlər get-gedə pisləşmiş, nəticədə iddiaçı son dövrlər bir ailə kimi yaşayış tərzinin dözümsüz olması səbəbindən qəti olaraq boşanmaq qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir, aralarında olan nikahın pozulmasına uşaqların ananın himayəsində qalmasına və uşaqlara görə hər ay 340 manat aliment ödəməyə etiraz etmir. Həmçinin növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında fikri dinlənilən xx.xx.2006-cı il təvəllüdlü X5 nikah pozulduqdan sonra anası İddiaçı yanında qalmaq istədiyini bildirmişdir. Məhkəmə iclasında fikri dinlənilən xx.xx.2009-cu il təvəllüdlü X8 nikah pozulduqdan sonra anası İddiaçı yanında qalmaq istədiyini bildirmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri, Binəqədi rayonu VVADQ şöbəsi tərəfindən xx xxxxxx 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 215951 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Ağayeva Könül Ramiz qızı arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Əmiraslanov”, arvada “Əmiraslanova” soyadı verilmişdir. Bakı şəhəri Binəqədi rayonu VVADQ şöbəsi tərəfindən xx xxxxxxx 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 844028 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2401 saylı qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri, Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən xx xxx 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 263134 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1260 saylı qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2006-ci il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 doğulmuşdur. Uşaqlar hazırda ananın himayəsindədir. İddiaçı nikahın pozulmasına təkid edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci və 19.2-ci maddələrinə əsasən ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin məcəllənin 21.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Şərh olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər nikahın pozulmasına israr etdiklərindən onlar arasında, yəni İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 61.3-cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarına əsasən Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Beləliklə, yetkinlik yaşına çatmayan uşaqların maraqlarını, yaşlarını, mənafelərini, atanın uşaqların ananın yanında qalmasına razılığını, tərəflər arasında uşaqların yaşayış yeri ilə bağlı mübahisənin olmamasını, uşaqların fikrini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 anaları İddiaçı yanında qalması müəyyən edilməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu məhkəmə müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. 75.2-ci madəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün alimentvalideynlərin qazancından və (və ya) gəlirlərindən müəyyən pay şəklində məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan əlavə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən, tərəflərin qarşılıqlı razılığını nəzərə alaraq, uşaqların mənafelərinə uyğunluğu baxımından məhkəmə hesab edir ki, alimentin məbləği uşaqlar üçün qanunvericilikdə nəzərdə tutulmuş yaşayış minimumu həddində, yəni hər ay, hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat aliment müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən başlanmalıdır. Mülki-Prosessual Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində həmçinin məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi əks olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2006-ci il tarixdə bağlanmış nikah pozulmalı, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X2 və xx xxxx 2009-cu il təvəllüdlü X3 anaları İddiaçı yanında qalması müəyyən edilməli və xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, alimentin məbləği xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin iddiaçı aliment tələbi ilə bağlı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, alimentin miqdarı 1 illik ödəmənin məcmusu ilə 500 manatdan çox olduğuna görə (bu halda rüsum 30 manat təşkil edir) iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu onun tərəfindən tələb edilmədiyindən özünə aid edilməli, dövlət rüsumunun çatışmayan hissəsində 10 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin216- 220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2006-ci il tarixdə Bakı şəhəri VVADQ şöbəsində bağlanmış, 03 № ilə qeyd edilmiş nikah pozulsun. xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmaları müəyyən edilsin. xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aliment məbləği xx.xx.2020-ci il tarixdən hesablansın. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı aid edilsin. 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə alınsın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-2959/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2959/2020
21.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver